Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə27/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   51
kommersiya, informasiya və s. 
Logistika (o cümlədən, nəqliyyat) xidmətləri aşağıdakı yeddi əsas müddəa və qaydaya 
əsaslanır
- alıcıya göstərilən hər bir xidmətin alıcı üçün unikal olması; 
- göstərilən xidmətin sonunda, yalnız informasiya vermək qabiliyyətinin qalması; 
- xidmətin (və ya onun hissəsinin) təkrar edilə bilməməsi;
- xidmətlərin ehtiyata toplana bilməməsi; 
- göstərilən xidmətin təmir edilə bilməməsi
- yaxşı xidmətin yaddaşının qısa olması, pis xidmətin isə uzun müddət xatırlanması.
Son zamanlarda logistik xidmətlərin rolu və əhəmiyyəti daim böyüyür, xidmət sənayesi 
genişlənir və getdikcə daha çox şirkət və işçi ona qoşulur. 
Xidmət sektoru elə fəaliyyət göstərməlidir ki, mümkün olan ən az xərclə müştəri tələbləri 
tam ödənsin. Hal hazırda xidmətlərin onların özünəməxsusluğu ilə əlaqəli keyfiyyətini qiymət-
ləndirmək üçün geniş istifadə olunan səmərəli kəmiyyət metodları mövcud deyil və olanlar isə 
aşağıdakılardır:


26 
- xidmətlərin qeyri-maddi olması (onlara "toxunmaq" qeyri - mümkün olması); 
- xidmət istehlakçısı çox vaxt özünün xidmət göstərilməsi prosesində iştirak etməsi; 
- xidmətlərin istehlakçısının onların sahibi olmaması; 
- xidmətlərin göstərilməsi – bir prosesdir və ödəmədən əvvəl test edilə bilməz
- xidmətlərin göstərilməsi prosesi daha çox kiçik hərəkətli sistemlərdən ibarət ola bilər, o 
zaman keyfiyyət yekun qiymətləndirmədən asılı olur. 
Göstərilən xidmətlərin keyyfiyyətinin qiymətləndirmə-sində ən əhəmiyyətli komponentlər 
aşağıdakılar ola bilər: 
- mühit (interyer, avadanlıq, işçilərin xarici görünüşü 
və s.); 
- etibarlılıq ("dəqiq vaxtında" icra); 
- məsuliyyət (xidmətlərin yerinə yetirilməsinin təminatları, heyətin xidmətlərin 
istehlakçısına kömək etmək istəyi); 
- tamlıq (heyətin müəyyən bacarıqlara, zəruri bilik və səriştəyə malik olması); 
- əlçatanlıq (əlaqə qurmanın asanlığı); 
- təhlükəsizlik ( xidmətlərin istehlakçısı tərəfindən risk və inamsızlıq olmaması); 
- nəzakət
(işçilərin nəzakətli, dürüst olması); 
- ünsiyyət (işçilərin, xidmətlərin istehlakçısı ilə əlça-tan və anlaşılan bir dildə ünsiyyət 
qurma bacarığı); 
- xidmətlərin istehlakçısı ilə qarşılıqlı anlaşma (xidmətlərin istehlakçısına səmimi 
maraq, onun yerinə olma bacarığı). 
Xidmətlərin istehlakçısı xidmətin keyfiyyətini qiymətləndirəndə o, keyfiyyət parametr-
lərinin faktiki qiymətini gözlənilən ilə müqayisə edir və üst-üstə düşərsə və ya yaxın olarsa, 
keyfiyyət qənaətbəxş və ya məqbul sayılır. 
Müştərinin istehlakçı gözləntiləri aşağıdakı parametr-lərə əsaslanır: 
- nitq rabitələri (şayiələr), yəni, istehlakçıların bir-birinə hansı xidməti ötürməsi haqqında 
informasiya xidmətləri; 
- şəxsi ehtiyaclar (müştərinin keyfiyyət istəkləri və baxışlarının xarakteri barədə şəxsi 
fikirləri); 
- keçmiş təcrübə, yəni, keçmişdə ona göstərilən oxşar xidmətlər; 
- xarici rabitə (mesajlar) – informasiya xidmət təminatçısından media (radio, televiziya
mətbuat, reklam şəklində) vasitəsi ilə daxil olur. 
Nəqliyyat xidmətlərinə tələb, əsasən bölgədəki mövcud nəqliyyat növlərinin inkişafından, 
vahid bir sistemə inteqrasiya dərəcəsindən, nəqliyyat növləri üzrə tariflərin səviyyəsindən, potensial 
müştərilərə xidmətlərin çeşidindən və keyfiyyətindən asılıdır. 
Bazar iqtisadiyyatı və onun infrastrukturunun inkişafı nəticəsində nəqliyyat xidmətlərinin 
xüsusi çəkisinin artması, praktik olaraq bütün ölkələr üçün səciyyəvidir. 
Nəqliyyat xidmətlərinin təşkili sahəsinə iki istiqamətdə baxılır: təklif olunan xidmətlərin 
müştərilərin spesifik tələblərinə uyğunlaşdırılması; mövcud olanları sərfəli şəkildə satmaq üçün 
nəqliyyat xidmətlərinə tələbin aktiv şəkildə formalaşdırılması. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin