AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 1,82 Mb.
səhifə16/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

1-RİYAZİYYAT

Riyaziyyatda müsəlmanların xidmətləri o qədər çoxdur ki, onların bu sahədəki xidmətləri bu günkü Avropada böyük bir heyranlıq doğurmuşdur. Məsələn Risler, “İntibah dövrümüzün müəllimləri Müsəlmanlardır”329 Gauter isə, “Yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də Avropa mədəniyyəti Müsəlmanlardan almış olduğu kimi, bugünkü Qərb riyaziyyatı, həqiqətən də İslam riyaziyyatından başqa bir şey deyildir.”330deyə tarixi həqiqəti e’tiraf etmişlər.

Hər şeydən əvvəl, rəqəmləri Avropalılara öyrədənlər Müsəlmanlar olmuşlar. Təəssüf ki, işlədilməsi çətin olan Roma rəqəmlərini buraxıb Hind rəqəmləri deyilən bu rəqəmləri Avropa, Müsəlmanlardan bir neçə əsr sonra əldə edə bildi. İlk dəfə Cənubi Afrikada Müsəlman müəllimlərdən dərs alan səyyah Pizalı Leonardo Fibonacci (1170-1240), 1202-ci ildə yazdığı əsərində İslam rəqəmlərindən istifadə etmişdi.

Sıfırdan ilk dəfə istifadə edən Xarəzmi (780-850), cəbrin təməlini qoymuş, “Əl-Cəbr vəl-Muqabələ” adı altında ilk cəbr kitabını yazmışdır. Həmin kitabın adı olan əl-cəbr, Qərb aləminə algebra deyə cüzi bir tələffüz dəyişikliyi ilə keçmişdir. Onu da deyək ki, əl-Cəbr bu gün cəbr dərsi olaraq oxudulur.

Riyaziyyat sahəsində Avropaya müəllimlik edən Müsəlman alimlərdən biri də Bəttanidir. (858-929) Jacques Rislerə görə, triqonometriyanın həqiqi mucidi Bəttanidir.

Sinusu də kəşf edənlər Müsəlmanlardır. Keçmiş Müsəlmanlar, sinusa ceyb deyirdilər. Avropalılar isə bunu tərcümə edərkən sinus adlandırmışlar.331

Müsəlmanlara görə, hesabın mövzusu ümumi olaraq rəqəmlər, onların təbiəti, növləri, kombinə edilməsi, dörd əməl (toplama, çıxarma, vurma, bölmə) üsullarıdır.


2-FİZİKA

Fizika elmində də müsəlmanların üstün xidmətləri olmuşdur. Əhməd ibn Musa, “Ə’la Nizamlar” adlı əsərində 100-ə qədər avtomatik nəzarət sistemli alətin təsvirini vermişdir. Əbül-İzz İsmail əl-Cəzəri (?-1206) isə, “Kitabül-Hiyəl” adlı möhtəşəm əsəri ilə kibernetikanın qurucusu olmuşdur.



Fərabi (870-950) səsin fiziki izahını vermişdir. İbn Qərara (?-1100) ilk torna dəzgahını quraşdırdı. İlk uçuş təcrübəsini İsmail Cövhəri (950-1010) həyata keçirsə də, özünün ölümü ilə nəticələndi. Hazərfən Əhməd Çələbi isə, (XVII əsr) qəzasız-bəlasız uçmağa müvəffəq oldu. Özünə geyindiyi qartal qanadları ilə İstanbuldakı Qalata qülləsindən Üsküdardaki Doğancılar məhəlləsinə uçdu. Raket növündə ixtirası ilə ilk uçma şərəfini isə, Osmanlı Sultanlarından IV Murad dövründə yaşayan Laqari Həsən Çələbi qazandı.

Təyyarənin ilk təcrübələrini 880-ci ildə İbn Firnas adında bir İslam alimi etdi. Quş tükü və parçalardan istifadə edərək düzəltdiyi təyyarə ilə uzun vaxt səmada qaldı və süzərək yerə endi. Qərb aləmində isə ancaq, Rayt Qardaşların 1903-cü ildə bir təyyarə ilə uça bildiklərinə şahid oluruq.

Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini bu gün hamı deyir. Halbuki, Razidən Biruniyə, hətta Xazəniyə qədər, İslam alimlərinin, yerin cazibə qüvvəsi ilə əlaqədar çalışmalar etdikləri göz qabağındadır.332

Prof. İ. Həqqi, öz əsərində333 yerin cazibə qüvvəsinin isbatının Nyutondan çox-çox əvvəl Razi tərəfindən kəşf edildiyini ifadə edir.


3-KİMYA

Kimya deyəndə Cabir yada düşür. Onun kimyada açdığı cığır, Priestley (1733-1804) və Lavoisierdən (1743-1794) heç də aşağı deyildir, hətta daha da mühüm sayılır. Kordano, onu dünyanın 12 dahisindən biri sayır. Cabir, bir neçə əsr əvvəl təsis etdiyi xüsusi laboratoriyasında apardığı çalışmalar nəticəsində bir çox sulfat turşusu kəşf etmiş, kimyadaki kəşf və ixtiraları ilə məşhur olmuşdur. Doktor olduğu qədər də böyük bir kimyaçı olan Razi də sulfid turşusu, saf spirt əldə etmişdir.



Bəşir, Brantdan əvvəl fosforu kəşf etmişdir.

Barıt və topdan ilk dəfə Müsəlmanlar istifadə etmişlər. Havan topu, Sultan Fatehin (1432-1481) kəşfidir. İlk raketi düzəldənlər də Müsəlmanlardır.334

Qısa olaraq Viardotun ifadəsi ilə desək; “Müsəlmanların kimyaya xidmətləri, riyaziyyatdaki təsirlərindən heç də az deyildi.” Onların çalışmaları müasir kimyanın binövrəsini təşkil etdi.

4-ASTRONOMİYA

Araşdırdıqda görürük ki, Astronomiya Müsəlman alimlərin ən çox məşğul olduqları bir sahə olmuşdur. İslam ölkələrinin demək olar ki, böyük şəhərlərinin hər birində rəsədxanalar var idi. Həmin rəsədxanalarda, Müsəlmanlar, yüksək təcrübə və incələmələr nəticəsində əldə etdikləri nailiyyətlərlə elm dünyasına əsrlərcə gediləcək yol göstərdilər. Müsəlman alimləri Tixo Braqe (1546-1601), Kopernik (1473-1543), Qaliley 564-1642) kimi bir çox Qərb alimlərinə də ilham mənbəyi olmuşdular.

Paris İslam İnstitutunun keçmiş professorlarından olan Jak Risler, Müsəlmanların intibah dövrünə necə təsir etdiklərindən bəhs edərək belə deyir:

Müsəlman astronomlar, riyaziyyat elmləri səviyyəsində intibah dövrümüzə (müsbət) təsir etdilər.”

Həqiqətən də Müsəlmanlar astronomiyaya çox böyük xidmət etmişdirlər. Keçmiş zamanlarda öyrəndikləri məlumatlarına yenilərini əlavə edib onların səhvlərini düzəltmişlər və bu elmin inkişafına böyük əhəmiyyət vermişlər. Digər tərəfdən bu elmi sadəcə bir nəzəriyyə olmaqdan çıxarıb, rəsədxanalar təsis edərək öz bilik və təcrübələrini tətbiq etmişlər. Bağdad, Qahirə, Kordova, Marağa, Səmərqənd, Buxara və digər İslam mərkəzlərində təsis edilən rəsədxanalar bu elmi daha da inkişaf etdirmişdir.

Müsəlman alimləri, tûl*dairələrini hesab etmişlər, yeri ölçmüşlər, yerin kürə şəklində olduğunu kəşf etmişlər. Bir çox zayiçələr **, hesab cədvəlləri düzəltmiş, üstürlab***alətindən istifadə etmişdirlər. Ayın hərəkətində bəzi librasiya növünü ilk aşkar edən Buzcanidir.



Bəttani, günəş ilinin uzunluğunu hesablamış, ulduzların bir çoxunun yerini təsbit etmişdir. Günəş ləkələrindən ilk bəhs edənlər Müsəlmanlardır. Müsəlmanlar, sabit ulduzlara dair cədvəllər tərtib etmişdilər. Abdurrahman Əs-Sufinin bu barədə bir əsəri vardır. Həmin alim çəkdiyi şəkilli xəritələrində mindən çox ulduz göstərmişdir.335



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin