Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN


Logistikada xidmətin keyfiyyəti anlayışı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   51
Logistikada xidmətin keyfiyyəti anlayışı. Logistikada xidmətin keyfiyyəti istehlakçıların 
məcmu gözləntiləri, yəni gözləntilər və xidmətin həqiqi parametrləri arasındakı minimum uyğun-
suzluq (boşluq) ilə müəyyən edilir. Xidmət keyfiyyəti rəqabət üstünlüklərindən biri sayılır. 


27 
Optimal xərclərlə yüksək keyfiyyətli məhsul yarat-maqla yanaşı, onların sınaqdan 
keçirilməsinin, qablaşdırılmasının, nəqletdirilməsinin, quraşdırılmasının, xidmətlərin sadəliyini, 
etibarlılığını və səmərəliliyini təmin etmək lazımdır. 
Sənədlər və işçilər mallar haqqında məlumatların, reklamların, etiketlərin düzgünlüyünə 
zəmanət verməlidirlər. 
Xidmətin keyfiyyətinin yüksəldilməsi müştərilərin ehtiyaclarını ödəmək və təşkilatın mal 
satışı sahəsində strategiya-sını həyata keçirmək üçün əsas şərtlərdən biridir. 
Xidmətin keyfiyyəti. 
Avtomobil nəqliyyatı rahatlığı və universallığı, həmçinin xidmət 
keyfiyyəti baxımından dəmir yolu və hava nəqliyyatını xeyli üstələyir. Bu üstünlük yükün "qapı-
dan qapıya" qəbulu və çatdırılmasının nisbətən asanlığına, çoxsaylı marşrutlarda yüksək sürət, 
çatdırılmanın rahatlığına və etibarlılığına əsaslanır. Əsas nəqliyyat növlərinin müqayisəli xüsu-
siyyətlərindən məlum olur ki, xidmət keyfiyyəti görə avtomobil nəqliyyatı ən yaxşılarından sayılır.
 
Cədvəl 8. 1. Əsas nəqliyyat növlərin xidmət keyfiyyətinə görə müqayisəli xüsusiyyətləri 
Nəqliyyat 
növləri
 
Üstünlükləri 
Çatışmazlıqları 
Dəmir 
yolu 
• Yüksək buraxma və daşıma qabiliyyəti 
• 
Daşımaların müntəzəmliyi 
• Nisbətən aşağı tariflərin olması 
• Tranzit daşımalar üçün güzəşt-lərin 
olması 
• Yüklərin uzaq məsafələrə çatdır-ma 
sürətinin yüksək olması 
• Daşıyıcıların sayının məhdud olması 
• İstehsal - maddi texniki bazaya 
böyük kapital qoyuluşu 
• Daşımanın yüksək enerji və material 
tutumu 
• Son satış nöqtələrində olması-nın 
azlığı
• Yüklərin təhlükəsiz saxlanmasında 
çatışmazlıqlar 
Avtomobil • Yüksək əlçatanlıq 
• Yükləri “ qapıdan qapıya” çatdırma 
imkanı 
• Yüksək manevretmə qabiliyyəti 
• Yüksək çatdırma sürəti 
• Müxtəlif çatdırma sxem və 
marşrutlarından istifadə imkanı 
• Yükləri kiçik partiyalarla göndər-mə 
imkanı 
• Məhsuldarlığın aşağı olması 
• Yol və hava şəraitindən asılı olması 
• Uzaq məsafələrə daşımaların maya 
dəyərinin yüksək olması 
• Ekoloji təmizliyinyetərsizliyi 
Hava
• Yük çatdırmanın sürətinin yüksək 
olması 
• Yük təhlükəsizliyinin yüksək olması 
• Daşıma marşrutunun daha qısa olması 
• Daşımaların yüksək maya dəyərinin 
olması
• Böyük kapital tutumunun olması 
• Hava şəraitindən asılı olması 
• Coğrafi əlçatanlığın yetərsizliyi 
Su 
• Yüksək daşıma və buraxma qabi-liyyəti 
• Yük təhlükəsizliyinin yüksək olması 
• Aşağı maya dəyəri 
• Hava şəraitindən asılı olması 
• Coğrafi əlçatanlığın yetərsizliyi 
 
Hər müəssisəyə və ya yaşayış binasına demək olar ki, istənilən vaxt avtomobillə getmək 
olar; dəmir yolu ilə isə yalnız standart dəmir yolu olduğu yerdə getmək olar. Bənzər məhdudiyyətlər 
kompleks terminalları olan xüsusi marşrutlarda istismar olunan dəniz və çay gəmilərinin, 
təyyarələrin və hətta boru kəməri nəqliyyatının istifadəsində qoyulur. Buna görə avtomobil 
nəqliyyatı bir neçə yüz kilometrə qədər məsafələrdə minimum vəsait hesabına rahat, yüngül və 
keyfiyyətli xidməti təmin edir. Bundan əlavə, avtomobil nəqliyyatı ilə daşımalarda yükün növü və 


28 
həcmindən, çatdırma və ödəmə variantlarından asılı olaraq həmişə nəqliyyat vasitəsi seçmək 
mümkündür. 
Vaxtında və etibarlı çatdırma çox vaxt nəqletmənin sürətindən və daşıma həcmindən daha 
vacibdir. Əksər müəssisələr, fərqli şərtlərdən asılı olmayaraq, yüklərin vaxtında gəlməsini üstün 
tuturlar. İnkişaf etmiş nəqliyyat şirkətləri həm uzaq, həm də qısa məsafələrə çatdırmaların belə 
etibarlılığını təmin edir. Buna görə avtomobil nəqliyyatını ən yüksək keyfiyyətli çatdırıcı saymaq 
olar. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin