24
Rəqiblərə əsasən tariflərin təyini cari tariflərin səviyyəsinə əsasən həyata keçirilir. Avto-
mobil nəqliyyatı müəssisələrinin tariflərinin qiyməti rəqiblərin tariflərinə görə, öz xidmətlərinin
keyfiyyəti, müəssisənin maliyyə - iqtisadi vəziyyəti və digər bazar amilləri nəzərə alınmaqla müəy-
yən edilir. Bu cür tariflər əsas rəqiblərin tarifləri səviyyəsində, yüksək və ya aşağı ola bilər. Bazar
iqtisadiyyatına keçid dövründə bu metod ən populyardır.
Bu metodların hər üçü bir-biri ilə sıx bağlıdır və çox vaxt bir - birini tamamlayır.
Avtomobil nəqliyyatında, daşınma xərcləri nəzərə alınmaqla, tələb və təklif əsasında bir
neçə növ tarif tətbiq edilir.
Avtomobil nəqliyyatı tarifləri ən böyük çeviklik və hərəkətliliyi ilə xarakterizə olunur. Av-
tomobil nəqliyyatında işəmuzd, vaxtamuzd, kilometr hesabı və ya bunların kombinasiyasına görə
müəyyən edilən tariflər tətbiq olunur.
Sərbəst tariflərin formalaşmasını tənzimləyən əsas sə-nəd “Avtomobil nəqliyyatı ilə yüklərin
daşınması tariflərinin müəyyən edilməsi və tətbiqinin müvəqqəti qaydaları”dır.
Tarif növünün seçilməsi yüklərin daşınması şərtləri, hərəkət tərkibindən istifadənin səmərə-
liliyi və daşımaların həcmi ilə müəyyən edilir.
Daşımaların maya dəyərinin azaldılması daşımaların tarifinin azaldılması və əlavə müştəri
cəlb olunması üçün əsas vasitədir.
Maya dəyərinin azaldılmasının əsas medodları bir gedişdə daşınan yükün miqdarının artı-
rılması, qeyri - məhsuldar dayanmaların və boş yürüşlərin azaldılması, hərəkət sürətinin yüksəl-
dilməsi sayılır.
Xərclərin azaldılmasına yanacaq sərfini azaltmaqla, yeni və daha mükəmməl hərəkət tərki-
bindən istifadə etməklə, üstəlik xərcləri azaltmaqla və ANM-in köməkçi heyətin ixtisar etməklə də
nail oluna bilər.
Orta tarif stavkası aşağıdakı ifadədən təyin olunur
T=M(1+G),
burada T - daşımaların tarifi;
M - daşımaların maya dəyəri.
G - gəlir, % - lə.
Dostları ilə paylaş: