275
Aparılan tədqiqatlar nəticəsində 2014-2015-ci illərin vegetasiya dövründə sarı
pas xəstəliyi ilə müqayisədə qonur pas və gövdə pası,
bəzi regionlarda - Cəlilabad,
Qobustan və Tərtərdə cüzi (R-10MR-30MS), digər bölgələrdə isə (Abşeron və
Şəki) demək olar ki, müşahidə olunmamışdır (0-R).
Bütün regionlar üzrə GPS
göstəriciləri qeydə alınmış, yüksək infeksiya tələ pitomnikində öyrənilən
Yr2, Yr6,
Yr7, Yr 9, Yr18, Yr25, Yr31 və s.
genləri,
xüsusilə
Yr27
genini daşıyan bir çox
genotiplər sarı pas patogeninə yüksək həssaslıq göstərmişdir. Hətta 2009-2010-cu
ildə
Yr27
geni dünyanın bir çox olkələrində, Həbəşistan, Iran, Iraq, Keniya, Mərakeş,
Suriya, Türkiyə, Özbəkistan, CWANA o, cümlədən Azərbaycandada bütün raslara
yüksək həssaslığı ilə səciyyələnmişdir. Həmin illər xəstəlik nəticəsində 30-40%-ə
qədər məhsul itkisi qeydə alınmışdır (
Şəkil 4
).
Şəkil 4. Sarı pasın
(P. Striiformis)
kütləvi yayılması
Hazırda Azərbaycannın bütün regionlarında Yr5/ 6* Avocet S, Triticum spelta
(Inter,Yr5),Yr 15/ 6* Avocet S,Strubes Dickopf (W;2-more?)
,
Chinese 166 (W;Yr1),
Hybrid 46 (W;Yr4) genini daşıyan genotiplər sarı pas xəstəliyinə davamlılıq
göstərmişdir.
Macer tərəfindən 1966-cı ildə
Triticum spelta album
növündə tapılan [9]
və
sonralar 2BL xromosomunda sentromerdən 21 cM məsafədə yerləşdiyi təyin edilən
Yr 5
geni [10] Amerikanın bütün raslarına davamlılıq
göstərmiş, (X. M. Chen,
personal communication) və bu gen Kema [11] tərəfindən bir çox kommersiya
sortlarına köçürülmüşdür.
Digər effektiv hesab olunan Yr 15 geni 1970-ci
ildə Gerechter-Amitai və
Stubbsun [12] tədqiqatları ilə G-25
Triticum dicoccoides
Korn
Puccinia striiformis
-
ın müxtəlif coğrafi mənşəli raslara qarşı davamlılığı aşkar olunaraq onların
genotipində qeydə alınmışdır. Sonralar bu genin dominant xarakter daşıması başqa
tədqiqatçılar tərəfindən göstərilmiş [13; 14], və onun 1B
xromosomunun qisa
çiynində yerləşdiyi McIntosh və Silk [15] tərəfindən təyin edilmişdir.
Yr15
və bu
xüsusiyyətinə görə
tetraploid və heksaploid buğda sortlarına köçürmüşdür [13;16].
Xianming Chenin şəxsi məlumatına görə (
Xianming Chen, personal
communication
)
Yr15
geni bu illər ərzində istixana və tarla
şəraitində heç bir rasa
həssaslıq göstərməmiş, əksinə, bütün raslara davamlı olmuşdur.