AZƏrbaycan respublikasi təHSİl naz


Бизнесин тяшкили вя идаря едилмяси  150  XI F



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə17/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   13   14   15   16   17   18   19   20   ...   50
4 biznes


 

Бизнесин тяшкили вя идаря едилмяси 

150 


XI FƏSİL. BİZNESDƏ REKLAM  

FƏALİYYƏTİNİN TƏŞKİLİ 

 

11.1. Reklam fəaliyyətinin mahiyyəti və məzmunu 

 

Düzgün  reklam  müraciəti  -  elanın  diq-



qəti özünə cəlbetmədən  məhsulun satışına im-

kan verməsidir… Yüksək səviyyəli reklamçının 

diqqəti  özundən  yayındırmamaq  bacarığıdır. 

Ə

gər naşı, təcrübəsiz işçiyə yaxşı reklam veril-



miş  bu  cür  sərt  tərif  xoş  gəlmirsə,  mən  ona 

məsləhət görürəm ki, o, öz əvvəlki məşğuliyyət-

lərinə  qayıtsın  və  əsrin  axırınadək  onlarla 

məşğul olsun.  

                                                                                         

D.Oqilvi 

 

Bazar  münasibətlərinin  inkişafı  reklamsız  imkansızdır.  Ölkəmizdə 



reklam müxtəlif formalı müəssisənin fəaliyyətində vacib şərtə çevrilmişdir. 

O, milyonlarla insanların maraqlarına toxunur və onların həyatının ayrılmaz 

hissəsinə çevrilir. Azərbaycan biznesi bütün bazar alətləri  arasından reklamı 

daha  tez  mənimsəyib  və  geniş  istifadə  edir.  Bu  onunla  bağlıdır  ki,  reklam 

marketinq  kommunikasiya  sistemində  satışın  stimullaşdırılması  metodla-

rından ən əlverişlisidir. 

Hər gün biz hamımız yerləşdiyimiz yerdən asılı olmayaraq reklam ilə 

üzləşirik:  işdə,  evdə,  nəqliyyatda,  küçədə.  O,  hər  yerdədir.  İnsanların  bir 

qismi onu heç sevmir, nifrət edir. Bu ona görədir ki, reklam onların həyatına 

daxil  olaraq  öz  dəyərlərini  tətbiq  edir.  Bəzi  insanlar  reklama  anlayışlı 

şə

kildə və  yaxud  yumor hissi ilə  yanaşır, digərləri isə ona qarşı neytraldır. 



Bu ondan irəli gəlir ki, reklamın müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də 

mövcuddur. 

Axı  nəyə  görə  insanlar  reklama  bu  cür  münasibət  göstərirlər.  Çox 

vaxt  bu  hal  insanların  hər  gün  gördükləri  və  üzləşdikləri  reklamın  özünü 

təqdimetmə forma və keyfiyyətindən asılı olur. 

Axı reklam nəyə görə lazımdır? 

Bəlkə,  reklamverənlər  ona  nahaqdan  heç  də  artıq  olmayan  vəsait-

lərini sərf edirlər?  

Ə

slində, reklam əlbəttə ki, gərəklidir. Hər şeydən öncə, reklam, tək-



lif  edilən  mallara  olan  tələbatı  tənzimləyir.  Reklamın  hərəkət  mexanizmi 

çox  sadədir  –  potensial  alıcı  özündə  olmayan  hər  hansı  bir  mala  edilmiş 

reklamı eşidib və ya gördükdə onu almaq və ya əldə etmək istəyəcək, əlbətə 


Бизнесин тяшкили вя идаря едилмяси 

151 


ki,  buna  imkanı  çatarsa.  Reklam  –  o  gədər  güclü  alətdir  ki,  o,  tamamilə 

gərəksiz,  lazımsız,  rəqabətə  dayanaqlı  olmayan  bir  malın  satınalmasına 

kömək edə bilər.  

Təəssüf  ki,  biz  bir  istehlakçı  kimi  tez-tez  yorucu  və  keyfiyyətsiz, 

yalnız  qıcıqlandırıcı  bir  reklam  ilə  rastlaşırıq.  Beləliklə,  yadda  saxlamaq 

lazımdır ki. reklam işi də – bir incəsənətdir. 

Malların istehsalçıdan alıcılara vaxtında çatdırılması, ayrı-ayrı isteh-

lakçı qruplarının sosial-demoqrafik xüsusiyyətləri, eləcə də insanların rasio-

nal tələbatları reklamın istifadəsini tələb edir. Bazar iqtisadiyyatı şəraitində, 

rəqabət  mühitində  əmtəə  çeşidinin  mütəmadi  olaraq  yenilənməsi,  mədəni-

məişət  və  təsərrüfat  yönümlü  əmtəələrin  və  bir  çox  texniki  baxımdan  mü-

rəkkəb olan məmulatların konstruksiya və quruluşunun çətinləşdirilməsində 

reklamın rolu daha da artır.  Əmtəələrin istifadəsində istehlakçı üsulları və 

xüsusiyyətləri  barədə  əhalinin  vaxtlı-vaxtında  və  ətraflı  məlumatlandı-

rılması,  reklamın  başlıca  məqsədidir.  Reklamın  başlıca  məqsədlərini  sxem 

şə

klində göstərmək olar:  



 

 

 



 

 

 



 

 

 



Ə

mtəə,  firmanın və  onun 

məhsulunun prestijliyi 

obrazının formalaşması 

Satışın yüksəkliyini, gəlirin 

artımını, əmtəə dövriyyəsi-

nin tezləşdirilməsini, lazımi 

partnyorların axtarışı. 

Satışın  stimullaşdırılması. 

Siyasi məqsədlərin, mənəvi 

dayaqlarının gücləndiril-

məsi, təbiətin qorunması, 

xəstələnmələrin azaldılması 

və s. həyata keçirilir. 

 

Sxem 11.1. Reklamın başlıca məqsədləri 

 

Latın dilindən tərcümədə reklam – «reklamare» «ucadan çığırmaq, qış-

qırmaq» və ya «məlumatlandırmaq» deməkdir. 

Azərbaycan  Respublikasının  03.10.1997-ci  ildə  qəbul  olunmuş 

«Reklam haqqında» qanununda reklama bu cür tərif verilmişdir: «Reklam – 

fiziki  və  hüquqi  şəxslərə,  əmtəələrə,  fikir  və  yeniliklərə  (reklam  informa-

siyası) marağın formalaşması məqsədilə yayılan və ya bu marağın saxlanıl-

ması və yaxud qorunması, əmtəənin satışında köməklik, fikir və yeniliklərin 

tətbiq edilməsi barədə informasiyadır». Bu qanun əhalinin dürüst məlumat-

landırılması  hüququnu  istehsal  prosesində  yaranan  münasibətlərin  tənzim-

Reklamın başlıca 

məqsədləri 

 

Prestijli 



Kommersiyalı 

Qeyri-kommersiya 



Бизнесин тяшкили вя идаря едилмяси 

152 


lənməsini,  bazarda  əmtəələrin  yayılması  və  yerləşdirilməsini  Azərbaycan 

Respublikasında hüquqi və fiziki şəxslərin iş və xidmətlərini müəyyən edir. 

Reklamın  geniş  tərifi  –  onun  mahiyyətini  müasir  zamanın  müxtəlif 

ictimai hadisəsi kimi əks etdirərək, əhalinin reklam informasiya fəaliyyətini, 

müəyyən ictimai-ekonomik sahələri ilə məhdudlaşdırmayaraq reklamın ayrı-

ayrı  növlərə  bölünməsini  istisna  etmir.  Bu  kontekstdə  reklamın  ticarət, 

siyasi,  elmi,  dini  və  bir  çox  başqa  sahələrini  dəqiq  izləmək  olar.  Reklam 

fəaliyyətinin növlərini bu cür təsnifatlandırmaq olar (cədvəl 11.1): 

 

Cədvəl 11.1 

 

Reklam fəaliyyətinin sosial sferaları 

Reklamın predmeti 

İ

qtisadiyyat 



İ

stehsalat, ticarət, maliyyə, işçi qüvvəsinin təklifi, iş 

axtarışı 

Məişət xidmətləri 

Təmir, tikiş, məişət və istifadə əşyalarının istehsalatı 

İ

ntellektual xidmətlər 



Təhsil, tibb, kitablar, mətbuat, falabaxma, turizm 

Tamaşalar 

Sirk, teatr, konsert 

Din 


Dini plakatlar, missioner çağırışlar, ritual aksiyalara 

dəvət 


Siyasət 

Seçkilərdə namizədlər üçün təşviqat, mitinq, 

nümayiş, manifestasiya şüarları 

Hüquq 


İ

tkin düşənlər barədə məlumatlar, cinayətkarların 

axtarışı, məhkəmə proseslərinə dəvətlər  

Elm və ekologiya 

Maarifçilik istiqamətli reklam, buklet, prospekt, 

plakat və xüsusi təyinatlı vərəqələrdə elmi 

populyarlaşdırma. 

Ailəvi və fərdlərarası münasibətlər 

Nikah elanları, tanışlığa dəvət, birgə səyahət etməyə 

çağırış, yeni işə başlanğıc 

Xeyriyyəçilik 

Xeyriyyə aksiyaları barədə məlumatlar, ianə etməyə 

cagırış 

 

Cədvəl 11.1-də qeyd olunmuş reklam fəaliyyətlərinin növləri müxtəlif 



predmetlər və ya reklam təsirinin obyektlərinə malikdirlər. 

Reklam  fəaliyyətinin  daha  geniş  yayılmış  sferasına  ticarət  reklamı, 

reklamın predmetinə isə – əmtəələr, ticarət müəssisələri və bu müəssisələrin 

göstərdiyi xidmətlər aiddir. 

Dünya  təcrübəsindən  reklamın  gücü  və  rolu  məlumdur.  Birinci  növ-

bədə  o,  özündə,  adətən  yığcam  təqdim  olunan  bədii  ifadə  olunmuş  emo-

sional təsvir edilmiş və potensial istehlakçıların diqqət və duyumuna əmtəə 

və xidmətlər barədə ən vacib fakt və məlumatları çatdıraraq informasiyasını 

daşıyır. Bununla belə qeyd etmək lazımdır ki, reklam – hər zaman informa-

siyadır, informasiya isə hər zaman reklam deyil. Reklamın səriştəliyi ondan 

ibarətdir  ki,  o,  müxtəlif  illərin  müasir  nailiyyətlərinə  və  texniki  tərəqqiyə 

ə

saslanır.  



Бизнесин тяшкили вя идаря едилмяси 

153 


Beləliklə, bütün reklam prosesinin istehlakçıya olan təsiri, onun həyat 

fəaliyyətilə  müasir  ictimaiyyətin  iqtisadi,  sosial  və  etik  məqsədləri  ilə  sıx 

ə

laqədə qurulmasıdır.      



Reklamın əsas xüsusiyyətləri bunlardır: dürüstlük, konkretlik, məqsəd-

yönlük, hümanizm və kompetentlik. 



Dürüstlük  –  reklam  tədbirinin  təşkilatçısını  əmtəələrin  keyfiyyəti, 

üstünlükləri  və  ləyaqətləri  barədə  informasiyanı  reallığa  uyğun  şəkildə 

çatdırmağa məcbur edən xüsusiyyətdir. 

Konkretlik  –  reklam  vasitələrinin  mətnində  işlədilən  inandırıcı  ar-

qument və hesabatlarla ifadə olunur; reklam qrafikasında bu prinsipə riayət 

ehtiyac  olmayan  yersiz  formalizmin  və  geniş  kütləyə  aydın  olmayan  üsulu 

istisna edir. 



Məqsədyönlük – reklamın məqsədyönlüyü o deməkdir ki, onun baş-

lanğıc  nöqtəsi  reklam  olunan  əmtəə  və  bazar  konyunkturası,  onun  obyekti 

isə  istehlakçıdır.  Reklamda  məqsədyönlülük  prinsipinə  riayət,  vəsaitlərin 

qeyri-rasional  xərclənməsinin  qarşısını  alır,  bu  və  ya  digər  reklam  vasi-

təsinin  tətbiqinin  effektivliyini  qiymətləndirməyə,  onun  ticarət  müəssisəsi-

nin  gəlirinin  artımına  təsirini  və  həmçinin  emosional  və  psixi  təsir  göstər-

məsinə imkan yaradır.  

Ticarət  reklamının  humanizmliyi  ondan  ibarətdir  ki,  o,  şəxsiyyətin 

(fərdin)  harmonik  inkişafına,  insanın  ruhən  yüksəlişinə,  onun  dünya  görü-

ş

ünə,  sağlamlığının  möhkəmləndirilməsinə,  məişət  və  istehsal  estetikasının 



yaxşılaşdırılmasına şərait yaradır. 

Reklamın  kompetentliyi  ondan  ibarətdir  ki,  o,  müxtəlif  elmi  və  tex-

niki tərəqqi nailiyyətlərinə arxalanır.  

Reklamın əsas məqsədləri bunlardan ibarətdir: 

  Potensial alıcının diqqətini cəlb etmək; 



  Əldə  olunacaq  əmtəənin  (xilmətin)  alıcıya  qalacaq  xeyrindən  bəhs 

etmək; 



  Alıcıya  əmtəəni  daha  da  dərindən  bilmək  (öyrənmək)  imkanı 



yaratmaq; 

  Alıcıda  əmtəə  və  ya  xidmət  barədə  müəyyən  səviyyədə  biliyi 



formalaşdırmaq; 

  Firma-istehlakçı və yaxud satıcı, həmçinin ticarət və sənaye markası 



barədə alıcıda və iş tərəfdaşlarında xoş obraz (imic) yaratmaq; 

  Qeyd olunan əmtəəyə, xidmətə olan ehtiyacı formalaşdırmaq; 



  Firmaya müsbət münasibət formalaşdırmaq; 

  Potensial  alıcını  göstərilmiş  (reklam  olunmuş)  əmtəənin  rəqiblə-



rindən yox, məhz bu firmadan əldə edilməsinə sövq etmək; 

  Əmtəənin, xidmətlərin satışını stimullaşdırılmaq; 



  Əmtəə dövriyyəsinin tezləşdirilməsinə təsir göstərmək; 



Бизнесин тяшкили вя идаря едилмяси 

154 


  Konkret alıcını alınan əmtəənin daimi istifadəçisinə,  həmin firmanın 

daimi müştərisi olmağa yönəltmək; 

  Digər firmalarda etibarlı partnyor obrazını formalaşdırmaq; 



  Firma və firmanın əmtəələri barədə istehlakçıya xatırlatmaq; 

Praktikada reklam nadir hallarda bir məqsəd güdür, bir qayda olaraq, 

reklam  tədbirində  məqsədlər  çarpazlaşır.  Əsas  məqsəd  baxımından  reklam 

müxtəlif növlərdə ola bilər: 

İ

mic  reklamı  (cəmiyyətdə  müəssisənin  prestijinin  yaradılması 



məqsədilə istifadə olunan reklam) – əsasən alıcı və partnyorlarda firma və 

ə

mtəə  barədə  xoş  təəssürat  (imic)  yaratmağa  yönəldilir.  Bu  reklamı  eti-



barlılıq, effektivlilik, alıcıya xoş münasibət, stabillik səciyyələndirir.  

Stimullaşdırıcı  reklam  –  əsasən,  istehlakçılarda  göstərilən  (reklam 

olunan)  firmanın  məhsulunu  əldə  etmək  tələbatlarının  stimullaşdırılmasına 

yönəldilir.  Burada  konkret  olaraq  firmanın  məhsullarının  başlıca  üstünlük-

ləri, onların müsbət cəhətləri digər analoji əmtəə və xidmətlərlə müqayisədə 

göstərilir. 

Stabillik reklamı – əsasən tərəfdaşları və istehlakçıları firmanın işinin 

nəticələrindəki  stabillik,  onun  bazarda  möhkəm  yer  tutduğu  barədə  məlu-

matlandırılmağa yönəldir.  

Firmadaxili  reklam  –  işçilərdə  öz  müəssisələrinə  inamı  gücləndir-

məyə, onların işinin və şəxsi həyatının sıx əlaqədə olmaları hissini formalaş-

dırmağa  yönəldilir.  Belə  hesab  edilir  ki,  əgər  müəssisənin  hər  bir  işçisi  öz 

fəaliyyətinə dair lazımi qərarları qəbul  edə və onların məsuliyyətini daşıya 

bilərsə,  onda  işçilər  firmadakı  işlərindən  razı  qalaraq  cəmiyyətdə  bu 

firmanın reklam daşıyıcılarına çevriləcəklər.  

İ

stehsalın  satışının  genişləndirilməsi  məqsədi  ilə  reklam  –  reklam 

fəaliyyətinin başlıca sahəsidir.  



Nəsihətverici  reklam  –  reklamın  ən  aqressiv  növüdür,  onun  başlıca 

məqsədi  istehlakçını  rəqib  firmanın  əmtəə  və  xidmətini  deyil,  məhz  bu 

ə

mtəə və xidməti almağa inandırmaqdır.  



Müqayisəli reklam – o, nəsihətverici reklamın bir növüdür. O, əsasən  

reklam  olunan  əmtəə  və  xidmətin,  rəqib    firmanın  əmtəə  və  xidmətinin 

müqayisə olunmasına yönəldilir. Belə ki, bir çox sivil dövlətlərin qanunveri-

ciliyi  ilə  rəqib  əmtəəsini  və  ya  istehlakçısını  tənqid  etməyə  icazə  verilmir, 

bu cür reklam düşünülmüş və yumor hissinə malik olmalıdır, çox zaman elə 

belə də olur. 



Xatırladıcı reklam – potensial alıcıya müəyyən bir əmtəənin bazarda 

mövcudluğu  və  onun  xarakteristikası  barədə  xatırlatmaq  üçün  nəzərdə 

tutulur.  

Ə

saslandırıcı  reklam  –  xatırladıcı  reklamın  bir  növüdür.  Onun  rolu 

artıq  əmtəəni  əldə  etmiş  istehlakçılara  yardım  göstərmək,  onların  etdiyi 


Бизнесин тяшкили вя идаря едилмяси 

155 


seçimin  düzgün  olmasına  inandırmaqdır.  Bu  ona  yönəldilir  ki,  konkret  alı-

cını daimi alıcı qismində təsbit etsin. 



Məlumatlandırıcı reklam – firma və onun buraxdığı məhsulun xarak-

teristikaları,  üstünlükləri  və  yenilikləri  barədə  zəruri  məlumatları  təqdim 

etməyə yönəldilir. 

Preventiv  (qoruyucu)  reklam  –  bu  reklama  nümayişkaranə,  lazım 

olduğundan da çox vəsait sərf olunur. Bu cür reklamın məqsədi – rəqiblərin 

mövqelərini nüfuzdan salmaqdır, hansı ki, reklam fəaliyyətinə çoxlu vəsait 

sərf etmək iqtidarında deyildirlər. Aydındır ki, bu və ya digər reklam, eyni 

zamanda reklamın bir neçə növlərini özündə cəmləşdirməyə qadirdir. 

Amansız reklam – təkidli, inadlı reklam müraciətinin təqdim edilməsi 

üsuludur. 



Rəqabətli  reklam  –  rəqabət  aparan  firmalar  tərəfindən  buraxılan, 

reklam olunan malları analoji malların kütləsindən fərqləndirən, onların üs-

tünlüyünü göstərən və alıcını məhz bu malı almağa inandıra bilən reklamdır. 

Kontreklam  –  yararsız  reklamın  və  onun  nəticələrinin  təkzibi  üçün 

yayılan reklamdır. 



Kooperativ  reklam – topdansatış və yaxud pərakəndə satışı ilə məş-

ğ

ul olanların istehsalçı ilə bərabər xərcini çəkdiyi reklamdır, həm də isteh-



salçı  reklam  üzrə  tərəfdaşının  reklam  xərclərinin  100  %-ni  kompensasiya 

edə bilər. 



Korporativ  reklam  –  şirkətin  xüsusi  imicini  yaratmaq  və  ya  yaxşı-

laşdırmaq məqsədi güdən reklamdır. 



Haqsız  reklam  –  qeyri-dəqiq,  həqiqətə  uyğun  olmayan,  ikimənalı, 

ş

işirdilmə, susma və ya reklama göstərilən tələblərin pozulması nəticəsində 



reklam məlumatının alıcısını çaşdıran və ya çaşdıra bilən reklamdır. 

Qeyri-dəqiq  reklam  –  həqiqətə  uyğun  gəlməyən  məlumatlardan 

ibarət olan reklamdır. Malın istehsal üsuluna və ya tarixinə, onun təyinatına 

və  yaxud  istehlak  xüsusiyyətlərinə,  malın  bazarda  mövcudluğuna,  malın 

qiymətinə,  əlavə  ödəniş  şərtlərinə,  təminat  öhdəliklərinə;  reklam  olunan 

maldan istifadə etmədiyinə görə vətəndaşları və firmaları gözdən salmaqdır. 

Qeyri-məqbul  reklam–haqsız,  qeyri-dəqiq,  qeyri-etik,  qəsdən  yalan 

yayan və s. reklamdır.  



Kommersiya  reklamı – son məqsədi gəlir əldə etməkdən ibarət olan 

malların, xidmətlərin və yaxud ideyaların reklamıdır. 



Qeyri-kommersiya reklamı – qeyri-kommersiya institutları və yaxud 

onların  maraqlar  dairəsində  sponsorluq  edilən  reklam  və  ianəçiliyi 

stimullaşdırmaq  məqsədi  güdən,  kiminsə  lehinə  səs  verməyə  çağıran  və 

yaxud diqqəti cəmiyyətin işlərinə cəlb etməyə yönəldən reklamdır. 



Qeyri-etik reklam – əxlaqi prinsiplərə, cəmiyyətin mənəvi əsaslarına 

uyğun  gəlməyən  reklamdır.  Fiziki  şəxslərin  irqinə,  milliyyətinə,  peşəsinə, 

sosial  kateqoriyasına,  yaş  qrupuna,  cinsinə,  dilinə,  dininə,  fəlsəfi  və  digər 


Бизнесин тяшкили вя идаря едилмяси 

156 


ə

qidələrinə  münasibətdə  təhqiredici  sözlər,  müqayisələr,  obrazlar  yolu  ilə 

istifadə  oluna  bilir,  habelə  dövlət  rəmzlərinə  (bayraqlar,  gerblər,  himnlər, 

dini rəmzlər və s.) ləkə vuran reklamlar şəklində təzahür edə bilər. 



Vadaredici  reklam  –  istehlakçını  dərhal  hərəkətə  sövq  edən 

reklamdır. 



Siyasi  reklam  –  siyasi  partiya,  hərəkat  və  öz  məqsədlərinə  çatmağa 

yönəlmiş müəyyən sosial qrupun maraqlarını əks etdirən reklamdır. 



Təsdiqedici reklam – malın həyat tsiklinin yüksəliş və kamillik mər-

hələlərində həyata keçirilən reklamdır. Reklam zəncirində ikinci mərhələdir. 

Təsdiqedici reklam istehlakçıda məlumatlılığı və bilikləri artırır. 

Gizli  reklam  –  istehlakçını  müəyyən  hərəkətə  sövq  edir.  Həm  də 

istehlakçı tərəfindən bu reklam kimi dərk olunmur. Bəzi hallarda isə reklam 

materialları  oxucuların  reklam  yazılarından  çox  inanılan  jurnalist  məqalə-

lərində də təqdim oluna bilər. İstehlakçının dərk etmədən məruz qaldığı di-

gər  manipulyasiyalar  (xüsusi  video  əlavələr,  qoşa  səsyazısı)  kimi  belə 

təsirlər gizli reklama aiddir. 



Sosial  reklam  –  keçirilən  tədbirlərin  və  islahatların  açıqlanması  və 

geniş  xalq  kütlələrinə  çatdırılması  məqsədilə  istənilən  reklam  daşıyıcısı 

vasitəsilə yayılan və dövlət orqanları və ictimai institutlar tərəfindən sifariş 

edilən, qeyri-kommersiya xarakteri daşıyan informasiyadır. 

Reklamın  əsas  funksiyalarını  sxem  şəklində  göstərmək  olar                  

(sxem 11.2): 

 

 

 



 

 

 



 

 

Firma, əmtəə barədə 



biliklərin  formalaşması,  

mövcudluğu, onların əsas    

  kəmiyyət və keyfiyyət 

parametrləri və  xüsu-

siyyətləri barədə məlumat                     

Hər-hansı bir hərəkətdə 

tələbatların sövqedilməsi       

və inkişafı (misal üçün 

satınalmada) bilavasitə  

hisslərə, öz-özünə qiymət 

vermədə,  istehlakçıların 

niyyətində  və.s 

Tələbat artıq dərk olunan 

vaxtı xatırlatma hərəkətə 

sövqedilmə həyata keçirilir: 

ə

ldə olunmada  (satınal-



mada), əlaqələrin 

qurulmasında 

 

 

Sxem 11.2. Reklamın əsas funksiyaları 

 

Bəzi  müəlliflər  reklamın  daha  bir  «seçmə  qabiliyyətli»  (seçici)  ad-



landırılan funksiyasını ayırıb və onu xüsusi nəzərdən keçirməyi təklif edir-

lər, hansıki, bir çox əmtəə və xidmətlər arasından reklama daha çox tələbatı 

Reklamın əsas  

funksiyaları 

 

Məlumatlandırıcı 



Psixoloji 

Stimullaşdırıcı 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

157 


olanları  seçib  ayıran  rolunu  yerinə  yetirir,  eləcə  də  istehlakçıya  onların 

içindən yalnız bəzi reklam məlumatlarına xüsusi diqqət yetirilməsinə imkan 

verir.  Fikrimizcə,  bu  cür  məsələlər  (məqsədlər)  reklam  öz  əsas  funksiya-

larını yerinə yetirən zaman əhəmiyyətli dərəcədə həllini tapır. 

 

11.2. Reklam vasitələri və onların tətbiqi 

 

Reklam vasitələri reklam məlumatının yayılmasına xidmət edən və la-

zımi reklam effektinin nail olunmasına imkan yaradan maddi vasitə qismin-

də çıxış edirlər. 

Mətbuatdakı reklam, çap reklamı, audiovizual reklam, radio və tele-

reklam, sərgi və yarmarkalar, reklam suvenirləri, birbaşa poçt reklamı, küçə 

reklamı,  «Public  Relations»  tədbirləri  və  kompyuterləşdirilmiş  reklam 

vasitələri fərqlənirlər. 



Mətbuatdakı reklam – dövri mətbuatda dərc olunmuş müxtəlif rek-

lam  materiallarını  özündə  əks  etdirir.  Onları  şərti  olaraq  2  əsas  qrupa 

ayırmaq  olar:  reklam  elanları  və  ictimai-reklam  xarakterli  nəşrlər.  Bunlara 

aiddir: müxtəlif məqalələr, reportajlar, xülasələr, birbaşa və dolayı reklamın 

daşıyıcıları.  

Reklam elanı – dövri mətbuatda yerləşdirilən ödənişli reklam məlu-

matıdır.  Klassik  variantda  elan  böyük  başlıq-sloqandan  başlayır,  hansıki, 

reklamverənin  kommersiya  təklifinin  üstünlüyünü  və  mahiyyətini  yığcam 

formada  əks  etdirir.  Nisbətən  kiçik  şriftlə  yazılmış  reklam  elanının  əsas 

mətn  hissəsi  reklam  müraciətinin  mahiyyətini  təfərrüatı  ilə,  çox  qısa  şərh 

edir,  məhsulun  xüsusiyyətini,  onun  üstünlüklərini  istehlakçı  üçün  xeyirli 

olanını  seçir.  Elanın  sonunda  istehlakçının  müraciət  edə  biləcək  ünvan 

göstərilir. 

Məqalələr  və  ictimai-reklam  xarakterli  digər  nəşrlərdə,  bir  qayda 

olaraq,  müəssisənin  fəaliyyəti  haqqında  xülasə  formasında  yazılmış  mate-

riallar və ya müəssisənin rəhbərləri, iş partnyorları və istehlakçılar ilə müsa-

hibə formasında əks olunur. Reklam elanlarının və ictimai-reklam xarakterli 

məqalələrin  dərc  olunması  üçün  dövri  nəşriyyatın  qəzet,  jurnal,  bülleten, 

müxtəlif  arayış  kitabçaları,  bələdçi-soraq  kitabçaları  kimi  növlərindən 

istifadə olunur. Mətbuatdakı reklam öz operativliyinə, təkrarlığına, geniş ya-

yılmasına arxalanaraq reklam vasitələrindən ən effektivlisidir. Bir sıra xarici 

dövlətlərdə mətbuatdakı reklama çəkilən xərclər reklama sərf olunan bütün 

vəsaitlərin mühüm hissəsini təşkil edir. Bizim ölkədə də reklamın bu növü 

qətiyyətlə irəliləməkdədir.  İldən-ilə reklam elanlarının nəşrinə sifariş qəbul 

edən  ictimai-siyasi və xüsusi nəşrlərin sayı artmaqdadır.   


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin