AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə48/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   42   43   44   45   46   47   48   49   50
4 biznes


29.4. Səhmdar cəmiyyətinin idarəetmə sistemi 

 

Dövlət  müəssisələrinin  əlverişli  üsullarla  idarəetməyə  verilməsi 



təcrübəsi tətbiq edilmiş və uğurlu nəticələr  əldə  olunmuşdur. 2000-ci ildən 

etibarən emal sənayesinə aid olan bir çox müəssisələr birləşdirilərək onların 

bazasında  daha  iri  açıq  tipli  səhmdar  cəmiyyətləri  yaradılmışdır.  Onların 

yaradılmasında  əsas  məqsəd  qeyd  olunan  müəssisələrin  istehsal-texnoloji 

xüsusiyyətlərindən və potensial resurslarından istifadə edərək daha səmərəli 

fəaliyyət göstərən istehsal strukturunu təşkil etmək olmuşdur. Yaradılmış bu 

böyük  səhmdar  cəmiyyətlərini  əlverişli  şərtlərlə  uzunmüddətli  idarəetməyə 

verməklə xarici kapitalı cəlb etmək, texnologiyanın və avadanlıqların müa-

sirləşdirilməsi,  dünya  satış  bazarlarına  çıxış  imkanlarının  reallaşdırılması, 

müəssisələrin  istehsal  fəaliyyətini  bərpa  edərək  insanların  işlə  təminatını 

yaxşılaşdırmaq,  sosial-iqtisadi  sabitliyin  əldə  edilməsi  kimi  vacib  vəzifələr 

qarşıya  qoyulmuşdu.  Bu  səhmdar  cəmiyyətlərinin  idarəetməyə  dair  mü-

qaviləsi  təsdiq  edildikdən  sonra  müəssisənin  yenidən  qurulması,  istehsal 

fəaliyyətinin canlandırılması, yeni iş yerlərinin açılması, işçilərə keçmişdən 

yığılıb  qalmış  əmək  haqqı  borclarının  və  sosial  ödənişlərin  aparılması  və 

böyük  həcmdə  investisiyalar  qoyulması  nəticəsində  müəssisələrin  istehsal 

gücü  tədricən  bərpa  edilmiş,  istehsal  sahələri  və  texnologiya  müasir  stan-

dartlara  uyğun  yenidən  qurulmuş,  məhsul  istehsalı  bərpa  edilmiş  və  dünya 

bazarlarına satışa çıxarılmışdır.  

Tədqiqatlar  göstərir  ki,  müsabiqə  yolu  ilə  özəlləşdirilmiş  keçmiş 

dövlət  müəssisələrinin  fəaliyyətində  özəlləşdirmədən  sonra  əsaslı  dönüş 

yaranmış,  müəssisələrin  istehsal  ahəngi  bərpa  edilmiş,  zəruri  investisiyalar 

cəlb olunmuş və rəqabətqabiliyyətli istehsal-texniki və istehlak təyinatlı bir 

sıra  məhsulların  respublikamızda  istehsalına  nail  olunmuşdur.  Eyni 

zamanda,  həmin  müəssisələrdə  çalışmış  minlərlə  insanlar  iş  yerlərinə  qa-

yıtmış və yeni iş yerləri açılmışdır. Respublika iqtisadiyyatında əhəmiyyətli 

nəticələr  əldə  etmiş  «Baku  Stel  Company»,  «Bakı  Mayesiz  Transfor-

matorlar»,  «Siyəzən  Broyler»,  «Goradil  Quşçuluq»,  «Sabunçu  Azot 

Oksigen»,  «Qaradağ  Sement»,  «Bakı  Elektroştamp»,  «Bakı  Şampan 

Şə

rabları», «Gəncə Şərab-2» və digər müəssisələri məhz belələrindən hesab 



etmək olar. 

Geniş  miqyaslı  özəlləşdirmə  tədbirlərinin  həyata  keçirilməsi  pro-

sesinin  məntiqi  nəticəsi  olaraq  müəssisələrin  əmək  kollektivlərinin  üzvləri 

və digər vətəndaşlar işlədikləri müəssisələrin, habelə maraq doğuran başqa 

müəssisələrin  mülkiyyətçilərinə  və  ya  səhmdarlarına  (payçılarına)  çev-

rilmişlər.  



Бизнесин тяшкили вя идаря едилмяси 

441 


Səhmdar cəmiyyətlərin idarəetmə sisteminin təkmilləşdirilməsində xü-

susi  heyətin  (muzdlu  işçilərin)  bu  tip  müəssisələrin  idarə  olunmasına  cəlb 

edilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda səhmdar cəmiyyətlərin idarə 

edilməsində  xüsusi  heyətin  (muzdlu  işçilərin)  iştirakını  nəzərdə  tutan  daha 

səmərəli  modellər  Qərbi  Avropa  ölkələrində  daha  geniş  yayılmışdır.  Bu 

modellərə  uyğun  şəkildə  idarəetmə  sistemi  tətbiq  olunmuş  səhmdar 

cəmiyyətlər bir tərəfdən iş verən və iş alanlarının nizamlı müştərək əlaqələrə 

cəlb  edilməsini  və  sosial  qarşıdurmanın  aşağı  salınmasını,  digər  tərəfdən 

mülkiyyətçilər  (səhmdarlar),  menecerlər,  muzdlu  işçilər    arasında  səla-

hiyyətlərin  səmərəli  bölgüsünü  iqtisadi hakimiyyətin bir əldə  

təmərküzləşməsinə və ya parçalanmasına yol verməməklə təmin edirlər.  

Səhmdar  cəmiyyətlərin  idarə  edilməsində  muzdlu  işçilərin  əməli 

iştirakı bilavasitə onların müşahidə şurasında hüquqi iştirakı vasitəsilə real-

laşdırılır.  Bu  orqan  əməyin  və  kapitalın  maraqlarını  təmsil  etməklə  müəs-

sisələrin ümdə təşkilati vəzifəsini həyata keçirir. 

Səhmdarların ümumi yığıncağının aparılması işində muzdlu işçilərdən 

ibarət  xüsusi  heyətin  iştirak  etməsi  prinsipi  fəaliyyət  göstərmir.  İdarə 

heyətinin  işində  iştirak  etmələrinə  gəldikdə  isə  müşahidə  şurası  idarə 

heyətinin tam hüquqlu üzvü olduğuna görə onun əmək üzrə direktorunu bu 

vəzifəyə  təyin  etməsi  təcrübəsi  geniş  yayılmışdır.  Əmək  üzrə  direktor 

idarəetmədə muzdlu işçilərin maraqlarının qoruyucusu kimi çıxış edir. Onun 

səlahiyyətlərinə müəyyən dərəcədə kadr və sosial məsələlər daxildir. 

Bəzi inkişaf etmiş dünya ölkələrinin təcrübəsində səhmdarların ümumi 

yığıncağında direktorlar  şurasının seçilməsi nəzərdə tutulur ki, bu da səhm 

sahiblərinin nöqteyi-nəzərindən olduqca cəlbedicidir. Direktorlar isə korpo-

rasiyaların ali rəhbərlərini seçir (prezidenti və ya baş vəzifəli şəxsi) ki, o da 

yalnız  direktorlar  şurasına  tabe  olur.  Sonra  baş  vəzifəli  şəxs  menecerləri 

digər  idarəetmə  vəzifələrinə  təyin  edir.  Adətən  direktorlar  şurasının  rolu 

nəzarətedici  idarəetmə  funksiyasının  və  uzunmüddətli  planlaşdırmanın  hə-

yata keçirilməsi ilə məhdudlaşır. Şura ancaq böhranlar dövründə bilavasitə 

biznes əməliyyatlarında iştirak edir. 

Korporasiyanın direktorlar şurası  hər il səhmdarlar tərəfindən seçilir, 

onların  hər  biri  belə  seçkilərdə  özlərinin  səhmlərinə  uyğun  səslərə  malik 

olurlar.  Səhmdarlar  azlıq  böyük  çoxluğa  tabe  olmadıqda  məhkəmə  təcrü-

bəsinə uyğun surətdə şurada öz nümayəndələrini tələb etmək hüququna ma-

likdirlər. Çox vaxt belə azlıq rolunda bir-birilə rəqabət aparan sahibkarların 

nümayəndələri çıxış edir və onlar korporasiya üzərində nəzarəti öz əllərinə 

almağa çalışırlar. 

Beynəlxalq  təcrübədən  aydın  olduğu  kimi  direktorlar  şurası  şirkətin 

müdiriyyətinə  nizamlayıcı  təsir  göstərir.  Çünki  baş  rəis  (idarə  edən)  və 

müdiriyyətin  başqa  rəhbərləri  bilirlər  ki,  onlar  dövri  olaraq  Şura  qarşısına 


Бизнесин тяшкили вя идаря едилмяси 

442 


çıxmalı,  öz  təklifləri,  planları  və  məqsədləri  barədə  informasiyalar  verməli 

və lazım gələn hərəkətləri tövsiyə etməlidir. 

Ş

ura  maliyyə  dairəsində  müdiriyyətin  müəyyən  edilmiş  hüdudlardan 



artıq  kapital  vəsaitlərinin  sərf  edilməsi  haqqında  iri  məbləğli  istiqrazların 

verilməsi,  hədiyyələr,  əhəmiyyətli  ödənişlər,  əmlak  icarəsi  üçün  böyük 

məbləğlərdə  xərclər  çəkilməsi  barədə  müdiriyyətin  xahişlərini  nəzərdən 

keçirməlidir.  O,  maliyyə  və  təftiş  komitələrinin  hesabatlarını  nəzərdən 

keçirməli və təsdiq etməlidir ki, birlik və korporasiyaların maliyyə vəziyyəti 

haqqında nəticələr çıxarsın. Eyni zamanda, o, dövri  yoxlamalar və təftişlər 

keçirməlidir.  Şura  müdiriyyətin  müəssisə  və  firmalar  üçün  xarici  müfət-

tişlərin  seçilməsi  və  konkret  müfəttişin  namizədliyi  barədə  təkliflərini 

nəzərdən  keçirməli  və  bu  məsələnin  təsdiqi  üçün  hər  il  üçün  səhmdarların 

ümumi yığıncağının keçirilməsi haqqında qərar qəbul etməlidir. 

 

29.5. Səhmdar cəmiyyətlərinin emissiya-dividend siyasəti 

 

Bazar  iqtisadiyyatı  şəraitində  səhm  bazarının  subyektlərinin  eyni 



hüquqlara  malik  olması  çox  vacibdir.  Burada  hər  hansı  bir  sahibkara 

başqalarına nisbətən üstünlük verilməsinin qadağan olunması, inhisarçılığın 

qarşısının alınması və investorların hüquqlarının qorunması nəzərdə tutulur. 

Səhmlərin  buraxılışı  iqtisadiyyatdakı  pul  kütləsini  tənzimləmək  məq-

sədi  ilə  həyata  keçirildiyinə  görə  hər  iki  proses  (səhm  və  pul  buraxılışları) 

dövlətin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tənzimləndiyinə görə 

ziddiyyətlər yaranmır. 

Səhmdar cəmiyyətin nizamnaməsində buraxılacaq səhmlərin kateqori-

yası,  növü,  nominal  dəyəri,  təsisçi  və  ya  təsisçilər  tərəfindən  alınan 

səhmlərin miqdarı göstərilməlidir. 

Səhm  bazarında  əsas  investor  öz  vəsaiti  ilə  səhm  alır  və  bununla  da 

müəyyən  risk  edir.  Səhm  buraxılışının  dövlət  tənzimlənməsini  həyata  ke-

çirən  orqan  investorların  mənafelərini  qorumaq  üçün  üç  istiqamətdə 

fəaliyyət göstərir: 

-  səhmləri  buraxanların  və  onları  satanların  qeydiyyatını  aparır,  onların 

«kimliyini müəyyən edir» və peşəkar iştirakçılara lisenziya verir; 

-  səhmlərin  buraxılışı  haqqında  tam,  aydın  və  dəqiq  məlumatların 

mətbuatda dərc olunmasını təmin edir; 

-  səhm  buraxılışı  üzrə  qanunvericiliyin  pozulması  hallarına  nəzarət 

edir və bu hallara qarşı mübarizə aparır. 

Qiymətli kağızı buraxan emitentin idarə edilməsində əsas rol oynayır. 

Səhmlərin  buraxılışını  tənzimləyən  müvafiq  icra  hakimiyyəti  orqanı  xarici 

ölkələrin  hüquqi  və  fiziki  şəxslərin  Azərbaycanın  səhm  buraxılışında  işti-

rakını tənzimləyir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

443 


Səhmlərin emissiyası pulun emissiyasından tamamilə fərqlənir. Səhm-

lərdən  fərqli  olaraq  pulun  emissiyası  yalnız  dövlətə  məxsusdur.  Səhm  isə 

dövlətlə yanaşı müəssisə və təşkilat, icra hakimiyyəti və bələdiyyə orqanları 

tərəfindən buraxa bilər.  

Səhmdar cəmiyyətin emissiya siyasəti səhmdar kapitalın strukturunun 

idarə  edilməsi  üzrə  fəaliyyət  proqramının  və  ya  planının  müəyyən  edilmə-

sindən ibarətdir. Bu, təkcə bir konkret emissiyanın həyata keçirilməsi planı 

deyil, həm də cəmiyyətin aktivlərini çoxaltmaq hesabına nizamnamə kapita-

lını artırmağın uzunmüddətli planı, eləcə də səhmdar kapitalın strukturunun 

dəyişdirilməsi  konsepsiyası  və  ya  sadalanan  planların  məcmuu  ola  bilər. 

Məsələn,  emissiya  siyasəti  ola  bilsin  ki,  səhmdar  kapitalın  xırda  səhm-

darların  çoxluğu  arasında  «səpələnməsinə»  və  yaxud  da  əksinə,  səhmlərin 

bir neçə azsaylı səhmdarların əlində cəmlənməsinə yönəldilə bilər. 

Emissiya siyasəti açıq tipli səhmdar cəmiyyəti üçün xüsusilə aktualdır. 

Emissiya siyasətinin elementləri aşağıdakılardan ibarətdir: 

-  müstəqil fəaliyyət kimi səhmin bilavasitə emissiyası; 

-  səhmdar kapitalın strukturunun dəyişdirilməsi üzrə konkret nəticənin 

ə

ldə olunmasına yönəldilmiş emissiyanın məcmuu; 



-  təşkilati-texnoloji  qərarlar,  məsələn,  qiymətli  kağızların  yerləşdiril-

məsi   haqqında qərarların təsdiqi üzrə səlahiyyətlərin direktorlar şurasında 

bölüşdürülməsi; 

-  yerləşdirilən qiymətli kağızların ödənilməsi üsulu və müddətləri; 

-  dividend siyasəti; 

-  müxtəlif məqsədlər üçün xüsusi səhmlərin alınması. 

Səhmdar  cəmiyyətin  göstərilən  fəaliyyət  sektorunda  işinin  plan  və 

perspektivləri  emissiya  siyasətinin  ideologiyasında  və  ya  emissiya  siyasə-

tinin  konsepsiyasında  ifadə  olunur.  Məsələn,  SC  işçilər  arasında  yerləş-

dirmək  üçün  daim  xüsusi  səhmlər  alır.  Bir  neçə  alqılar  nəticəsində,  nəinki 

səhmdar kapitalın strukturu əhəmiyyətli dərəcədə dəyişilə bilər, həm də işçi-

mülkiyyətçilərin  hansısa  bir  yeni  birliyi  formalaşa  bilər.  Bu  isə  təşkilatın 

maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrində  pozitiv  halların  yaranmasına 

gətirib  çıxarar.  Başqa  bir  misal  da  mümkündür.  Səhmdar  cəmiyyəti  mən-

fəətin  bir  hissəsini  daim  səhmdarlar  arasında  yerləşdirilən  səhmlərin  əlavə 

emissiyasına  yönəldir.  Nəticədə  hər  bir  səhmdar  vergilər  ödəmədən  öz 

kapitalını artırır və o, (SC) daha çox əmlakın mülkiyyətçisinə çevrilir. 

Ə

gər  SC-nin  emissiya  siyasətinin  ideologiyası  xüsusi  vəsaitlərin 



maksimum  sürətlə  genişləndirilməsinə  yönəldilmişdirsə,  onda  səhmlərin 

ödənilməsinin əsas üsulu əmlak deyil, pul vəsaitləri olmalıdır, çünki o, pula 

nisbətən  daha  az  likvidliyə  malikdir.  Həm  də  nəzərə  almaq  lazımdır  ki, 

ödəniş müddətləri maksimum qısa olmalıdır. 

Səhmdar  cəmiyyətinin  xalis  mənfəəti  vergilər  və  digər  məcburi  ödə-

nişlər  ödənildikdən  sonra  yaranır  və  cəmiyyətin  nizamnaməsi  ilə  müəyyən 



Бизнесин тяшкили вя идаря едилмяси 

444 


edilən  məqsədlərə  yönəldilə  bilər.  Xalis  mənfəətin  səhmdar  cəmiyyətinin 

maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarların ümumi 

yığıncağının qərarı ilə qəbul edilir. 

Səhmdar  cəmiyyəti  nizamnamədə  müəyyən  edilməsindən  asılı  olaraq 

dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər 

ödəyə bilər. Dividendlərin ödənilməsi barədə öhdəliklər onların ödənilməsi 

haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır. 

Qanunvericiliyə  görə  adi  səhm  üzrə  dividend    səhmdar  cəmiyyətinin 

xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər 

şə

klində  bölüşdürülmüş  hissəsidir.  İmtiyazlı  səhm  üzrə  dividend  səhmdar 



cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı 

səhm  sahiblərinə,  bir  qayda  olaraq,  səhmin  nominal  dəyərinin  sabit  faizi 

şə

klində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün 



səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. 

Dividendlər  və  onların  ödənilməsi  qaydası  haqqında  qərar  (həmin 

məsələ  nizamnamədə  müəyyən  edilmədikdə)  cəmiyyətin  direktorlar  şura-

sının (müşahidə şurasının) və  ya həmin orqanlar formalaşdırıldıqda cəmiy-

yətin  icra  orqanının  təklifi  ilə  ümumi  yığıncaq  tərəfindən  qəbul  edilir. 

Səhmdar  cəmiyyəti  adi  səhmlər  üzrə  dividiendlərin  hesablanmasını  (bölüş-

dürülməsini)  imtiyazlı  səhmlərin  bütün  növləri  üzrə  dividendlərin  hesab-

lanmasından  (bölüşdürülməsindən)  sonra  həyata  keçirilir.  Dividendlərin 

hesablanmasında  (bölüşdürülməsində)  ilk  növbəlilik  hüququnu  verən  im-

tiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən 

ə

vvəl bölüşdürülür. 



Onu da qeyd  etmək lazımdır ki, dividendlər hesablanarkən səhmlərin 

hər  bir  növü  və  nominal  üzrə  hər  səhminə  düşən  məbləğ  eyni  olmalıdır. 

Ə

gər  səhmdar  cəmiyyətinin  xalis  aktivlərinin  dəyəri  onun  nizamnamə 



kapitalının miqdarından azdırsa və  ya dividendlərin ödənilməsi nəticəsində 

az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz. 

Səhmdar  cəmiyyətin  dividend  siyasəti  səhmdarların  dividend  alması 

sahəsində  əmlak  iddialarının  ödənilməsinə  rəğmən  cəmiyyətin  mövqeyini 

ə

ks  etdirən  fəaliyyət  proqramıdır,  cəmiyyətin  maraqları  və  səhmdarların 



ə

mlak maraqları arasında müəyyən balansın işlənib hazırlanmasıdır. SC-nin 

dividend  siyasətinə  həm  də  direktorlar  şurasının,  idarə  heyətinin  (direk-

torun)  dividendlərin  ödənilməsi,  səhmdar  kapitalın  strukturu  (adi  və  imti-

yazlı  səhmlərin  nisbəti),  emissiya  siyasəti,  törəmə  bazarda  səhmin  döv-

riyyəsi və onların bazar dəyəri üzərində nəzarət üzrə mövqeyi daxildir. 

Dividend  siyasətinin  və  kapitalın  strukturunun  seçilməsi  şirkətin  ən 

mühüm maliyyə qərarları sayılır. Dividend siyasəti sərmayə qoyuluşunun və 

kreditləşdirmənin  həcmi  verildiyi  hallar  üçün  müəyyən  edilir.  Dividend 

siyasəti  dedikdə,  dividendin  ölçüsünün,  dividend  ödəmələrinin  (xalis 

mənfəət və  ya  yeni səhmlərin buraxılışı və onların yeni səhmdarlara satışı) 


Бизнесин тяшкили вя идаря едилмяси 

445 


maliyyələşmə  mənbələrinin,  habelə  dividendlərin  ödəmə  formalarının  (pul 

və ya səhmlərlə) seçilməsi başa düşülməlidir. 

Dividend  modellərini  iki  qrupa  ayırmaq  olar:  dividend  siyasətinin 

özünün modelləşdirilməsi (o, hansı amillərdən asılıdır) və dividend siyasə-

tinin  şirkətin  dəyərinə  təsirinin  modelləşdirilməsi.  Birinci  kateqoriyaya 

Lintner modeli, ikinciyə  isə Qordrn, Miller-Modilyani və Miller Roka mo-

delləri aiddir. 

C.Lintnerə  görə  korporasiyada  məqsədli  dividend  səviyyəsi  mövcud-

dur. Onun fikrincə, bu aşağıdakı amillərdən asılıdır: 

-  cari mənfəət; 

-  sahənin perspektivləri və gözlənilən mənfəət; 

-  investisiya proqramı və onun üçün vəsaitlərə tələbat; 

-  dövriyyə kapitalına tələbat; 

-  şirkətin  səhmdarları  üçün  səhmin  qiymətinin  stabillik  kəmiyyətinin 

menecerlər tərəfindən subyektiv qiymətləndirilməsi (müvafiq olaraq stabil-

liyə görə səhmin qiymətinə bazar əlavəsi); 

-  şirkətin  maliyyə  gücü,  kapital  bazarlarına  daxil  olmağın  müm-

künlüyü; 

-  borc  vəsaitlərinin  və  yeni  səhm  buraxılışının  istifadəsi  üzrə  şirkətin 

siyasəti. 

Səhmin gəlirliliyi investorlar tərəfindən alınan dividendlərdən və alqı-

satqı  qiymətləri  arasındakı  məzənnə  fərqindən  yaranır.  Əgər  dividendlər 

güclü olaraq tərəddüd  edirlərsə, onda məcmu  gəlirliliyin dəyişməz qalması 

üçün  məzənnə  fərqi  də  dəyişməlidir.  Beləliklə,  dividendlər  azaldılarkən 

investorlar səhmlərin alış qiymətinin aşağı salınması hesabına məzənnə gəli-

rinin  artırılmasını  tələb  edəcəklər.  Bu  isə  cari  kotirovkaların  aşağı  düş-

məsinə gətirib çıxaracaqdır. 

Dividendlərin  artırılması  halında  isə  əksinə.  Nəticədə  dəyişkən  divi-

dendlərlə səhmin qiyməti dəyişməz dividendlərlə səhmin qiymətinə nisbətən 

daha çox tərəddüd edəcəkdir. Riski sevməyən investorlar qiymətləri daha az 

tərəddüd  edən  səhmlərə  üstünlük  verir  və  onlara  görə  daha  yüksək  qiymət 

ödəməyə hazırdırlar. 

Azərbaycanda    səhmdar    cəmiyyətlərin    dividend    siyasətinin  qurul-

masının  ən  geniş  yayılmış  üsulu  «qalıq  prinsipi»  sayılır.  Bu  prinsip  üzrə 

ödəmə  cəmiyyətin  sosial  və  investisiya  proqramlarının  maliyyələşdirilməsi 

təmin edildikdən sonra həyata keçirilir. 

Qiymətli kağızlar bazarı inkişaf etmiş qərb ölkələrində dividend kimi 

illik  mənfəətin  daimi  faizinin  bölgüsü  prinsipindən,  inflyasiya  ilə  əlaqədar 

adi  səhmlərin  üzərinə  sabit  və  ya  bir  qədər  artan  gəlirin  hesablanması 

metodundan istifadə olunur. 

Azərbaycanın səhmdar cəmiyyətləri dividend siyasətinə çox az diqqət 

verirlər.  Onların  fəaliyyətində  belə  bir  sadə  qaydaya  riayət  etmək  əsas 



Бизнесин тяшкили вя идаря едилмяси 

446 


götürülür:  minimum  dividend  ödəmək  və  ya  onları  ümumiyyətlə  heç 

ödəməmək. 

Normal  şəraitlərdə  dividendlərin  aşağı  salınması  şirkətlərin  bazar 

mövqelərini sarsıdır, səhmdarlarda, kreditor və investorlarda onun nüfuzunu 

gözdən  salır.  Xarici  şirkətlərin  çoxu  mütləq  kəmiyyətcə  sabit  dividendlər 

ödəməyə  çalışırlar  ki,  bunlarda  da  mənfəət  tərəddüdləri  əks  olunmur.  Bir 

sıra  şirkətlər  bir  səhmə  görə  sabit,  təsbit  olunmuş  mənfəət  faizi  ödəyirlər. 

Belə  ki,  Amerika  şirkətlərindən  biri  aşağıdakı  dividend  siyasətini  yeridir. 

«Dollar  şirkət  üçün,  dollar  səhmdarlar  üçün».  Digər  səhmdar  şirkətlər  isə 

rüblük aşağı səviyyəli dividend ödəməyə üstünlük verir və ilin sonunda əldə 

olunan mənfəətin real səviyyəsindən dividendə əlavələr edirlər. 

Qərb  şirkətləri  üçün  rüblük  dividendin  ödənişi  ən  çox  yayılmış  bir 

təcrübədir.  Beləliklə,  xarici  şirkətlərin  dividend  siyasəti  sabit  və  yüksək 

dividend ödənişlərinə yönəldilmiş və son nəticədə səhmlərin bazar dəyərlə-

rinin  yüksəldilməsinə  istiqamətlənmişdir.  Yalnız  belə  bir  siyasət  Azərbay-

can  şirkətlərinə  səhmdarların  inamının  qazanılmasına  səbəb  ola  bilər  və 

beynəlxalq fond bazarlarına müdaxilə etməyə imkan verər. 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

447 


XXX FƏSİL. XÜSUSİ İQTISADİ ZONALARIN  

YARADILMASI VƏ İDARƏ EDİLMƏSİ 

 

30.1. Xüsusi iqtisadi zonaların yaradılmasının zəruriliyi 

 

Məlumdur  ki,  XX  əsrin  ikinci  yarısından  başlayaraq  dünyada  Xüsusi 

İ

qtisadi  Zonaların (XİZ) inkişafı  geniş vüsət  almağa başlamışdır.  Bu bazar 



iqtisadiyyatının  intensiv  inkişaf  istiqamətlərindən  biri  kimi  özünü  büruzə 

vermişdir.  XİZ  xarici  kapitalın  cəlb  edilməsinə  əlverişli  zəmin  yaradır  və 

dünya bazarları ilə çox sıx əlaqədə fəaliyyət göstərir. 

İ

qtisadi  inkişaf  səviyyəsindən  asılı  olmayaraq  xarici  dövlətlər  XİZ-in 



yaradılmasına  və  sürətlə  inkişaf  etdirilməsinə  xüsusi  diqqət  yetirirlər.  Hər 

bir  dövlət  bu  və  ya  digər  zonanın  milli  iqtisadiyyatda  rolunu  və  başqa 

amillərini nəzərə alaraq  müəyyən məhdud ərazini xüsusi iqtisadi zona elan 

edir. Eyni zamanda, bu ərazidə iqtisadi fəaliyyət göstərmək istəyən xarici və 

milli  sahibkarlar  üçün  müxtəlif  güzəştlər  müəyyən  olunur.  Məqsəd  bu 

ə

razidə  yeni  müəssisələr  tikdirməyə,  köhnələrini  isə  ən  müasir  texnika  və 



texnologiya əsasında yenidən qurmağa sövq etməkdir. Belə stimul xarici ka-

pitalın Xüsusi İqtisadi Zonaya axınına səbəb olur. Bu, elmi-texniki tərəqqini 

və bunun əsasında əmək məhsuldarlığını yüksəltməyə təkan verir.  

Xüsusi  İqtisadi  Zonalar  –  öz  mahiyyətinə  görə  xarici  iqtisadi  əlaqə-

lərin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir. Belə təsər-

rüfat kompleksləri qarşısında qoyulan məqsədlərə çatmaq üçün ilk növbədə 

zonadakı  iqtisadi  ehtiyatları  aşkara  çıxarıb  səfərbər  etmək,  qısa  müddət 

ə

rzində  zəruri  istehsal  və  sosial  infrastruktur  yaratmaq,  zonaya  kapital, 



yüksək  ixtisaslı  işçi  qüvvəsi  və  mütərəqqi  texnologiyaların  gətirilməsinə 

ə

lverişli mühit yaratmaq çox vacibdir. 



Zonanın  qarşısında  qoyulmuş  vəzifələrin  onun  daxili  imkanlarına  – 

təbii,  iqtisadi,  demoqrafik,  texniki  və  intellektual  potensialına  müvafiqliyi, 

yaradılacaq  XİZ-lərin  gələcək  effektliyinin  təmin  olunmasının  ilkin  şərt-

ləridir. 

Xüsusi İqtisadi Zonalar bir qayda olaraq, əlverişli nəqliyyat – coğrafi 

mövqeyə  malik  olan  regionlarda,  ərazilərdə  təşkil  edilir.  Onlar  xarici 

kapitalın  və  texnologiyanın  ölkəyə  cəlb  olunmasında  mühüm  rol  oynayır. 

Bu baxımdan, Azərbaycan Respublikasında Xüsusi İqtisadi Zonaların yara-

dılması və buraya xarici kapitalın cəlb edilməsi çox əlverişlidir. Azərbaycan 

zəngin  xammala,  əmək  ehtiyatına  malikdir.  Lakin  ölkədə  müharibə  şəraiti 

bu prosesin inkişafına əngəl törədən amillərdəndir. Müstəqil inkişaf yoluna 

qədəm  qoymuş  gənc  milli  dövlətlərdə  xammalın  və  iş  qüvvəsinin  öz 

ölkələrinə  nisbətən  ucuz  olması  Xüsusi  İqtisadi  Zonalarda  kapital  qoyan 

dövlət və firmalara yüksək mənfəət götürməyə imkan verir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

448 


Xarici dövlətlər və firmalar Xüsusi İqtisadi Zonalarda kapital qoyaraq 

həmin  ölkənin  təbii  və  əmək  resurslarından  istifadə  etməklə,  çoxlu  gəlir 

götürsələr də, Xüsusi İqtisadi Zonalar təşkil olunan ölkələr özləri də bundan 

fayda götürürlər. 

Xüsusi iqtisadi zonaların yaradılması təkcə həmin ölkənin deyil, bütün 

dünya iqtisadiyyatının inkişafına müsbət təsir göstərir. Buna görə də Xüsusi 

İ

qtisadi  Zonaların  yaradılmasını  bazar  iqtisadi  sistemi  ilə  inkişaf  edən 



demokratik dövlətlər hərtərəfli müdafiə edirlər. 

Dünya  alimlərindən  Y.M.Kopilov,  L.O.Svensson,  Ç.M.Abbasov, 

Ə

.Q.Əlirzayev,  R.T.Həsənov,  Ə.Məmmədov,  Ə.X.Nuriyev.,  Z.Ə.Səməd-



zadə və başqalarının əsərlərində iqtisadi zonaların mahiyyəti, fəaliyyət prin-

sipləri və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır.  

Qeyd  etmək  lazımdır  ki,  Xüsusi  İqtisadi  Zonaların  nəzəri  əsasları  və 

onların yaradılmasının zəruriliyi ingilis alimləri P.Hall və S.Nouv, Amerika 

alimi  C.Butter  tərəfindən  verilmişdir.  Onların  fikrincə,  əgər  iqtisadi  tənəz-

zülün  qarşısını  dövlət  ala  bilmirsə,  onda  iqtisadiyyatın  idarəetmə  vasitələri 

artıq  öz  təsirini  itirmişdir.  Buna  görə  də  sahibkarlar  üçün  əlverişli  şəraitin 

yaradılması, vergi güzəştlərinin verilməsi zəruridir.  

V.İqnatov və V.Butova görə XİZ – məhdudlaşdırılmış ərazidir, burada 

yerli  və  xarici  biznesmenlər  üçün  güzəşti  iqtisadi  şərait  vardır  ki,  bu  da 

xarici  ticarət,  ümumiqtisadi,  sosial,  elmi-texniki  və  elmi-texnoloji  işlərin 

yerinə  yetirilməsinə  imkan  verir.  Bundan  əlavə,  sərbəst  zonaların  Beynəl-

xalq  İnkişaf  Assosiasiyası  (MAPSEZ)  müəyyənləşdirmişdir  ki,  xüsusi  zo-

nalar  iqtisadi-təsərrüfat  qurumudur  və  maliyyə-təsərrüfat  fəaliyyəti  üçün 

açıqdır.  XİZ-in  yaranmasının  tarixi  zəruriliyi    əsasən  aşağıdakı  amillərlə 

şə

rtlənir: 



-  Ticarət  dövriyyəsinin  genişləndirilməsi,  ticarət  tərəfdaşlarının 

maraqlarının təmin edilməsi; 

-  Sərhəd  və  gömrük  maneələrinin  aradan  qaldırılması,  bürokratik 

nəzarət və dövlət orqanlarının müdaxilələrinin məhdudlaşdırılması; 

-  İnvestisiya  qoyuluşunun  stimullaşdırılması,  kapitalın  rentabellik 

səviyyəsinin yüksəldilməsi; 

-  Prioritet  sahə  kimi  ixrac  yönümlü  istehsalın  stimullaşdırılması  və 

xarici ticarət tərəfdaşlarının maraqlarının qorunması; 

-  İstehlak  bazarında  daha  çox  tələbat  olan  malların  istehsalının 

artırılması; 

-  Məşğulluğun  artırılması,  yeni  iş  yerlərinin  açılması,  ixtisaslı 

kadrların hazırlanması. 

Xüsusi  ticarət  və  sahibkarlıq  kimi  fəaliyyət  növlərini  əhatə  edən  Xü-

susi  İqtisadi Zona  anlayışı iqtisadi fəaliyyətin dərin seqmentləşməsi aspek-

tində  tarixi  zərurətdən  yaranmışdır.  Dünya  təcrübəsi  göstərir  ki,  Xüsusi 

İ

qtisadi  Zona  konkret  olaraq  müəyyən  problemlərin  həllinə  xidmət  edir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

449 


Odur  ki,  son  vaxtlar  yaradılan  XİZ-lər  ayrı-ayrılıqda  yerinə  yetirdikləri 

funksiyaları deyil, onların müxtəlif cəhətlərini özündə birləşdirir, yəni daha 

kompleks xüsusiyyət daşıyır. Məhz bunu nəzərə  alaraq  XİZ-in  yaradılması 

zamanı  əsas  diqqəti  qarşıya  qoyulan  və  ona  çatmaq  üçün  fəaliyyət  isti-

qamətlərinin düzgün seçilməsinə vermək lazımdır. 

Xüsusi  İqtisadi  Zonaların  yaradılmasını  şərtləndirən  məqsədlər  aşağı-

dakılar ola bilər: 

-  iqtisadi zonada, eləcə də onun hüdudlarından kənarda iş qüvvəsinin 

tam məşğulluğunu təmin etmək; 

-  ölkəyə xarici investisiyanı cəlb etmək; 

-  xarici bazarlara çıxarıla biləcək məhsul istehsal etmək; 

-  zonanın  xammal,  material  və  əmək  resurslarından,  iş  qüvvəsindən, 

mövcud istehsal potensialından daha səmərəli istifadə etmək; 

-  ofşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq; 

-  yeni  texnika  və  texnologiyanı,  həmçinin  qabaqcıl  idarəetmə  üsul-

larını zonaya gətirmək. 

Dünya  təcrübəsinə  görə  XİZ  yalnız  istehlak  mallarının  müəyyən  əra-

ziyə  rüsumsuz  idxalını  deyil,  əsasən  ölkənin  müəyyən  ərazisində  iqtisa-

diyyatı qısa müddətdə inkişaf etdirə bilən istehsal sahələrinin yaradılmasına 

kömək edəcək idxalı özündə birləşdirmişdir.  

XİZ-in  yaradılması  və  fəaliyyəti  sahəsində  xarici  ölkələrin  təcrübə-

sinin  öyrənilməsi  və  ümumiləşdirilməsi  kontekstində  Azərbaycan  Respub-

likasında da müvafiq zonaların  yaradılması zəruriliyini  əsaslandırmaq olar. 

Bu əsaslandırma aşağıdakı mülahizələri əhatə edir: 

- XİZ-in təşkili inzibati nöqteyi-nəzərdən zəhmətli iş olduğundan on-

ların  istismarı  ilə  xüsusi  olaraq  hökumət  tərəfindən  yaradılmış  inzibati 

strukturlar, yaxud dövlət şirkətləri məşğul olmalıdırlar; 

- inkişaf etməkdə olan ölkələrin ixrac istehsal zonalarının yaradılması 

təcrübəsi,  həmin  ölkələrin  inkişafında  mühüm  rol  oynayır  və  bu  meyil 

respublikamız üçün də məqbul sayılır; 

-  XİZ-in  müvəffəqiyyəti  dövlətin  dəstəyindən  və  ən  yüksək  səviyyəli 

idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir; 

-  ölkənin daxili bazarını yüksək keyfiyyətli mallar, ilk növbədə idxalı 

ə

vəz edən mallarla zənginləşdirməkdə Xüsusi İqtisadi Zonaların yaradılması 



müvəffəq nəticələr verəcəkdir.  

Xüsusi İqtisadi Zonaların yaradılmasının zəruriliyini şərtləndirən amil-

lər sırasında onun hüdudlarından kənarda işçi qüvvəsinin tam məşğulluğunu 

təmin  etmək  funksiyası  da  dayanır.  Məşğulluq  problemi  bazar  iqtisadiy-

yatında  önəm  daşıyır.  C.M.Keyns  qeyd  edirdi  ki,  yaşadığımız  iqtisadi 

cəmiyyətin daha qabarıq qüsuru tam məşğulluğun təmin edilməsi, həmçinin 

sərvətlərin və gəlirlərin kortəbii, əsassız və ədalətsiz bölgüsü ilə xarakterik 


Бизнесин тяшкили вя идаря едилмяси 

450 


olan bacarıqsızlığındandır. Çox onilliklər keçməsinə baxmayaraq, bu reallıq 

müəyyən mülayimləşməyə məruz qalsa da, hələlik tam həllini tapmamışdır.  

XİZ yaradılmasının zəruriliyini şərtləndirən digər amil investisiyalarla 

bağlıdır.  Təsərrüfat  həyatının  mühüm  qaynaq  elementi  olan  investisiya 

sabaha  atılan  addım  kimi,  istehsalın  yüksəlişi  və  genişlənməsinə  yönələn 

şə

raitin təşkilində öz əksini tapır. Onun mahiyyətini əsas kapitalın  yeniləş-



məsi və təkrar istehsalı təşkil edir. 

Ekoloji  mühitini  sağlamlaşdırmaq,  xarici  bazarlara  çıxarıla  biləcək 

məhsul  istehsallarını  mənimsəmək,  müvafiq  ərazinin  xammalından,  ma-

terialından,  işçi  qüvvəsindən,  mövcud  istehsal  potensiallarından  daha  dol-

ğ

un  istifadə  etmək  XİZ  konsepsiyasının  mühüm  atributlarıdır.  Elmi  nailiy-



yətlərin  əsas  daşıyıcıları  kimi  də  məhz  XİZ-i  təmsil  edən  firmalar  çıxış 

edirlər. 

Apardığımız nəzəri və empirik araşdırmalar bir daha yəqinlik verir ki, 

XİZ-in  yaradılmasında  iqtisadi  zonada,  eləcə  də  onun  hüdudlarından  kə-

narda  işçi  qüvvəsinin  tam  məşğulluğunun  təmin  edilməsi,  ölkəyə  xarici 

investisiyanın cəlb edilməsi, xarici bazarlara çıxarıla biləcək məhsul istehsa-

lının mənimsənilməsi çox mühüm əhəmiyyət kəsb edir və başlıca fəaliyyət 

istiqamətini müəyyənləşdirir. XİZ-in  yaradılmasında biznes fəaliyyəti öndə 

gedir. Bu fəaliyyətdə isə müvafiq zonanın xammalından, materialından, işçi 

qüvvəsindən, mövcud istehsal potensiallarından daha dolğun istifadə etmək 

prinsipial xarakter daşıyır. Ofşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq, 

xarici  mütərəqqi  texnika  və  texnologiyalardan  səmərəli  istifadə  etmək  və 

eyni  zamanda,  qabaqcıl  idarəetmə  üsullarını  əks  etdirmək  XİZ-in  yara-

dılmasında biznes fəaliyyətinin məğzini təşkil edir. 

Məlum  olduğu  kimi  dünya  iqtisadiyyatında  iqtisadi  proseslərin  trans-

formasiya və qloballaşma elementləri ilbəil artmaqdadır. 

Ölkələrarası  inteqrasiya  proseslərində,  həmçinin  geri  qalmış  iqtisadi 

sahələrin  və  ərazilərin  sürətli  inkişafının  təmin  edilməsində  dünya  təc-

rübəsində  özünü  doğrultmuş  yeni  iqtisadi  instrument  kimi  Xüsusi  İqtisadi 

Zonaların rolu diqqətəlayiqdir.  

XİZ  –  iqtisadi  inkişafa  doğru  əsaslı  islahatlar  aparan  ölkələrin  milli 

iqtisadiyyatlarında  «açıq  qapı»  siyasətinin  güzgüsü  rolunu  oynamaqla  ya-

naşı,  həmin  ölkənin  dünya  təsərrüfat  sisteminə  keçidinin  sürətləndirilməsi, 

inteqrasiya proseslərində tərəqqinin əldə edilməsi, beynəlxalq əməkdaşlıqda 

layiqli  və  maraqları  üst-üstə  düşən  tərəfdaşların  seçilməsi,  ölkələrarası  ti-

carət-iqtisadi  əlaqələrin  gücləndirilməsi,  xarici  ticarət  dövriyyəsinin  artırıl-

ması  və  bu  məqsədlə  ixrac-istehsal  potensialının  üzə  çıxarılaraq,  rəqabət-

qabiliyyətli malların ixracının gerçəkləşdirilməsi kimi zəruri tədbirlərdə çox 

mühüm rol oynayır.  

 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

451 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin