Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə27/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   23   24   25   26   27   28   29   30   ...   113
VI
 FƏSIL
 
UMUMI
 PRINSIPLƏR
 
§ 1. inzibati hüququn əsas prinsipləri anlayışı 
və həyata keçirilmə qaydası 
İnzibati  hüququ  xüsusi  hüquq  kimi  səciyyələndirmək  üçün  çox 
zaman  «ictimai  hakimiyyət»  ifadəsi  işlədilir:  inzibati  hüquq  özündə 
ictimai  hakimiyyət  anlayışının  ən  dolğun  ifadəsini  əks  etdirmişdir. 
Fransada  tez-tez  «tələ»  sözünü  işlədirlər,  «tələ»  -  sözünün  işlədilmə- 
sində ehtiyatlı olmaq lazımdır. «İctimai hakimiyyət» ifadəsi öz mahiyyəti 
ilə,  bu  ifadədən  doğan  ideyalarda  çaşqınlıq  təhlükəsi  yarada  bilər.  Bu 
ifadənin kökləri çox qədim dövrə, Roma hüququna, Roma imperiyasına 
gedib  çıxan  mifologiyaya  bağlıdır.  Həmin  mifologiyaya  görə,  inzibati 
hüquq  hakimiyyət  hüququ,  hökmranlıq  hüququdur.  O,  fərdi  iradələrin 
açıq şəkildə ifadə edilməsinə və razılaşdırılmasma əsaslanan bərabərlik 
hüququndan,  mülki  hüquqdan  və  xüsusi  hüquqdan  prinsipial  şəkildə 
fərqlənir. 
Kökləri  Roma  dövrünə  gedib  çıxan  ictimailik  ideyasını 
hüquqşünaslar  hələ  monarxiya  dövründə  aşkara  çıxarmışdılar.  Həmin 
ideyaya  görə,  dövlət  vətəndaşlar  üzərində  hakim  qüvvədir  və  onun  bu 
hökmranlığı inzibati hüququn dövlətlə digər ictimai-hüquqi kollektivlər 
və vətəndaşlar arasında hüquqi münasibətləri tənzimlədiyini sübut edir: 
vətəndaşlar  bərabər  hüquqa  malik  olduqlarından  mülki  hüquqi 
münasibətlərin  xarakterini  ifadə  edən  xüsusi  hüquq  da  bərabərlik 
hüququnu tamamlayır. 
Bu heç zaman real gerçəkliyə tam uyğun gəlməmişdir və hazırda 
da bir sıra praktiki və hüquqi səbəblərə görə aydın olmuşdur ki, bu dəqiq 
deyildir. 
İndi  dövlətlə  və  ictimai-hüquq  kollektivləri  ilə  yanaşı,  daha 
mühüm xüsusi təşkilatlar meydana çıxmışdır. Bu qurumlar iri transmilli 
müəssisə  olmaqla,  yüz  əlli  sakini  olan  kiçik  kommunadan  daha  güclü, 
daha  böyükdür.  Bunun  nəticəsi  olaraq  indi  dövlət  administrasiyasının 
hakim  rolu  və  onun  ideyası  artıq  özü-özlüyündə  mübahisəyə  çevrilir. 
Dövlət  idarəetmə  sistemi  sosial  qüvvələrin  təşkilində  amil  kimi  deyil, 
daha artıq dərəcədə həmin qüvvələrin həqiqi nisbəti nəticəsində təşəkkül 
tapır. Hətta administrasiyanın bəzi hallarda gücsüzlüyünü göstərir. 
82 


Hələ o zamanlar nüfuzlu və hökmran inzibati hüquq spesifik və 
tam  dəqiq  olmayan  anlayış  idi,  çünki  vətəndaşlar  arasında  həqiqi 
bərabərlik  mövcud  deyildi.  Bu  artıq  XV  yüzillikdə  öz  təsir  qüvvəsini 
itirdi  və  zəiflər,  bankirlər  və  dilənçilər  arasında  bərabərliyin  olmaması 
qabarıq  surətdə  üzə çıxdı. Bu  prinsip  aşağıdakılar  arasında  olan hüquq 
münasibətlərində  özünü  büruzə  verirdi,  məsələn,  sahibkarların  yanında 
muzdlu  işləyən  şəxslər  arasında,  ev  sahibi  ilə  kirayənişinlər  arasında, 
sığortaçı  ilə  sığorta  olunan  şəxs  arasında  və  yaxud  minik  sahibi  ilə 
sərnişin arasında münasibətlər qeyri-bərabərliyi təşkil edirdi. Doğrudan 
da, hüquqi münasibətlərin bütün bu növlərində bir şəxs digəri qarşısında 
asılı vəziyyətdə qalır. Mülki hüquqi münasibətlər hüquqi baxımdan yaxşı 
məlum olan əmək müqaviləsinə imza atmaqla tərəflər arasında yaranır. 
Sığorta  haqqında  müqavilə  bağlamaq  istədikdə,  tərəflər  öz 
aralarında  onu  müzakirə  etmək  hüququna  malikdirlər  (və  bəzi  hallarda 
onu  həqiqətən  müzakirə  edirlər),  lakin  əksər  hallarda  adamlar  artıq 
hazırlanmış  olan  müqaviləyə  qoşulmaqla,  yəni  onu  imzalamaqla 
kifayətlənirlər.  Sığorta  şirkəti  həmin  müqaviləni  müzakirəyə  qoymur, 
lakin şərtlərinə də qoşulmağı təklif edir. Eynilə də nəqliyyata bilet alanda, 
şərait  və  rahatlıq  haqqında  ümumiyyətlə  müzakirə  getmir.  Tərəflərdən 
biri faktiki olaraq elə vəziyyətdə olur ki, öz iradəsini digər tərəfə qəbul 
etdirməyə nail olur. 
Əlbəttə,  hazırda  belə  vəziyyət  qanunlarla,  habelə  həmkarlar 
ittifaqlarının sahibkarlarla və fəhlələr arasında münasibətlər sahəsindəki 
fəaliyyətilə xeyli dərəcədə qaydaya salınmışdır. Qeyri-bərabərlik hüququ 
XIX  əsrdən  başlayaraq  tədricən  aradan  qaldırılmağa  başlansa  da, 
tərəflərin hüquq bərabərsizliyi inzibati hüquqda hələ qalırdı. Ona görə də 
bu münasibətlər xüsusi hüquq normaları ilə tənzimlənirdi. 
Tətbiq  edilən  xüsusi  hüquq  normaları  nəticəsində  ayrı-ayrı 
sahələrdə  administrasiya  daha  az  imtiyazlara  və  hakimiyyətə  malik 
olurdu. 
Xüsusi  hüquq  normaları  sayəsində  sahibkarın  öz  tabeçiliyində 
olan  muzdlu  işçiləri  işdən  azad  etmək  proseduru  çətinləşmişdi.  Lakin 
buna baxmayaraq onların işi administrasiyaya nisbətən daha asan idi. Bu 
isə  hüquqi  səbəblərdən  irəli  gəlirdi,  çünki  qulluqçu  üçün  müdafiə 
mexanizmi muzdlu əməklə məşğul olanlara nisbətən daha geniş idi. Bu 
isə, sosial səbəblər və bəzi ənənələrlə əlaqədar ortaya çıxırdı. 
Belə ki, ictimai hakimiyyətin imtiyaz formaları və yaxud ictimai 
hakimiyyətin  üstün  hüquqları  real  gerçəkliyi  tam  əks  etdirmirdi. 
Professor Riveronun göstərdiyi kimi, inzibati hüquq yalnız səlahiyyətlər 
83 


hüquqi deyil, həm də birinin digərindən asılılıq sistdmini də əhatə edirdi. 
Həqiqətən  də,  mülki  hüquqa  nisbətən  inzibati  hüquq  yalnız 
administrasiyaya geniş səlahiyyətlər vermişdir, biri digərinin sistemi ilə 
mövcuddur,  bu  zaman  hakimiyyət  həcmi  məhdudlaşdırılır  və 
administrasiyaya həvalə olunan, xüsusi şəxslərin (fərdlərin) öhdəsindən 
gələ bilmədikləri vəzifələr, onların qarşısına qoyulur. 
Məsələn,  xüsusi  müəssisə  öz  məhsulatlarmı  kimə  istəsə  ona  da 
sata  bilər.  Halbuki  məhsul  buraxan  və  yaxud  xidmətlər  göstərən 
administrasiya  öz  müştərilərini  özləri  seçə  bilməz,  çünki  o,  ictimai 
(ümumi) xidmətdən istifadə edənlər arasında münasibətlərdə bərabərlik 
prinsipi  ilə  bağlıdır  və  onun  xidmətlərinə  ehtiyacı  olanların  hamısını 
təmin etməlidir. 
Sahibkar  öz  işlərini  istədiyi  yolla  -  qəzetdə  elan  verməklə  və 
yaxud  ixtisaslaşdırılmış  müəssisələrə  müraciət  etmək  yolu  ilə  seçib 
toplaya  bilər.  Administrasiya  isə  öz  şəxsi  işçilərini  bu  şəkildə  toplaya 
bilməz;  o  bir  sıra  prosedurlara,  ilk  növbədə  müsabiqə  qaydasına  əməl 
etməyə borcludur. 
Bununla  bərabər,  administrasiya  öz  tədarükçülərini  və  yaxud 
podratçılarını  da  sərbəst  şəkildə  seçə  bilməz.  O  öz  fəaliyyətini  ümumi 
(ictimai) sövdələşmələr bağlanmasına əməl etməklə həyata keçirə bilər. 
Nəticə etibarilə inzibati hüquq çox zaman öz aralarında bağlı olan 
səlahiyyətlərin və vəzifələrin ayrılmaz məcmusundan ibarət olur. 
Misal  üçün,  dövlət  əmlakı  iki  elementlə  səciyyələnir:  o, 
toxunulmazdır  və  özgələşdirilə  bilməz.  Toxunulmazdır,  ona  görə  ki, 
ictimai  sərvətin  bir  hissəsini  təşkil  edir  və  göstəriş  əsasında  digərləri 
tərəfindən uzun müddət istifadə edilə bilməz, halbuki xüsusi mülkiyyəti 
əldə  etmək  üçün  belə  normalar  yoxdur.  İctimai  sərvətlərin  müdafiə 
mexanizmi  bundan  ibarətdir  ki,  ictimai  mülkiyyət  hətta  bir  neçə  əsr 
ərzində  xüsusi  şəxslərin  istifadəsinə  verilsə  belə,  onların  mülkiyyətinə 
çevrilmir.  Mülkiyyətçi  isə idarə etdiyi  xidmətlərin  üzərində  məsuliyyət 
yükünü  özü  daşıyır.  Onlar  mülkiyyətin  reyestrlərdən  silinməsini  başa 
çatdırmadan (nəticədə ictimai istifadədən çıxarmadan) həmin mülkiyyəti 
sata bilməzlər. 
Administrasiya müəyyən səlahiyyətlərə malikdir. O, öz təşəbbüsü 
ilə, digər tərəfin razılığı olmadan ona müəyyən vəzifələr həvalə edə bilər, 
lakin bunun əvəzində ona maliyyə kompensasiyası haqqı ödənməlidir. 
İnzibati məsuliyyətə gəldikdə isə administrasiyanın məsuliyyətə 
84 


cəlb edilməsi Dövlət Şurasının qəran ilə müəyyən edilməlidir. Lakin bu 
barədə qərar qəbul edildikdən sonra qeyd edilən məsuliyyətə cəlb - etmə 
məhkəmə  praktikası  vasitəsilə  həyata  keçirilir,  hətta  belə  risk  üçün 
məsuliyyət  dairəsinin  genişləndirilməsi  nəticəsində  administrasiyanın 
məsuliyyəti xüsusi şəxslərin məsuliyyətindən xeyli geniş təfsir edilir. Bu 
isə 
səlahiyyətlərin 
məhdudlaşdırılması 
hesabına 
vəzifələrin 
genişləndirilməsi ilə nəticələnir. 
İnzibati  hakimin  nəzarət-yurisdiksion  fəaliyyətində  də  eyni 
proseslər baş verir. Çox zaman iddia edilir ki, onun nəzarəti yurisdiksion 
imtiyazlardır, əslində isə bu, servitutdur, yaxud vəzifədir, o mənada ki, 
həmin  xüsusi  hakim  tərəfindən  edilən  nəzarət  ədliyyə  məhkəmələri 
tərəfindən  edilən  nəzarətlə  müqayisədə  nisbətən  daha  geniş  və  daha 
məsuliyyətlidir. 
Hətta səlahiyyət və vəzifə arasında fərqin olmasına baxmayaraq, 
inzibati  hüququn  əsas  prinsipləri  haqqında  mühakimə  yürüdülərkən  bu 
prinsip əsas götürülə bilər. 
Administrasiyanın  üstün  hüquqlarını  iki  böyük  kateqoriya  üzrə 
təsnif  etmək  olar.  Bunlar  idman  terminologiyasından  istifadə  edərkən 
işlədilən  «hücum»  və  «müdafiə»  anlayışlarına  uyğun  gəlməlidir: 
administrasiya,  bir  tərəfdən,  xüsusi  (fərdi)  şəxslərə  münasibətdə 
səlahiyyətlərə  malikdir,  digər  tərəfdən  isə  o,  xüsusi  (fərdi)  şəxslərin 
hərəkətlərinə məxsus müdafiə ilə təmin olunmur. 
Administrasiya  qərarların  qəbul  və  icra  edilməsində  bir  sıra 
səlahiyyətlərə malikdir. Qərar elə hüquqi  aktdır ki, inzibati orqan onun 
köməyi  ilə  əvvəllər təşəkkül tapmış  hüquqi  sistemdə  dəyişikliklər edir. 
Hüquq qaydası həmişə elementlərin müəyyən vəziyyətinə əsaslanır və hər 
bir yeni qəbul edilmiş qərar əvvəlki qərarın həqiqi vəziyyətinə əks təsir 
göstərə bilməz. 
Misal üçün, yeni qərarın icra edilməsi problemi ortaya çıxırsa və 
onun  icrası  məcburi  xarakter  daşıyırsa,  o,  məcburi  qaydada  icra 
edilməlidir. 
İnzibati  hüququn  üstün  hüquqları  administrasiyaya  hüquqi 
baxımdan mütləq icra edilməli olan qərarlar qəbul etmək və onlann maddi 
təcəssümünü təmin etmək imkanı yaradılması ilə səciyyələnir. 
Azərbaycan  Respublikasının  inzibati  hüququnun  prinsipləri 
dedikdə, inzibati hüququn mahiyyətini əks etdirən əsas ideyalar, tələblər, 
müddəalar  başa  düşülür.  İnzibati  hüququn  prinsipləri  öz  məzmun  və 
məqsədlərinə görə iki qrupa bölünür: 
■ 
konstitusion (ümumi) prinsiplər; 
■ 
xüsusi prinsiplər. 
85 


Konstitusion (ümumi) prinsiplərə aşağıdakı prinsiplər aiddir: 
qanunçuluq; demokratizm; humanizm; 
vətəndaşların qanun və hüquq tətbiqedicilik arşısmda bərabərliyi; 
dövlət və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi; 
təqsirsizlik prerumpsiyası; ədalətlilik və s. 
Xüsusi prinsiplərə aşağıdakılar aiddir: 
■ 
dövlət qulluğunun keçirilməsi prinsipləri; 
■ 
inzibati məsuliyyət prinsipləri; 
■ 
inzibati xətalar haqqında işlərin icraat prinsipləri və s. 
Yuxarıda göstərilən prinsiplər öz xarakterlərinə görə ümumi və 
xüsusi xarakter daşıyırlar. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin