Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə100/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   96   97   98   99   100   101   102   103   ...   352
Key words:
compact wheat, 
T.compactum

subconvar. rigidicompactum

convar. inflatum
,
subconvar. roshanum
,
convar. compactum
, inflatum ear 
Aqrofitosenozlardan sistemsiz və səmərəsiz istifadə, otlaq və biçənəklərə düşən 
təzyiqin son onilliklərdə dəfələrlə artması və qlobal istiləşmə prosesləri ayrı-ayrı 
biogeosenozlarda və bütövlükdə biosferdə kəskin dəyişkənliklərlə nəticələnmişdir. 
Uzaq və yaxın keçmişdə böyük areala malik olmuş, hazırda adalar şəklində, nəsli 
kəsilmək təhlükəsi altında olan, çoxmüxtəlif morfobioloji və aqronomik əlamətlərə 
malik nadir buğda növləri bu istiqamətdə böyük potensiala malikdir. Ona görə də 
tetra- və heksaploid nadir buğda növlərinin gen potensialının, növdaxili 
polimorfizminin müxtəlif səviyyələrdə (molekulyar genetik–biogeosenoz) və 
metodlarla öyrənilməsinin əsasında ilkin seleksiya materialı, genetik mənbə və 
donorların yaradılması perspektivdir [2; 3; 9]. 


150 
Keçmişdə Avroasiyada geniş areala malik olmuş, hazırda demək olar ki, təmiz 
mədəni əkinləri olmayan qədim növlərdən biri də kompakt buğdadır. 
T.compactum
Türkiyədə Orta Anadolu ve digər bölgələrdə əkilməkdədir. Quraqlığa dayanıklıdır. 
Dənələri ağ, dənin konsistensiyası yumşaqdır, zülalın miqdarı aşağıdır. Biskvit 
istehsalına uyğun olub öz keyfiyyəti zəifdir [4; 11; 12].
Yuxarıda qeyd olunanları nəzərə alaraqkompakt buğdanı növlərarası 
hibridləşdirməyə cəlb etməklə yumşaq buğda genotiplərini yeni transqressiv, 
perspektiv əlamət və gen blokları ilə təmin etmək, onların stress faktorlarına 
davamlılığını, məhsuldarlıq və dən keyfiyyətini yüksəltmək olar. 
T.compactum
növünə aid nümunələrin öyrənilməsində əsas məqsəd abiotik və biotik stress 
faktorlarına davamlı, yüksək məhsuldar və dən keyfiyyətinə malik, əsl payızlıq 
genotiplərin aşkar edilərək AMEA Genetik Ehtiyatlar İnstitutunda yaradılmış əlamət 
kolleksiyasına daxil etməklə, hibridləşdirmədə istifadə edilməsinə şərait yaratmaqdır.
Tərtər BTS-də bərk buğdanın seleksiyası üzrə təcrübə sahəsindən, 2011-ci ildə 
növdaxili və növlərarası hibridlərdən bərk və yumşaq buğda, speltiforme, pərinc tipli 
hibridlərlə yanaşı 8 başlanğıc-banis kompaktoid formada toplanılmışdır. Sonrakı 3-5 
il ərzində parçalanma–formaəmələgəlmə nəticəsində boy göstəriciləri, sünbülün 
forması, rəngi, sıxlığı, dənin rəngi və s. əlamətlərə görə fərqlənən yeni 
növmüxtəliflikləri seçilmişdir. Fərdi seçmə nəticəsində kompakt buğdanın kobud 
sünbüllü Asiya (
subconvar. rigidicompactum 
A.Filat. et Dorof.) növmüxtəliflikləri 
yarımqrupunun 7 növmüxtəlifliyinə aid 38 nümunə

yarımkobud, şişkin sünbüllü–
inflyant (
convar.inflatum 
Vav. et Kob.
, subconvar.roshanum 
A.Filat. et Dorof.) 
yarımqrupunun 4 növmüxtəlifliyinə aid 12 nümunə

yumşaq, zərif sünbüllü Avropa 
(
convar.compactum
)qrupunun 9 növmüxtəlifliyinə aid 40 nümunə (cəmi 70, onlardan 
22 nümunə iki növmüxtəlifliyinə malikdir) toplanılmışdır (Cədvəl 1, 2). 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin