24
markerlərin daşıyıcısı olan “Azəri”, “Qırmızı gül 1”, “Pərzivan 2”, “Ruzi 84”,
“Murov”, “Murov 2”, “Uğur”, “Səba” və s. yumşaq buğda sortları seleksiyada
keyfiyyətə görə donor kimi istifadə edilmişdir [10].
İnstitut ilk dəfə olaraq ölkədə toxum normasını 30-40% azaldan, suvarma
suyuna 25-30% qənaət edən, verilmiş gübrələrin və alaqlara qarşı mübarizənin
səmərəliliyini artıran, xəstəlik və zərərvericilərin inkişafına mənfi, kondisiyalı
toxum çıxımına müsbət təsir edən vəsaitə qənaətedici tirəyə əkin, təkrar və
gecikmiş əkinlərdə iqtisadi cəhətdən səmərəli olan sıfır becərmə texnologiyalarının
elmi və təcrübi əsaslarını öyrənmiş, tətbiq etmiş və genişləndirmişdir [11; 12; 13].
Azərbaycandaotlaqların davamlı idarə edilməsinin, qorunmasının və
yaxşılaşdırılmasının mütərəqqi texnologiyaların elmi əsaslarla işlənməsi və onların
qorunub saxlanması üçün onların səthi və əsaslı yaxşılaşdırılma texnologiyaları,
iribuynuzlu heyvanlar üçün qarğıdalı ilə yoncanın, amarantla qamışın və qarğıdalı,
yonca, amarant və qamışın qarışığından kombinləşdirilmiş silosun hazırlanması
texnologiyaları işlənib hazırlanmışdır.
İnstitutun struktur tabeliyində fəaliyyət göstərən bölgə təcrübə
təsərrüfatlarımız 2015-ci ildə 1000 hektardan artıq sahədə institutun rayonlaşmış
32 dənli, dənli-paxlalı və yem bitki sortlarının (13 yumşaq və 3 bərk buğda, 5 arpa,
4 qarğıdalı, 2 noxud, 1 mərcimək, 3 yonca və 1 xaşa) toxumçuluğu fəaliyyəti ilə
məşğul olmuşdur. Bu təsərrüfatlarda 1203 ton dənli, dənli-paxlalı və yem
bitkilərinin orijinal, super-elit və elit toxumları istehsal olunmuşdur. İstehsal
olunan 952 ton elit toxumlar kvotaya uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin
bölgüsü əsasında 120-dən artıq dövlət və özəl toxumçuluq təsərrüfatlarına
verilmişdir. İri taxılçılıq təsərrüfatları 2015-ci ildə institutun “Qobustan”, “Tale
38” və digər buğda sortlarından hektara ortalama 65 sentnerdən artıq dən məhsulu
əldə etmişlər.
Əkinçilik ET İnstitutu bazar iqtisadiyyatı şəraitində yeni elmi nailiyyətləri ilə
bundan sonra da kəndli fermer təsərrüfatlarına yaxından kömək edərək, müstəqil
respublikamızda kənd təsərrüfatı məhsulları bolluğu yaradılması işinə öz layiqli
töhvələrini verəcəkdir.
Dostları ilə paylaş: