269
hallarda bu sortların tamamilə sıradan çıxmasına səbəb olmuşdur. Sortların sarı
pasla sirayətlənməsi nəticəsində xəstəliyin səviyyəsindən,bitkilərin inkişaf fazasıvə
iqlim şəraitindən asılı olaraq 20-30% məhsul itkisinə səbəb olur.
Açar sözlər:
sarı pas, gen, buğda, sirayətlənmə
Ключевые слова:
желтая ржавчина, ген, пшеница, заражение
Key words:
yellow rust, gen, wheat, infection
Buğda Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından əsas
strateji bitki hesab olunur. Hər il ölkədə 650 min hektardan artıq sahədə buğda əkilir.
Pas xəstəlikləri ölkədə bitkilərin məhsuldarlığını məhdudlaşdıran başlıca biotik stress
amillərdən hesab olunur. Bu xəstəlik bəzi illərdə epidemiya şəklində yayılaraq kəskin
məhsul itkisinə səbəb olur (25-35%).
İlk dəfə olaraq sarı pas xəstəliyi 1777- ci ildə Gadd və Bjerkander tərəfindən
kəşf edilmiş, 1794-cü ildə isə İsveçrədə çovdar bitkisində bu xəstəliyin epidemiya
formasında yayılması qeydə alınmış, 1827-ciildə Schmit onu yaradan patogeni
U.
Glumarum adlandırmış,
Westendorp 1854-cü ildə çovdar bitkisində müşahidə etdiyi
xəstəliyi
P. Sfriaeformis,
Eriksson və Henning [1] köbələklər üçün tərtib edilən
təsnifatda sarı pas xəstəliyini
P. glumarum,
(Hylander
et al.
1953) [2], Cummins və
Stevenson [3] isə bu xəstəliyə, köbələklərin təsnifatında
P. striiformis.
West. adını
vermişlər ki, hal-hazıra qədər həmən xəstəlik məhz bu adla tanınır.
Pas xəstəliklərinin əsasən üç forması mövcuddur: sarı (
Dostları ilə paylaş: