Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə219/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   215   216   217   218   219   220   221   222   ...   352
Basillus subtilis
st. 22 
VİZR, titr 10
11
KYO/ qram) bioloji preparatı ilə, 2 qr/kq normada, işçi məhlulun 
sərfiyyatı (İMS) 1 litr/kq olmaqla səpindən qabaq 2 saat müddətində 
dərmanlanmışdır. Paralel olaraq daha mütərəqqi üsul kimi bioloji və davamlılığın 
yüksəldilməsində yüksək nəticələr göstərmiş Aqat 25 K preparatından toxumların 
səpinqabağı sağlamlaşdırılmasında istifadə edilmişdir. Preparat 14 qr/kq normada, 
İMS 2 litr/kq olmaqla tətbiq edilmiş və toxumlar 4 saat müddətində səpindən 2gün 
qabaq islatma metodu ilə işlənmişdir. Təcrübələrdən alınmış nəticələr səmərəli 
olmuş və hazırlanmış yeni mübarizə sxeminə daxil edilmişdir. 
Toxumların səpildiyi torpağın (substratın) keyfiyyətindən və qida maddələri 
ilə zəngin olmasından asılı olaraq şitillərin xəstəliklərlə sirayətlənməsi dəyişir. Şitil 
istehsalı ilə məşğul olan istehsalçılar bir neçə il eyni torpaqda toxumları səpərək 
istehsal etdikləri şitillərin ixtisaslaşmış xəstəlik törədiciləri ilə sirayətlənməsi 
nəticəsində külli miqdarda ziyana uğradıqları hallaı tez -tez baş verir. Aparılmış 
müşahidələr və təhlillər nəticəsində məlum olmuşdur ki, sterilləşdirilmiş hazır 
substratlarda şitillərin becərilməsi onların xəstəliklərlə yoluxmasını minimuma 
endirir. Kök çürümələri, fır nematodları, gövdə bakteriozu, xəstəliklərinin şitillər 
üzərində yayılması əhəmiyyətli dərəcədə azalır. Müşahidələrdən əldə olunmuş 
ilkin nəticələrin dəqiqləşdirilməsi və satışda istehsalçılara təqdim edilən və 
şitillərin xəstəliklərlə yoluxması daha az müşahidə olunan substratlar seçilmişdir. 
Bu məqsədlə yerinə- yetirilmiş təcrübələr göstərdi ki, zənginləşdirilmiş və 
sterilləşdirilmiş torfdan hazırlanan Moss-Peat substratı digərləri ilə müqayisədə 
daha səmərəlidir. 
Xəstəlik törədicilərinə qarşı davamlılığının artırılmasıməqsədi ilə müxtəlif 
metodlardan istifadə edilir. Fitosporin-Mbioloji preparatının (
Pseudomonas 
aurofaciens
şt. M-26D) istifadəsi cücərməkdə olan toxumların rüşeyim 


339 
potensialının artırılmasında və şitillərin inkişafına müsbət təsiri tərəfimizdən 
aparılmış təcrübələrdə təsdiqin tapmışdır (6). Bələ ki, Fitosporinlə yemləndirilmiş 
şitillərin nəzarətlə müqayisədə xəstəliklərə yoluxması əhəmiyyətli dərəcədə 
azalmış, boy və inkişafı güclənmişdir.
Xəstəliklərə qarşı bioloji mübarizə tədbirləri hazırlanması məqsədi ilə 
nəmləşdirilmiş substrat (Moss-Peat) adi şəraitdə xüsusi kasetlərə doldurulduqdan 
sonra hər yuvaya 1 ədəd Qliokladin həbi (Trychoderma harzianum st. M 22 VİZR, 
titr 10
9
KYO/qr) verilmişdir. Şitil çıxışından sonra 2-3 əsl yarpaq fazasında 
biktilərin xəstəliklərlə sirayətlənməsinə qarşı mübarizə tədbiri kimi Fitosporin-M 
preparatının 0,05 %-li suspenziyası ilə 2 dəfə çiləmə aparılmışdır. Tətbiq olunmuş 
tədbirlərin səmərəsinin öyrənilməsi üçün ilk çıxışdan şitillərin köçürülməsi 
dövrünə qədər hər 5 gündən bir başlıca xəstəliklərlə sirayətlənməsinin uçotları 
aparılmışdır. Alınmış nəticələr etalon variantı ilə müqayisə edilmişdir. Etalonda 
şitillər təcrübə variantı ilə eyni aqrofonda becərilməsinə baxmayaraq, 
xəstəliklərdən təsərrüfatın tətbiq etdiyi tədbirlərlə mühafizə edilir (4 dəfə 
kimyəvi funqisidlərdən isdifadə -Aprin-2 dəfə, Kurzeb və Saprol hər biri 1 dəfə 
çiləmə). Təcrübədə nəzarət variantı da götürülmüşdür. Nəzarət variantında eyni 
sortdan (Durinta) olan toxumlar eyni aqrofonda becərilmiş, lakin xəstəliklərə qarşı 
heç bir tədbir keçirilməmişdir. Təcrübələr ümumi qəbul olunmuş metodlar 
əsasında qoyulmuşdur [7]. 
Başlıca xəstəliklərin kök çürümələri (
Fusarium
və 
Verticillium
), Fitoftoroz 
(
Phytophthora solani, Ph. parasitica
), Gövdə bakteriozu (

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin