Azərbaycan respublikasi əlyazma hüququnda


  Tədqiqatın məqsəd və vəzifələri



Yüklə 376,41 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix04.11.2022
ölçüsü376,41 Kb.
#67317
1   2   3   4   5   6   7   8   9   ...   14
avtoref. esedov ferqan

 



Tədqiqatın məqsəd və vəzifələri:
Laylı GaS və GaS:Yb monokristallarının səthyanı oblastında 
qamma-kvantların təsiri ilə yaranan radiasiya defektlərinin struktur 
defektləri və aşqar atomları ilə qarşılıqlı təsir xüsusiyyətlərinin 
müəyyən edilməsi və səth defektlərinin emal edilmə üsullarının 
işlənilməsidir. 
Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlər həll edilmişdir: 

GaS və GaS:Yb monokristallarının yetişdirilməsi, onların 
kristal quruluşunun tədqiqi və qəfəs parametrlərinin təyini; 

GaS və GaS:Yb monokristallarının quruluşuna və qəfəs 
parametrlərinə qamma-kvantların və termik dəmləmənin 
təsirinin tədqiqi; 

GaS və GaS:Yb monokristallarının udulma zolağında 
fotokeçiriciliyə şüalanmadan əvvəl və sonra elektrik
sahəsinin təsirinin tədqiqi;

GaS və GaS:Yb monokristallarının
səthyanı oblastında
atomlar arası qarşılıqlı təsirin şüalanmadan əvvəl və sonra, 
həmçinin termik dəmləmədən sonra İQ Furye spektrləri 
vasitəsi ilə tədqiqi; 

GaS və GaS:Yb monokristallarının səth morfologiyasına 
qamma-kvantların və temperaturun təsirinin atom qüvvə 
mikroskopu (AQM) ilə tədqiqi. 
Tədqiqat metodları:
Tədqiqat obyektləri GaS və GaS:Yb laylı monokristallarıdır. 
Tədqiqat prosesində bu birləşmələrin səthinin qamma-kvantlarla 
şüalanma üsulu, GaS və GaS:Yb laylı kristallarında səth 
defektlərinin radiasiya defektləri ilə qarşılıqlı təsirinin öyrənilməsi, 
qamma-kvantlarla 
şüalanmış və termik dəmlənmiş laylı 
yarımkeçirici GaS və GaS:Yb monokristallarının səthinin 
spektroskopik və mikroskopik (AQM) metodlarla tədqiqi, GaS və 
GaS:Yb laylı monokristallarında termolüminessensiya xassələrinə 
qamma-kvantların təsiri metodlarlarından istifadə edilmişdir. 

Yüklə 376,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin