AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Hospitalizasiyaya ehtiyac olan yanıqlı xəstələr



Yüklə 1,26 Mb.
səhifə24/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   ...   20   21   22   23   24   25   26   27   28

Hospitalizasiyaya ehtiyac olan yanıqlı xəstələr:

  1. Yaranın təmizliyi. Mexaniki təmizləmə ideal olaraq duş ilə və ya Hubbart çənində aparılır. Su ilə ölmüş toxumalar və istifadə olunan kimyəvi dərman preparatları yaradan təmizlənir. Çəndə aparılan təmizləmədə xəstəyə hərəkət ilə reabilitasiya aparıla bilər.

  2. Açıq müalicə üsulu. Ekspozisiyalı müalicə metodu kimi tanınan bu metod üz və genital nahiyə yanıqlarında, uşaqlarda və bədənin ön hissəsi yanmış xəstələrdə tətbiq edilir. Yara təmizləndikdən sonra yanıq yarası açıq saxlanılır və banal infeksiyaların qarşısını almaq üçün üzərinə antibakterial spreylər vurulur. Yaranın üzəri 48-72 saat müddətində qabıqla örtülür. Bu qabıq yanıq səthini 10-15 gün müddətində xarici təsirlərdən müdafiə edir. Bundan sonra bakteriyaların fermentativ təsiri ilə çatlayır və infeksiyalaşmağa başlayır. Bu zaman infeksiyalaşmış yanıq müalicəsinə, yəni qapalı metodla müalicə başlanır. Hubbart çənində mexaniki təmizlik və lazım olsa, yara nekrotik toxumalardan təmizlənir.

  3. Qapalı müalicə üsulu - adətən, ətrafların yanıqlarında və əl yanıqlarında istifadə olunan bir metoddur. Yanığın üzərinə antibiotikli məlhəm və onunla birlikdə vazelinli bintlər, həmçinin lokal anestetiklər də istifadə olunur. Üzərinə bir neçə sıra tampon və sarğı qoyulur. Bu sarğı gündə bir-iki dəfə dəyişilir. Gümüş nitrat sarğılarını da qapalı metodlara aid etmək olar.

  4. Mexaniki işləmə. Qaysaq yumşalmağa başladıqda ölmüş toxumalar və qaysaq yanıqdan ayırılmalıdır. Əlavə olaraq yaranı təmizləmək üçün isladılmış sarğılar tətbiq olunur (məsələn, gümüş nitrat). Qurumuş tamponu yaradan ayırdıqda ağrılı olur, lakin ölmüş toxuma tampona yapışaraq yaradan ayrılır.

  5. Enzimatik işləmə. Bacillus subtilis-dən əldə edilən ferment ilə aparılır. Nekrotik toxumalara təsir edir. Sepsisin qarşısını almaq üçün antibakterial dərman maddələri ilə birlikdə istifadə olunur. 15%-dən artıq geniş sahəyə sürtülməməlidir. İstifadəsi məhduddur.

  6. Eksizional müalicə. Qaysağın kənarlaşdırılmasının müxtəlif metodları vardır:

  • Spontan kənarlaşma - yaradakı bakteriyaların fermentativ fəaliyyəti nəticəsində baş verir,

  • Enzimatik işləmə,

  • Mexaniki işləmə .

  1. Cərrahi olmayan:

  • Vanna (hidroterapiya)

  • Yaşdan quruya doğru sarğı.

  1. Cərrahi eksiziya:

  • Tam qalınlıqda eksiziya (skalpel ilə),

  • Tangesial eksiziya (Hambi bıçağı ilə).

Cərrahi eksiziya yanıq yarasındakı ölmüş toxumaların təmizlənməsində ən effektli metoddur. Bu zaman həm bakterial invaziyanın mənbəyi olan qaysaq aradan götürülür, həm də qreftləmə üçün münasib bir şərait yaranır. İki forması var:

  • Tam qalınlıqda eksiziya. Bütün dermanı əhatə edən yanıqlarda göstərişdir. Eksiziya fassiyaya qədər aparılır. Çünki, fassiya dərialtı piy toxumasından daha yaxşı qreft yatağı əmələ gətirir. 4-5-ci günlərdə tətbiq olunur. Xüsusilə, qol və əl yanıqlarında daha funksional nəticələr verdiyi üçün məsləhət görülür.

  • Tangesial eksiziya. Bu metodda yanıq qaysağı incə təbəqələr şəklində petexial qanamalar olana qədər Hambi əl bıçağı ilə götürülür. Metod 3-7-ci gün arasında tətbiq olunur.

  1. Bioloji sarğı. Yara hər hansı bir metodla nekrotik toxumadan təmizləndikdən sonra tətbiq oluna bilər. Bioloji sarğı olaraq, homoqreft, heteroqreft (liofilizasiya edilmiş donuz dərisi), amnion membranı, sintetik dəri əvəzediciləri istifadə olunur. İkini dərəcəli yanıqlarda tətbiq olunduqda yara homoqreft və ya heteroqreft ilə epitelizasiya ola bilir. Üçüncü dərəcəli yanıqlarda isə bioloji sarğı tam qalınlıqdakı qüsuru autoqrteftləmə üçün hazırlanır və xəstənin autoqreftlə yekun müalicə aparılana qədər yaradan maye itkisinin qarşısını alır. Amnion membranı ən asan və ən ucuz bioloji sarğıdır. Şəffaf olduğuna görə sarğının altındakı toxumalar asan nəzərə çarpır. Tətbiqi asandır. Sürüşməməsi və qurumaması üçün sıx sarğı tətbiq olunmalıdır.

  2. Yaranın qreftlənməsi. Tam qalınlıqda yanıq yarasının yekun müalicəsi qreftləmə ilə aparılır. Əməliyyatdan öncə bakterioloji müayinə ilə yara streptokok infeksiyası araşdırılır, belə ki, β-hemolitik streptokok qrefti lizis edə bilir. Yara toxumasının 1 qr-da 105-dən çox bakteriyanın olması qreftləməyə əks göstərişdir. Bu müddətdə yaranı hazırlamaq və autoqreftin tutub-tutmayacağını müəyyən etmək üçün bioloji sarğı istifadə oluna bilər. Qreft dermatomla götürüldükdən sonra yaraya köçürülür. Donor sahə məhduddursa, tor (mesh) qreft istifadə olunur. Qreftlənən ətrafa müvafiq vəziyyət verilir və immobilizasiyanı təmin etmək üçün şinalardan istifadə olunur. Əməliyyatdan 48 saat sonra qrefti müşahidə etmək, sonra hər gün sarğılarla qreftin altındakı infeksiyaya nəzarət etmək lazımdır.

  3. Yara sepsisi. Yanıq yarası toxumasının 1 qr-da 107-dən çox bakteriya varsa sepsis kimi qəbul edilir. Bu zaman xəstənin vəziyyəti pisləşir, hipotermiya və ya hərarət olur. Hipotenziya, taxipnoe, taxikardiya, bağırsaq keçməzliyi, ruhi sferada dəyişiklik, sidik ifrazının azalması, yüksək leykositoz, trombositopeniya, hiperqlikemiya, metabolik asidoz və hipoksiya müşahidə olunur. Müalicə yaranın bakterioloji nəzarətindən və sistem xarakterli müalicədən (venadaxili mayelər, qan transfuziyası, sistemli antibiotik) ibarətdir.

Yanıq zamanı inkişaf edən infeksiyalar.

Yanıq bədənin əsas qoruyucu membranı olan dərini zədələdiyi üçün lokal infeksiya və əlavə olaraq immun sistemin zəifləməsi ilə əlaqədar yayılmış infeksiyaya səbəb olur. Yanıq səthi nə qədər geniş olarsa infeksiya riski bir o qədər yüksək olur.



  1. Yanıq yarası infeksiyası:

  • Səthi infeksiya - 1qr toxumada 105-dən az mikroorqanizm olur. Yüngül hərarət və minimal leykositoz müşühidə olunur. Yarda səthi irin olur.

  • Bakteriemiya ilə birlikdə invaziv infeksiyalar - 1 qr toxumada 107-dən çox mikroorqanizm var. Yarada irin axıntısı, qaraya və ya bənövşəyiyə çalan rəng dəyişməsi, qranulyasiyanın quruması, solğunlaşması və qabıqlanması kimi dəyişikliklər olur. Sistem xarakterli əlamətlər yuxarıda qeyd edilmişdir.

  1. Damar yolu infeksiyası:

  • Müvəqqəti bakteriemiya - hidroterapiya və yaranın işlənməsindən sonra əmələ gəlir. Bu vəziyyətdə müvafiq antibiotiklə müalicə lazımdır.

  • İkincili bakteriemiya - ilkin səbəb müəyyən olunmalı və müalicə edilməlidir.

  1. Tənəffüs yolu infeksiyası. Bu infeksiyaların inkişafında bir çox xəstəlik törədən amillər vardır. Ağrı üçün tətbiq olunan sedativlər aspirasiya ehtimalını artırır. Enteral qidalandırma məqsədilə istifadə olunan nazoqastral zond kardioezofageal birləşmədə çatışmazlığa səbəb olaraq aspirasiya əmələ gəlmə ehtimalını daha da artırır. Əlavə olaraq inhalyasiya travması və ya respirator zədələnmələrdə aparılan intubasiya ağciyərlərin qoruyucu mexanizmlərini zəiflədir və infeksiya riskini artırır.

  2. Uroloji infeksiya. Genetal nahiyələrdəki yanıq yarasında bitişmə əmələ gəlməsinin qarşısını alan və sidiyin xaric olmasını təmin edən kateterlər bu xəstələrdə infeksiya riskini artıran səbəbdir.

  3. Vaskulyar kateter infeksiyası:

  • İrinli flebit - venanın mənfəzində irin olması ilə müşayiət olunur. Kateter yerində olduqda daha çox müşahidə olunur, çıxarıldıqda isə 30 günə qədər davam edə bilər.

  • İrinli arterit - arterial monitor qoyulmuş xəstələrdə inkişaf edir.

  1. Osteomielit. Sümüyün açıqda qaldığı yanıqlar zamanı, sümük sınığı olan yanıqlı xəstələrdə və skelet traksiyası tətbiq olunan xəstələrdə müşahidə oluna bilər. Az hallarda inkişaf edir.

  2. Donor sahənin infeksiyası. Yara diqqətsiz qaldıqda infeksiya donor sahədəki yaranı tam qalınlıqlı bir qüsura çevirə bilər.

  3. Metastatik infeksiyalar. Meningit, beyin absesi, pnevmoniya, endokardit kimi xəstəliklər bakteriyaların hematogen yayılması nəticəsində inkişaf edir.

  4. Anaerob infeksiyalar. Nadir hallarda rast gəlinir. Elektrik yanıqları, ətrafların yanıqları, “crash” zədələnmələrlə əlaqli yanıqlarda və lazımi səviyyədə işlənməyən yanıqlarda meydana çıxa bilər.

Yanıq infeksiyalarında müəyyən olunan patogen mikroorqanizmlər.

  1. Bakteriyalar. Antibakterial müalicədən əvvəl yanıq nahiyəsində ən çox müşahidə olunan mikroorqanizmlər piogen streptkoklardır (A qrupundan olan streptokoklar – Streptococcus pyogenes). Eləcə də, Pseudomonas aeruginosaStaphylococcus aureus da mühüm rol oynayır. Bu iki mikroorqanizm daha çox rast gəlinsə də, Klebsiella spp., Proteus spp., Escherichia coli kimi digər bakteriyalar və göbələklər də yanıq yarasında müşahidə olunur.

  2. Göbələklər. Normal florada ən çox rast gəlinən göbələklər Candida cinsindən olduğu üçün, yanıqlarda da bu göbələklərin müxtəlif növlərinə rast gəlinir.

  3. Viruslar. Yanıq zamanı ən çox herpesvirus infeksiyaları müşahidə olunur. Əlavə olaraq sitomeqalovirus və hepatit virusları da infeksiya törədə bilərlər.

Yanıqda inkişaf edən ağırlaşmalar.

  1. Mədə-bağırsaq ağırlaşmaları:

  1. Kurlinq xorası. Etiologiyası dəqiq məlum olmasa da, yanıqlı xəstələrdə 35% hallarda rast gəlinir və əksər hallarda sepsislə birlikdə olur. Yanığın üçüncü günü meydana çıxır. Mədə-bağırsaq qanaxması və perforasiyası kimi klinik simptomlar müşahidə olunur. Müalicədə xora qanaxmasının qarşısı alınır (qan transfuziyası, soyuq su lavajı). Cərrahi olaraq vaqotomiya və piloroplastika, yaxud vaqotomiya və rezeksiya tətbiq olunur. Cərrahi müalicə 50% hallarda effektli olur. Antiasidlər, o cümlədən proton pompası blokatorları istifadə oluna bilər.

  2. Xolesistit (daşsız). Öd yollarına bakteriyaların hematogen yayılması nəticəsində inkişaf edir. Sarılıqda sağ qabırğaaltı nahiyədə ağrı və hərarət müşahidə olunur. Nadir rast gəlinir. Müalicəsi xolesistektomiya və xolesistostomiyadır.

  3. Qaraciyər ağırlaşmaları - nadir rast gəlinir. Yanıqla bağlı hemodinamik dəyişikliklərlə əlaqəlidir. Eləcə də, hiperalimentasiya tətbiq olunan xəstələrdə müşahidə oluna bilər. Transfuzion hepatit də başqa bir səbəbdən yaranır. Hepatomeqaliya, sarılıq və qaraciyər fermentlərində dəyişiklik müşahidə olunur. Qüvvətləndirici müalicə aparılır. Səbəb hiperalimentasiya olduqda, aradan qaldırılır və ya azaldılır.

  4. Pankreasda hemorragik düyünlər müşahidə olunur.

  1. Skelet ağırlaşmaları:

  1. Osteomielit haqqında yuxarıda bəhs edilmişdir.

  2. Heterotopik kalsifikasiyalar. Etiologiyası məlum deyil. Geniş dərin yanıqlarda çox rast gəlinir. Kalsium mübadiləsində pozğunluq aşkar edilmir. Ən çox dirsək zədələnir. Zədələnən oynaqda hərəkət məhdudiyyəti inkişaf edir. Rentgenoloji olaraq heterotopik periartikulyar kalsium toplanması müşahidə olunur. Erkən dövrdə fizioterapiya effekt verir. Çox inkişaf etmiş ağırlaşmalarda funksiyanı bərpa etmək üçün heterotopik sümük eksiziyası lazım ola bilər.

  1. Göz ağırlaşmaları:

  1. Korneal çapıqlaşma. İstiliyin təsirindən buynuz qişanın koaqulyasiyası və ya xaricə çevrilməsinə (ektropion) görə quruması nəticəsində inkişaf edir. Qarşısını almaq məqsədilə gözə toz şəklində antibiotiklər, üst və alt göz qapaqlarının bir-birinə tikilməsi (tarsorafiya), ektropionun sərbəstləşdirilib qreftlənməsi aparılır. Müalicə korneal transplantasiyadır.

  2. Katarakta: Səbəbi məlum deyil və yüksək voltlu elektrik yanıqlarında yaranır.

  1. Yara sağalması ağırlaşmaları:

  1. Hipertrofik çapıq və yara kontrakturası. Çapıq və kontrkturanın inkişafı yaşdan, yanığın dərinliyindən, anatomik lokalizasiyası və genetik quruluşu ilə əlaqəlidir. Qarşısını almaq üşün üçün yaraya yaxşı qulluq, şina və yara daxilinə steroid inyeksiya edilə bilər. Müalicədə isə təzyiq edən xüsusi korsetlər, sıx elastik sarğılar, gecə şinaları, aktiv fizioterapiya tətbiq olunur. 1-2 il konservativ müalicədən nəticə alınmazsa, cərrahi müalicə tətbiq olunur. Cərrahi olaraq isə eksiziya + qreft, yaxud Z plastika edilir.

  2. Stabil olmayan çapıq. Xüsusilə, sümük çıxıntılar üzərində dərinin tez-tez cırılması və xoralaşmasıdır. Sahə eksiziya edilib qreft və ya mümkün olduqda fleb ilə örtülməlidir.

  3. Marjolin xora (yanıq çapıq karsinoması). Çapıq toxumasının xronik qıcıqlanması və ya tez-tez xoralaşması nəticəsində bir çox illər (20-40 il) sonra inkişaf edir. Normal skvamoz hüceyrəli xərçəngdən daha aqressivdir. Müalicə şişin eksiziyası və ya amputasiyasıdır.

  1. İnfeksiyalı ağırlaşmalar:

  1. Yanıq sepsisi. haqqında yuxarıda bəhs edilmişdir.

  2. Qulaq seyvanında xondrit - aurikulyar qığırdağın bakterial iltihabıdır. Qarşısını almaq üşün yerli antibiotik tətbiqi, qulağa təzyiq olunmasının qarşısının alınması, yanıq qaysağının uzaqlaşdırılması vacibdir. Müalicə, qığırdağın eksiziyasıdır.

  3. İrinli tromboflebit.

  4. Kəskin bakterial endokardit.

  1. Pulmonar ağırlaşmalar:

  1. Dəm qazı inhalyasiyası. Qapalı yerlərdə yananlarda müşahidə olunur. Letargiya və taxikardiya müşahidə olunur. Dəri bənövşəyi rəngə çalır və huş dumanlıdır. Oksigen müalicəsi kifayətdir.

  2. İnhalyasiya travması (yuxarı tənəffüs yolu obstruksiyası). Supraglottik ödem inkişaf edir. Klinik olaraq fısıltı, fitverici tənəffüs, nəfəs almada çətinlik və taxipnoe müşahidə olunur. Adətən xəstələrin üzü yanmış olur. Bu xəstələrə traxeal intubasiya, traxeotomiya, oksigen müalicəsi və lazım gəldikdə mexaniki tənəffüs tətbiq olunur.

  3. Aşağı tənəffüs yolllarının inhalyasiya travması. Buxar və tüstü inhalyasiyası nəticəsində inkişaf edir. Səs batıqlığı, qara bəlğəm, oral və ya faringeal nahiyədə yanıq, auskultasiyada krepitasiya, xırıltı, taxipnoe və dispnoe müşahidə olunur. Erkən vaxtlar rentgenoloji əlamət olmur. Müalicədə nəm oksigen, pulmonar lavaj, intubasiya və lazım gəldikdə ventilyasiya tətbiq olunur.

  4. Pnevmoniya. Klinikasında yüksək temperatur, irinli bəlğəm və öksürək müşahidə olunur. Rentgenoloji olaraq diffuz infiltrasiya müşahdə olunur. Antibiotik tətbiqi, pulmonar təmizlik, intubasiya və lazım gəldikdə, ventilyasiya tətbiq olunur. Pnevmoniya nadir hallarda hematogen tipli olur, bu zaman rentgenoloji olaraq tək düyün infiltrasiyası müşahidə olunur. Hematogen tipdə ilkin mənbə tapılmalı və onun da müalicəsi aparılmalıdır.

  5. Pulmonar emboliya. Çoxsaylı intravenoz inyeksiyalar, uzun müddətli venoz kateterizasiya və immobilizasiya ilə əlaqədar olaraq baş verir. Çanaq və ya aşağı ətraf venasından qalxan bir qan laxtası ilə yaranır. Dispnoe, döş qəfəsində ağrı, taxikardiya, hipoksiya və səbəbi izah edilə bilməyən ani şok müşahidə edilir. Ağciyər rentgenoqrafiyasında klassik xəncər şəkilli infarkt müşahidə oluna bilər. Müalicədə venadaxili heparin, oksigen, süni tənəffüs tətbiq olunur.

Yanıqlar zamanı qidalanma.

Ağır yanıqlı xəstələr şok dövrünü keçdikdən sonra 1 həftə ilə 10 gün arasında müvəqqəti yaxşı dövrləri olur. Bu dövrdən başlayaraq xəstələri çox yaxşı qidalandırmaq lazımdır, çünki yanıqlı xəstə yanıq yaralarından zərdab, plazma, qan, zülal və elektrolit itirir.



Xəstələrin yaxşı dövrlərindən etibarən gündə 5000 kalori dəyərində çox zülallı pəhriz tətbiq olunmalıdır. İştahası olmayan xəstələrə çoxlu miqdarda süd içirdilməlidir. Xəstələrə böyük dozalarda C, B1, B6, B12 vitaminləri, qan yaranması üçün dəmir preparatları təyin edilməlidir. Elektrolit balansı xəstənin vəziyyətinə görə meyvə şirəsi, yaxud dərmanlar vasitəsilə bərpa edilməli, lazım gəldikdə qan transfuziyaları edilməli, arıqlayan, ümumi vəziyyəti pisləşən xəstələrə venadaxili hiperalimentasiya edilməli və anaboliklər təyin edilməlidir.

XII fəsil. Əl cərrahiyyəsi
Anadangəlmə əl anomaliyaları
Anadangəlmə əl anomaliyaları təqribən 600 doğuşdan bir müşahidə olunur. Deformasiyalar irsi ola bilər, yaxud ətraf mühit amilləri, radiasiya və infeksion xəstəliklər nəticəsində inkişaf edə bilər.

Əl anomaliyalarının beynəlxalq təsnifatı (Swanson):

  1. Ətrafların inkişaf çatışmazlığı:

  1. Köndələn istiqamətli (bədənin şaquli oxuna perpendikulyar) çatışmazlıqlar:

  1. Anadangəlmə amputasiya - proksimal hissəsi normaldır, bağ daralması ilə birlikdə ola bilər.

  1. Bədənin şaquli oxu istiqamətli çatışmazlıqları:

  1. Fokomeliya - qolda uzun sümüklərin inkişaf etməməsi nəticəsində ətrafların bilavasitə gövdəyə bitişməsi şəklində anomaliya. Komplekt, proksimal və distal olmaqla üç yerə ayrılır.

  2. Radial çatışmazlıqlar - radiusun (milin) hissəvi olmaması, mil-bilək və baş barmağın olmaması. Dirsək qısa, qalın və əyridir. Əl 900-li bucaq altında saidə radial deviasiya edir. 4 forması vardır:

  • qısa distal radius;

  • hipoplaziya etmiş radius;

  • radiusun hissəvi olmaması;

  • radiusun total olmaması.

  1. Hipoplaziyalı baş barmaq:

  • qısa baş barmaq;

  • adduksiyalı baş barmaq;

  • abduksiyalı baş barmaq;

  • “üzən” (floating) baş barmaq.

  1. Baş barmağın olmaması.

  2. Mərkəzi hissənin çatışmazlıqları (cleft hand - yarıq əl) - əlin mərkəzində “V” şəklində yarıq vardır. Split hand və ya lobster claw hand kimi də adlanır.

  3. Ulnar çatışmazlıqlar:

  • proksimal və distal epifiz mövcuddur, ulnar hipoplaziya;

  • hissəvi ulnar aplaziya;

  • total ulnar aplaziya;

  • radiusun çiyin sümüyünə (humerusa) sinostozu

  1. Orqanların ayrılmasında müşahidə olunan anomaliyalar:

  1. Sinostozlar - sümük strukturlarının üfüqi və şaquli müstəvidə ayrılmasında müşahidə olunan çatışmazlıqlar. Ən çox əl sümüklərində - aypara və üçbucaq sümüklər arasında müşahidə olunur.

  2. Mil başı çıxığı. Travmadan fərqləndirmək lazımdır. Adətən, ikitərəfli olub, ailəvi xarakterlidir.

  3. Simfalangia - falanqalarda sümük uc-uca birləşməsidir. Klinik olaraq rigid barmaq da deyilir.

  4. Sindaktiliya - iki qonşu barmaq arasında bitişmənin olmasıdır. Tam və ya natamam ola bilər, həmçinin sadə və ya kompleks şəkildə də müşahidə olunur. Təqribən 200 doğuşdan birində rast gəlinir. Polidaktiliya ilə birlikdə ən çox rast gəlinən əl anomaliyasıdır. Ən çox üçüncü və dördüncü barmaqlar arasında müşahidə olunur. Xəstələrin 50%-də bilateral və adətən, simmetrik olur. 10% hallarda ailəvi xarakterlidir. Akrosindaktiliya, simbraxidaktiliya, əl hipoplaziyası, yarıq əl, Poland sindromu, Apert sindromu ilə birlikdə müşahidə olunur. Əməliyyatı ən tez 18 aylığında etmək məqsədəuyğundur. İdeal yaş 3-4 yaş arasındadır. Müalicədə Z-plastika və qreftləmə aparılır.

  1. Kontrakturalar:

  1. Yumşaq toxuma kontrakturaları:

  • Artroqripoz – oynağın bükülmüş halda sabit qalmasıdır (inadkar oynaq kontrakturası).

  • Dirsək qanadı - dirsək büküşü nahiyəsində zar əmələ gəlir.

  • Tətik-barmaq sindromu - anadangəlmə tendovaginal stenoz. Baş barmağın interfalangeal oynağının fleksiya deformasiyasıdır.

  • Kamptodaktiliya - xüsusilə, beşinci barmağın proksimal falanqaarası oynağının bilateral fleksiyon kontrakturasıdır.

  • Ulnar deviasiya (wind blown hand) - baş və digər barmaqlar ulnar istiqamətdə əyilmişdir. MF və PİF oynaqlarında fleksiya, barmaqlarda hissəvi zar ilə əl kubok formasındadır.

  • Sıxılmış baş barmaq (clasped thumb) - baş barmağın anadangəlmə fleksiyon və adduksiyon deformasiyasıdır.

  1. Sümüklə əlaqəli kontrakturalar:

  • Klinodaktiliya (bent finger) - barmaqların radial və ya ulnar istiqamətdə bucaqşəklində əyilməsidir.

  • Delta falanqası - ən çox baş barmağın proksimal falanqasında müşahidə olunur. Üçbucaq və ya oval formalıdır. Epifiz şaquli istiqamətdə C-şəklində orientasiya olunur.

  1. Dublikasiya :

  1. Baş barmaqda polidaktiliya;

  2. Üç falanqalı başbarmaq;

  3. Digər barmaqlarda polidaktiliya.

  1. Hiperplaziya (Overgrowth):

  1. Makrodaktiliya - adətən, ikinci və üçüncü barmaqda yumşaq toxumaların, xüsusilə, sinir toxumasının ifrat dərəcədə inkişafıdır.

  1. Hipoplaziya (undergrowth):

  1. Braximetakarpial - metakarpların qısa olması.

  2. Braxiphalangeal - falanqaların qısa olması.

  1. Anadangəlmə bağ sıxılması sindromu (fetal amputasiya), annular qüsur.

  2. Yayılmış sümük anomaliyaları :

  1. Madelang deformasiyası - radiusun distal tərəfinin dorsal və laterala əyilməsi ilə xarakterizə edilən epifiz anomaliyasıdır.


Əl infeksiyaları
Paronychia. Dırnaq yatağının Staphylococcus aureus etiologiyalı infeksiyasıdır. Manikür alətlərindən istifadə səbəbindən baş verə bilər, dırnaq lövhəsinin küncündən başlayaraq inkişaf edir, müalicə drenaj etməklə aparılır.

Phelon. Dırnaq yatağı pulpasının infeksiyasıdır. Pulpaya təzyiq etdikdə fibroz arakəsmə səbəbindən ağrı olur. Müalicə antibiotik tətbiqi, insiziya, drenaj etməklə aparılır.

Herpes simplex. Virus etiologiyalıdır, lakin piogen infeksiyaya bənzəyir, distal əl darağı-falanqa oynağında olur.

Barmaq aralığı infeksiyası. Əl darağı-falanqa oynaqları səviyyəsində səthi köndələn bağın proksimal hissəsində piy toxuması olan üç nahiyədən birində barmaq aralığında lokalizasiya olur. Palmar sahənin yaxınlığından başlaya bilər. Drenaj olunmazsa, lumbrical kanalın daxilinə midpalmar sahəyə yayılır.

Dərin palmar abses. Metacarpları əhatə edən fassia, bükücü vətərlərin altındakı fassia və əzələlərə bitişik sahəyə yayılır. Ulnar sərhəddi hipotenar əzələlərin fassiası təmin edir. Drenaj etməklə və antibiotiklərlə müalicə edilir.

Tendosinovit. Bükücü vətər yatağının infeksiyasıdır. Barmağın aktiv və ya passiv açılması ağrılı olur. Antibiotiklər və iltihab əleyhinə preparatlar tətbiq edilir, şina ilə təsbit edilir.

Radial və ulnar bursa infeksiyaları. Radial bursa infeksiyaları baş barmağın proksimal falanqası boyu lateral insiziya ilə, ulnar bursa infeksiyaları isə kiçik barmağın ulnar tərəfindən aparılan insiziya ilə drenaj edilir.

Osteomielit. Əl darağı və falanqaların yumşaq toxumalarının infeksiyası və mürəkkəb sınığı ilə müşahidə olunur. Drenaj və antibiotiklərlə müalicə edilir.

Dişlənmə zədəsi. Ən çox 3-cü və 4-cü barmaqların daraq-falanqa oynaqları zədələnir. İnfeksiya daha çox S.aureus, bəzən isə streptokoklar tərəfindən törədilir. Anesteziya və turniket ilə kəsilib təmizlənir. Tetanus profilaktikası tətbiq olunur və yara açıq saxlanılır.

Barmaq oynağı infeksiyaları. Digər lokal infeksiyalardan inkişaf edir. Müalicə antibiotiklərlə, drenaj etmə və şina ilə təsbit etməklə aparılır.

Mikobakterial infeksiyalar. Bilək və barmaqlarda inadkar və residiv verən sinovit olduqda mikobakterial infeksiya haqqında düşünülməlidir. Atipik mikobakteriyalar - Mycobacterium marinum, M.kansasii tərəfindən törədilə bilər. Kultural müayinə aparmaq üçün material götürülməlidir. Diaqnoz və müalicə üçün eksiziyonal cərrahiyə - sinoviektomiya tətbiq olunur.
Əl yaralanmaları
Əl yaralanmalarının təqribən 55%-i iş, 40%-i ev, 5%-i isə yol qəzalarının nəticəsidir.

Əl yaralanmalarında ilk yardımın iki əsas prinsipi var:

  1. Daha çox infeksiya və zədədən qorunmalıdır.

  2. Ən xırda şübhədə belə, əli yaralı şəxs xəstəxanaya göndərilməlidir.

Əl yaralanmalarında ediləcək ilk yardım sıxıcı sarğı ilə hemostaz, yara səthinə steril sarğı, funksional pozisiyada yumşaq sarımaqla elevasiyadan ibarətdir.

Xəstəxanada əl yaralanması bu cür qiymətləndirilir:



  1. Anamnez. Nə vaxt, harada, necə və nə edərkən baş verdiyi soruşulmalıdır.

  2. Klinik dəyərləndirmə:

  1. Obyektiv müayinə. Dərinin müayinəsi, dərin toxumalar, oynaq və sümük, vətərin funksiyası və hərəkəti müəyyən olunur. Vətərin hərəkət funksiyası aşağıdakı kimidir.

Bükücü vətərlər üçün. Xəstənin medial falanqasını iki barmağınızla tutduqda, barmaq ucunu bükə bilməzsə FDP (flexor digitorum profundus) vətərinin kəsildiyi müəyyən olunur. Müayinə edilən barmağın hər iki tərəfindəki barmaqları əlimizlə tutaraq xəstəyə barmağını oynatması təklif edilir. Fleksor digitorum superficialis sağlam olarsa, xəstə şəxs barmağını orta falanqadan proksimal falanqaarası (ingiliscə, proximal interphalangeal - PİF) oynaqdan bükə bilir, bu vətər kəsikdirsə, barmaq bükülə bilmir. Hər iki bükücü vətərin kəsilməsi zamanı daraq-falanqa (ingiliscə, metacarpophalangeal - MF) oynağı təsbit olunan zaman barmağın heç bir falanqası bükülmür.

Açıcı vətərlər üçün. PİF oynaq büküldükdə MF oynaq açıla bilmirsə bu, extensor digitorum longus (EDL) vətərinin qopmasından xəbər verir.

  • distal falanqaarası (ingiliscə, distal interphalangeal - DİF) oynaqda zədələnmə - çəkic barmaq deformasiyası olur. Barmaq ucu açıla bilmir.

  • PİF-də zədələnmə. Düymə dəliyi deformasiyası olur. PİF bükülmüşdür, açıla bilmir.

  • MF-də zədələnmə - barmaq bükülmüş vəziyyətdə qalir.

Sinirin funksiyasının müəyyən olunması:

  1. Median sinir: Biləkdən yuxarı kəsiklər olduqda baş barmaq, ikinci və üçüncü barmaqda, dördüncü barmağın yarısında hissiyat itir. Baş barmaq oppozisiya edə bilmir. Dirsəkdən yuxarı kəsiklərdə əl aktiv pronasiya edə bilmir, ikinci və üçüncü barmaq DİF-i aktiv fleksiya edə bilmir.

  2. Ulnar sinir: Beşinci barmaq hissiyatını itirir. Bilək səviyyəsindəki kəsiklərdə sümükarası əzələlərin iflicində əli açıq vəziyyətdə düz bir səthə qoyduqda barmaqlar bükülüb-açıla bilmir. Baş və şəhadət barmaqlar vassitəsilə çimdik tutma zəifləyir.

  3. Radial sinir. Yalnız dirsək səviyyəsindəki kəsikdə MF ekstansiyası, dirsəkdən yuxarı kəsikdə bilək ekstansiyası pozularaq sallaq əl inkişaf edir. Əl və barmağın proksimal dorsal hissəsi hissiyatını itirir.

Cərrahi işlənmə, toxumaların bərpası, dərinin bağlanması, sarğı, antibiotik və tetanus profilaktikasından ibarət müalicə tətbiq olunur. Vətər tikişləri üçün ipək, etilon, prolen, neylon (4/0) istifadə olunur. Kəskin vətər zədələnmələrində 5 cür müdaxilə tətbiq olunur:

  1. Erkən və gec tenoqrafiya.

  2. Dərinin bağlanması və 6 həftə ilə 6 ay arasında ikincili vətər qrefti ilə bərpa.

  3. Birincili vətər qrefti.

  4. Tenodez və ya artrodez.

  5. Vətərin qlafı olmazsa silikon çubuq qoyulur, sonra isə vətər qrefti ilə bərpa edilir.

Bükücü vətər zədələnmələri və onların bərpası. Əl 5 nahiyəyə bölünür:

1-ci sahə - distaldan PİF oynağına qədər,

2-ci sahə - PİF oynağından birinci anulyar bağa qədər,

3-cü sahə - birinci anulyar bağdan karpal tunelin distalına qədər,

4-cü sahə - karpal tunel,

5-ci sahə - proksimaldan karpal tunelə qədər.

Birincili vətər bərpası müvafiq şərtlərlə, zədələnmədən 24 saat keçməmiş və yara sepsisi əlamətləri olmayan xəstələrdə tətbiq olunur. Gecikmiş birincili bərpa zədələnmələrdən sonra 2 həftə müddətində, erkən birincili bərpa 2-5 həftə müddətində tətbiq olunur. Bükücü vətər zədələnmələrində funksional nəticə əldə etmək üçün əlin mobilizasiyasına nəzarət etmək vacibdir.

Açıcı vətər zədələnmələri. Proksimal falanqanın 2/3 hissəsinin proksimal hissəsinə qədər tək hissə olan vətər, burada 2 lateral bağ və bir mərkəzi slip olmaqla 3 hissəyə ayrılır. Mərkəzi hissə PİF oynağını dorsaldan çarpazlayaraq MF-in proksimal ucuna bağlanır. Lateral bağlar isə PİF oynağını daha lateraldan və orta falanqanın dorsal lateralından keçərək son falanqanın proksimalına bağlanır.

Açıcı vətər zədələnmələri 5 cür olur :



  1. Çəkic barmaq (mallet finger),

  2. Orta slip zədələnməsi (Boutonnier deformasiyası),

  3. Extensor hood zədələnmələri (MF oynaq xəttində),

  4. Əlin üstündə vətər zədələnmələri,

  5. Said və biləkdəki zədələnmələr.

Çəkic barmaq. Açıcı vətərin distal falanqaya bağlanan yerindən qopması nəticəsində baş verir. 4-6 həftə müddətində şina ilə konservativ müalicə, yaxud cərrahi müalicə aparılır.

Boutonnier deformasiyası. Vətərin mərkəzi slip-inin PİF oynağı xəttindən zədələnməsi nəticəsində əmələ gəlir. Müalicədə Bunnel metodu tətbiq olunur.

Extensor hood zədələnmələri. MF oynaq xəttindəki zədələnmələrdə rast gəlinir. 4/0 neylon sapla uc-uca tikilir.

Əlin üstündə açıcı vətər zədələnmələri. Bunnelin "səkkizşəkilli" tikişi ilə bərpa edilir. Açıcı vəziyyətdə 4 həftə müddətində immobilizasiya edilir.

Said nahiyəsinin açıcı vətər zədələnmələri. Saidin əzələ-dəri bitişməsində və ya əzələ toxumasında zədələnə bilər. Əzələ-vətər davamlılığını təmin etmək lazımdır. Bu zədələnmələrdə 4-6 həftə müddətində açıcı vəziyyətdə immobilizasiya aparılır.

Əlin kəskin zədələnmələri.

Kəskin əl zədələnmələrində müalicənin məqsədi infeksiyanın qarşısını almaq, birincili sağalmanı təmin etmək və zədələnmiş hissəni qorumaqdır. İlk yardım infeksiyalaşmanın qarşısını almaq üçün steril sarğı, yaraya sıx sarğı, elevasiya və turniket tətbiqindən ibarətdir.



İlkin müayinə. Yaranın dərəcəsini, dəri itkisini təyin etmək üçün aparılır. Rentgenoqrafiya, vətər və sinirlərin müayinəsi aparılır. Dərin strukturlara nəzarət edilərək turniket tətbiq olunur.

İkinci müayinə. Sümük, vətər, sinir və dərin toxumalar diqqətli nəzərdən keçirilir.

Dəri bağlanması metodları və göstərişlər:

Dəri qrefti ilə bərpa edilə bilən zədələr. Əgər vətər və sümük kimi strukturlar açıqda deyilsə, bu vəziyyətdə tam qalınlıqda dəri qrefti ilə bərpa məsləhət görülür.

Fleb ilə bərpa edilən zədələr. Sümük və vətərlərin açıqda olduğu dərin yaralanmalarda lokal və uzaq fleblərlə bərpa aparılır.

Barmaq ucu amputasiyaları. Yalnız dəri itkisi olduqda sərbəst qreftlə bərpa edilir. Əgər yumşaq toxuma defekti dərin olarsa və falanqa açıqda qalarsa (baş və şəhadət barmağından başqa) proksimal hissədən reamputasiya (kiçik uşaqlar istisna olmaqla) və ya sərbəst dəri qrefti tətbiq olunur. Bu zaman normal hissiyat heç vaxt bərpa olmur. Dəri olduğu kimi dərin toxumalar da öz yerinə qoyulmalıdır. Bunun üçün Kutler V-Y və ya Atasoy trianqulyar advancement flebləri məsləhət görülür.

Dırnaq yatağı proksimaldan amputasiya edilməsə bir şaxəli dorsal fleb faydasızdır. Cross finger fleb mükəmməldir, lakin bu, oynaq qabarı əmələ gətirməklə sağalır. Bundan əlavə thenar fleb məsləhət görülür, lakin bu da ikimərhələli əməliyyata ehtiyac yaradır. Lokal neyrovaskulyar ada flebi yaxşı hissiyat rekonstruksiyası yaratdığına görə tətbiq oluna bilər. Qarın və ya subpektoral nahiyə kimi uzaq məsafəli fleblərdən mümkün qədər az istifadə edilməlidir, çünki çox bunlar qalın və hiperpiqmentasiyalıdır. Barmaq ucu amputasiyalarında daha çox istifadə olunan Kutler V-Y və ya Atasoy flebləri məqsədəuyğundur.



Kutler metodu. Digital blokada ilə anesteziya aparılır. Cərrahi işləmə ilə hər iki tərəfdən üçbucaq fleb gətirilir, distal falanqanın qalan hissəsi təmizlənir və bağlanır.

Atasoy metodu. Müvafiq anesteziya və turniket altında trianqulyar fleb qaidəsi distalda olmaqla yağlı pulpadan qaldırılır. Yağlı fibroz subkutan toxuma periost və fleksor vətər qılafından ayrılır. Sümük uzundursa kəsilir və tikiş qoyulur.
Əl sınıqları və çıxıqları
Əldəki sınıq və çıxıqlar ən çox müşahidə olunan travmalardandır. Sınıq sümüklərin sağalması üçün vaxt lazımdır. Lakin, oynaqlarda geri dönməsi çətin olan deformasiyalar yarana bilər. Ona görə də klinik stabillik yarandıqdan dərhal sonra hərəkətə başlanmalıdır. Əzilmələr, güllə yaralanmaları və açıq əl yaralanmalarında kifayət qədər və diqqətli təmizlənmədən sonra yara yuyulmalı, lazım gəldikdə nazik Kirschner telləri ilə internal təsbit aparılır. Kompression bandaj edilərək elevasiya olunan əldə 3-5 gündən sonra şiş əmələ gəldikdə gecikmiş birincili tikiş qoyulur və ya dəri qreftləri ilə yara bağlanır.

Daraq sümüklərinin sınıqları. Əlin ən çox müşahidə olunan sınıqlarındandır. Xüsusilə, yumruq zərbəsindən sonra müşahidə olunaraq aşağıdakı kimi təsnif olunur:

  1. Proksimal metafiz sınıqları:

  1. Köndələn sınıq

  2. Çəp sınıq

  3. Epifiz ayrılması

  1. Oynaq daxili sınıqlar:

  1. Bennet sınığı. Baş barmağın metakarp qaidəsinin oynaq daxili qırıqlı çıxığıdır.

  2. Rolando sınığı. Baş barmağın metakarp qaidəsinin həm arxa, həm də ovuc səthlərinin T və ya Y şəkilli oynaq daxili sınıqlarıdır.

  3. 4-cü və 5-ci metakarp sınıqları. Sınıq xəttinin anatomik yerləşməsinə görə bir neçə cür olur:

  1. Baş hissənin sınıqlar, daha çox parçalı sınıqlardır. Qısa müddətdə təsbit etmək, erkən hərəkət lazımdır.

  2. Boyun hissənin sınıqları. Ən çox 5-ci metakarpın boyun sınığıdır. Boksçu sınığı da deyilir.

  3. Cisimin sınıqları. Köndələn, çəp, çox parçalı ola bilər.

  4. Qaidə sınıqları

Falanqa sınıqları.

  1. Proksimal falanqa sınıqları:

  1. Bilavasitə zərbə nəticəsində əmələ gələn sınıqlar. Proksimal sınıq lumbrikal əzələnin təsiriylə bükülmüş vəziyyətdə olur. Distal sınıq isə açıcı mexanizmin təsiriylə hiperekstansiya keçir. Müalicə məqsədilə 3 həftəlik təsbit edilir.

  2. Həddən artıq açılmış proksimal falanqanın arxa oynaq səthi metakarpa təzyiqi nəticəsində əzilir və çökmə sınığı əmələ gəlir.

  3. Ani, həddən artıq açılması nəticəsində oynaq kapsulası və lumbrikal əzələlərin təzyiqi ilə proksimal falanqalarda diafiz sınığı yarana bilər.

  1. Orta falanqa sınıqları. Sınıq flexor digitorum superficialis (FDS) əzələsinin vətərinin birləşmə yerindən distaldadırsa volar (V deformasiyası), vətərinin birləşmə yerindən proksimaldadırsa dorsal (əks V deformasiyası) bucaq yaranır. Əl darağı-falanqa oynağı 60 dərəcə, proksimal falanqaarası oynaq 20 dərəcə bükülmüş vəziyyətdə təsbit edilir. Tam anatomik bərpa mühüm şərtdir.

  2. Distal falanqa sınıqları:

  1. Sadə distal falanqa sınıqları;

  2. Açıq parçalı falanqa sınıqları;

  3. Qopma sınıqları (çəkic barmaq deformasiyası, “baseball sınığı”). Barmağın dik şəkildə sərt bir cismə dəyməsi ilə distal falanqaarası oynağının ani və məcburi bükülməsi nəticəsində açıcı vətərin distal falanqaya birləşmə yerindən qopmasıdır. 3 tip ola bilər:

  • açıcı vətərin həddən artıq gərilməsi nəticəsində boşalmış, lakin vətər qopmamışdır. Distal falanqaarası oynağının aktiv açılması zəifdir. Oynaq 5-20 dərəcə bükülmüş vəziyyətdədir;

  • açıcı vətər dartılaraq distal falanqaya birləşmə yerindən qopmuşdur. Flexor digitorum superficialis əzələsinin çəkməsi ilə distal falanqaarası oynaq 45-60 dərəcə bükülmüş vəziyyətdədir (“çəkic barmaq” deformasiyası);

  • açıcı vətər distal falanqaya birləşmə yerindən kiçik bir sümük parçası ilə birlikdə qopmuşdur.

Müalicə. İlk 3-4 həftədə konservativ müalicə edilir. Barmaq gipsi və ya xüsusi şina ilə distal falanqaarası oynaq hiperekstensiyada, proksimal falanqaarası oynaq 60-75 dərəcə fleksiyada bağlanır. Bu 6 həftə davam edir. Gips yumşalarsa və ya zədələnərsə, eyni pozisiyada barmaq ucundan K teli keçirilərək hərəkətsizləşdirilir. Açıcı vətər sümükdən parça qoparıbsa tel tikişlə bağlanır, vətər qrefti istifadə olunaraq bağlanılır və ya distal falanqaarası oynaq semifleksiyada artrodez edilir. 3 həftə gipsdə saxlanılır, K telləri 8-10 həftə sonra çıxarılır.

Əl sümüklərinin şıxıqları:

  1. Baş barmaq çıxıqları:

  1. Daraqarxası-daraq oynağının çıxıqları;

  2. Daraq-falanqa oynağının çıxıqları: a) Dorsal çıxıq; b) Ulnar çıxıq;

  3. Falanqaarası oynaqların çıxıqları;

  1. Proksimal falanqaarası çıxıqlar:

  1. Volar səth yaralanmaları

  2. Dorsal çıxıq

  3. Lateral çıxıq

  4. Volar çıxıq

  5. Dorsal qırıq, çıxıqlar

  6. Proksimal falanqaarası oynaq daxili qırıqlar

  1. Distal falanqaarası çıxıqlar:

  1. Volar səth yaralanmaları (Dorsal subluxation)

  2. Volar səth və flexor digitorum superficialis əzələsi vətərinın qopması

  3. Dorsal çıxıq

  4. Volar çıxıq

  5. Lateral çıxıq

Əldə müşahidə olunan digər xəstəliklər
Bilək kanalı sindromu (ingiliscə, carpal tunnel syndrome). Biləkdə median sinirin sıxılması nəticəsində müşahidə olunan bir sindromdur. 30-60 yaş arası qadınlarda çox rast gəlinir. Colles sınığı, Raynaud, qanqlion, lipoma, xantoma, revmatoid artrit, fleksor sinovit, xronik alkoqolizm, podaqra, diabet, böyrək xəstəlikləri, miksedema, hamiləlik nəticəsində baş verə bilər.

Xəstə ağrı və qarışqa gəzmə hissindən şikayətlənir. Ovuc əzələlərində atrofiya və iflic ola bilər. Tinnel sınağı (median sinirin innervasiya yerinə küt bir cisimlə vurduqda hiperesteziya) və Falen sınağı (bükülmüş əldə ağrı və keyimənin artması) müsbətdir. Elektroomioqrafiya diaqnozu dəqiqləşdrməyə kömək edir.

Müalicəsi köndələn karpal bağı boşaltmaqdır.

Dirsək kanalı sindromu (ingiliscə, ulnar tunnel syndrome). Trianqulyar fibroosseoz kanalda dirsək sinirinin sıxılması nəticəsində müşahidə olunur. Adətən qanqlion, lipoma və ya aberrant əzələnin təzyiqi səbəbindən baş verir. Simptomları tədricən inkişaf edir və xüsusilə əlin çeçələ barmaq tərəfində artan zəiflik, keyləşmə əlamətləri müşahidə olunur. Zəiflik və keyləşmə dərəcəsi təzyiq yerindən asılıdır. Ağrı ola bilər. Müalicədə ulnar sinir müayinə edilir, qanqlion və ya lipoma çıxarılır.

Dupuytren kontrakturası. Subkutanoz palmar toxumanın proliferativ fibroplaziyasının səbəb olduğu bir xəstəlikdir. Barmaq oynaqlarında müşahidə olunan multifokal düyünlər əsas törəmədir. Palmar fibroz toxumanın zədələnməsi kontraktura ilə nəticələnir. Palmar aponevroz və onun digital ekstensorları zədələnir. Subkutan piy toxumasında nazikləşmə, dərinin törəməyə yapışması müşahidə olunur. Ən çox 4-cü barmaq zədələnir. Çox vaxt iki tərəfli olur, 40-60 yaş arasında çox rast gəlinir, daraq-falanqa oynaqları daha çox zədələnir, simmetrikdir, adətən xəstənin düyündən başqa şikyəti yoxdur. Küt bir əl ağrısı ola bilər. Proqnoza irsiyyət, alkoqolizm, epilepsiya, diabet və mikrotravmalar təsir göstərir. Kişi və qadın 10:1 nisbətində rast gəlinir. Əldən kənarda proksimal falanqaarası oynaqların arxa səthində, plantar fassia və nadir halda corpora cavernosa təbəqəsində rast gəlinir.

Müalicəsində subkutan fassiotomiya, parsial fassiektomiya, dəri qreftləməsi ilə fassiektomiya tətbiq olunur.



De Quervain xəstəliyi. Abductor pollicis longusextensor pollicis brevis-də stenoz tenosinovitidir. 30-50 yaş arasında müşahidə olunur. Qadınlarda daha çox rast gəlinir. Çünki qadınlarda daraqarxası-daraq oynaq daha hərəkətlidir. Radial styloid-də ağrı və həssaslıq olur. Finkelstein sınağı müsbətdir - baş barmaq və əl ulnar tərəfə gərildikdə ağrı olur. Konservativ müalicə steroid preparatlar və şina (6 həftə) tətbiqindən ibarətdir. Cərrahi müalicədə köndələn kəsiklə vətər yatağı sərbəstəşdirilir.

Tətik barmaq. Tətik barmaq anadangəlmə və qazanılmış (45 yaşdan sonra) ola bilər. Kollagen toxuma patologiyası ilə əlaqəli olduğuna görə bir neçə barmaq birdən zədələnir (sklerozlaşdırıcı tendovaginit). Orta və dördüncü barmağın zədələnməsi çox müşahidə olunur. Ovuc səthində daraq-falanqa oynağı səviyyəsində düyün palpasiya edilir. Müalicədə distal palmar büküşdə 2 sm məsafədən köndələn kəsik aparılır, fleksor qılaf kəsilərək boşaldılır.

Bowler baş barmağı. Baş barmağın ulnar digital sinirinin təkrarlanan kompressionunun səbəb olduğu perineal fibrozdur. Pulpada hiperesteziya müşahidə olunur. Erkən vaxtlarda şina tətbiqi faydalı olur, əks təqdirdə neyroliz, yaxud sinirin dorsala transferi lazım ola bilər.

Artritik əl. Artritik əl xəstəlikləri kollagen xəstəliklər səbəbindən baş verə bilər. Cərrahi müalicə taktikası deformasiyaya müvafiqdir.

Revmatoid artrit. Oynaq qığırdağının zədələnməsi və hipertrofik sinovitlə xarakterizə edilir. Əl və bilək çox vaxt erkən zədələnir. “Qu-quşu boynu” və Boutonniere deformasiyaları çox rast gəlinir. “Qu-quşu boynu” deformasiyası zamanı daraq-falanqa oynağı bükülmüş, proksimal falanqaarası oynaq çox açılmış, distal falanqaarası oynaq bükülmüş vəziyyətdə olur. Boutonniere deformasiyası zamanı daraq-falanqa oynağı çox açılmış, proksimal falanqaarası oynaq çox bükülmüş, distal falanqaarası oynaq çox açılmış vəziyyətdə olur. Cərrahi müalicədə silikon oynaqlar istifadə olunur.

Osteoartrit. Hipertrofik sinovit müşahidə olunur. Revmatoid artritdən daha az şiddətlidir. Distal falanqaarası oynaqda Heberden düyünləri olur. Baş barmağın daraqarxası-daraq oynağının restavrasiyası lazım ola bilər.

Lupus eritematosus xüsusilə, daraq-falanqa oynaqlarını zədələyir, cərrahi müalicə çətindir.

Psoriatik artrit zamanı distal falanqaarası oynaqlar zədələnir və fuziform şişkinliklər müşahidə olunur.

Reiter sindromu - uretrit, konyuktivit və sinovitdən ibarətdir.

Podaqra. Demək olar ki, həmişə bir oynaqda ağrı ilə başlayır, vətər yatağı və oynaqda urat kristalları toplanır.

Skleroderma. Barmaq uclarında kalsinoz, xoralaşma və ya Raynaud fenomeni ilə birlikdə müşahidə olunur.

Əlin şişləri


  1. Xoş xassəli şişlər:

  1. Lipoma. Əldə piy toxuması olmadığı üçün lipomalar nadir hallarda rast gəlinir. Bəzən palmar nahiyədə fluktuasiya edən yumşaq şiş müşahidə olunur.

  2. Ksantoma. Vətər qişasının giqant hüceyrəli şişidir. Əlin ikinci ən çox rast gəlinən şişlərindəndir. Oynağı əhatə edərsə, ilk növbədə proksimal falanqaarası oynağı tutur. Yayılma xüsusiyyəti olduğuna görə eksiziyası çətinlik yaradır.

  3. Fibroma - oynaq kapsulundan inkişaf edir alır, səthi və dərin olmaqla iki cür olur.

  4. Qlomus şişi. Ağrılı olur, soyuğa qarşı hissiyatın artması müşahidə olunur. Tünd qırmızı və ya bənövşəyi rəngli olub, ölçüləri 1 sm-dən kiçikdir. Adətən, dırnaq yatağının altında yerləşir. Müalicə məqsədilə tam eksiziya aparılır.

  5. Hemangioma. Açıq mavi rəngli və gərgindir. Müalicə məqsədilə eksiziya edilir.

  6. Travmatik nevrinoma. Kəsilmiş periferik sinirin proksimal hissəsində regenerasiyadan sonra əmələ gəlir. Təzyiq etdikdə hissiyat müşahidə edilir. Müalicə məqsədilə sinir 6 mm-ə qədər rezeksiya edilir və piy yatağı ilə əhatə olunur.

  7. Polimorf neyrofibroma. Travmatik neyrofibromadan fərqlənir. Hissiyatlı deyil. Müalicə məqsədilə eksiziya edilir.

  8. Nevrilemma (şvannoma). Sinir qişasından əmələ gəlir. Əldə nadir halda rast gəlinir. Ganqilonlara oxşadığından, bəzən onlarla səhv salmaq mümkündür .

  9. Osteoid osteoma. Adətən, axşamlar ağrılı olur və aspirin təsirindən ağrısızlaşır. Rentgenoloji müayinədə kiçik, dairəvi və ya oval sklerotik sahə ətrafinda dentik bir sahə, həmin sahənin ətrafında isə sklerotik sümükdən əmələ gələn kölgə şəklində müşahidə olunur.

  10. Xondroma. Polimorf tipi Ollier xəstəliyi də adlandırılır. Daima əldə müşahidə edilməklə, ən çox destruksiya yaradan törəmədir. Epifizdə patoloji sınıq əmələ gəlməyənə qədər klinik əlamətlər olmaya bilər. 25% hallarda patoloji sınıq müşahidə oluna bilər. Rentgenoloji müayinədə ekzantrik lokalizasiyalı, radiolusent sahədən və incə genişlənmiş korteksdən ibarət törəmə şəklində görünür. Müalicə - küretaj və sümük qreftləməsidir. Az hallarda maliqnizasiya edir.

  11. Xoşxassəli osteoblastoma - buzlu şüşə formasında olmaqla korteksi intaktdır.

  12. Anevrizmal sümük kistasi. Əldə çox nadir hallarda müşahidə olunur. Rentgenoloji olaraq xondroma və giqant hüceyrəli şişlərə oxşayır. Müalicəsi küretaj və qreftləmdir.

  13. Sümüyün giqant hüceyrəli şişləri. Əldə nadir hallarda rast gəlinir.

  14. Osteoxondroma. Əldə az rast gəlinir, əsasən falanqalarda müşahidə olunur.

  1. Bədxassəli şişlər:

  1. Osteogenik sarkoma. Əldə nadir hallarda rast gəlinir, müalicə məqsədilə geniş lokal rezeksiya aparılır.

  2. Xondrosarkoma. Bilək sümüklərində az rast gəlinir. Müalicə məqsədilə total rezeksiya aparılır.

  3. Epiteloid sarkoma. Xoş xassəli olaraq başladığından diaqnostikada çətinlik yaradır. Fassiya və vətərləri əhatə edir. Müalicə məqsədilə lokal eksizya aparılır.

  4. Fibrosarkoma - mezotelial mənşəlidir. Tez böyüyür və periferik sinirlərə təyziq göstərir. Bir dəfə lokal rezeksiyadan sonra residiv verərsə, amputasiya lazım gəlir.

  5. Rabdomiosarkoma. Nadir hallarda, tenar nahiyədə müşahidə olunur.

  6. Euingsin sarkoması: Gənc yaşlarda müşahidə olunur. Kişilərdə qadınlara nisbətən iki dəfə çox rast gəlinir. Amputasiya, xemoterapiya və şüa terapiyası tətbiq edilir.

  7. Metastatik şişlər. Əldə müşahidə olunan metastazlar, əsasən, bronxiogen, böyrək, prostat, süd vəziləri, sidik axarı və yoğun bağırsağın bədxassəli şişlərdən sonra olur. Ən çox proksimal falanqalarda rast gəlinir.

  8. Xərçənglər. Əldə daha çox spinal hüceyrəli xərçənglər müşahidə olunur. Erkən dövrlərdə lokal eksizya kifayət etsə də, inkişaf etmiş vaxtlarda amputasiya və limfa disseksiyası aparılmalıdır.

  9. Melanoma və bazal hüceyrəli xərçənglər də müşahidə olunur.

  1. Şişəbənzər törəmələr:

  1. Qanqlion. Vətər, vətər qişası və ya sinovial mənşəlidir. Daxilində musin mövcud olur. Adətən, əlin arxasında müşahidə olunur və ağrıya səbəb olur. Müalicəsi eksizyadır. Bəzən aspirasiya da tətbiq olunur. Residiv çox rast gəlinir.

  2. Epidermoid kista. Travma nəticəsində epitelial hüceyrələrin implantasiyası ilə inkişaf edir. Kista dırnaq yatağının qaidəsində müşahidə olunur. Ətrafı zarla örtülü olur. Küretaj və qreftləmə ilə müalicə edilir.

  3. Sebaseoz kista. Palmar nahiyənin dərisində piy vəziləri olmadığı üçün nadir hallarda rast gəlinir.

  4. Mukoz kista. Yetkin qadınlarda distal falanqaların dərisində müşahidə olunur. Dəri çox incə olduğu üçün mukoz maye müşahidə olunur. Mukoz kistalar osteoartritin Heberden düyünləri ilə əlaqəlidir. Müalicəsində eksizya və split dəri qrefti tətbiq edilir.

  5. Anadangəlmə arterio-venoz fistula. Embrional dövrdə arteriya və venanın arasında şuntlar əmələ gəlir. Arterioqrafiya ilə diaqnoz qoyulur.

  6. Piogenik qranuloma. Qranulyasion toxumanın toplaşması nəticəsində inkişaf edir. Asan qanayır və dəridə qabarıqlıq əmələ gəlir.

  7. Yad cisim qranuloması. Yad cismin ətrafında dərin qranulyasiya toxumasının inkişafı nəticəsində əmələ gəlir.

  8. Podaqra. Urat kristallarının liqamentoz strukturlarda yığılması nəticəsində əmələ gəlir. Rentgen müayinəsində litik şiş kimi müşahidə olunur.

  9. Kalsinoz. Birləşdirici toxuma degenerasiyası və ikincili amorf kalsium depozisyası nəticəsində əmələ gəlir. FCU (fleksor carpi ulnaris) yaxınlığında olur. Böyük depozisyalar cərrahi, digərləri isə konservativ müalicə olunur.

  10. Karpometakarpal boss (karpometakarpal qabarıqlıq). Sümük strukturlu, fluktuasiya etməyən bir törəmədir. II və III əl darağı səviyyəsində müşahidə olunur. Dorsifleksiyada və təzyiq etdikdə ağrılıdır. Rezeksiyaya ehtiyac olmur. Residiv olur. ECRB (ekstensor carpi radialis brevis) vətərini də əhatə edir.

  11. Epidermoliz vezikulası. Təqribən 300.000 doğuşdan birində rast gəlinməklə irsi bir xarakterli xəstəlikdir. Müalicəsində kontraktura və barmaq aralıqları bərpa edilir və qreftlənir.

  12. Paget xəstəliyi. Əldə uzun sümüklərdə müşahidə olunur. Fibroz displaziyadan fərqləndirilməlidir.




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin