157
sortlarının mühüm xüsusiyyətləri paxlalarında perqament qatının olmaması və bunun
nəticəsində yetişmə fazasında paxlalarının zərif olmasıdır. Əsasən, bu cür paxlalarda
tikiş saplarının yumşaq olması böyük əhəmiyyət kəsb edir. Bu xarakterlərinə görə
vigna, adi lobya, hətta şəkərli əkin göy noxudunun yaşıl paxlaları texniki yetişmə
fazasında istifadə olunur. Digər tərəfdən bu xüsusiyyətlər tərəvəz paxlaları üçün heç
də qəbul edilmiş əsas göstərici deyil. Dənlərinin iri olması da mühüm amillərdəndir.
Bu paxlaların yeganə bir universal xüsusiyyəti onların konserv istehsalı üçün yararlı
olması hesab edilir. Lakin buna baxmayaraq eyni zamanda hər bir növ özünəməxsus
bioloji, morfoloji, anatomik və biokimyəvi xüsusiyyətlərə malikdir.
Paxlalı bitkilərin genetik müxtəlifliyi ərzaq təhlükəsizliyinin təmin olunmasında
və kənd təsərrüfatının davamlı inkişafında mühüm əhəmiyyət kəsb edir. Onların
genotiplərinin kompleks morfofizoloji əlamətlərə, məhsuldarlığa, dənin keyfiyyətinə
və aqroekoloji şəraitə uyğunlaşmasına görə seçılməsi və yeni sortların yaradılması
problem olaraq qalır. Hazırki minillikdə biz iqlimin qlobal və lokal dəyişkənliyinin
və istiləşmənin şahidi oluruq. Böyük ərazilər, dövrü dəyişgənliyin nəticəsində
quraqlaşır. Bu səbəbdən də əkinçiliyin qarşısında quraqlığa davamlı bitkilərin
becərilmə areallarının genişləndirilməsi kimi bir vəzifə durur. Bu bitkilərə ərzaq
paxlalılardan noxudu və lərgəni göstərmək olar. Ərzaq paxlalılarına olan tələbatın
hələ də ölkədaxili istehsalın hesabına ödənilməməsi halında
bu bitkilərin becərilmə
areallarının genişləndirilməsi tələb olunur. Hazırda respublikada məhsuldarlığın
artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsinin real əsası torpaq-iqlim
şəraitinə uyğun yeni sortların yaradılmasıdır. Bunun həlli isə ərzaq paxlalılarının
kompleks əlamətlərlə səciyyələnən yüksək, davamlı, məhsuldar və keyfiyyətli
sortlarının yaradılmasının elmi əsaslarla işlənib hazırlanmasıdır. Bunlar öz genetik
potensialarını respublikanın mürəkkəb torpaq-iqlim şəraitində səmərəli realizə etmək
qabiliyyətinə malik olmalıdır. Bitkilərin morfofizoloji və təsərrüfat qiymətli
əlamətləri, kəmiyyət və keyfiyyət göstəriciləri arasındakı korrelyasiya əlaqələrini
müəyyən etməklə oların yaxşılaşdırılması imkanlarının
öyrənilməsi mühüm
şərtlərdəndir. Məhsuldarlıq elementlərinin formalaşması və onların bir-birini
tamamlaması ilə bu bitki nümunələrinin işlənib hazırlanmış optimal morfotipləri
əsasında yaradılmış sortlar, ekoloji şəraitə uyğunlaşmaqla məhsuldarlığın maksimum
reallaşmasına da şərait yaradır.
Lobya bitkisi timsalında yüksək məhsuldar sortun morfotip modelinin işlənib
hazırlanması və onlardan seleksiyada istifadə etməklə yeni sortların yaradılmasını
müəyyən edərək ərzaq paxlalılarının prioritet istiqamətləri öyrənilmişdir. Lobya
dünyanın böyük hissəsində əsas tərəvəz bitkisidir. Dünya əkinçiliyində lobya ərzaq
paxlalıları içərisində dominant yerlərdən birini tutur və daha çox polimorfizm
əlamətləri ilə seçilir. Əsasən də ən çox müxtəliflik lobya toxumunun rəng, forma və
ölçüsündədir. Becərilməsi baxımdan Asiya ölkələri aparıcıdır. Çin, İndoneziya və
Türkiyə öndə durur. Asiya dünya əkin sahəsinin 72,7%-ni təşkil edir.
FAO-nun
məlumatına görə 2010-cu ildə lobyanın əkin sahəsi dünyada 1 mln. 495 min hektar
olmuşdur. Bu göstərici ildən-ilə artır. Lobya tərəvəz və dən almaq məqsədi ilə
becərir. İstər tərəvəz, istərsə də dən lobyalarının özünə məxsus sortları mövcuddur.
Lobyanın tərəvəz sortlarından ən yaxşısı şəkərli və yarımşəkərli sortlar hesab olunur.
158
Yaşıl paxlaları ətli, perqament qatı olmayan, tikiş yeri sapsız, en kəsiyi dairəvi olan
şəkərli sortlar keyfiyyətli sayılır. Yarımşəkərlilərdə sapın olması elə də əhəmiyyət
kəsb eləmir. Lobyanın digər bir tərəvəz sortu paxlası nazik uzun, diametri dairəvi
olanlardır ki, bunlar qulançar tipli (sparja) lobya adlanır. Ədəbiyyat məlumatına görə
lobyanın genetikasında paxlanın forması çoxlu genlərlə idarə olunur. Belə ki, Ea, Eb,
İa, İb genləri bitkinin yaşıl paxlasını, ea, eb, ia, ib genləri dairəviliyi idarə edir.
Resessiv st geninin mövcudluluğu paxlanın tikişinin saplılığını təyin edir. Ts geninin
mövcudluluğu sapın formalaşmasının temperaturdan asılılığını müəyyən edir. Belə
ki, yüksək temperaturda sap yüksək dərəcədə inkişaf edir. Perqament qatının
mövcudluğuna To geni nəzarət edir. Bu baxımdan genetik-seleksiyanın kompleks
öyrənilməsi əhəmiyyətli təsərrüfat əlamətləri və bioloji xüsusiyyətləri ilə fərqlənən
ilkin perspektiv materiallara aid genofondun yaradılmasına imkan verir.
Tədqiqat materialı olaraq 100-dən çox yerli və introduksiya
olunmuş adi lobya
sortnümunələri götürülmüşdür. Bu nümunələr gövdələrinin tipinə, vegetasiya
müddətinə, paxlalarının xüsusiyyətlərinə və s. əlamətlərinə görə fərqlənirlər.
Ölkəmizdə əsasən Qafqaz və Dağıstan (tez və gec yetişən) ekotipləri becərilir.
Nümunələr beynəlxalq deskriptorda nəzərdə tutulduğu kimi 25-dən çox
göstəricilərinə əsasən qiymətləndirilmişdir. Tədqiqatlar GEİ-nin Abşeron Elmi
Tədqiqat Bazasında aparılmışdır.
Tədqiqat zamanı bitkilər üzərində fenoloji müşahidələr aparılaraq fenofazalar
arası müddətlər qeyd edilmişdir. Bu müddətlərin öyrənilməsi gələcək seleksiya
işlərinin davam etdirilməsində böyük əhəmiyyət kəsb edir. Bu zaman sortun
yetişdiriləcəyi zonanın torpaq-iqlim şərairi də nəzərə alınır.
Morfofizoloji analiz və
müşahidələr lobya bitkisinin prioritet istiqamətləri yönümündə aparılır. Bitkilər
gövdəsinin tipinə görə; kol, yarımsarmaşan, yuxarıdansarmaşan, sarmaşan olmaqla
bir-birindən fərqlənirlər. Nümunələr məhsuldar budaqların sayı, birinci paxlaya
qədərki hündürlük, buğumaralarının sayı, paxlanın perqament qatının və bel tikişinin
saplılığı kimi əsas xüsusiyyətlərə görə qiymətləndirilmişdir. Həmçinin bunların
kəmiyyət, keyfiyyət əlamətləri, xəstəlik və zərərvericilərə, mühütin stress faktorlarına
davamlılığı və məhsuldarlığı öyrənilmişdir. Ərzaq paxlalılarına olan tələbatın yerli
məhsullar hesabına ödənilməsi yeni sortların yaradılmasını tələb edir. Müasir
mərhələdə əksər sortlar (yerli forma və sortlar, eləcə də introduksiya olunmuş sortlar)
ölkədə bu bitkinin əkin sahələrini genişləndirmək problemini həll etmək
və ölkənin
real toxum istehsalına olan tələbatını ödəmək iqtidarında deyil. Məlumdur ki,
ölkəmizdə lobya fərdi və xırda təsərrüfatlarda becərilir. Əhalinin bu ərzağa olan
tələbatının ödənilməsində lobyanın əkin sahəsini genişləndirməklə onun açıq
sahələrdə becərilməsini aktuallaşdırır. Hər hansı bir təsərrüfat qiymətli əlamətinə
görə (əsasən toxum məhsuldarlığına) üstün, tamami ilə digər mühüm texnoloji
xüsusiyyətlərindən mexaniki yığıma yararlığa cavab verən modelinin yaradılması çox
əhəmiyyətlidir. Bunun üçün yaradılacaq yeni sortlar əsasən kol və yarımsarmaşan
formalar olmaqla tez və ortatez yetişən (70-90 gün), hündürlüyü 50-70 sm, aşağı
paxlanın yerləşmə hündürlüyü 15-25 sm olmaqla mexaniki yığıma da yararlı
olmalıdır. Öyrənilən nümunələrdə bitkinin boyu sarmaşan və yarımsarmaşanlarda 45-
200 sm, kol formalarında isə 25-60 sm; 1-ci paxlaya qədər olan hündürlük 16-20 sm
159
arasında dəyişmişdir. Gövdənin yatmaya davamlılığı və birinci paxlanın yer
səthindən hündürlüyü əsas sort əlaməti kimi götürülür. Çünki birinci paxlanın
yerləşmə hündürlüyü nə qədər böyük olarsa o, bir o qədər mexaniki yığıma yararlı
olur. Tədqiqatın aparıldığı illər ərzində yüksək və sabit məhsuldarlığa malik istər
sarmaşan və yarımsarmaşan, istərsə də kol formaları seçılmişdir. Bu formaların
seleksiyanın sonrakı mərhələlərində başlanğıc material kimi istifadə olunması
nəzərdə tutulur.
Qeyd edək ki, bunlar həm də keyfiyyət baxımından da yüksək
olmuşdur.
Cədvəldən də göründüyü kimi bu nümunələr lobyanın müasir seleksiyasının
tələblərinə cavab verir.
Kol formalarından ən çox “AZE PHA-20” nümunəsi fərqlənmişdir ki, bu
nümunə nəzərdə tutulan bütün gostəricilərə cavab verir. Bu nümunə perspektiv sort
kimi seçilərək seleksiyanın sonrakı mərhələlərində sınaqdan keçirilməsi nəzərdə
tutulmuşdur.
Dostları ilə paylaş: