Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
Birbaşa qarışıq daşımalar isə bütün iştirakçı nəqliyyat növlərini əhatə edən vahid nəq-
liyyat sənədi ilə rəsmiləşdirilir. 
Qarışıq daşımalar nəqliyyat işini ayrı – ayrı nəqliy- yat növləri arasında rasional şəkildə 
bölüşdürməyə, onların daşıma qabiliyyətlərindən maksimum istifadə etməyə və nəqliyyat xərclərinə 
qənaət etməyə imkan verir. 
Hal - hazırda, qarışıq daşımalar üçün "multimodal daşıma" (multi - bir neçə və modal - 
növ) terminindən istifadə qəbul olunmuşdur. Multimodal daşımalar, iki və ya daha çox nəqliyyat 
növündən, vahid daşıma (nəqliyyat) sənədi və yüklərin vaxtında və təhlükəsiz çatdırılmasından mə-
sul olan bir operatordan istifadə olunması ilə fərqlənir. 
İntermodal daşımalar dedikdə eyni yük vahidi və ya eyni nəqliyyat vasitəsində, ardıcıl iki 
və daha çox nəqliyyat növü ilə, onların dəyişməsi zamanı isə yükün özünü yükləyib - boşaltmadan 
həyata keçirilən beynəlxalq daşımalar başa düşülür. Yük vahidi dedikdə iritonnajlı (uzunluğu 10 fut 
və daha çox) konteyner və ya çıxarılabilən kuza nəzərdə tutulur (1fut= 0,305m). 
Kombinəedilmiş daşıma xüsusi qarışıq və ya multimodal daşıma növü olub, bir neçə 
nəqliyyat növündən istifadə edərək, bir yük vahidində, böyük tutumlu konteynerlərin, çıxarılan ku-
zaların, yarımqoşquların və nəqliyyat vasitələrinin (avtofurqonlar) aid olduğu nəqliyyat avadan-
lıqları ilə yüklərin daşınmasıdır. 
Kombinəedilmiş daşımaların xüsusiyyətləri aşağıdakılardır: 
• yüklər iriləşdirilmiş yük yerlərində daşınır; 
• daşımalar yenidən yüklənmədən həyata keçirilir-yükgöndərənin anbarından alıcının anba-
rınadək ("qapıdan qapıya"); 
• daşımalarda iştirak edən bütün nəqliyyat növləri üçün ümumi hüquqi status müəyyən 
edilir; 
• daşımalarda iştirak edən bütün nəqliyyat növləri üçün vahid nəqliyyat sənədi yaradı-
lır; 
• bütün daşıma üçün vahid tarif müəyyən edilir. 
Kombinə edilmiş daşımalar aşağıdakı kimi həyata keçirilə bilər: xüsusi olaraq yaradılmış 
nəqliyyat vahidlərində və ya yüklərin daşınması üçün uyğunlaşdırılmış müxtəlif növ nəqliyyat 
avadanlıqlarında (konteyner, çıxarılan kuzalar və s.) və bir nəqliyyat növünün texniki vasitələri 
başqa nəqliyyat növündən istifadə etməklə (yüklü avtomobil dəmir yolu ilə, dəniz bərəsi ilə) daşı-
nır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin