AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə32/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
4 biznes


XX FƏSİL. MALİYYƏ PLANLAŞDIRILMASI 

 

20.1. Müəssisə maliyyəsinin mahiyyəti və funksiyaları 

 

“Maliyyə”  termini  ilk  dəfə  XV  əsrdə  İtaliyanın  ticarət  şəhərlərində 

meydana  gəlmişdi.  O  vaxtlar  artıq  əmtəə-pul  münasibətləri  və  dövlətçilik 

mövcud  idi.  Sonradan  bu  termin  beynəlxalq  miqyasda  yayıldı,  dövlət  pul 

vəsaitləri fondunun yaradılmasına dair əhali və dövlət arasında pul münasi-

bətlərinin qurulması ilə əlaqədar iqtisadi anlayış kimi işlədildi. Dövlətçiliyin 

inkişafı  prosesində  dövlət  və  bələdiyyə  hakimiyyəti  orqanlarının  pul  fond-

larının  yaradılması və xərclənməsinin müasir üsulları tədricən  əmələ  gəldi. 

Eyni  zamanda,  müxtəlif  mülkiyyət  və  təşkilati-hüquqi  formalı  təsərrüfat 

subyektlərinin maliyyəsi yaranmış və inkişaf etmişdi. Maliyyə resurslarının 

formalaşması müəssisə və şirkətlərin çoxşaxəli fəaliyyətinin zəruri elemen-

tinə çevrilmişdir. 

Milli iqtisadiyyatın dinamik və effektiv inkişafı maliyyə resurslarından 

məqsədyönlü və peşəkarcasına istifadə edilməsi əsasında mümkündür. Ma-

liyyə vəsaitlərindən düzgün və savadlı istifadə olunması iqtisadi artım tem-

pinin  sürətlənməsinə,  təsərrüfat  subyektlərinin  fəaliyyətinin  səmərəli  təşki-

linə, büdcə sisteminin balanslaşdırılmasına, əhalinin həyat səviyyəsinin yük-

səldilməsinə  və  sosial  mühafizəsinə,  inflyasiyanın  cilovlanmasına  və  ma-

liyyə sabitliyinin təmin edilməsinə imkan verir. 

Ölkənin  maliyyə  sistemi  əsas  və  təminedici  elementlərdən  ibarətdir. 

Ə

sas  elementlərə  dövlətin,  müəssisələrin  və  əhalinin  maliyyə  aktivləri;  tə-



minedici elementlərə isə banklar, birjalar, birjadankənar bazarlar və texniki 

kommunikasiyalar daxildir. 

Dövlət maliyyəsi ümumi dövlət və sosial tələbatların ödənilməsi məq-

sədilə dövlət orqanları tərəfindən idarə olunan pul fondlarının məcmusudur. 

Müəssisə  maliyyəsi  istehsal  proseslərinin  həyata  keçirilməsi  zamanı  baş 

verən pul axınları sistemidir. Əhalinin maliyyəsi əmək haqqından və xüsusi 

sahibkarlıq  fəaliyyətindən  əldə  edilən  şəxsi  pul  vəsaitlərindən  ibarətdir. 

Maliyyə  sisteminin  elementləri  bir-birilə  sıx  qarşılıqlı  əlaqədə  fəaliyyət 

göstərirlər (şəkil 20.1). 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

292 


 

Səmərəli maliyyə sistemi milli iqtisadiyyatın davamlı inkişafı üçün va-

cib  şərtdir.  Pul  vəsaitləri,  kapital  və  qiymətli  kağızlar  iqtisadiyyatın  “qan-

damar sistemi”ni təşkil edir.  

Maliyyənin ölkə iqtisadiyyatında rolu adətən iki istiqamətdə olur: ge-

niş  təkrar  istehsalın  maliyyə  təminatı  və  bütövlükdə  iqtisadiyyatın  inkişa-

fının maliyyə tənzimlənməsi. 

Geniş təkrar istehsalın maliyyə təminatı məhsulun (xidmətlərin) isteh-

salı  və  satışı,  istehsalın  genişləndirilməsi  və  texnoloji  silahlanması  üzrə 

xərclərin  ödənilməsi  üçün  pul  vəsaitlərinin  formalaşmasını  nəzərdə  tutur. 

İ

qtisadiyyatın müxtəlif sferalarında yaranan pul vəsaitləri fondu təkcə isteh-



salın inkişafını təmin etmir, həm də sosial məsələlərin həlli, əhalinin həyat 

səviyyəsinin yüksəldilməsi və insan kapitalının inkişafı üçün vəsait mənbəyi 

hesab  edilir.  Yığım  üçün  istifadə  olunan  fondların  artırılması  və  onların 

effektiv  investisiyalaşdırılması  iqtisadi  inkişafın  və  sosial  tərəqqinin  sürət-

ləndirilməsi üçün əsasdır. 

Xüsusi  mülkiyyətə  əsaslanan  bazar  iqtisadiyyatı  şəraitində  hər  bir 

təsərrüfat subyekti müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olur, öz tərəf-

daşlarını seçir və qarşılıqlı fəaliyyət formalarını müəyyənləşdirir. İstehsalın 

tarazlı inkişafına maliyyə tənzimlənməsi vasitəsilə nail olunur. Maliyyə tən-

zimlənməsinin  əsasını  bazar  iqtisadiyyatının  obyektiv  qanunları  və  rəqabət 

təşkil  edir.  Rəqabətli  inkişaf  əsasında  baş  verən  maliyyə  resurslarının  böl-

güsü və  yenidənbölgüsü cəmiyyətin tələbatının dəyişilməsinə uyğun olaraq 

istehsalın  təşkili  üçün  pul  vəsaitlərinin  ayrılmasına  imkan  verir,  tələb  və 

təklifi balanslaşdırır.  

 

Dövlət 


maliyyəsi 

 

Müəssisə 



maliyyəsi 

 

Ə



halinin  

maliyyəsi 

Şə

kil 20.1. Maliyyə sisteminin elementlərinin 

qarşılıqlı əlaqəsi 


Бизнесин тяшкили вя идаря едилмяси 

293 


Müəssisə maliyyəsi ölkənin maliyyə sisteminin ilkin halqasıdır, təsər-

rüfat  subyektlərinin  pul  gəlirləri  və  yığımlarının  formalaşması  və  bölgüsü, 

onların  maliyyə-bank  sistemi  qarşısında  öhdəliklərinin  yerinə  yetirilməsi, 

geniş təkrar istehsalın həyata keçirilməsi, sosial məsələlərin həlli və işçilərin 

maddi stimullaşdırılması üzrə xərclərin maliyyələşdirilməsi ilə əlaqədar pul 

münasibətlərinin məcmusudur. 

Müəssisə  maliyyəsi  dövlət  maliyyəsi  ilə  qarşılıqlı  əlaqədə  fəaliyyət 

göstərir,  maddi  istehsalda  ümumi  gəlirin  və  amortizasiyanın  formalaşması, 

bölgüsü  və  istifadəsi  ilə  əlaqədar  baş  verən  pul  münasibətlərini  ifadə  edir. 

Müəssisə maliyyəsi yeni dəyərin yaradılması prosesinə xidmət edir, istehsal 

və  qeyri-istehsal  istehlakının,  həmçinin  mübadilənin  gedişində  bölgü  pul 

münasibətlərini  həyata  keçirir.  Deməli,  müəssisə  maliyyəsi  bütün  maliyyə 

resurslarının  formalaşması,  bölgüsü  və  istifadəsi  prosesində  baş  verən  pul 

münasibətləri sistemini ifadə edir. 

Bazar iqtisadiyyatı şəraitində müəssisə öz fəaliyyətini həyata keçirmək 

üçün məqsədli pul vəsaitləri fondu yaradır. Bu fondun tərkibinə nizamnamə 

fondu, qeyri-material aktivləri, dövriyyə fondları, maliyyə ehtiyatları, əmək-

haqqı, yığım fondu, sosial inkişaf fondu, amortizasiya fondu daxildir. Məq-

sədli  pul  vəsaitləri  fondunun  fəaliyyəti  müəssisə  maliyyəsinin  məzmununu 

təcəssüm etdirən maliyyə münasibətlərinin bir hissəsini təşkil edir, maliyyə 

münasibətlərinin digər hissəsi isə  

pul fondları yaratmadan reallaşdırılır. 

Müəssisə birgə fəaliyyət üzrə malgöndərənlər, alıcılar və tərəfdaşlarla 

qarşılıqlı fəaliyyət göstərir; ittifaqlarda və assosiasiyalarda birgə iştirak edir, 

təsisçi  kimi  nizamnamə kapitalının  formalaşması  üçün  pay  qoyur;  banklar, 

büdcə və büdcədənkənar fondlar ilə bilavasitə münasibətdə olur. 

Maliyyə münasibətləri  yalnız pul əsasında müəssisənin xüsusi vəsait-

ləri  və  onun  gəlirlərinin  formalaşması,  istehsal  –  təsərrüfat  fəaliyyətinin 

maliyyələşdiril-məsi  mənbələrinin  cəlb  edilməsi,  fəaliyyət  nəticəsində  alı-

nan  gəlirlərin  bölgüsü  və  onlardan  müəssisənin  gələcək  inkişafı  üçün  isti-

fadə olunan zaman baş verir. 

Müəssisənin təsərrüfat fəaliyyətinin təşkili müvafiq maliyyə təminatı, 

yəni  ilkin  kapital  tələb  edir,  hansı  ki,  müəssisənin  təsisçilərinin  qoyduqları 

pay hesabına yaranır və nizamnamə kapitalı formasını alır. 

Müəssisə  yaradılan  zaman  nizamnamə  kapitalı  istehsal  təsərrüfat 

fəaliyyətinin normal həyata keçirilməsi üçün zəruri olan əsas fondların əldə 

edilməsinə  və  dövriyyə  vəsaitlərinin  formalaşmasına  yönəldilir,  lisenziya-

nın,  patentlərin,  “nou-hau”-nun  alınmasına  yatırılır,  hansıki,  istifadə  olun-

maları mühüm gəliryaradıcı amil hesab edilir.  

Beləliklə,  ilkin  kapital  istehsalı  investisiyalaşdırır,  hansı  ki,  prosesdə 

realizə edilən məhsulun qiymətini ifadə edən dəyər yaradır. Məhsul realizə 


Бизнесин тяшкили вя идаря едилмяси 

294 


ediləndən sonra pul  forması – istehsal olunmuş əmtəənin  realizasiyasından 

ə

ldə edilən gəlir forması alır və müəssisənin hesablaşma hesabına daxil olur. 



Mənfəət və amortizasiya ayırmaları əsas istehsal fondlarının və qeyri-

material  aktivlərinin  təkrar  istehsalını  təmin  edir.  Amortizasiya  ayırma-

larından fərqli olaraq, mənfəət tamamilə müəssisənin sərəncamında qalmır, 

onun  bir  hissəsi  vergi  şəklində  büdcəyə  daxil  olur  ki,  bu  yaranmış  xalis 

gəlirin bölgüsü üzrə müəssisə və dövlət arasında təzahür edən maliyyə mü-

nasibətlərinin əlavə sferasını müəyyənləşdirir. 

Müəssisənin  sərəncamında  qalan  mənfəət  tələbatın  maliyyələşdiril-

məsinin  çoxməqsədli  mənbəyidir,  onun  istifadəsinin  əsas  istiqamətini  isə 

yığım  və  istehlak  təşkil  edir.  Mənfəətin  yığıma  və  istehlaka  bölünməsinin 

optimal nisbəti müəssisənin inkişaf perspektivini müəyyənləşdirir. 

Amortizasiya  ayırmaları  və  mənfəətin  yığıma  gedən  hissəsi  müəssi-

sənin pul resurslarını təşkil edir, hansı ki, istehsalın texniki silahlanmasına, 

maliyyə  aktivlərinin  formalaşdırılmasına  istifadə  olunur.  Mənfəətin  digər 

hissəsi  müəssisənin  sosial  inkişafına  və  istehlaka  yönəldilir,  nəticədə 

müəssisə və şəxslər arasında maliyyə münasibətləri yaranır. 

Təsərrüfatçılığın müasir şəraitində müəssisədə amortizasiya ayırmala-

rının  və  mənfəətin  bölgüsü  və  istifadəsi  heç  də  həmişə  xüsusiləşmiş  pul 

fondlarının  yaradılması  ilə  müşahidə  olunmur.  Amortizasiya  fondu  əslində 

formalaşmır,  mənfəətin  xüsusi  təyinatlı  fonda  bölgüsü  haqqında  məsələnin 

həlli isə müəssisənin sərəncamında qalır, ancaq bu müəssisənin maliyyə re-

surslarından istifadəni əks etdirən bölgü proseslərinin mahiyyətini dəyişmir. 

Təsərrüfat  fəaliyyətinin  həyata  keçirilməsi  zamanı  baş  verən  maliyyə 

münasibətlərinin  obyektiv  xarakteri  onların  dövlət  tənzimlənməsini  istisna 

etmir. Bu müəssisələrdən tutulan vergilərə və müəssisənin sərəncamında qa-

lan  mənfəətin  miqdarına  təsir  edən,  amortizasiya  ayırmalarının  qaydasına, 

təsərrüfat  fəaliyyətinin  maliyyə  nəticələrinin  formalaşmasına  və  bəzi  ma-

liyyə ehtiyatlarının yaradılmasına aiddir. 

Müəssisənin  istehsal-təsərrüfat  fəaliyyətində  və  bütövlükdə  iqtisadiy-

yatda  maliyyənin  rolu  onun  yerinə  yetirdiyi  funksiyalar  vasitəsilə  təzahür 

edir.  Əksər  iqtisadçılar  hesab  edirlər  ki,  müəssisə  maliyyəsi  eynilə  dövlət 

maliyyəsinin funksiyalarını, yəni bölgü və nəzarət funksiyalarını yerinə ye-

tirirlər. 

Məlumdur ki, fəaliyyət sferasına  görə müəssisə  maliyyəsi dövlət ma-

liyyəsindən fərqlənir. Dövlət maliyyəsi öz funksiyasını əsasən dövlət büdcə-

sinin  formalaşması  və  xərclənməsi  prosesində  milli  gəlirin  bölgüsü  və  ye-

nidən bölgüsü mərhələsində həyata keçirir. Müəssisə maliyyəsi isə öz funk-

siyasını  əsasən  milli  gəlirin  yaranması  və  istifadəsi  mərhələsində  həyata 

keçirir. 

Məhsulun satışından və xidmətlərin göstərilməsindən müəssisənin əldə 

etdiyi  pul  gəlirləri  və  onların  istehsal  vasitələrinə  istifadəsi,  ümumi  gəlirin 



Бизнесин тяшкили вя идаря едилмяси 

295 


yaranması  vasitəsilə  bölgü  prosesi  baş  verir.  Gəlirin  müəyyən  hissəsi  büd-

cəyə və büdcədənkənar fondlara vergi şəklində daxil olur, digər hissəsi isə 

xalis  mənfəət  şəklində  müəssisənin  sərəncamında  qalır  ki,  bu  da  stimul-

laşdırma  fondunun  yaradılmasına,  səhmdarlara  dividentlərin  verilməsinə, 

istehsalın  genişləndirilməsi  və  inkişafına  çəkilən  xərclərin  maliyyələşdiril-

məsinə yönəldilir. Beləliklə, müəssisə maliyyəsinin bölgü funksiyası ictimai 

məhsulun və milli gəlirin bölgüsü və  yenidənbölgüsü prosesində öz fəaliy-

yətini həyata keçirir. 

Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  müəssisə maliyyəsi,  həmçi-

nin  milli  sərvətin  yenidən  bölgüsü  prosesində  (əmlakın  özəlləşdirilməsi, 

udulması və s.) iştirak edir. 

Müəssisə  maliyyəsinin  nəzarət  funksiyası  dedikdə  onun  maliyyə-

təsərrüfat  fəaliyyətinin  səmərəli  təşkili  məqsədilə  pul  vəsaitlərindən  daha 

düzgün  istifadəyə  nəzarət  etmək  qabiliyyəti  başa  düşülür.  Mənfəət,  renta-

bellik və digər iqtisadi səmərəlilik göstəricilərinin köməyilə müəssisə maliy-

yəsinin  idarə  olunması  vəziyyətinə  nəzarət  etmək  və  müəssisənin  fəaliy-

yətini lazımi istiqamətə yönəltmək mümkündür. 

Bəzi iqtisadçılar qeyd edirlər ki, müəssisə maliyyəsi bölgü və nəzarət 

funksiyalarından  əlavə  təkrar  istehsal,  təminedici  (resursyaradıcı)  funksi-

yaları  da  yerinə  yetirir.  Belə  ki,  müəssisə  maliyyə  resurslarından  səmərəli 

istifadə edərək təkrar istehsal prosesini həyata keçirir və daim inkişaf edir. 

Bu  müəssisənin  istehsal-təsərrüfat  fəaliyyətinin  mühüm  cəhətidir:  birincisi, 

ictimai  məhsulun  və  milli  gəlirin  bölgüsü  və  yenidənbölgüsü  üzrə  maliyyə 

funksiyası  çərçivəsində  təcəssüm  edir;  ikincisi,  müəssisənin  fəaliyyətinin 

müəyyən  mərhələsində  və  maliyyə  vəziyyətinin  pisləşdiyi  dövrdə  geniş 

təkrar istehsal baş verməyə bilər. 

Müəssisə maliyyəsinin təşkili aşağıdakı prinsiplər əsasında həyata ke-

çirilir: maliyyə fəaliyyəti sahəsində müstəqillik, özünümaliyyələşdirmə, ma-

liyyə  fəaliyyətinin  nəticəsinə  görə  məsuliyyət,  müəssisənin  maliyyə-təsər-

rüfat fəaliyyətinə nəzarət. 

Müəssisənin təsərrüfat fəaliyyəti onun maliyyə fəaliyyəti ilə bilavasitə 

ə

laqədardır.  Belə  ki,  hər  bir  müəssisə  biznes-planına  uyğun  olaraq  bütün 



xərclərini  özü  müstəqil maliyyələşdirir,  malik  olduğu  pul  vəsaitlərini  mən-

fəət almaq məqsədilə məhsul istehsalına yönəltməyə çalışır. 

Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə-təsərrüfat fəaliyyə-

tinin  səmərəli  təşkilində  özünümaliyyələşdirmə  prinsipinin  tətbiqi  olduqca 

vacibdir.  Bu  prinsip  məhsul  istehsalı,  müəssisənin  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi  və  məhsul  istehsalı  üzrə  bütün  xərclərin  tam  ödənil-

məsinə əsaslanır,  yəni hər bir müəssisə cari və kapital xərclərinin hamısını 

öz xüsusi vəsaitləri hesabına ödəməlidir. 

Müəssisənin  inkişafına  yönəldilən  maliyyə  resursları  aşağıdakı  mən-

bələr hesabına formalaşır: 



Бизнесин тяшкили вя идаря едилмяси 

296 


  amortizasiya ayırmaları; 

  bütün növ təsərrüfat və maliyyə fəaliyyətindən əldə edilən mənfəət; 



  iştirakçıların əlavə qoyduqları pay; 

  istiqraz vərəqələrinin buraxılışından alınan vəsait; 



  səhmlərin  buraxılması  və  yerləşdirilməsi  yolu  ilə  səfərbər  olunan 

vəsait; 

  bank kreditləri; 



  digər qanuni mənbələr. 

Xüsusi  mülkiyyətə  əsaslanan  müxtəlif  təşkilati-hüquqi  formalı  müəs-

sisələrin  mülkiyyətçiləri  maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrinin  yük-

sək olmasında maraqlıdırlar. Bu prinsipin reallaşması təkcə müəssisəyə ve-

rilən müstəqillikdən və istehsal xərclərinin öz xüsusi vəsaitləri hesabına ma-

liyyələşdirilməsindən deyil, həm də vergilər ödənildikdən sonra müəssisənin 

sərəncamında  qalan  xalis  mənfəətin  həcmindən  asılıdır.  Eyni  zamanda, 

məhsul  istehsalının  genişləndirilməsinə,  mənfəətin  artırılmasına  və  istehsal 

xərclərinin azaldılmasına imkan verə bilən əlverişli iqtisadi mühit formalaş-

dırmaq lazımdır. 

Maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrinə  görə  məsuliyyət  prinsipi 

müəssisə  zərərlə  işləyən  zaman,  kreditorlar  qarşısında  öz  öhdəliklərini 

yerinə  yetirmək  və  istehsalın  maliyyələşdirilməsini  təmin  etmək  imkanına 

malik  olmadığı  halda  reallaşdırılır.  Bu  məqsədlə  müəssisənin  maliyyə  və-

ziyyəti dərindən təhlil edilir, ödəməqabiliyyətinin itirilməsinin və kreditorlar 

qarşısında öhdəliklərin yerinə yetirilməməsinin səbəbləri aşkara çıxarılır. 

Müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinə  nəzarətin  təşkili  pul  mü-

nasibətləri  kimi  maliyyənin  mahiyyətindən  irəli  gələn  obyektiv  zərurətdir. 

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti pul vəsaitlərinin formalaşması və 

istifadəsi ilə əlaqədardır. Ona görə də müəssisənin maliyyə-təsərrüfat fəaliy-

yəti  dövlətin,  müəssisədə  çalışan  işçilərin,  səhmdarların  və  kontragentlərin 

maraqlarına uyğun təşkil edilməlidir. 

Azərbaycan  Respublikasında   bazar   münasibətlərinin   inkişafı   bü-

tövlükdə maliyyənin, xüsusilə müəssisə maliyyəsinin iqtisadi inkişafda rolu-

nu və əhəmiyyətini artırmışdır. Müəssisənin maliyyə vəziyyətinin kəmiyyət 

və  keyfiyyət  parametrləri  onun  bazarda  yerini,  mövqeyini  və  normal  fəa-

liyyət  göstərməsi  qabiliyyətini  müəyyənləşdirir.  Bütün  bunlar  milli  iqtisa-

diyyatın idarə olunması prosesində maliyyə menecmentinin rolunun artırıl-

masını zəruriyyətə çevirmişdir. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələ-

rində müəssisələrin maliyyə vəziyyəti ağır olaraq qalmaqdadır. Hazırda sə-

naye  müəssisələrinin  7,1  faizi,  kənd  təsərrüfatı  müəssisələrinin  1,9  faizi, 

tikinti-quraşdırma  təşkilatlarının  2,6  faizi,  ticarət  firmalarının  7,5  faizi  zə-

rərlə  işləyir.  Bir  çox  müəssisələrin  inkişaf  strategiyası  və  maliyyə  siyasəti, 


Бизнесин тяшкили вя идаря едилмяси 

297 


demək  olar  ki,  yoxdur.  Bir  çox  sənaye  müəssisələrində  texnoloji  avadan-

lıqlar  köhnəlib,  beynəlxalq  standartlara  cavab  vermir  ki,  bu  da  yerli  müəs-

sisələrin  rəqabətqabiliyyətini  aşağı  salır.  Halbuki  Azərbaycanda  genişmiq-

yaslı iqtisadi islahatlar, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi həyata 

keçirilmiş, çoxlu sayda səhmdar cəmiyyətləri və şirkətlər yaradılmışdır. Bu 

növ  sahibkarlıq  subyektlərinin  digər  təşkilati-hüquqi  formalı  müəssisələrlə 

müqayisədə böyük özünümaliyyələşdirmə imkanları vardır.  

Sivil  bazar  iqtisadiyyatı  şəraitinin  formalaşması  təsərrüfat  subyekt-

lərinin: müəssisə, firma və şirkətlərin maliyyəsinin idarəetmə mexanizminin 

daim təkmilləşdirilməsini, maliyyənin idarə olunmasının  yeni, daha müasir 

metodlarının  işlənib  hazırlanmasını  zəruri  edir.  Təkmilləşdirmə  üzrə  görü-

ləcək  tədbirlər  təsərrüfat  subyektlərinin  maliyyə  dayanaqlığına  və  maliyyə 

aktivliyinə,  milli  iqtisadiyyatın  davamlı  inkişafı  üçün  əlverişli  biznes  mü-

hitinin yaradılmasına yönəldilməlidir. 



 

20.2. Maliyyə planlaşdırılmasının mahiyyəti və vəzifələri 

 

Maliyyə planlaşdırılması müəssisənin maliyyə məqsədinə nail olmağın 

yollarını və üsullarını, maliyyə vəsaitlərinə tələbatı müəyyənləşdirir. Müəs-

sisənin  maliyyə  planlaşdırılmasının  məqsədi  maliyyə  xarakterli  qərarların 

qəbulunun  seçilmiş  meyarlarından  asılıdır.  Bu  meyarlara  aşağıdakıları  aid 

etmək olar: 

 

satışın maksimumlaşdırılması; 



 

mənfəətin maksimumlaşdırılması;  



 

ş



irkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması. 

Müəssisənin bazar aktivliyinin mühüm hissəsini ilk iki meyar (satışın 

və mənfəətin maksimumlaşdırılması) təşkil edir. 

Maliyyə planlaşdırılmasının əsas vəzifələri aşağıdakılardan ibarətdir: 

 

qarşıya  qoyulan  məqsədlərin  razılaşdırılmasının  və  onların  hə-



yata keçirilməsi imkanlarının yoxlanılması; 

 



müəssisənin müxtəlif bölmələrinin qarşılıqlı hərəkətlərinin təmin 

edilməsi; 

 

müəssisənin  inkişafının  müxtəlif  variantlarının  və  uyğun  olaraq 



investisiyanın həcminin və onların maliyyələşdirilməsi üsullarının təhlili; 

 



xoşagəlməz  hadisələrin  baş  verdiyi  halda  tədbirlər  və  davranış 

proqramının müəyyənləşdirilməsi; 

 

müəssisənin maliyyə vəziyyətinə nəzarətin gücləndirilməsi. 



Maliyyə  planlaşdırılması  bir  tərəfdən  səhv  hərəkətin  qarşısını  alır, 

digər tərəfdən isə istifadə olunmayan imkanların sayını azaldır. 



Бизнесин тяшкили вя идаря едилмяси 

298 


Planlaşdırma  bazarda  stabil  vəziyyətə  və  möhkəm  maliyyə  dayanıq-

lığına müəssisənin nail olmasını təmin edən maliyyə strategiyasının işlənib 

hazırlanmasının mümkün alternativlərinə baxmağa imkan verir. 

Maliyyə  planlaşdırılması  plan  tapşırıqlarının  hazırlanması  və  yerinə 

yetirilməsinin  subyektiv  prosesi  kimi  obyektiv  şəraitə,  iqtisadi  qanunların 

fəaliyyətini və qanunauyğunluqları nəzərə almağa əsaslanır. Eyni zamanda, 

maliyyə  planlaşdırılmasının  elmi  səviyyəsindən,  onun  düzgün  təşkilindən, 

mütərəqqi  növlərin  və  metodların  tətbiqindən  bütün  resursların  səmərəli 

istifadəsi və bütövlükdə müəssisənin uğurları daha çox asılıdır. 

Maliyyə planlaşdırılması dörd mərhələdə aparılır: 

1.  Müəssisənin  malik  olduğu  investisiya  və  maliyyələşdirmə  imkan-

ları təhlil edilir. 

2.  Cari  və  gələcək  qərarlar  arasında  əlaqəni  başa  düşmək  və göz-

lənilməz  hadisələrdən  qaçmaq  məqsədilə  cari  qərarların  nəticələri  proq-

nozlaşdırılır. 

3.  Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır. 

4.  Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəs-

sisənin nail olacağı nəticələr qiymətləndirilir. 

Dördmərhələli planlaşdırma prosesi qərarların qəbulunu və tədbirlərin 

həyata keçirilməsini nəzərdə tutur, hansı ki, planlaşdırmanın hər bir mərhə-

ləsində müəssisənin  gələcək fəaliyyətinə təsir  göstərir. Planlaşdırma  fasilə-

siz xarakter daşımalıdır, çünki heç kəs gələcəyi dəqiq görmək qabiliyyətinə 

malik deyil. Maliyyə planlaşdırmasının hər bir mərhələsində yeni daxil olan 

informasiyaları  daim  nəzərə  almaq  lazımdır.  Daim  dəyişən  xarici  mühit 

maliyyə planına fasiləsiz baxmağı tələb edir. 

Müəssisənin  inkişafı  son  nəticədə  onun  maliyyə  vəziyyətinin  yaxşı-

laşdırılmasına və gəlirin artırılmasına yönəldilir. Maliyyə işinin təşkili xarici 

təşkilatlarla:  banklar,  sığorta  təşkilatları,  büdcə  və  digər  müəssisələr  ilə 

qarşılıqlı  əlaqə  əsasında  qurulur.  Müəssisənin  dayanaqlı  maliyyə  vəziyyəti 

bütün  istehsal-təsərrüfat  fəaliyyəti  prosesində  formalaşır,  onun  aktivləri  və 

passivlərinin  miqdarından,  əsas  və  dövriyyə  fondlarının,  xüsusi  və  borc 

vəsaitlərinin həcmindən, kreditor və debitor borclarından, vergi sistemindən 

və siyasi durumdan asılıdır. 

Müəssisənin  inkişaf  prosesində  satışın  həcminin,  məhsulun  keyfiyyə-

tinin  və  bazar  konyukturunun  dəyişilməsinin  təsiri  altında  maliyyə  vəsait-

lərinin strukturu və onların mənbələri dəyişilir. Bu dəyişikliklərin dinamika-

sını maliyyə, balansının şaquli və üfüqi təhlilinin köməyilə müşahidə etmək 

olar. 


Hesabat sənədlərinin, onların əsas göstəricilərinin təhlili müəyyən za-

man kəsiyində vəsaitləri və öhdəlikləri əks etdirir. Vaxt keçdikcə bu və ya 

digər  qrup  göstəricilərdə  dəyişikliklər  baş  verir.  Bu  göstəricilərin  dəyişil-

məsi mühasibat hesabatının üç əsas sənədində əks etdirilir: “Balans” (forma 



Бизнесин тяшкили вя идаря едилмяси 

299 


1),  “Mənfəət  və  zərərlər  haqda  hesabat”  (forma  2),  “Pul  vəsaitlərinin  hə-

rəkəti  haqda  hesabat”  (forma  3).  Bu  formalar  həm  biznesin  faktiki  və-

ziyyətini,  həm  də  gələcəkdə  müəssisənin  nəzərdə  tutulan  vəziyyətini  əks 

etdirə bilər. Belə halda təqdim olunan formalar layihə adlanır. 

Balans hesabatı müəssisənin aktiv və passivlərini əyani şəkildə əks et-

dirmək məqsədilə tərtib olunur. İllik maliyyə planının gəlir hissəsində plan-

laşdırılan  mənfəət,  ayırmalar  və  sıradan  çıxmış  əmlakın  satışından  alınan 

gəlir, xərc hissəsində isə vergi ödəmələri, kreditə görə faiz ödəmələri, sığor-

taya  ayırmalar,  yığıma,  istehlaka  və  ehtiyat  fonduna  xalis  mənfəətdən 

istifadənin həcmi göstərilir. 

Maliyyə  planında  bütün  maddələr  və  bölmələr  qarşılıqlı  əlaqəlidir. 

Məsələn, tam bərpaya əsas fondların amortizasiyası yalnız real investisiya-

nın maliyyələşdirilməsinə, dayanaqlı passivlərin artımı dövriyə vəsaitlərinin 

artırılmasına yönəldilir. Aşağıdakı nisbətə riayət olunmalıdır: 

 

Gəlirlər və daxilolmalar (I bölmə) + büdcədən ayırmalar =  



= məsrəflər + ayırmalar (II bölmə) + büdcəyə ödəmələr 

 

Maliyyə  planının  bütün  bölmələrini  iqtisadi  məzmununa  görə  yeddi 



qrupa ayırmaq olar: 

1.  əsas fəaliyyət; 

2.  əsas fondların təkrar istehsalı; 

3.  əmək kollektivinin sosial inkişafı; 

4.  büdcə sistemi ilə qarşılıqlı əlaqənin əks etdirilməsi; 

5.  kredit təşkilatları ilə qarşılıqlı əlaqənin əks etdirilməsi; 

6.  yuxarı təşkilatla qarşılıqlı əlaqənin əks etdirilməsi; 

7.  sair. 

Maliyyə  planının  tərtib  olunmasının  düzgünlüyünü  yoxlamaq  üçün 

yoxlayıcı (şahmat) cədvəl hazırlanır ki, bu da maliyyə  resurslarından məq-

sədli istifadəni aşkara çıxarmağa, maddələr üzrə gəlirləri və xərcləri balans-

laşdırmağa, pul vəsaitlərinin formalaşdırılması ehtiyatlarını müəyyənləşdir-

məyə imkan verir. Yoxlayıcı cədvəl iki qarşılıqlı əlaqəli hissədən ibarətdir: 

üfüqi hissədə vəsaitlərin istiqaməti və şaquli hissədə onların ödənilmə mən-

bələri göstərilir. 

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin