16
eninə və uzununa zolaqlarının (297 və 357 sm
-1
) yarımeninin
dəyişməsi ilə müşayiət olunur. Raman-spektrdə piklərin və İQ-
əksolma zolaqlarının yarımenlərinin dəyişməsi (artması)
qamma-
kvantların təsiri nəticəsində kristalda yaranan defektlərlə struktur
defektləri arasında baş verən qarşılıqlı təsir mexanizminin dəyişməsi
ilə əlaqədardır.
Müəyyən edilmişdir ki, udulma dozasının dəyişməsindən və
termik dəmləmədən asılı olaraq optik fononların zolaqlarının
maksimumları
və intensivlikləri dəyişmir, lakin zolaqların
yarımenlərinin (ν
1⁄2
) qiymətləri fərqlənir. Belə ki, şüalanma dozasının
qiymətinin 2 dəfə artması (100 krad-dan 200 krad-dək) (ν
1⁄2
)-n
qiymətinin bir neçə dəfə (~2,5 dəfə) artmasına səbəb olur. Analoji
dəyişikliklər Yb atomu ilə aşqarlanmış qallium monosulfid (GaS:Yb)
üçün də alınmışdır (şəkil 3.). Şəkil 3-dən göründüyü kimi, hər iki
laylı monokristal üçün dozadan asılı olaraq yarımenin dəyişməsi xətti
xarakter daşıyır, lakin GaS üçün bu asılılıq ~2,5 dəfə böyük qiymətə
malikdir.
Cədvəldə dəmləmə temperaturundan asılı olaraq fiksə olunmuş
D
γ
=200 krad dozada şüalanmış nümunələrin
eninə optik fononun
udulma zolağının yarımeninin (
1/2
(TO)
sm
-1
) dəyişməsi
göstərilmişdir. Dəmləmə temperaturları uyğun olaraq 100, 150, 200
və 250
0
C seçilmişdir. Cədvəlin müqayisəli analizi onu söyləməyə
əsas verir ki, verilmiş dozada 150-200
0
C temperaturu ən effektlidir.
Bu temperatur oblastında bircinslilik bərpa olunur ki, bu da
yarımenin qiymətinin (ν
1⁄2
)-n 50-55 sm
-1
tərtibində
dəyişməsi ilə
şərtlənir. Beləliklə, ilkin, qamma-kvantlarla şüalanmış və dəmlənmiş
GaS və GaS:Yb monokristallarının Furye-İQ spektroskopik
tədqiqatları göstərir ki, qamma şüalanma və temperaturun təsiri
altında nümunələrin səth nizamlılıgının
dərəcəsinin dəyişməsi və
səthyanı hallarının modifikasiyası baş verir. Qeyd etmək lazımdır ki,
laylı kristallarda böyük miqdarda defektlərin çoxlugu, eləcə də
laylarda radiasiyanın təsiri ilə mürəkkəb radiasiya defektlərinin
yaranması laylararası və laydaxili oblastlarla qarşılıqlı
təsirin
pozulmasına gətirib çıxarır.