X FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNİN
TƏŞKİLİ
10.1. Kommersiya fəaliyyətinin mahiyyəti,
prinsipləri və funksiyaları
Bazar iqtisadiyyatının effektiv fəaliyyət göstərməsi və dayanaqlı inki-
ş
afı ayrı-ayrı istehsallar, sahibkarlar, şirkətlər və firmalar arasında qarşılıqlı
ə
laqələrin forması kimi kommersiya əməliyyatlarının yerinə yetirilməsi
səviyyəsindən daha çox asılıdır. Kommersiya işinin iqtisadi cəhətdən düz-
gün, savadlı təşkili bazar iqtisadiyyatının dayanaqlı inkişafının əsasını təşkil
edir.
Müasir şəraitdə müəssisələrdə, sənaye firmalarında, ticarət-vasitəçilik
təşkilatlarında kommersiya fəaliyyətinin təşkili prosesində, yəni kontragent-
lərlə kommersiya əlaqələrinin qurulmasında, material resurslarının tədarü-
kündə və məhsulun təchizatında mürəkkəb problemlər yaranır. Sahibkarlıq
fəaliyyətinin mühüm sahəsi olan kommersiya biznesi keçid dövründə sürətlə
inkişaf etməyə başlamışdır. Hazırda kommersiya əməliyyatları ilə sənaye
müəssisələri, təchizat və ticarət firmaları, şirkətlər və digər təşkilatlar
məşğul olurlar.
Kommersiya ticarət sahibkarlığının bir növüdür. Kommersiya latın
mənşəli söz olub ticarət deməkdir. Lakin nəzərə almaq lazımdır ki, «ticarət»
termini iki mənada işlədilir: bir halda o xalq təsərrüfatının sərbəst sahəsi,
digər halda isə əmtəənin alqı-satqı aktlarının həyata keçirilməsi prosesi
deməkdir. Kommersiya fəaliyyəti - mənfəət alınması məqsədilə alqı-satqı
aktlarının həyata keçirilməsi üzrə ticarət prosesləri ilə əlaqədardır. Daha
geniş mənada kommersiya dedikdə mənfəət alınmasına yönəldilən hər hansı
fəaliyyət başa düşülür.
Kommersiya sferasında baş verən proseslər və əməliyyatlar iki növ
olur: xalis ticarət; istehsal.
Xalis ticarət – mənfəət almaq məqsədilə və dəyər formasını dəyiş-
məklə əlaqədar alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilən pro-
seslərdir. Ticarət əməliyyatları – satıcılar və alıcılar arasında kommersiya
ə
laqələrinin təşkili, təchizat reklamı, əmtəədə alıcılıq tələbatının öyrənil-
məsi, alıcılara servis xidməti və s. ibarətdir.
Kommersiyada baş verən istehsal prosesləri əmtəə mübadiləsi sfera-
sında istehsalın davam etdirilməsidir. Bu əmtəənin istehsalçıdan istehlak-
çıya və alıcıya çatdırılması, saxlama, əmtəə ehtiyatlarının idarə edilməsi,
bükülmə, qablaşdırma, sortlara ayrılma və s. ibarətdir.
Qeyd etmək lazımdır ki, kommersiya təkcə əmtəə mübadiləsi sfe-
rasında deyil, bazar münasibətləri şəraitində əmtəə və xidmətdən başqa həm
Бизнесин тяшкили вя идаря едилмяси
134
pul, yeni texnologiya, intellektual əməyin məhsulu və digər real dəyərlər də
satır.
Kommersiya fəaliyyəti sahibkarlığın tərkib hissəsidir.
Beləliklə, kommersiya – alıcı tələbinin ödənilməsi və mənfəət alın-
ması məqsədilə əmtəənin alqı-satqısının aparılmasına yönəldilən proseslərin
və əməliyyatların məcmusudur.
Sənaye müəssisələrində kommersiya fəaliyyəti maddi-texniki təminata
və təchizata bölünür.
Maddi-texniki təminatın kommersiya fəaliyyəti müəssisələrdə aşa-
ğ
ıdakı mərhələlər üzrə həyata keçirilir:
−
Xammal və material bazarının tədqiqi və malgöndərənlərlə kom-
mersiya əlaqələrinin təşkili;
−
Maddi resursların alınması planının tərtib edilməsi;
−
Material resurslarının alınmasının təşkili;
−
Alınmış resurslara görə malgöndərənlərlə hesablaşmanın aparıl-
ması;
−
Tədarük sferasının dəyər təhlili.
Təchizat kommersiya fəaliyyəti müəssisənin kommersiya fəaliyyətinin
mühüm aspektidir. Təchizat – əmtəənin pula çevrilməsi və istehlakçıların
tələbatının ödənilməsi məqsədilə istehsal olunan məhsulun realizasiyası pro-
sesidir. Yalnız istehsal etdiyi məhsulu satıb mənfəət almaqla müəssisə son
məqsədinə çatır, sərf olunan kapital pul forması alır.
Bazar iqtisadiyyatlı ölkələrdə sənaye firmalarının öz üzərlərinə götür-
dükləri təchizatla kommersiya əməliyyatlarının payı daim artır. Sənaye
firmaları özlərində yaxşı rəqabət mübarizəsində böyük üstünlüyə malik olan
təchizat aparatı saxlayır.
Bir çox firmaların öz təchizat kanalları olur, firma mağazaları təşkil edirlər.
Sənaye müəssisələrində təchizat kommersiya fəaliyyəti çox cəhətlidir.
Belə ki, o, məhsulun çeşidi və təchizatının planlaşdırılmasından başlayır,
alqı-satqı kontraktlarının bağlanması ilə tamamlanır.
Müəssisədə hazırlanan məhsulun təchizatı bazarın tədqiqini, bazarın
seqmentləşdirilməsini və məqsədli bazarın seçilməsini, əmtəə və kommuni-
kasiya siyasətinin işlənib hazırlanmasını nəzərdə tutan marketinq tədqiqat-
larının aparılmasını tələb edir.
Бизнесин тяшкили вя идаря едилмяси
135
10.2. Kommersiya fə aliyyə tinin təş kili
prinsiplə ri və funksiyaları
Kommersiya fəaliyyətinin səmərəli təşkili üçün aşağıdakı əsas
prinsipləri nəzərə almaq lazımdır:
- kommersiyanın marketinqlə ayrılmaz əlaqəsi;
- kommersiyanın çevikliyi, onun bazarın daim dəyişən tələbinin
nəzərə alınmasına yönəlməsi;
- kommersiya riskini əvvəlcədən görməyi bacarmaq;
- prioritetlərin ayrılması;
- şəxsi təşəbbüsün baş verməsi;
- alqı-satqı sövdələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsinə
görə yüksək məsuliyyət;
- son nəticəyə – mənfəətə nail olmağa yönəlmə.
Kommersiya riskini əvvəlcədən görməyi bacarmaq ticarət sfe-
rasında sahibkar üçün ən mühüm prinsip sayılır. Risk – nəticənin
qeyri-müəyyənlik dərəcəsidir.
Kommersiya riski – kommersiya işində mümkün ola bilən zə-
rərdir. Kommersiya riski inflyasiya nəticəsində, firmanın maliyyə və-
ziyyətinin pisləşməsi ilə, həmçinin riskli sövdələşmələr bağlamaq
üzündən, müqavilə öhdəliklərinin yerinə yetirilməsi, rəqiblərin hərə-
kəti, daşınma zamanı yüklərin korlanması, təbii fəlakət nəticəsində baş
verə bilər. Sosial-psixoloji vəziyyətin qeyri-sabitliyi səbəbindən də
kommersiya riski yarana bilər. Kommersiya fəaliyyətində prioritet
istiqamətlərin müəyyən edilməsi kommersiya fəaliyyətinin bütün
detallarını daim öyrənməyi və bilməyi nəzərdə tutur.
Ticarət sövdələşmələri üzrə qəbul olunmuş öhdəliklərin yerinə
yetirilməsinə görə yüksək məsuliyyət prinsipi işgüzar aləmdə kom-
mersantın nüfuzunu artırır. Bu prinsipin reallaşması – kommersiya
fəaliyyətinin effektivliyinin rəhnidir.
İ
stehsalla məşğul olan sahibkar üçqat rol yerinə yetirir:
1. İstehsal amillərindən məhsuldar istifadə etmək;
2. Kommersiya rolu – satmaq və almaq;
3. Riskə görə məsuliyyət daşımaq.
Sahibkarın həmin rollarına aşağıdakı funksiyalar uyğundur:
- məhsul istehsalı funksiyası;
- kommersiya funksiyası;
- riskə və istifadə olunan istehsal amillərinin mütənasibliyinə aid
qərar qəbuluna görə məsuliyyət funksiyası.
Bunlardan əlavə müəssisələrdə, həmçinin digər funksiyalar:
təhlükəsizliyin təmin edilməsi, inzibati, uçot, nəzarət, heyətin idarə
edilməsi, tədqiqat və s. mövcuddur.
Бизнесин тяшкили вя идаря едилмяси
136
Ə
vvəldə göstərildiyi kimi, kommersiya fəaliyyətinin əsas məzmunu
bilavasitə ticarətlə bağlıdır. Müasir dövrdə dünya iqtisadiyyatında, o cüm-
lədən Azərbaycan iqtisadiyyatında ticarətin əhəmiyyəti və rolu nəzərəçar-
pacaq dərəcədə artır. Ticarət kapitalı tarixən çoxdan əlahidləşib. O, demək
olar ki, bütün sahələrdə fəaliyyət göstərir, dəyərlənir və mənfəətin bölgüsü
üçün spesifik funksiyalar yerinə yetirir; ictimai məhsulun təkrar istehsalının
(istehlak müstəsna olmaqla) bütün fazalarında bilavasitə iştirak etməklə,
onun fasiləsizliyini təmin edir. Məhz ticarət kapitalının dövranı nəticəsində
həm yeni yaranmış dəyərin, həm də əmtəə kapitalının pul kapitalına
çevrilməsi prosesi həyata keçirilir. İnkaredilməz bir həqiqətdir ki, milli və
beynəlxalq təcrübədə artıq ticarət kapitalının təmərküzləşməsi güclənib, iri
inhisar ticarət sahəsinə də müdaxilə edir, nəhəng ticarət inhisar birlikləri
yaranır, yayılmaqda olan inhisar rəqabəti daha da genişlənərək istehsalın və
ticarətin həmahəng inkişafını sürətləndirir.
Beynəlxalq iqtisadi münasibətlərin genişlənməsi də ticarətsiz qeyri-
mümkündür. Ümumiyyətlə, milli, regional və beynəlxalq iqtisadi müna-
sibətlərdə elə bir məsələ yoxdur ki, bu ticarətsiz həll olunsun. Bu münasi-
bətlər beynəlxalq təcrübədə həm üfüqi, həm də şaquli baxımdan çox geniş
və mühüm mahiyyət kəsb edir. Bunlardan bir neçəsini göstərmək olar:
beynəlxalq iqtisadi əməkdaşlıq, beynəlxalq texnologiya ticarəti, beynəlxalq
elmi-texniki biliklərin ticarəti, beynəlxalq lisenziyalar (patentlər) ticarəti,
beynəlxalq mühəndis-texniki xidmətlər (injinirinq) ticarəti, beynəlxalq
qiymətli kağızlar ticarəti, beynəlxalq sərgilər, birjalar, hərraclar, torqlar
vasitəsilə ticarət və s. Bütün bunlarla çoxsaylı kontragentlər (dövlət orqan-
ları, onların nümayəndələri, ticarət mütəxəssisləri), BMT-nin alqı-satqı üzrə
kontragentləri sifətində çıxış edən təşkilatlar və bir çox strukturlar məşğul
olurlar. Bütün bunlar eyniliklə milli ticarətə də şamildir.
Ticarət xalis mübadilə deyil. O, mürəkkəb sövdələşmələrin nəticəsi
kimi çıxış edən pullu mübadilədir: dəyərlərin mübadiləsi; xammalın,
yarımfabrikatların və son məhsulun tərkib hissələrini təşkil edən və eyni
zamanda məhsul kimi satılması mümkün olan detalların (maşın və mexa-
nizmin xırda və iri hissələri) mübadiləsi; son istehlakçı üçün hazır məhsulun
(malın) yenidən mübadiləsi; əmək fəaliyyətinin nəticəsi olan “gözəgörün-
məyən” malların (elmi-texniki tədqiqatların nəticələri, texnika-texnologi-
yanın cizgiləri, lisenziya və patentlər, injinirinq, turizm və s. xidmətlər) və s.
mübadiləsidir. Mübadilə ifadəsi isə bir şey verib əvəzində başqa şey almaq,
dəyişmək deməkdir. O, ərəb mənşəli söz olduğu kimi “ticarət” də ərəb
mənşəli ifadədir.
Ticarətin iqtisadi-sosial mahiyyəti olduqca geniş, elmi-iqtisadi zümrə-
lərlə bağlıdır. Bunu iqtisadi təlim tarixində ilk dəfə 1700-cü ilin başlan-
ğ
ıclarında ingilis iqtisadçısı Riçard Kantilyon özünün “Ticarətin mahiy-
yətinə dair təcrübə” əlyazmasında şərh etmişdir. İlk dəfə məhz o göstər-
Бизнесин тяшкили вя идаря едилмяси
137
mişdir ki, mübadilə (ticarət) prosesində təklif və tələbin tərəddüd etməsi
təsiri altında nemətin (malın) qiyməti və onun həqiqi dəyərindən kənarlaşa
bilər. Mənfəətin sahibkarlıq gəlirindən fərqli olması, valyutanın devalva-
siyasının ticarətə təsirinin təhlili, tədavüldə pulun miqdarı ilə mal kütləsi
arasındakı asılılıq, pulun qeyri-bərabər bölüşdürülməsinin nəticəsi kimi yerli
bazarlarda qiymətlərin tərəddüdü və ticarətlə bağlı bir sıra digər məsələlər
ilk dəfə R.Kantilyon tərəfindən baxılmışdır. Təkrar istehsal və ticarətin bu
prosesdə rolu da onun adı ilə bağlıdır.
Müasir dövrdə tərəflər arasında ticarət münasibətləri ticarət-vasitəçi
ə
məliyyatlar əsasında həyata keçirilir. Ticarət-vasitəçi əməliyyatı dedikdə,
istehsalçı-ixracatçının tapşırığı ilə ondan (istehsalçıdan) asılı olmayan
ticarət-vasitəçinin alqı-satqı ilə bağlı yerinə yetirəcəyi əməliyyatlar nəzərdə
tutulur. İqtisadi mənada ticarət vasitəçiliyi kifayət qədər geniş anlayışdır. O,
xeyli xidmət dairəsini əhatə edir. Məsələn, xarici kontragentin axtarılıb
tapılması, razılaşmaların (sazişin) başa çatdırılması üçün hazırlıq, tərəflərin
kreditləşdirilməsi və malın ödənilməsinə nəqliyyat-ekspeditor əməliyyatla-
rının həyata keçirilməsi, nəqletmədə malların sığorta olunması, gömrükxana
şə
rtlərinin yerinə yetirilməsi, malların xarici bazara çıxarılması üzrə reklam
və sair tədbirlərin görülməsi, texniki xidmətlərin həyata keçirilməsi bu kimi
tədbirlər bu qəbildəndir. Bütün bunlar xüsusi ticarət-vasitəçi firmaların
iştirakı ilə həyata keçirilir. Bu firmalara, istehsalçıdan (satış, ixracatçı və
sair qız firmaları, habelə sənaye şirkətlərinin firmaları və bu kateqoriyalı
digər firmalar aid edilmir) hüquqi və təsərrüfatı cəhətdən asılı olmayan
firmalar aiddir. Ticarət-vasitəçi firmalar tam müstəqil fəaliyyət göstərirlər
və ticarət-vasitəçi əməliyyatları aparmaq üçün bütün iqtisadi göstəricilərə
malikdirlər. Onların məqsədi ya ixracatçıdan satın aldığı malın qiymətilə
idxalatçıya satacağı malın qiyməti arasındakı fərqi, ya da malları xarici
bazara çıxartdığı üçün alacağı mükafat formalarında mənfəət götürməkdir.
Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin yarıdan çoxu ticarət-
vasitəçilərin payına düşür. Ticarət vasitəçiliyi ABŞ-ın, İngiltərənin, Skan-
dinav ölkələrinin, Yaponiyanın xarici ticarətində daha geniş istifadə olunur.
Məsələn, İsveçdə və İngiltərədə xarici ticarət dövriyyəsinin 50%-ə qədəri
onların vasitəsilə həyata keçirilir.
İ
stehsal-ixracatçı ilə ticarət-vasitəçi arasındakı qarşılıqlı münasibət-
lərin xarakterindən, habelə ticarət-vasitəçinin yerinə yetirdiyi funksiyalardan
asılı olaraq ticarət-vasitəçi əməliyyatlarının əsas beş növünü qeyd etmək
olar. Bunlar aşağıdakılardır:
a) satışın təşkili üzrə əməliyyatlar. Buraya, kontragentlərin axtarılıb
seçilməsi, satıcı-ixracatçı adından onlarla sazişlər bağlanılması, malların
dəyərinin alıcı tərəfindən ödənilməsi barədə zəmanət verilməsi, reklam
tədbirləri kompaniyasının keçirilməsi və bazarın tədqiqi;
Бизнесин тяшкили вя идаря едилмяси
138
b) nə qliyyat-ekspeditor ə mə liyyatları. Malların yüklənməsi və göndə-
rilməsi, habelə yüklərin sığortalanması bu əməliyyatlara aiddir;
c)
ticarə t ə mə liyyatlarının maliyyə ləş dirilmə si;
d)
satış dan sonrakı texniki xidmə tlə r;
e)
bazar haqqında informasiyaların toplanılması və ötürülmə si.
Ticarət-vasitəçi qrumda keyfiyyətli dəyişiklik gedir. Bunlardan ən
vacibi ticarət-vasitəçi əməliyyatlarının çox hissəsinin bir neçə iri ticarət
ş
irkətinin əlində cəmləşməsidir. Ticarət şirkətləri sözügedən əməliyyatların
bütün kompleksini, yəni öz hesabına alqı-satqı; əməliyyatların maliyyə-
ləşdirilməsi; sığortaetmə (özünün sığorta şirkətləri olur); nəqletmə (özünün
donanması olur); texniki xidmətlər (ehtiyat hissələri anbarı olur); istehsal və
emaletmə; xarici əməliyyatlar (xaricdə filialları olur); konkret malların
satışına yönəldilən diler firmalarının işini həyata keçirirlər.
Ticarət-vasitəçi qurumda (həlqədə) gedən keyfiyyət irəliləyişlərinin
mühüm xüsusiyyəti həmin fəaliyyətin mövcud istiqamətlərinin müəyyən
edilməsi dairəsinin genişlənməsi və ümumiyyətlə, bu fəaliyyətin diversi-
fikasiyasıdır. Fəaliyyətin diversifikasiyası aşağıdakılar üzrə həyata keçirilir:
a) ayrı-ayrı mallar üzrə (malların nomenklaturu üzrə);
b) fəaliyyət növləri üzrə (topdansatış, pərakəndə satış, bağlama
göndərmələri ticarəti üzrə);
c) yerinə yetirilən əməliyyatlar üzrə (ixracat, idxalat);
d) xidmətlər üzrə (ehtiyat hissələri təminatı, texniki mallar-maşın,
avadanlıq ticarəti və satışdan sonra xidmət göstərmə);
e)
sazişlərin xarakteri və funksiyaları üzrə.
Müasir şəraitdə ticarət-vasitəçi firmaların fəaliyyətlərinin mühüm
xüsusiyyətlərindən biri də agent firmaların satış bazarlarının bölüşdürülməsi
yolu ilə onların fəaliyyətini əlaqələndirən sənaye inhisarına və bütün
növlərdən olan ticarət-vasitəçilərinin maşın və avadanlıq istehsalçılarına aid
edilməsidir. Məsələn, Yaponiyanın ticarət inhisarlarının spesifik xüsusiyyəti
ondan ibarətdir ki, onlar özlərinin qüdrətlilik səviyyəsinə, mal tədavülündə
hökmranlıq dərəcəsinə, fəaliyyət xarakterinə görə adi ticarət-vasitəçi firma
anlamı çərçivəsindən çox-çox kənara çıxırlar. Belə ki, əməliyyatların miqya-
sına görə bütün dünya şirkətləri arasında Yaponiya ticarət inhisarlarına
bərabəri olanı yoxdur. Misal üçün, ABŞ-ın öncül ticarət korporasiyası olan
“Sirs Robek”in mal dövriyyəsi Yaponiyanın “Misupisi sedzi” aparıcı korpo-
rasiyalarının dövriyyəsindən iki dəfə azdır. Yaponiyanın ən iri ticarət inhi-
sarının payına öz ölkəsinin topdansatış dövriyyəsinin 25 faizi, ixracat-id-
xalat dövriyyəsinin yarıdan çox hissəsi isə birinci altı şirkətin payına düşür.
Xarici investisiyalarda Yaponiyanın ticarət inhisarları liderlik mövqeyində-
dirlər. Bunun da başlıca səbəbi maliyyə qruplarında onların vəziyyətinin
fərqli xüsusiyyət təşkil etməsindədir.
Бизнесин тяшкили вя идаря едилмяси
139
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ticarət şirkətlərinin onların
fəaliyyətini maliyyələşdirən xüsusi və dövlət bankları ilə sıx əlaqələri vardır.
В
u banklar, eyni zamanda ticarət şirkətlərinə müxtəlif xidmətlər də gös-
tərirlər.
Müasir şəraitdə pərakəndə satış ticarəti, o cümlədən onun yeni for-
maları – supermarketlər vasitəsilə universal ticarət və univermaqlar, pasılka
ticarəti, səyyar ticarəti, ticarət avtomatları inkişaf etməkdədir. XX əsrin
səksəninci illərində inkişaf etmiş ölkələrdə pərakəndə satış ticarət-firma
strukturu əhəmiyyətli dəyişikliyə məruz qaldı. Belə ki, iri transmilli korpo-
rasiyalar, kooperativ və digər topdan-pərakəndə satış birlikləri yaranmağa
başladı. Korporasiyalar həm topdansatış firmalar, həm də bilavasitə isteh-
salçılar vasitəsilə satınalma fəaliyyətlərinin mərkəzləşdirilməsini həyata
keçirirlər.
Pərakəndə satış korporasiyaları alıcıların daha çox cəlb edilməsi üçün
yeni üsullar axtarır, sorğular keçirir, alıcıların anketləşdirilməsi yolu ilə
daimi əlaqələr qurur, alıcılıq tələbini öyrənir və onun formalaşmasına təsir
göstərirlər. Bundan əlavə onlar müşayiət xidmətləri, o cümlədən malın
evlərə gətirilməsi, taradan çıxarılması, quraşdırılması (mebel, soyuducu və
s.) onların işə salınması və s. bu kimi xidmətlər göstərir, satışdan sonrakı
xidmət və təmiretmə işlərini həyata keçirirlər. Bu qəbildən olan pərakəndə
satış nəhənglərindən ABŞ-dakı “Sirs”, “Robek”i, “Vul vors”u,
“Montqomeri uorld”u, İngiltərədəki “Marks end Spenser”i, “Saynsber”i,
Hollandiyadakı “Brum end Dressmen”i, “Si end Ey”i və s. göstərmək olar.
Müasir dövrdə kooperativ və digər topdan-pərakəndə satış birlikləri də fəa-
liyyət göstərirlər. Onlar bilavasitə istehsalçıdan topdansatış qiymətlə iri par-
tiyalarla mallar alır və özlərinin standart qiymətli xüsusi mağazaları
vasitəsilə son istehlakçılara çatdırırlar. Belə mağazalar malları işləyib satışa
hazırlayan texniki vasitələrlə təchiz edilir, habelə onların rahat giriş-çıxış
yolları və avtodayanacaqları olur, burada mallar ixtisaslaşmış iri mağazalar
və univermaqlarda olan 10-20% aşağı qiymətlə satılır.
Müasir şəraitdə pasılka ticarəti də geniş yayılmışdır. Alıcılar firmanın
kataloqu üzrə istədikləri malları seçir, onların dəyəri ödənilmiş sifarişli fir-
maya göndərir və poçt vasitəsilə malı qəbul edirlər. Pasılka ticarəti iri pəra-
kəndə satış korporasiyaları, həm də ixtisaslaşmış pasılka ticarəti firmaları
tərəfindən həyata keçirilir. Bunlardan əlavə, iri pərakəndə satış firmaları və
topdansatış birliklərinin geniş, müstəqil, kiçik satıcılar şəbəkəsi də olur.
Həmin iri birliklərlə xüsusi kontraktlar bağlamaq əsasında “Françayzinq”
adlanan bu növ ticarət şəbəkəsi onların mal nişanəsilə mallar satır və öz
mağazalarının lövhəsində bunların adından istifadə edirlər. Kiçik ticarətin
xidmət etdiyi iri şirkətə satıcı malın dəyərinin 2-10 faizə qədərini verir.
Bəzən bu növ ticarətçilər sonradan iri şirkətlərə də çevrilə bilərlər. Məsələn,
belə bir iri ticarətçi şirkətlərdən biri olan ABŞ-ın “Makdonalds” firması
Бизнесин тяшкили вя идаря едилмяси
140
özünün dövriyyəsini son dərəcə yüksək həddə çatdıraraq “Françayzinq”
ə
saslarda İngiltərədə 165 qəlyanaltı və qəhvəxana açmışdır.
Qeyd etmək lazımdır ki, şəxsi istehlak təyinatlı mallar istehsal edən iri
sənaye firmaları ixtisaslaşmış müstəqil kiçik və orta ticarətçilərlə razılaş-
malar əsasında bu cür müqavilələrin bağlanması hallarını da təcrübədən
keçirirlər.
Sabit uzunmüddətli əlaqələr şəraitində sənaye şirkətləri ticarət fir-
malarını maliyyələşdirir, onlara ticarət kreditləri verir, onların yeni ticarət
müəssisələri, o cümlədən supermarketlərin tikilməsi işlərində, müasir tex-
niki vasitələrlə və ticarət avadanlıqları ilə təchizatında iştirak edir, reklam və
satışın sövdələşməsi tədbirləri üzrə məsrəflərin çox hissəsini ödəyirlər.
Digər bir xüsusiyyət ondan ibarətdir ki, çox hallarda uzunmüddətli şəxsi
istehlak təyinatlı mallar, o cümlədən soyuducular, paltaryuyan maşınlar, toz-
soranlar, tele-radio və s. mallar istehsalçıları aralıq pərakəndə-topdansatış
vasitələrdən imtina və öz nümayəndələri vasitəsilə öncədən poçta rek-
lamlarından istifadə edərək bilavasitə evlərdə əlaqələr yaradırlar.
Dostları ilə paylaş: |