154
göstəricisi isə 312,3 q/m
2
olmuşdur. Nümunələrin yarısından çoxunda (36 ümunə -
51.4%) məhsuldarlıq orta göstəricidən yüksək olmuşdur. Nümunələrin 14,3%-də
məhsuldarlıq 400-472 q/m
2
arasında dəyişmişdir. Standart
Qobustan yumşaq buğda
sortunun məhsuldarlığı 216 q/m
2
olmuşdur (Cədvəl 3).
Tərtər BTS-in müxtəlif pitomniklərindən toplanılnış kompaktoidlərin 2011-
2015-ci illərdə Qobustan BTS-də tədqiqi formaəmələgəlmə proseslərinin
zəifləmədiyini bir daha təsdiq edir. Valideyin cütlərinin ekocoğrafi
müxtəlifliyi yeni
formaların rastgəlmə tezliyinin yüksəlməsinə səbəb olmuşdur.
Fərdi seçmə aparılması nəticəsində qısa müddətdə kompakt buğdaların müxtəlif
təsnifat qruplarının (
T.cоmpactum
Hоst.
subconvar.rigidicompactum
;
subconvar.
roshanum
;
convar.compactum
) 20 növmüxtəlifliyinə aid 70 nümunə toplanılaraq
tədqiq edilmiş, toxumları artılaraq Milli Genbanka təhvil verilmişdir.
T.compactum
buğda növünün yayılma arealı (Azərbaycan, Türkiyə, Əfqanıstan,
Çin, Monqolustan, Suriya, İraq, Cənubi Afrika və s.) və çoxillik müşahidələr göstərir
ki, kompakt buğda, quraqlığa dayanıklılığı ilə yanaşı, həmçinin qışa-, soyuğa
davamlılığı ilə də seçilir. Keçmişdə və dövrümüzdə kəskin kontinentallığı ilə seçilən
Naxçıvan MR-in müxtəlif ərazilərindən çoxlu sayda və
müxtəlif növmüxtəlifliyinə
aid
T.compactum
genotiplərinin tapılması, onların rastgəlmə tezliyinin yüksəkliyi bu
növün abiotik stress faftorlarına dayanıklılığını bir daha təsdiq edir.
T.compactum
növünə aid nümunələrin çatışmayan əlamətləri dənin keyfiyyət
göstəricilərinin aşağı olması və göbələk xəstəliklərinə güclü siyarətlənməsidir.
Yuksək hava hərarəti ilə müşayət olunan torpaq quraqlığı şəraitinə adaptasiya olnmuş
bitki
növlərində biotik faktorlara, o cümlədən xəstəliklərə davamlılıq formalaşmır.
Burada xəstəlik törədicilərinin inkişafı üçün optimal şərait olmadığından – sahib-
parazit münasibətləri formalaşmadığından davamlı genotiplər əmələ gəlmir.
Digər
tərəfdən, təbiətdə geniş müşahidə olunan kompensasiya qanununa əsasən qazanılmış
yeni əlamət digər əlamətin zəifləməsi, yaxud itməsi ilə nəticələnir.
Dostları ilə paylaş: