ləndirilmiş, həm də daralmışdır. Başqa hallarda isə dövlət idarəsini təsis
edən akta əsasən idarələrin təşkili, fəaliyyəti, maliyyələşdirilməsi və onun
fəaliyyətinə nəzarət qaydaları da nəzərdə tutulurdu.
İdarələrin rəhbər orqanları müxtəlif olurlar. Bəziləri direktor,
digərləri inzibati şura tərəfindən seçilən sədr adlanır. Sədrin yanında isə
baş direktor vəzifəsi təsis edilir, İnzibati şuraların tərkibləri də müxtəlif
çeşidlidir.
Bəzi hallarda onlar dövlət nümayəndəsi kimi fəaliyyət göstərirlər.
Bəzi yerlərdə isə dövlət nümayəndələri ümumiyyətlə olmur. Belələrinə
universitet şuralarını nümunə göstərmək olar. Çox vaxt rəhbər işçilər
əmək kollektivləri tərəfindən seçilirlər, bəzi hallarda isə direktoru
kollektivlər özləri təyin edirlər, lakin bu zaman dövlət nümayəndələri
həmin iclasda iştirak etmirlər.
Maliyyələşdirmə rejimi sahəsində də belə müxtəliflik müşahidə
edilir. Bəzi təsisatlar öz maliyyə vəsaitlərinə malik olur və həmin
vəsaitlər hesabına fəaliyyət göstərirlər: bu, prinsipcə sənaye və ticarət
təsisatlarına aiddir. Bəzən isə əksinə, onların yeganə maliyyələşdirilmə
mənbəyi dövlət təsisatları olur; bu nazirliklərin büdcələri ilə birlikdə
parlamentdə müzakirə edilir. Məsələn, milli inzibati məktəb tipli
təsisatların vəsaitləri. Əksər hallarda maliyyələşdirmə hər iki
kateqoriyanın vəsaitlərinin birləşdirilməsi hesabına (universitetlər)
həyata keçirilir.
Təsisatların fəaliyyətinə nəzarət və yaxud gözqoyma, müxtəlif
formalarda həyata keçirilir.
Fransada bəzi hallarda ierarxiya üzrə çox sərt nəzarət
müəyyənləşdirilir; belə nəzarət, 1971-ci il tarixli aktla nəzərdə
tutulmuşdur. Həmin akta əsasən çox dedi-qodu olan yerlərdə belə
nəzarətləri həyata keçirirdilər. Həmin nəzarətin həyata keçirilməsi məxfi
xarakter daşıyırdı.
Milli təhsil naziri tərəfindən lisey rəhbərlərinə məlumat verilmişdi
ki, onların ərazilərində olan departamentlərin və periferiya xidmətlərinin
direktorlarına nazirin bəzi səlahiyyətləri həvalə edilmişdir.
Bəzi hallarda isə əksinə olur, Frans-Press agentliyi və yaxud
universitetlər kimi mühüm sahələr, siyasi və ya maliyyə mübahisələrinə
görə məhdudlaşdırılmış olsa da, geniş müstəqilliyə malik olurlar.
Bu qeyd edilən iki fərqdən belə nəticə çıxarmaq olar ki, tam
ierarxiya asılılığı ilə geniş muxtariyyət arasında müxtəlif dərəcəli
müstəqillik mövcuddur. Qeyd etmək lazımdır ki. Fransadakı
mərkəzləşdirmə ənənələrə uyğun olaraq əvvəlkinə nisbətən zəifləməyə
başlamışdır.
Bu baxımdan
Fransada müstəqillik vəziyyəti,
Bi-Bi-Si kimi
78
rakterli səlahiyyətlərə malikdirlər. Səlahiyyətli dövlət orqanlarının və
vəzifəli şəxslərin inzibati hakimiyyəti onlara aid edilir.
Dövlət müəssisələrindən fərli olaraq, dövlətin qeyri-dövlət
müəssisələrinə təsiri məhduddur. Dövlət onlann təsis edilməsi, onların
fəaliyyət istiqamətlərini və onların idarə edilməsi kimi məsələləri
müəyyən edir.
Qeyri-dövlət müəssisələrinin fəaliyyətinə
qanunvericiliklə heç bir
məhdudiyyət qoyulmur, lakin cəmiyyətin və vətəndaşların təhlükəsizliyi
naminə onlann fəaliyyətinin məhdudlaşdınimasım qanunvericilik istisna
etmir.
Azərbaycan Respublikasında ictimai birliklərin və fondların
yaradılması və fəaliyyət göstərməsi ilə bağlı münasibətləri
«Qeyri-hökumət təşkilatlan (ictimai birliklər və fondlar)» haqqında 13
iyun, 2000-ci il tarixli, 894-İQ saylı Azərbaycan Respublikasının qanunu
tənzimləyir.
81