Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə177/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   173   174   175   176   177   178   179   180   ...   352
 
 
 
 
 


278 
UOT 633.1; 632.1; 632.3.4 
 
DAĞLIQ ŞİRVAN ŞƏRAİTİNDƏ PAYIZLIQ YUMŞAQ 
BUĞDANIN SARI PASA QARŞI DAVAMLILIĞININ TƏDQİQİ 
 
A.G.ZƏRBƏLİYEV
2
, C.M.TƏLAİ
1
, A.A.CAHANGİROV
2
, H.N.HƏMİDOV
2

B.M.ƏHMƏDOV
2
, Ş.R.KƏRİMOVA
1
 
1
ET Əkinçilik İnstitutu, Az1098, Bakı, Sovxoz №2, talai_akinchi@box.az 
2
ETƏİ, Qobustan BTS, AZ 3700, Qobustan rayonu, Qobustan şəhəri, 
a.cahangir@hotmail.com

2012-2013 və 2013-2014-cü vegetasiya illərində Dağlıq Şirvan şəraitində 344 
payızlıq yumşaq buğda nümunəsinin sarı pasa sirayətlənməsi qiymətləndirilmişdir. 
Genotiplərin 30-35%-i hər iki ildə sarı pasa orta davamlı və davamlı olmuşdur. 
Nümunələrin 40-50%-i bu xəstəliyə həssas və çox həssas, 10-15%-i isə meylli 
olmuşdur. Davamlı nümunələrin Dağlıq Şirvan bölgəsi üçün seleksiya proqramına 
daxil edilməsi qərarına gəlinmişdir. 
 
Açar sözlər: 
payızlıq yumşaq buğda, seleksiya, sarı pas, kolleksiya, davamlılıq 
Ключевые слова: 
озимая мягкая пшеница, селекция, желтая ржавчина, 
коллекция, устойчивость
 
Key words: 
winter bread wheat, breeding, yellow rust, collection, resistance 
Buğda respublikamızın demək olar ki, bütün bölgələrində becərilir. Payızlıq 
buğdanın vegetasiya müddəti uzun olduğundan o bir çox biotik və abiotik xarici 
mühit amillərinin təsirinə məruz qalır. Bunların arasında quraqlıq, yüksək və aşağı 
temperaturlar, bir sıra göbələk xəstəlikləri və başqalarını göstərmək olar. Payızlıq 
buğdanın inkişafında bir çox fizioloji proseslərin gedişinə və yekun nəticədə 
məhsuldarlığın azalmasına ən çox təsir edən biotik faktorlardan biri də sarı pas 
xəstəliyidir. Son illərdə respublikamızın bir çox bölgələrində sarı pasın geniş 
yayılması nəticəsində payızlıq buğdanın məhsuldarlığının və yekun olaraq toplam 
istehsalın əhəmiyyətli dərəcədə aşağı düşməsi müşahidə olunur. Qeyd edək ki, bu 
xəstəliyin epifitotik inkişafı nəticəsində respublikamızın bütün taxılçılıq 
təsərüfatlarında 25-30%-ə qədər məhsul itkisi müşahidə olunur [1]. Sarı pasla 
mübarizədə kimyəvi vasitələrin (Bayleton, Tilt və s.) tətbiqi xəstəliyin sporlarını 
məhv edir və nəticədə məhsul itkisinin qarşısı alınır [2; 3]. Lakin qeyd edək ki
kimyəvi mübarizə tədbirləri əlavə xərclər və işçi qüvvəsi tələb etdiyinə görə ən 
səmərəli yol sarı pasa qarşı davamlı genotiplərin yaradılması və istehsalatda tətbiqidir 
[4; 5]. Dağlıq Şirvan bölgəsi aqrar bölgə olmaqla burada kənd təsərrüfatı istehsalının 
taxılçılıq sahəsi geniş yayılmışdır. Suvarma suyunun az olması, qışın uzun müddət 
davam etməsi, yaz və yay aylarında temperaturun çox da yüksək olmaması bu 
bölgədə dəmyə taxılçılığının tətbiqini şərtləndirir. Qeyd etmək lazımdır ki, mürəkkəb 
torpaq iqlim şəraitinə malik olan Dağlıq Şirvan bölgəsində taxıl sortlarının düzgün 
seçilməsi mühüm əhəmiyyət kəsb edir. Bölgədə yetişdiriləcək taxıl sortları qışa, 


279 
şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə, digər biotik və abiotik amillərə qarşı 
davamlı olmalıdır. Əks halda çətin torpaq iqlim şəraitində taxılların məhsuldarlığı və 
ümumi istehsal kəskin sürətdə aşağı düşə bilər. Dağlıq Şirvan bölgəsində yaz və yay 
aylarının rütubətli keçməsi optimal temperaturlarla müşayiət olunduqda göbələk 
xəstəliklərinin – xüsusilə də sarı pasın inkişafı üçün əlverişli şərait yaranır. Qeyd 
edək ki, bu bölgədə iqlim şəraitinin gedişinə görə sarı pasın yayılması respublikanın 
digər bölgələrinə nisbətən daha çox müşahidə olunur. Ona görədə Dağlıq Şirvan 
bölgəsində sarı pasa davamlı buğda sortlarının yaradılması xüsusi əhəmiyyətə 
malikdir. Ona görə də bu bölgədə seleksiya işində tətbiq etmək üçün lazım olan 
başlanğıc materialın, yəni payızlıq yumşaq buğda kolleksiyasının sarı pasa qarşı 
davamlılığının öyrənilməsi məqsəd olaraq qarşıya qoyulmuşdur. 
Tədqiqata Əkinçilik ElmiTədqiqat İnistitunun Qobustan Bölgə Təcrübə 
Stansiyasında toplanmış payızlıq yumşaq buğda kolleksiyası cəlb edilmişdir. 
Kolleksiyaya 93 ədəd 
Lutescens
, 117 ədəd 
Erythrospermum
, 24 ədəd 
Ferrugineum
və110 ədəd 
Graecum
növmüxtəlifliyinə aid olan genotip daxil olmuşdur. Təcrübələr 
2012-2013 və 2013-2014-cü vegetasiya illərində Dağlıq Şirvanın Qobustan 
bölgəsində ƏETİ-nun Qobustan BTS-nin əkin sahələrində qoyulmuşdur. Əkinlər 
bölgə üçün tətbiq olunan aqrotexniki şərtlərə tam uyğun olaraq becərilmişdir. 
Vegetasiya ilinin aprel, may və iyun aylarında təcrübə bölmələrində müşahidələr 
aparılmış və sarı pasa sirayətlənmənin dərəcəsi qəbul olunmuş beynəlxalq şkala 
(
SİMMİT, İKARDA
) əsasında [6] qeyd edilmişdir. 
Məlumdur ki, buğda bitkisinin göbələk xəstəliklərinə sirayətlənməsi vegetasiya 
dövrü ərzində hava şəraiti ilə sıx sürətdə əlaqədardır. Belə ki, yaz aylarında və yayın 
əvvəlində havaların yağmurlu keçməsi və havada nisbi rütubətin yuxarı olması ilə 
yanaşı temperaturda göbələk sporlarının inkişafı üçün əlverişli keçdiyi (15-20º C) 
zaman taxılların göbələk xəstəliklərinə və xüsusilə də sarı pasa tutulması müşahidə 
olunur. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin