4-MİNİATÜR
Miniatür, kağız, fil sümüyü və ya başqa məmulat üzərində çəkilmiş, dərin olmayan, dəqiqliyi və incəliyi ilə fərqlənən incəsənət əsəridir. Orta əsrlərdə müsəlman dünyasında kitab miniatürü böyük inkişaf yolu keçmişdir.375
İslam miniatürü tarixin ən gözəl miniatürləri arasında xüsusi yer tutur. Bizanslı Sasani və çinlilərin mirasını böyük bir ustalıqla inkişaf etdirən əllər elə sənət əsərləri yaratdılar ki, insanın hardasa Qutenberqin dünyaya gəldiyinə təəssüf etməyi gəlir. Müasir Avropadakı otaq musiqisi kimi əl yazmalarının miniatürlərlə bəzənməsi orta əsr müsəlman aləmində seçkin aristokratiyaya aid bir sənət olaraq qaldı. Ancaq çox varlı olanlar, özlərinə sənətkar tuta bilirdilər.
Miniatürdə də meydana gələn əsərlərdə dekorativ ünsür hakimdir. Perspektiv və əsl rəsm həddindən artıq sərbəst buraxılardı. Buna görə bir ana şəkil, inanılmayacaq qədər ustalıqla işlənir, hər kubsantimetri, hətta səhifənin kənarları belə yüksək səviyyədə etinalı cızıqlarla bəzənirdi, özü də elə bəzənirdi ki, o, insana çap edilmiş kimi gəlirdi.
5-M U S İ Q İ
Məşhur Abbası xəlifəsi Harun ər-Rəşidin o möhtəşəm dövründə Musiqi elminin istər nəzəri, istərsə də əməli sahələrdə nə böyük bir inkişafa məzhər olduğundan bəhs edən Fransız müəllimlərindən “Qabriel Audisio”, İslam alimlərincə “səslərin təlif sənəti” qəbul edilən bu elmin mütəxəssislərini “Haroun-al-Raschid” adındakı əsərində belə deyir: “Onların Cəbir elmindəki dühaları musiki sahəsində ən kiçik incəliklərinə qədər getmişdir. Onlar böyük miəlliflər, eyni zamanda böyük notacılardır.” 376
Müsəlman Şərq musiqisini həqiqi və tənzim edilmiş bir elm halına gətirən və nəticə etibarıyla qərb musiqisinin təşəkkül və təkamülündə amil olan İslam allaməsi (ustad alimləri) də, müxtəlif elm sahələrində yalnız mənsub olduğu Türk soyuna deyil, bütün insanlığ tarixinə şərəf verən bizim şanlı “Fərabi”mizdir. Şərqdə Farəbi, Qərbdə isə “Alfarabus” deyilən Əbu Nəsr Məhəmməd ibn Uzluğ ibn Tərxanın musiqini qədim Çin, Hind və xüsusən Yunan xurafələrindən təmizləyərək yeni bir elm halına gətirməsini professor Kus C. Risler belə anladır:
“Səyyarələrin musiqisiylə ulduzların ahəngi haqqında Pifaqor məktəbinin icad etmiş olduğu yanlış təlaqqiləri aradan götürmüş olan “Kitabı-Musiqiyi Xəsrdə yaşamış olan Fərabiyə borcluyuq. Havada rəqslərin yayılmasından əmələ gələn səs hadisəsinin fiziki izahını verən və rəqsin güclü, yaxud zəif olmasının dalqa uzunluğundan asılı olduğunu ilk izah edənlərdən biri də odur. Bu yoxlanmış kəşf sayəsində Fərabi, musiqi alətlərinin istehsal edilməsində ehtiyac olan zəruri qaydaların təsbit edilməsinə müvəffəq oldu. Musiqi elminə üsul məfhumunu gətirənlər də müsəlmanlardır. Bütün bu sənət tərəqqiləri, nəticə olaraq İspanya və potəkizdə xalq musikisinin inkişafını təmin etdi.” 377
Yenə eyni mənbədə belə etiraf edir: “Pianonun babası olan kanon ilə digər bütün musiqi alətlərini Qərbi-Avropaya Müsəlmanlar bəxş etmişdirlər.” 378
Vill Durant öz kitabında bu həqiqəti belə ifadə edir: “Müsəlmanlar daha yeddinci əsrdən etibarən əsl ustad musiqi əsərlərini yazmışdılar. Həmin tərzin 1190 il tarixə qədər Avropaya məlum olmadığı anlaşılmaqdadır. İslam notları hər səsin yüksəklik dərəcəsi ilə müddətini də təsbit edirdi.”379
Buraya qədər izah etməyə çalışdığımız kimi, bugün bizim Qərb musiqisi” deyə dərin bir aşağılıq duyğusu içində uyub həsəd apardığımız hadisə, xüsusən XII əsrin sonlarından etibarən İslam musiqisinin təsiriylə yaranmış sənətdən başqa bir şey deyildir. Ancaq, “Major” və “Minor” deyilən iki əsas məqama istinad edən həmin sənət, bizim on üç ana məqama istinad edən musiqimizə xüsusən qabiliyyət və imkan cəhətindən hələ də çata bilməmişdir.380
6-ƏDƏBİYYAT
Xüsusən XIX əsrdən başlayan tədqiqlərdən aydın olur ki, Müsəlman-Şərq ədəbiyyatının Xristian-Qərb millətləri üzərindəki dərin təsirləri artıq təmiz aşkardır. Məsələn; “qafiyə”nin belə Qərb mədəniyyətinə İslamiyyətdən keçdiyindən bəhs edilir. İngilis yazıcılarından Çarlz belə deyir:
“Ədəbiyyat, İtalya və İspanyadan digər Avropa ölkələrinə yayıldı. Əndəlus məktəblərinə Xristian aləminin hər tərəfindən gələn tələbələr orada təhsil alardı”.381
Eyni əsərdə etiraflarına davam edir və belə deyir:
“Əski İspanya romanları tamamən İslam fikirlərinin təsiri altındadır. Aradan üç əsr keçdikdən sonra Şərqin adətləri ilə hisləri Xristian aləminin hər tərəfində bilavasitə təsirini göstərməyə başladı. Fransanın Provens şairləri ən gözəl təsvirlərindən bəzilərini İslam ədəbiyyaından almış olduqları feyzə borcludurlar. Fransız xalq şairlərinin ifadə etdikləri şərf məfhumları, eşq cazibəsi , fikirlə hissin ixtilat ahəngi və qadınların xarakterləri, Şərq şerinin ümumi vəsflərilə tamamiylə üst-üstə düşür. Yeni nazım üsulunun başlıca xüsusiyyətlərindən birini təşkil edən qafiyəni də həmin dastancılar İslam şerindən almışdırlar.”382
“Müsəlmanlarla Xristianlar vaxt ötdükcə bir-birlərinə qarışdılar. Bu səbəbdən də İslamiyyət ədəbiyyatı İtalyaya da yayılmış oldu.”383
XIX əsrin Fransız müəlliflərindən J. Barrau da Avropa şovinizm dəstanlarının təşəkkül etməsində amil olan İslam qəhrəmanlıq ruhunun Qərb aləminə necə təsir etmiş olduğunu belə izah edir:
“İslamiyyət mərdlik ruhunu dinə bağladı və bu əbədi ruhu bütün müsəlman millətlərə yaydığı kimi, daimi bir ünsiyyət nəticəsində Avropa Xristianlarına da təlqin etmiş oldu.”384
Keçən əsrin məşhur müəlliflərindən L. A. Sedillot İslam hamasətinin Əndəlusda İspan şairləri tərəfindən necə tərcümə və yaxud təqlid edildiyini izah etdikdən sonra, Müsəlman şairlərin nə qədər böyük istedad sahibi olduqlarından və bu səbəblə kafiyə məsələsindən belə bəhs edilir:
“Çoxunun hələ adını belə bilmədiyimiz şairlərin yalnız adlarıyla əsərlərinin siyahıları belə cildlər doldura bilər. Provanslılar, ən əski dövrlərdən bəri Müsəlmanların işlətdikləri kafiyəni həmin şəxslərin divanlarından iqtibas etmişdilər.”385
Vill Durantın “Mədəniyyət Tarixi” əsərində Sicilya üzərindən İtalyaya və İspanya üzərindən də Fransaya keçən İslam şerinin bir çox Qərb dillərinə tərcümə edilərək ürəkləri yandırdığından bəhs edilir. Paris İslam İnstutu professorlarından Jacques Risler də İslam mədəniyyətinin şer sahəsində qaranlıq Qərbi necə aydınlatdığını belə anladır:
“Əndəlusda şer həvəskarları yüksək hədd safhadaydı. Hökmdarlar belə özləri şer yazarlar və sözlərin səs ahəngindən hərkəs ləzzət alardı. Şer alovu Kordovada parıldamış, İşbiliyyə də daha çox alovlanmış və Qırnatada həmin alov uzun müddət davam etmişdi. Ərəb şerinin XI əsr sonlarında fövqəl-adə bir inkişaf və ehtişam ilə Cənubi Fransada yayıldığının təsbiti təqdirə şayan bir məsələdir. Bu təsir nəticəsində Fransız xalq şerləri Kordovadakı Zecacilə müğənnilərini eyniylə təqlid etdilər. Şovinistlərin müharibəyə gedərkən mızraqları ilə soylu bir xanımı salamlamaları və onun bayraq rəngini daşımaları şəklində qərar edən qadına hörmət ənənəsi həqiqətdə Əndəlus Müsəlman şerinin bir xatırasından başqa bir şey deyildir.”386
Bokase, Chaucer və bir çox alman hekayəçiləri də Əndəlus səbəbli İslam təsirinə məruz qalıblar. Tenny və Brovningin də ən gözəl şerləri eynilə İslam mənbəyindən bəhrələnmişdir. Dantenin “İlahi komediya”sı da XIII əsrdəki filosof və mütəsəvvüf İbn Ərəbi yə çox borcludurlar.
Avropa müxeyyiləsi, özünün qabağını kəsən dar və sərt qaydalardan ancaq Şərq tərzinin təsiri və köməyi ilə qurtula bilmişdir. “Don Quichotte” qissəsi də İslam mənşəyindən bəhrələnmişdir. Belə ki əl-Cəzairdə məhbus qalmış olan Servantes bu əsərinin əsl nüsxəsinin Ərəb dilində yazıldığını dəfələrlə təkrar etmişdir. Daniel de Foenin “Robinzon Kruzo” adındakı kitabı da İbn Tüfeylin “Hay ibn Yəqdan” adını daşıyan məşhur fəlsəfi romanından bəhrələnmişdir.”387
Fransız Akademiyası üzvlərindən biri olan Luis Gillet, məşhur “Paskal”ın bizim “Qəzzali”ni necə istismar etdiyindən bəhs etdiyi “Paskal et-Qəzzali” adlı məqaləsində “Divine Comedie” dən bəhs edərək belə deyir:
“İslam mənbələrindən ilham alan bu ən böyük xristian şeri çərçivəsini, rənklərini və o qədər təriflənən ədəbi üslubunu Müsəlmanlardan almışdır...”388
Bütün bunlardan da aydın olduğu kimi, Qərbin mədəniyyət dairəsi şeriylə, qafiyəsiylə, hekayəsiylə, romanıyla birlikdə bütün ədəbiyyatının təşəkkülünü İslam mədəniyyətinə borcludur deyə bilərik.389
7-ME’MARLIQ
Məscid, İslam memarlığının ən mühüm abidəsi və müsəlman şəhərinin ən möhtəşəm zinəti sayılır. XIX əsrə kimi həmin dini abidənin memarlıq mənşəyi haqqında irəli sürülən nəzəriyyələr, ümumiyyətlə qədim mədəniyyətlərin böyük əsərlərindən təsirləndiyini göstərir.
Keçən əsrin bütün bu məqsədli nəzəriyyələrinə baxmayaraq, XX əsr alimləri İslamın İncəsənətində qədim Yunan təsirləri olduğu iddialarını tərəddüdlə qarşılayırlar. London Universitetinin professorlarından Bernand Levis bu barədə belə deyir:
“Memari sahəsində “İslamın ilk böyük müvəffəqiyyəti” qəbul edilən Şam “Əməvi məscidi”nin ümumi xətlərinin bilavasitə Mədinədəki, “Məscidi-Nəbəvi”dən ruhlanaraq tikildiyi təsbit edilmişdir.”390
Artur Pellegrin, bu mühüm nöqtəni belə izah edir:
“Hz. Mühəmməd (səs) hicrətdə Mədinəyə çatdığı zaman satın aldığı bir ərazi üstündəki insan sümükləri ilə xurma ağaclarını təmizlətdikdən sonra, hər kənarı təxminən əlli metr tutan bir dördbucaq cızıb üstünə günəşdə qurudulmuş gildən daşlarla divarlar çəkdirdi. Həmin divarların birində, yəni cənub tərəfində bir böyük (mərkəzi) qapı düzəltdirdi.
Namazda (Kəbəyə) tərəf dönməyi təmin edən cənubə təsadüf edən Qibləyə işarə olaraq həyətin cənubundakı mərkəzi qapını hördürdü və onun əvəzinə başqa bir divardan qapı açdırdı. Bu səbəblə hörülmüş qapıdan meydana gələn çıxıntı həmin tarixdən etibarən Qiblə əlaməti (mehrab) oldu. Bütün tərtibatilə bərabər həmin nurani layihə müsəlmanlar üçün bir ana plan oldu. Onlar bunu Mədinədən alıb başqa bölgələrə apardılar və fəth edib məskunlaşdıqları hər yerdə təcəssüm etdirdilər...” 391
Fəxri-Kainatın (səs) Mədinəyə hicrət buyurduğu zaman yerin üstünə çəkdiyi plan sonrakı məscidlərin layihəsinin əsasını təşkil edirdi. İslam aləminin məşhur məscidləri arasında üslub etibarilə məmləkətdən məmləkətə və qitədən qitəyə dəyişən xüsusiyyətlər olduğunu hamı bilir. Fəqət ana xətlər birdir, dəyişməz.392
Artur Pellegrin bu nöqtələri belə təsbit edir:
“Öz aralarındakı müxtəlifliklərə baxmayaraq bu abidələr arasında çox aşkar bir yaxınlıq havası vardır. O da üslublarını ilham etmiş olan İslam ənənəsindən doğulmuşdur.” 393
Müsəlmanların fəth etdikləri mərkəzlərdəki əski mədəniyyət əsərlərinin bu dini memarımız üzərindəki təsirlərini araşdıran professor Risler də gəldiyi nəticəni belə izah edir:
“Nəticə, məğlub millətlərin sənət anlayışlarını kor-koruna təqliddən ibarət ola bilməzdi. Əksinə, bir əsrə belə çatmayan az bir zaman ərzində Müsəlmanlar özlərinə məxsus və müəyyən bir sənət ibda edərək yeni əhvali-ruhiyyələrindən doğulan bədii təmayüllərini daşla ifadə etmişlər. Bu nəticə, görüb bəyənməyə və sevib inanmağa müvəffəq olduqları hər şeyi ifadə edən parlaq bir izləmə dəməkdi.” 394
Bu möhtəşəm sənətin əslini və əsalətini əl-Cəzair Universiteti professorlarından F.G. Quter də belə bəyan edir:
“O zərif İslam memarlığının keçmiş ilə heç bir əlaqəsi olmadığı anlaşılmaqdadır. Əski Misir qəbirləri və məbədlərilə heç bir əlaqəsi yoxdur; “Achemenides = Keyaniyan” ın Luvr muzeyində qədim naxışları yenidən təsbit edilmiş olan İran sarayları ilə də əsla əlaqədar deyildir; hətta Bizans memarlığı ilə də heç bir əlaqəsi yoxdur; o bir ibda (yeni yaratma) əsəridir.” 395
Avropada “Qotik” deyilən dini memarlığın təşəkkülündə Fəxri-Kainatın cızdığı xətlərdən yaranan bu yüksək İslam sənəti amil olmuşdur. Bir müddət əl-Cəzair müzeyi müdirliyində də olmuş olan Fransa İnstitutu üzvlərindən Corc Markis, İslam məmarisi ilə yaxınlığı olan əski sənətlər haqqında danışarkən belə deyir:
“...İslam sənəti elə əsərlərlə ifadə edilmişdir ki, bunlar bizə onlardan iki-üç əsr sonra Fransa torpağında ortaya çıxan katedralleri xatırladır.”396
Fransa Elmi Araşdırmalar Milli Mərkəzi mütəxəssislərindən Jan Paul Ruks İslam məmarlığının təsiri ilə yaranan Avropa katedrallarından bəziləri haqqında aşağıdakı izahatı vermişdir:
“İspanya Toledo şəhərindəki “Santa-Maria-Blanca” kimi kilsələr, Xristian dini binalarında Əndəlus Müsəlman memar planının müntəzəm şəkildə işlədildiyi göz qabağındadır. İslam memarlığının böyük müvəffəqiyyətləri yalnız həyasızca təqlid edilməklə qalmayıb yeni abidələrin tikilməsində də müsəlman əsirlərdən istifadə edilmişdir... Qərbi-İslam sənətinin mümeyyiz bir vəsfini təşkil edən at nalı şəklindəki sıra kəmərlər Cənubi Fransada hələ də görsənməkdədir. Müsəlman memarların ustalığı qədər Santiyaqo ziyarətgahı da İslamın inşaat üsullarını Fransanın bir çox memarlıq sahəsinə daxil olmasında böyük bir amil oldu. Məsələn; Pu-en-Velay kafedralında bir müsəlman-ispan sənətkarın işlədiyinə mütləq nəzəri ilə baxılmaqdadır.” 397
İslamın məscidləri kimi minarələri də Xristian Qərb memarlığına örnək olmuşdur. Professor Risler, bu nöqtəyə belə toxunur:
“İslam sənətinin Qərb aləminə təsiri araşdırılırkən diqqət ediləcək nöqtələrdən biri də zənq qüllələri ilə (diqər) Xristian bürclərinin ümumiyyətlə Şərqin minarə əsasını təmsil etməkdə olmasıdır.”398
Bütün bunlardan çıxan nəticə budur: Müsəlman-Şərqlə Xristian-Qərbin dini memariləri, Fəxri-Kainat olan Mühəmmədin (səs) nurani əliylə cızdığı bir bina planından yaranmışdır.
İslam mədəniyyətinin Avropa memarlığına təsiri yalnız dini memari ilə də məhdud deyildir. Rislerin məzkur əsərindəki ifadələrə görə Qərbin hərbi memarlığı da Əhli-Salib dövründə Xəçpərəstlərin Şərqdə gördükləri İslam əsərlərini təqlid etmələrindən yaranmışdır. Məsələn; Fransanın “Aiques –Mortes” hərbi qərargahı Misirdəki “Dımyad” Hərbi Qərargahından bəhrələnərək tikilmişdir.
Qərbin sivil memarlığında belə müsəlman-Şərqin çox böyük təsiri olmuşdur. Məsələn, soyuq-hava tərtibatı, evlərə su çəkilməsi və tualet tikilməsi, çox mərtəbəli hündür binaların tikilməsi kimi xüsusiyyətlər Avropadan çox əvvəl İslam aləminin bir çox yerlərində tətbiq edilmişdir.399
Nəticə olaraq əsrlər keçdikcə əvvəlki Qərb, şərqliləşmiş və daha doğrusu mədəniləşmiş deməkdir.
Oxu Materialı
ŞƏRQ SƏNƏTİ
Müsəlman Şərqi, onun mədəniyyəti və mədəni-tarixi abidələrinin dəyərinin, Qərb müşahidəçilərinin nəzərində necə olduğunu bir daha yəqin etmək üçün fransız səyyahı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərindən bir neçə məqama diqqət yetirək:
“...Bir bazara yollandıq. Orada bir alış-veriş gedirdi ki, gəl görəsən... Hər şey adama “gəl-gəl” deyir! Hər şey adamı valeh edir. Dayanıb hər şeyə baxmaq istəyirsən.
Ey mənim parisli dostlarım, mərhəmətli Allahın sizə verdiyi o işıqlı gözlərlə bir Şərq parçasına baxsaydınız, bir portreti yarı qiymətə satmağa həvəslənərdiniz...”400
Daha sonra:
“... Şərq axar-baxarlığı ilə seçilən balaca dükanlarda hərə yalnız və yalnız bir şey satırdı... Ağ, açıq sarı və ya sarımtıl... mahud... davamlı olduğundan və uzun zaman dağılmadığından Qafqazda çox işlənir... Mən bu parçadan ikisini aldım. Bəlkə bizim Luvye və Elböfün təcrübəli tacirləri onların sirrini öyrənməklə bir şeyə nail ola bildilər.”
Daha sonra isə oxuyuruq:
“... Orada nə desən düzəldirlər. Bazarda can dərmanı desən, onu da satırlar...
Mən deyəndə ki, orada hər şey istehsal edir və nə desən satırlar, bunu belə başa düşmək lazımdır: Yəni orada nədən desən, ne desən düzəldir və onu heç vaxt avropalaşa bilməyəcək şərq bazarlarına məxsus bir qayda-qanunla xirid edirlər.
... Gördüyüm külli miqdarda bazarların içərisində üçü mənim ən çox xoşuma gəlib... Bunlardan biri Dərbənd, biri Bakı, biri də Nuxa401 bazarıdır.
Deməli, Şərq (müsəlman) sənətkarlığı və bazarı o qədər incəliklərə malikdir ki, onları heç vaxt avropa özününküləşdirə bilməyəcəkdir.” Bunu Qərbi-fransız səyyahı yazır!
Daha bir məqam:
“... Xan sarayı el füsunkar gözəlliyə malik abidədir ki, yalnız memar fırçası onun necə birləşdirildiyi məlum olmayan saysız-hesabsız şəbəkə və naxışlarını yenidən canlandıra bilər. Nuxanın (Şəki) çox da böyük olmayan Xan sarayından ayrılanda ürəyimdən istər-istəməz bir fikir keçdi: Xudaya, sən özün bu gözəl tarixi abidəni yadellilərdən qoru!”402
Bu nadir sənət incisi haqqında bir türk şairi isə demişdir: - “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi.”403
Dostları ilə paylaş: |