Nəşr olunmuş elmi işlər. Dissertasiyanın əsas materialları 25
publikasiyada dərc edilmişdir ki, onlardan 13-ü məqalə (o cümlədən
5-i xarici elmi jurnal 4-ü impakt faktorlu jurnaldır) və 12-si konfrans
tezisidir. Alınmış nəticələr Azərbaycan Milli Elmlər Akademiyasının
Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqatları hesabatında dərc
olunmuşdur.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı: Dissertasiya işi, Azərbaycan Milli Elmlər Akademiyası
Radiasiya Problemləri İnstitutunun “Yarmkeçiricilərin radiasiya
fizikası” laboratoriyasında yerinə yetirilmişdir.
Dissertasiya işinin quruluşu, həcmi və əsas məzmunu. Dissertasiya işi girişdən, 4 fəsildən, nəticələrdən və 156 adda istifadə
olunmuş ədəbiyyat siyahısından ibarətdir. İş həcmi 168 səhifədən –
102 çap səhifəsi mətn, 5 cədvəl, 48 şəkildən, ümumilikdə 208701
simvoldan ibarətdir.
İŞİN MƏZMUNU Girişdə mövzunun aktuallığı əsaslandırılmış və tədqiqat
üsulları haqqında məlumat verilmiş, işin elmi yeniliyi və praktiki
əhəmiyyəti göstərilmiş, işin məqsədi, strukturu və məzmunu barədə
məlumat verilmiş, müdafiəyə çıxarılacaq əsas müddəalar və işin
aprobasiyası göstərilmişdur.
Birinci fəslində,
laylı
yarımkeçiricilərin
quruluşu,
xüsusiyyətləri və elektrofiziki xassələri haqqında qısa məlumatlar
verilmişdir. Eyni zamanda onların həcmi kristallardan fərqli
xüsusiyyətləri araşdırılmış və laylı kristalların praktikada tətbiq
olunma sahələri haqqında təkliflər verilmişdir. Fəsildə qeyd olunan
xüsusiyyətləri nəzərə almaqla, laylı monokristalların xassələrini
məqsədə uyğun idarə etmək
üçün tətbiq edilən radiasiya texnologiya
üsulunun nəticələri əsasında dissertasiya işinin mövzusu və qarşıya
qoyulan məsələlər müəyyən edilmişdir.