46
masiyaların, keyfiyyətə nəzarətin müəyyən edilməsi; rəqabətli qiymətlərin müəyyən edilməsi; satış
bazarlarını tapılması; istehlakçılar ilə əlaqə qurulması.
Layihələndirmə problemlərini həll edərkən əməliyyat təhlili aparatı kifayət qədər geniş
tətbiq olunur.
Əməliyyatların tədqiqi - müxtəlif elmi metodlar, alətlər və vasitələr olub, məqbul həllər ha-
zırlamaq üçün sistemdəki müxtəlif əməliyyatların icrası zamanı yaranan problemləri optimal-
laşdırmağa yönəlmişdir.
Əməliyyat təhlilinə, adətən aşağıdakı elementlər da-xildir:
- problemlərin formalaşdırılması;
- öyrənilən sistemin riyazi modelinin qurulması;
- modelin köməyi ilə həll yolu tapmaq;
- modelin və onun köməyi ilə alınan qərarın yoxlanıl-ması;
- alınan qərara uyğun olaraq idarəetmənin təşkili;
- qərarın reallaşdırılması.
Əməliyyatları tədqiqi üsulları xətti
və
dinamik proqramlaşdırma, oyunlar nəzəriyyəsi, küt-
ləvi xidmət nəzəriyyəsi və
qərar qəbulu nəzəriyyəsidir (qeyri - səlis çoxluqlar nəzəriyyəsi).
Xətti proqramlaşdırma metodu, müəyyən şərtlər üçün, bir çox mümkün olanlardan ən üstün
olanı (məqsəd baxımından) seçmək prosesini sistemləşdirir.
Dinamik proqramlaşdırmanın özünəməxsusluğu, optimal qərar alma prosesinin kiçik və
asan həll edilə bilən alt tapşırıqlara bölünməsidir. Bu, çoxmərhələli, çoxaddımlı bir struktura malik
problemlərdə optimal həll yolu tapmaq üçün bir üsuldur.
Sxolastik proseslərdə, kifayət qədər çox sayda iştirakçı olan proseslərdə, ehtimalların araş-
dırılmasında kütləvi xidmət nəzəriyyəsi aparatından istifadə olunur.
Oyunlar nəzəriyyəsi, bir neçə iştirakçı ilə problemlərin həll edildiyi münaqişə vəziyyətlərin-
də optimal həll yol-larının riyazi nəzəriyyəsidir. İştirakçıların məqsədlərinin uyğun gəlməməsi onla-
rın aralarında ziddiyyətli vəziyyət yaradır. Oyunlar nəzəriyyəsinin məqsədi, təkrarlanan münaqişə
iştirakçılarının rasional davranışı üçün tövsiyələr hazırlamaqdır.
Prinsipcə, istənilən layihələndirmə problemi əməliyyatların müxtəlif tədqiqat üsulları ilə
həll oluna bilər. Lakin, logistik sistemləri layihələndirmənin mürəkkəbliyi, eyni vaxtda və ardıcıl
olaraq baş verən prosesləri, movcud çoxsaylı xarici amilləri və məhdudiyyətləri nəzərə almağa zə-
rurət yaradır. Layihə obyektinin təsvirinin mürəkkəbliyi səbəbindən problemli vəziyyətin qeyri -
səlis tərtib edilməsi məqsədlərin qeyri - dəqiq müəyyənləşdirilməsinə, problemin natamam və ya
qeyri - dəqiq tərtib edilməsinə, riyazi modelin qeyri - adekvatlığına səbəb ola bilər.
Dostları ilə paylaş: