AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ


XI FƏSİL İSLAM MƏDƏNİYYƏTİNDƏ TƏLİM-TƏRBİYƏ OCAQLARI



Yüklə 1,82 Mb.
səhifə13/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

XI FƏSİL


İSLAM MƏDƏNİYYƏTİNDƏ

TƏLİM-TƏRBİYƏ OCAQLARI



1-CAMİ VƏ MƏSCİDLƏR:
Müsəlmanların topluca ibadət etdikləri yerlərə Məscid və ya Cami deyilir. İslamın ilk dövrlərində ibadətxanalar, Məscid deyə anılırkən daha sonraki zamanlarda kiçik ibadətxanalara Məscid sözü işlədilmiş; cümə və bayram namazlarının qılındığı daha geniş böyük məscidlərə isə, Cami adı verilmişdir.

Məlum olduğu kimi yer üzündə ilk məbəd (ibadət edilən yer) Məkkədəki Kəbədir. İslam mədəniyyət tarixində xüsusi mahiyyətdəki ilk məscid, Məkkədə Əmmar Oğlu Yasirin evindəki məsciddir. İlk ümumi məscid isə, Kuba kəndində tikilən “Məscidi-Qüba”dır.267



Mədinəyə (Yəsrib) hicrətdən sonra Hz. Peyğəmbər (səs), bir məscidin tikilməsinə qərar verdi. Bundan sonra kərpicdən bir bina tikilir. Hz. Peyğəmbər (səs), bu tikintidə sadəcə adi bir fəhlə olaraq deyil, eyni zamanda bir mühəndis-memar olaraq da gücünü və qabiliyyətini göstərmişdi. Bugün “Məscidi-Nəbəvi”-Peyğəmbər Məscidi adı ilə anılan Mədinədəki ilk məscid üç ayrı bölümdən təşkil edilmişdi.

Bunlar: namaz qılınması üçün böyük bir salon, məktəb vəzifəsi görmək üçün “Süffə”deyilən başqa bir bölüm və Peyğəmbərimizin (səs) ailəsi üçün bir neçə kiçik otaqlardan ibarət idi. Belə bir inşaatla memarlıq olaraq məscidin ilk şəkli Ərəblərdə ortaya çıxmış oldu. Digər Müsəlman millətlər, həmin planı, öz məmləkətlərindəki yerli memarlığın təsiri və iqlim şərtlərinə görə müəyyən qədər dəyişdirdilər. Ərəblərdəki ilk məscid şəkli, ortada bir həyət və ətrafında sütunlarla tikilmiş üstü örtülü çardaqlardan ibarət idi. Məscid, memari üslub olaraq Əyyubilərə qədər həmin şəkildə davam etdi.



Hz. Peyğəmbərin (səs) Mədinəyə hicrəti ilə başlayan məscid inşaatı, Hz. Ömər (səs) dövründən etibarən böyük mərkəzlər başda olmaqla İslam dünyasının demək olar ki, hər tərəfində görülməyə başladı. Tikilən məscid binaları, sadə bir bina olaraq qalmır, ətrafında müxtəlif xeyir müəssisələrinin təsis edilməsinə də imkan nəzərdə tutulurdu. Bundan başqa, ayrı-ayrı şəxslər tərəfindən tikdirilən məscidlərin xərcləri, təmir pulları ilə vəzifəlilərin maaşlarının hamısı məscidi tikdirənlərin açdığı vəqflər tərəfindən ödənilərdi. Çünki, məscid inşa edən bir şəxs, onun məsrəflərinə xərclənməklə malının və mülkünün müəyyən hissəsini də vəqf edərdi. Məscidlər üçün belə bir mülkün təyin edillməsi ilk dəfə Əməvi xəlifələrindən Vəlid ibn Əbdülməlik tərəfindən (H. 88-M. 700) il tarixdə Ümeyyə Məscidi üçün kənd və ərazilərin təxsis edilməsi ilə başlanılmışdır.

İslam cəmiyyətinin mədəni cəhətdən inkişaf etməsində mühüm rolu olan müəssisələrdən biri də məsciddir. Tamamən vəqf əsəri olan məscidlər, memarlıq əsərləri baxımından dini əsərlərin önündə gedirlər. İbadət, təlim-tərbiyə, məhkəmə və şura kimi yığıncaqların yeri olaraq inşa edilən məscidlərin, yerinə yetirilən xidmətləri olduqca böyükdür. Çünki Müsəlmanlar, İslamın ilk əsrlərindən etibarən məscidin vəzifəsini çox böyük götürmüşlər.

Məlum olduğu kimi məscidlər, sadəcə ibadət cəhətindən deyil, bir çox baxımdan da xalqa xidmət edirdilər. Bugün vəzifəsi, demək olar ki, mehrab ilə minbər arasında sıxılıb qalan imamların səlahiyyətləri, əvvəllər bu qədər məhdud deyildi. Məsələn, Osmanlılarda imamlıq (məscid imamlığı), məsuliyyət sahəsi geniş və mühüm bir vəzifə idi. Xüsusi təyinlə vəzifəyə gətirilən imamlar, xüsusilə sosial fəaliyyətləri baxımından cəmiyyətdə böyük rol oynayardı. Bununla əlaqədar onlar bir tərəfdən Qazıların (hakimlər) kəndlərdəki təmsilçiləri digər tərəfdən isə, kənd və məhəllələrin nizam-intizamı, xalq arasında sülh və əminamanlığına da məsul sayılırdılar. Demək olar ki, məhəllə və ya kəndi onlar idarə edirdilər.268

Bundan başqa tarixdə məscidlərin funksiyasını belə izah etmək olar.

- Dövlət idarə işlərində: Peyğəmbərimiz (səs) dini məsələləri müzakirə etdiyi, səhabəni aydınlatdığı kimi dövlət işlərini və ictimai məsələləri də məsciddə müzakirəyə qoyub həll edirdilər.

- Dini tədris: Qur’an, Təfsir, Hədis, Fiqh, Kəlam, Ərəb dili kimi dini elmlərin yanında bəzi dünyəvi elmlərin də tədrisində istifadə edilmişdir.

- Fitvaxana: Məscidlərdə müftilər olardı. Dini məsələlərdə verilən suallara cavab verir, beləliklə də xalqın problemləri həll edilirdi.269

İslam mədəniyyətinin yayılmasında çox böyük rolu olan məscidlərin, təlim-tərbiyə və təhsilə tarixi baxımından sıx əlaqəsi vardı. İslamın ilk dövrlərindən etibarən məscidlərdə dərs halqaları təşkil edilməyə başlanmış və bu müasir dövrümüzə qədər də davam etmişdir. Hətta bu mənada, İslamda “ilk təlim-tərbiyə ocağı məsciddir”-demək olar. Müsəlmanların fəth etdikləri yerlərdə inşa etdikləri məscidlər istər ibadət mərkəzləri olaraq, istərsə də təlim-tərbiyə müəssisəsi olaraq böyük xidmət göstərmişdir.

Müasir dövrümüzdə məscidlər, ibadət yeri olması ilə yanaşı, insanlara iman, ibadət, əxlaq kimi dini mövzularda tərbiyə verilən təlim müəssisələri olaraq xidmət etməkdədir.270
2-MƏDRƏSƏLƏR:
İslam dünyasında təlim və təhsil fəaliyyətləri, başlanğıcdan bəri əhəmiyyət verilən mövzulardan biridir. Çünki camaatı islah etmək və onu lazmi səviyyədə tərbiyə etmək üçün təhsil sistemi və proqramlarında islahatlar aparmaq lazımdır. Bunun üçün Peyğəmbərimizdən (səs) belə bir hədis rəvayət edilir: Allah məni müəllim olaraq göndərdi.” Qur’anda da Peyğəmbərin (səs) vəzifəsinin müəllimlik olduğu vurğulanır.271

Ərəb dilində Mədrəsə, dərs keçilən yer və içində tələbənin oturub dərs oxuduğu bina mənasına gəlir ki, bu kəlmənin cəm şəkli “mədaris”dir. Mədrəsələrdə tələbələrə dərs deyən müəllimlərə də Müdərris (Professor) deyilir.272

Şamda canlanan İslam ilə Əməvi idarəsindəki İslam mədəniyyəti təkmilləşmə yoluna girmişdi. Ancaq Bağdadda Abbasi xəlifələri (750-1258) İspaniyada Əndəlüs Əməviləri zamanında (755-1492) bu mədəniyyətin zirvəyə ucaldığı mübahisə olunmaz bir həqiqətdir.

Qüstov Lebon bu həqiqəti belə ifadə edir:

Avropa vəhşət içində dövrlərin ən qaranlığında boğularkən İslam idarəsindəki BağdadKordova sənət və elm işıqlarını bütün dünyaya yayan iki mədəniyyət mərkəzi idi. Xəlifə Məmun dövründə (813-833) Bağdadda “Beytül-Hikmə”-hikmət və elm evi, və yenə onun tapşırığı ilə eyni yerdə 830-cu il tarixdə “Darül-Hikmə”-Elm və hikmət ocağının yaradılması orta əsrin ən mühüm hadisələrindən biridir.” Bu elm mərkəzinin oynadığı rolu tam mənasıyla qiymətləndirmək qeyri-mümkündür. O əski mədəniyyətin töhfəsini qərbə nəql edən bir tərcümə mərkəzi ilə kitabxana və elmlər akademiyasında təşəkkül tamışdı. Müsəlman, Yəhudi, Xristian alimlərini bir arada toplayan bu böyük müəssisədə birinci planda qeyri-islami elmlər, Yunan elm və fəlsəfəsi, Kalinos, Hippokrat, Əflatun Aristotel elmi sərvətləri, Aleksandret, Aphrodise Demosten, Jean Filipinos başqalarının şərhləri ilə əlaqədar əsərlərə əhəmiyyət verilirdi. Bu elm mərkəzi, fikir dahiləri arasında bənzəri olmayan elmi bir üslub zirvəsinə yüksəlmiş bir növ fikri fəth idi.

Qədim Yunan əsərləri Ərəb dilinə tərcümə edilmiş, Avropa bunları Müsəlmanlardan almışdır. “Beytül-Hikmə”lərdə həm də təhsil işi aparılmışdır. Abbasi xəlifələri Bizans, İran İsgəndəriyyəyə məmurlar göndərərək minlərlə yunan dilində olan əsərləri pul ilə satın aldırmışdılar. “Beytül-Hikmə”lərdə dinindən və millətindən asılı olmayaraq xarici elm adamları gətirilib tərcümə işlərində istifadə edilirdi.

IX əsrdə hələ mədrəsələr yox idi. Ona görə də təlim-tərbiyə məscidlərdə keçilirdi. Qaraxanlılar dövründə ilk dəfə Aslan Qazi Tabqaçxan tərəfindən Mərvdə bir mədrəsə istifadəyə verilmişdi. Onu da deyək ki, Qaraxanlılar dövrü bir keçid dövrüdür. Buddizm, Şamanizm və s. –dən İslama bir keçiddir.

Mədrəsələr ümumi və əxüsusi olmaqla iki qismə ayrılır:
a-Ümumi Mədrəsələr:

Dini və dünyəvi elmlərin oxudulduğu mədrəsələrdir. Təfsir, Hədis, Kəlam, Fiqh və s. kimi İslam elmləri; dil kimi alət elmlərinin oxudulduğu mədrəsələrdir. Bir də xarici elmlər İslama sonradan daxil olan Psixologiya, Sosioloqiya, Fəlsəfə kimi elmlər də oxudulmuşdur.


b-İxtisas Mədrəsələri:

Dini və dünyəvi elmlərin mütəxəssisliyinin oxudulduğu mədrəsələrdir. Bu günkü mənada aspirantura və magistraturanı buna misal çəkə bilərik.273



3-DARÜL-QÜRRALAR

(QUR’AN FAKÜLTƏLƏRİ)
Darül-Qürra, Qur’an-Kərimin öyrədildiyi, bir qisminin və ya tamamilə əzbərlədildiyi həmçinin qiraət vəcihlərinin təlim etdirildiyi məktəblərə deyilir. Bəzi Müsəlman dövlətlərində bu müəssisələrə “Darül-Qur’an” və ya “Darül-Hüffaz” kimi adlar da verilmişdir.274

İslam tarixində Qur’an tədrisinə ilk dəfə Məkkədə “Darül-Ərkam”-Ərkamın evində başlanmışdır. İslamın yayılması dövründə böyük əhəmiyyətə malik olan Əqəbə beyətlərindən sonra Hz. Peyğəmbər (səs), Mədinəli müsəlmanlara Qur’an müəllimi olaraq Müs’əb ibn Ümeyri göndərmişdi. Beləcə hələ özü oraya getmədən, oradakı müsəlmanların istər Qur’anı, istərsə də İslama aid məlumatları öyrənmələrinə imkan açmışdı.

Məkkənin fəthindən sonra vilayətlərə təyin olunun valilərin hərəsi bir Qur’an müəllimi idi. Digər tərəfdən Peyğəmbər məscidinin yanındakı “Süffə” başda olmaqla bütün məscidlərdə Qur’an tədrisi təşviq edilirdi. Əbu Hüreyrədən belə bir hədis nəql edilir:

Allahın evlərindən birində Allahın kitabını oxumaq və öz aralarında mütaliə etmək üçün yığışan hər birliyə Allah, səkinət (könül rahatlığı) verir, onları rəhmətilə əhatə edir, ətraflarında mələklər cəm olur və Allah, onları mələklərin yanında sayır.”275 Bu və bunun kimi bir çox hədis, Qur’an və onunla əlaqədar elmlərin öyrənilməsinin vacibliyinə göstərir.

Mədinə və mədinədən başqa fəth edilən və ya yeni qurulan mərkəzlərdə səhabənin qiraət elmində mahir olanları dərs deyirdilər. Dəməşq (Şam) Ümeyyə Məscidindəki dərs halqalarından bir çoxu qiraətlə əlaqədar idi. Səhabədən Əbüd-Dərda burada Qur’an dərsləri dediyi üçün ona “Qariüş-Şam” (Şamın Qur’an alimi) adı verilmişidi. Tələbələrinin sayı 1500-dən çox olması onun dərsinə olan böyük rəğbəti göstərir. Əbüd-Dərda ölümündən əvvəl Şam valisinə Fədalə ibn Ubeyd əl-Ənsarini öz yerinə keçməsi üçün tövsiyə etmişdi.276

Bir çox mərkəzdə Qur’an dərsləri deyən əshabdan etibarən, tabiun və ətbəut-tabiin dövrlərində müxtəlif ləhcələrə görə oxunma tərzləri peyda olmağa başladı. Qur’ani-Kərimin yeddi hərf üzərinə endirilməsi, onun yeddi ləhcə ilə oxunmasına və buna bağlı olaraq da qiraət elminin yaranmasına səbəb olmuşdur. Peyğəmbərimiz (səs) Qur’nı yeddi qiraətlə oxumuş və bunu əshabına da öyrətmişdi.277

Müsəlmanlar, hicri ikinci əsrin başlanğıcında əshabdan nəql edilən bu yeddi qiraəti təmsil edən “Qürra”lar ətrafında toplaşaraq onlardan öyrənməyə başladılar. Beləcə məscidlərdə və ya xüsusi yerlərdə qürralar ətrafında təşəkkül edən dərs halqaları ilə qiraət elmi tədris edilməyə başlandı. Məkkədə Abdullah ibn Kəsir (öl. 120/737), Mədinədə Nafi ibn Abdurrəhman (öl. 169/785), Şamda İbn Amir (öl. 118/736), Bəsrədə Əbu Amir ibn A’la (öl. 154/770) və Yaqub (öl. 205/820), Kufədə Həmzə ibn Həbib (öl. 188/803) ilə Asm ibn Bəhdələ (öl. 127/744) kimi alimlər ətrafında tədris dairələri meydana gəldi.278

MədinəMəhrəmə İbn Nəvfəlin evi ilk Darül-Qürra adı ilə fəaliyyət göstərmişdir. Bu ad altında Səlcuqlara kimi davam etmişdir. Əyyubilər: Darül-Qur’an (Qur’an fakültəsi), Selcuqlar: Darül-Hüffaz (Hafiz yetişdirmə fakültəsi) Osmanlılar isə, Darül-Qürra (Quran mütəxəssisləri yetişdirmə fakültəsi) kəliməsini işlədərək həmin fəaliyyəti davam etdirmişdilər. Osmanlı təhsil miüəssisələri içində yer alan ixtisas mədrəsələrindən biri də Darül-Qürralardır. Osmanlılarda Qarilər (Qur’an müəllimləri), ümumiyyətlə, məscid xidmətində olan imam və müəzzinlər bu müəssisələrdə yetişirdilər.

Buralarda “Elmi məxarici hüruf” (Qur’an hərflərinə aid məxrəc elmi) və qiraət öyrədilərdi. Daha sonra Sultan Yıldırım Bəyazidin əmri ilə Misirdən Məhəmməd əl-Cəzəri (vəfatı:H.833) gətirilmiş, Bursa Ulu Camiində bir Darül-Qürra açılmışdır. Burada “Əşərə” oxudulmaya başlanmışdır.

Cəzəridən sonra XVI əsrdə Sultan Süleyman Qanuninin əmri ilə Sokullu Məmməd Paşa Misirdən Qur’an təlimi ilə məşhur olan Şeyx Əhməd əl-Misrini gətirərək Əyyub Sultan Camisi İmamlığına təyin etmişdir. Bu alim, 1597-ci ilə qədər adı çəkilən məsciddə (Təfsir təriqi ilə) qiraət oxutmuşdu. Beləliklə də onun gətirmiş olduğu qiraət metodu 1591-ci ildən etibarən “İstanbul təriqi” deyə məşhur olmuşdur.

Bununla bərabər Darül-Qürralarda, buradan məzun olanların cami və məscidlərdə imamlıq və müəzzinlik xidməti verəcəkləri üçün inanc və ibadətlərlə əlaqədar elmihal məlumatları da keçilmişdir. XV və XVI əsrlərdə Darül-Qürraların sayı onbeş idi.279


4-DARÜL-HƏDİSLƏR

(HƏDİS FAKÜLTƏLƏRİ)
Darül-hədis, Peyğəmbərimizin (səs) söz, fel və təqrirlərindən (razılıq verdikləri) ibarət olan hədis tədris və tədqiqlərinin aparıldığı müəssisələrdir. Bundan ötrü həmin müəssisələrə “Darüs-sünnə” və “Darüs-sünnətin-nəbəviyyə” kimi adlar da verilmişdi.280

Ümumiyyətlə, cami və məscidlərdə davam etdirilən hədis təlimi, Əməvilər dövründə xüsusən xanədan uşaqları üçün xüsusi məktəblərə, Abbasilər dövründə mədrəsə adı ilə ortaya çıxan təhsil ocaqlarına qovuşmuşdur. Hər mərhələdəki təhsil qurumunda Qur’ani-KərimHədis təməl dərslər idi. Hətta yüksək səviyyədə təhsil verən qurumlarda Hədis elmi dərs proqramının əsasını təşkil edirdi. Ancaq zaman keçdikcə Hədis elminin əhəmiyyətinə yaraşan şəkildə, təhsilə daha sistemli bir şəkil qazandırmaq üçün ayrı xüsusi müəssisələrdə təhsil edilmə yolu şeçildi. Beləliklə də Hədis Fakültələri yəni “Darül-Hədis”lər yaranmış oldu.

İslam mədəniyyət tarixində ilk bilinən “Darül-Hədis” Hələbdə Atabəy bəylərindən Nurəddin Zəngi (H. 569-M.1173) tərəfindən “Nuriyyə” adı ilə tikdirilən mədrəsədir. İlk baş müdərrisi yəni Dekanı da məşhur mühəddis (hədis alimi) və tarixçi İbn Asakirdir. Bundan əvvəlki Darül-hədislərə “Məcalis” yəni Hədis Məclisləri deyilərdi. Hər camidə bir Darül-hədisDarül-qürra olardı. Hicri 622-ci il tarixdə Qahirədə “Kamiliyyə”, bir neçə il sonra (626-cı ildə) Dıməşqdə “Əşrəfiyyə” adı verilən Darül-Hədislər təsis və təşkil edildi.

Bunlardan sonuncusunun müdərrisləri arasında məşhur mühəddis İbnüs-Səlah (H 643 - M.1245) və Mühyiddin Ən-nənəvi (H.676 – M.1277) vardır. Hətta İbnüs-Səlah, məşhur “Ulumül-Hədis”ini həmin mədrəsədə dərs dediyi dərs qeydlərini bir yerə cəm edərək meydana gətirmişdir.

Səlcuqi və Osmanlılar tərəfindən məmləkətin hər guşəsində bir “Darül-Hədis” açılmışdı. Osmanlılarda Hədis Müdərrisliyi (Hədis Professorluğu) ən yüksək elmi rütbəyə malik idi. Ona görə də maaşları digər təhsil işçilərindən çox fərqlənirdi. Darül-Hədis mədrəsələrin ən üstünü sayılırdı.

Təəssüf ki, bugün belə xüsusi məktəblər mövcud deyildir. Osmanlı və digər İslam ölkələrindəki “Darül-Hədis”lərin yerləri,281 Evliya Çələbinin “Səyahətnamə”sinə əsasən müəyyən edilmişdir. İxtisas Mədrəsəsi səviyyəsində olan bu mədrəsənin ən azından bir qısmının fəaliyyət göstərməsi, qərb müstəşriqləri* üçün çox yerində susdurucu bir cavab olardı. Xüsusilə belə müəssisələri davam etdirib onlardan faydalanmaq sonrakı müsəlmanlıq ruhunun lazımlı olan dinamizminə sahib olmadığını söyləyən GoldhizerMüller kimi fanatik Xristianlara qarşı nə qədər gözəl susdurucu bir cavab olardı.282


5-DARÜT-TİBBLƏR

(TİBB FAKÜLTƏLƏRİ)
İslam dünyasında tibb tədrisi və müalicəsinin birgə aparıldığı müəssisələr “Darüt-Tibb”, “Darüş-Şəfa”, “Darüs-Səhhə”, “Darül-Mərza”, Darül-Afiyə”, “Maristan” və “Bimaristan” və s. adlanırdı.

İslamdan əvvəl ərəb tibbi ümumiyyətlə təcrübəyə əsaslanırdı. Bununla bərabər, onlar daha çox bitki və xüsusilə çöl bitkilərini dərman olaraq işlədirdilər. İslamın gəlişi ilə tibb üçün yeni qapılar açılmağa başladı. Çünki, Hz. Peyğəmbər (səs)həkimlərlə məsləhətləşməyi təşviq edir, onların məlumatından istifadə etməyi lazımlı sayırdı. Hətta, bu barədə o, dinindən asılı olmayaraq həkimlərdən istifadə etməyi məsləhət bilirdi. Nəcə ki, vəda həcci əsnasında xəstələnən Sə’d ibn Əbi Vəqqasın müəlicə edilməsini o dövrün ərəb təbibi və hələ müsəlman olmayan Haris ibn Kəldə əs-Səqafidən tələb etmişdi.283

İslam tarixində tibblə məşğul olmaq və xəstəxana təsis edilməsinin vacibliyi fikri Hz. Peyğəmbər (səs) zamanına qədər gedib çıxır. Xəndək müharibəsi zamanı yaralıların Rüfeydə çadırı deyilən bir çadıra aparılıb orada müalicə edilmələrini Peyğəmbərin (səs) istəməsi bunu işarət edir.284 Bu, Peyğəmbərin (səs) ilk dəfə xəstəxana təsis edilməsini əmr edən şəxs olduğunu göstərir. Bununla yanaşı ilk dəfə təşkilatlı “Darüş-Şəfa”nın, Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlik tərəfindən Şamda hicri 88 (m. 706) il tarixdə təsis edildiyi məlumdur.

Əməvilər dövründə Füstatda “Züqaqül-Qənadil” adı verilən bir bimaristan təsis edilmşdi. Vəlid, bəzi həkimlərin nəzarətində cüzam xəstəliyinə tutulanların müalicəsi üçün bu xəstəxananı açmışdı. Beləliklə əməvilər dövründə tibb tədrisində böyük inkişaf olmuşdu. Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz (99-101/717-720) dövründə tibb elminin böyük bir mərhələ qət etdiyi tarixi həqiqətdir. Çünki, İskəndəriyyədəki Tibb tədrisini Antakya və Harrana o aparmışdı.

Abbasi xəlifələrindən Harun ər-Rəşid (170-193 / 786-809) Bağdadda əl-Müntəsir Billah Əbu Cəfər Mənsur (623-640 / 1226-1246) isə Məkkədə xəstəxana təsis etmişdilər. Bu tarixlərdən etibarən İslam dünyasının bir çox yerində fəaliyyətə başlayan xəstəxanalar da din və məzhəblərindən asılı olmayaraq bütün xəstələrə xidmət edilirdi. Hər bir xəstəlik üçün ayrıca başqa-başqa salonlar təsis edilmişdi.

Siqrid Hunkenin verdiyi məlumata görə İslam dünyasının şərqində olduğu kimi qərbində də çox mükəmməl xəstəxanalar təsis edilmişdi. Buralarda da tibb müəllimləri, assistentləri və tələbələr olardı. Yenə bu xəstəxanalarda xəstələr arasında din fərqi qoymadan hamıya kömək edilirdi. Hətta sağalıb xəstəxanadan çıxanlara bir qədər də pul köməyi edilirdi.285 Halbuki, bu dövrdə xristian avropa, çox qəti bir din təəssübü içində idi. Onların anlayışına görə qədim tarixə aid nə qədər elm varsa, ya “yalançı” və ya “zərərli” idi. Hələ tibb mövzusunda kitabı-müqəddəsdən başqa bir şey axtarmaq dinsizlik əlaməti sayılırdı. Ona görədə;


a-Bədəni narahatlıqların səbəbi, Allahın qula olan qəzəbi idi. Onun üçün həkim əli ilə müalicə olmağa çalışmaq inancsızlıq sayılardı.
b-Kilsə papaları xəstəlikdən qurtulmaq məqsədilə şeytanı bədəndən uzaqlaşdırmağa çalışırdılar.

Bu da ancaq, ölümlə mümkün olardı.286


Türk əmirlərindən Əmir Əbul Həsən Yəhkəm (öl. 329 / 940-41) Bağdadda xəstəxana təsis etmişdir. Türk hökmdarları tərəfidnən təsis edilən və sonradan Ətiq bimaristan adı ilə çağrılan ilk bimaristan Əhməd ibn Tolun tərəfindən 259 (m. 872) tarixdə Qahirədə təsis edilmişdir. Daha sonra Əyyubi və Məmlükilərin də bir çox xəstəxana tikdirdiklərini mənbələrdən öyrənirik.

Osmanlılardan əvvəl Anadoluda təsis edilən bir çox Darüş Şəfanın mövcud olduğu da həqiqətdir.

İslam dünyasında xəstəxanalar sadəcə bədəni narahatçılığı ilə məşğul olmur eyni zamanda ruhi və psixoloji xəstəliklərlə də məşğul olardı.287 Məsudinin ifadəsinə görə Deyr (Dair) Hızqıl ağıl xəstəxanası Abbasi xəlifəsi Əl-Mütəvəkkül (847-861) dövründə Əl-Mübərrəd tərəfindən ziyarət edilmişdi.

Adı çəkilən bu ağıl xəstəxanası indiki tarixi sənədləriylə isbat edilə bilən və ağıl xəstələrinin müalicəsi üçün təxsis edilmiş ilk psixoloji xəstəxanasayılmaq şərəfinə nail oldu. Çünki, bu müəssisə, Qərb aləmində ancaq XV əsrdə və çox çətinlişklə ortaya çıxmış xəstəxanaların müqayisəyə girə bilməyəcəyi öncüllərdəndirs.288




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin