29.4. Səhmdar cəmiyyətinin idarəetmə sistemi
Dövlət müəssisələrinin əlverişli üsullarla idarəetməyə verilməsi
təcrübəsi tətbiq edilmiş və uğurlu nəticələr əldə olunmuşdur. 2000-ci ildən
etibarən emal sənayesinə aid olan bir çox müəssisələr birləşdirilərək onların
bazasında daha iri açıq tipli səhmdar cəmiyyətləri yaradılmışdır. Onların
yaradılmasında əsas məqsəd qeyd olunan müəssisələrin istehsal-texnoloji
xüsusiyyətlərindən və potensial resurslarından istifadə edərək daha səmərəli
fəaliyyət göstərən istehsal strukturunu təşkil etmək olmuşdur. Yaradılmış bu
böyük səhmdar cəmiyyətlərini əlverişli şərtlərlə uzunmüddətli idarəetməyə
verməklə xarici kapitalı cəlb etmək, texnologiyanın və avadanlıqların müa-
sirləşdirilməsi, dünya satış bazarlarına çıxış imkanlarının reallaşdırılması,
müəssisələrin istehsal fəaliyyətini bərpa edərək insanların işlə təminatını
yaxşılaşdırmaq, sosial-iqtisadi sabitliyin əldə edilməsi kimi vacib vəzifələr
qarşıya qoyulmuşdu. Bu səhmdar cəmiyyətlərinin idarəetməyə dair mü-
qaviləsi təsdiq edildikdən sonra müəssisənin yenidən qurulması, istehsal
fəaliyyətinin canlandırılması, yeni iş yerlərinin açılması, işçilərə keçmişdən
yığılıb qalmış əmək haqqı borclarının və sosial ödənişlərin aparılması və
böyük həcmdə investisiyalar qoyulması nəticəsində müəssisələrin istehsal
gücü tədricən bərpa edilmiş, istehsal sahələri və texnologiya müasir stan-
dartlara uyğun yenidən qurulmuş, məhsul istehsalı bərpa edilmiş və dünya
bazarlarına satışa çıxarılmışdır.
Tədqiqatlar göstərir ki, müsabiqə yolu ilə özəlləşdirilmiş keçmiş
dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş
yaranmış, müəssisələrin istehsal ahəngi bərpa edilmiş, zəruri investisiyalar
cəlb olunmuş və rəqabətqabiliyyətli istehsal-texniki və istehlak təyinatlı bir
sıra məhsulların respublikamızda istehsalına nail olunmuşdur. Eyni
zamanda, həmin müəssisələrdə çalışmış minlərlə insanlar iş yerlərinə qa-
yıtmış və yeni iş yerləri açılmışdır. Respublika iqtisadiyyatında əhəmiyyətli
nəticələr əldə etmiş «Baku Stel Company», «Bakı Mayesiz Transfor-
matorlar», «Siyəzən Broyler», «Goradil Quşçuluq», «Sabunçu Azot
Oksigen», «Qaradağ Sement», «Bakı Elektroştamp», «Bakı Şampan
Şə
rabları», «Gəncə Şərab-2» və digər müəssisələri məhz belələrindən hesab
etmək olar.
Geniş miqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi pro-
sesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivlərinin üzvləri
və digər vətəndaşlar işlədikləri müəssisələrin, habelə maraq doğuran başqa
müəssisələrin mülkiyyətçilərinə və ya səhmdarlarına (payçılarına) çev-
rilmişlər.
Бизнесин тяшкили вя идаря едилмяси
441
Səhmdar cəmiyyətlərin idarəetmə sisteminin təkmilləşdirilməsində xü-
susi heyətin (muzdlu işçilərin) bu tip müəssisələrin idarə olunmasına cəlb
edilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda səhmdar cəmiyyətlərin idarə
edilməsində xüsusi heyətin (muzdlu işçilərin) iştirakını nəzərdə tutan daha
səmərəli modellər Qərbi Avropa ölkələrində daha geniş yayılmışdır. Bu
modellərə uyğun şəkildə idarəetmə sistemi tətbiq olunmuş səhmdar
cəmiyyətlər bir tərəfdən iş verən və iş alanlarının nizamlı müştərək əlaqələrə
cəlb edilməsini və sosial qarşıdurmanın aşağı salınmasını, digər tərəfdən
mülkiyyətçilər (səhmdarlar), menecerlər, muzdlu işçilər arasında səla-
hiyyətlərin səmərəli bölgüsünü iqtisadi hakimiyyətin bir əldə
təmərküzləşməsinə və ya parçalanmasına yol verməməklə təmin edirlər.
Səhmdar cəmiyyətlərin idarə edilməsində muzdlu işçilərin əməli
iştirakı bilavasitə onların müşahidə şurasında hüquqi iştirakı vasitəsilə real-
laşdırılır. Bu orqan əməyin və kapitalın maraqlarını təmsil etməklə müəs-
sisələrin ümdə təşkilati vəzifəsini həyata keçirir.
Səhmdarların ümumi yığıncağının aparılması işində muzdlu işçilərdən
ibarət xüsusi heyətin iştirak etməsi prinsipi fəaliyyət göstərmir. İdarə
heyətinin işində iştirak etmələrinə gəldikdə isə müşahidə şurası idarə
heyətinin tam hüquqlu üzvü olduğuna görə onun əmək üzrə direktorunu bu
vəzifəyə təyin etməsi təcrübəsi geniş yayılmışdır. Əmək üzrə direktor
idarəetmədə muzdlu işçilərin maraqlarının qoruyucusu kimi çıxış edir. Onun
səlahiyyətlərinə müəyyən dərəcədə kadr və sosial məsələlər daxildir.
Bəzi inkişaf etmiş dünya ölkələrinin təcrübəsində səhmdarların ümumi
yığıncağında direktorlar şurasının seçilməsi nəzərdə tutulur ki, bu da səhm
sahiblərinin nöqteyi-nəzərindən olduqca cəlbedicidir. Direktorlar isə korpo-
rasiyaların ali rəhbərlərini seçir (prezidenti və ya baş vəzifəli şəxsi) ki, o da
yalnız direktorlar şurasına tabe olur. Sonra baş vəzifəli şəxs menecerləri
digər idarəetmə vəzifələrinə təyin edir. Adətən direktorlar şurasının rolu
nəzarətedici idarəetmə funksiyasının və uzunmüddətli planlaşdırmanın hə-
yata keçirilməsi ilə məhdudlaşır. Şura ancaq böhranlar dövründə bilavasitə
biznes əməliyyatlarında iştirak edir.
Korporasiyanın direktorlar şurası hər il səhmdarlar tərəfindən seçilir,
onların hər biri belə seçkilərdə özlərinin səhmlərinə uyğun səslərə malik
olurlar. Səhmdarlar azlıq böyük çoxluğa tabe olmadıqda məhkəmə təcrü-
bəsinə uyğun surətdə şurada öz nümayəndələrini tələb etmək hüququna ma-
likdirlər. Çox vaxt belə azlıq rolunda bir-birilə rəqabət aparan sahibkarların
nümayəndələri çıxış edir və onlar korporasiya üzərində nəzarəti öz əllərinə
almağa çalışırlar.
Beynəlxalq təcrübədən aydın olduğu kimi direktorlar şurası şirkətin
müdiriyyətinə nizamlayıcı təsir göstərir. Çünki baş rəis (idarə edən) və
müdiriyyətin başqa rəhbərləri bilirlər ki, onlar dövri olaraq Şura qarşısına
Бизнесин тяшкили вя идаря едилмяси
442
çıxmalı, öz təklifləri, planları və məqsədləri barədə informasiyalar verməli
və lazım gələn hərəkətləri tövsiyə etməlidir.
Ş
ura maliyyə dairəsində müdiriyyətin müəyyən edilmiş hüdudlardan
artıq kapital vəsaitlərinin sərf edilməsi haqqında iri məbləğli istiqrazların
verilməsi, hədiyyələr, əhəmiyyətli ödənişlər, əmlak icarəsi üçün böyük
məbləğlərdə xərclər çəkilməsi barədə müdiriyyətin xahişlərini nəzərdən
keçirməlidir. O, maliyyə və təftiş komitələrinin hesabatlarını nəzərdən
keçirməli və təsdiq etməlidir ki, birlik və korporasiyaların maliyyə vəziyyəti
haqqında nəticələr çıxarsın. Eyni zamanda, o, dövri yoxlamalar və təftişlər
keçirməlidir. Şura müdiriyyətin müəssisə və firmalar üçün xarici müfət-
tişlərin seçilməsi və konkret müfəttişin namizədliyi barədə təkliflərini
nəzərdən keçirməli və bu məsələnin təsdiqi üçün hər il üçün səhmdarların
ümumi yığıncağının keçirilməsi haqqında qərar qəbul etməlidir.
29.5. Səhmdar cəmiyyətlərinin emissiya-dividend siyasəti
Bazar iqtisadiyyatı şəraitində səhm bazarının subyektlərinin eyni
hüquqlara malik olması çox vacibdir. Burada hər hansı bir sahibkara
başqalarına nisbətən üstünlük verilməsinin qadağan olunması, inhisarçılığın
qarşısının alınması və investorların hüquqlarının qorunması nəzərdə tutulur.
Səhmlərin buraxılışı iqtisadiyyatdakı pul kütləsini tənzimləmək məq-
sədi ilə həyata keçirildiyinə görə hər iki proses (səhm və pul buraxılışları)
dövlətin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tənzimləndiyinə görə
ziddiyyətlər yaranmır.
Səhmdar cəmiyyətin nizamnaməsində buraxılacaq səhmlərin kateqori-
yası, növü, nominal dəyəri, təsisçi və ya təsisçilər tərəfindən alınan
səhmlərin miqdarı göstərilməlidir.
Səhm bazarında əsas investor öz vəsaiti ilə səhm alır və bununla da
müəyyən risk edir. Səhm buraxılışının dövlət tənzimlənməsini həyata ke-
çirən orqan investorların mənafelərini qorumaq üçün üç istiqamətdə
fəaliyyət göstərir:
- səhmləri buraxanların və onları satanların qeydiyyatını aparır, onların
«kimliyini müəyyən edir» və peşəkar iştirakçılara lisenziya verir;
- səhmlərin buraxılışı haqqında tam, aydın və dəqiq məlumatların
mətbuatda dərc olunmasını təmin edir;
- səhm buraxılışı üzrə qanunvericiliyin pozulması hallarına nəzarət
edir və bu hallara qarşı mübarizə aparır.
Qiymətli kağızı buraxan emitentin idarə edilməsində əsas rol oynayır.
Səhmlərin buraxılışını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı xarici
ölkələrin hüquqi və fiziki şəxslərin Azərbaycanın səhm buraxılışında işti-
rakını tənzimləyir.
Бизнесин тяшкили вя идаря едилмяси
443
Səhmlərin emissiyası pulun emissiyasından tamamilə fərqlənir. Səhm-
lərdən fərqli olaraq pulun emissiyası yalnız dövlətə məxsusdur. Səhm isə
dövlətlə yanaşı müəssisə və təşkilat, icra hakimiyyəti və bələdiyyə orqanları
tərəfindən buraxa bilər.
Səhmdar cəmiyyətin emissiya siyasəti səhmdar kapitalın strukturunun
idarə edilməsi üzrə fəaliyyət proqramının və ya planının müəyyən edilmə-
sindən ibarətdir. Bu, təkcə bir konkret emissiyanın həyata keçirilməsi planı
deyil, həm də cəmiyyətin aktivlərini çoxaltmaq hesabına nizamnamə kapita-
lını artırmağın uzunmüddətli planı, eləcə də səhmdar kapitalın strukturunun
dəyişdirilməsi konsepsiyası və ya sadalanan planların məcmuu ola bilər.
Məsələn, emissiya siyasəti ola bilsin ki, səhmdar kapitalın xırda səhm-
darların çoxluğu arasında «səpələnməsinə» və yaxud da əksinə, səhmlərin
bir neçə azsaylı səhmdarların əlində cəmlənməsinə yönəldilə bilər.
Emissiya siyasəti açıq tipli səhmdar cəmiyyəti üçün xüsusilə aktualdır.
Emissiya siyasətinin elementləri aşağıdakılardan ibarətdir:
- müstəqil fəaliyyət kimi səhmin bilavasitə emissiyası;
- səhmdar kapitalın strukturunun dəyişdirilməsi üzrə konkret nəticənin
ə
ldə olunmasına yönəldilmiş emissiyanın məcmuu;
- təşkilati-texnoloji qərarlar, məsələn, qiymətli kağızların yerləşdiril-
məsi haqqında qərarların təsdiqi üzrə səlahiyyətlərin direktorlar şurasında
bölüşdürülməsi;
- yerləşdirilən qiymətli kağızların ödənilməsi üsulu və müddətləri;
- dividend siyasəti;
- müxtəlif məqsədlər üçün xüsusi səhmlərin alınması.
Səhmdar cəmiyyətin göstərilən fəaliyyət sektorunda işinin plan və
perspektivləri emissiya siyasətinin ideologiyasında və ya emissiya siyasə-
tinin konsepsiyasında ifadə olunur. Məsələn, SC işçilər arasında yerləş-
dirmək üçün daim xüsusi səhmlər alır. Bir neçə alqılar nəticəsində, nəinki
səhmdar kapitalın strukturu əhəmiyyətli dərəcədə dəyişilə bilər, həm də işçi-
mülkiyyətçilərin hansısa bir yeni birliyi formalaşa bilər. Bu isə təşkilatın
maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrində pozitiv halların yaranmasına
gətirib çıxarar. Başqa bir misal da mümkündür. Səhmdar cəmiyyəti mən-
fəətin bir hissəsini daim səhmdarlar arasında yerləşdirilən səhmlərin əlavə
emissiyasına yönəldir. Nəticədə hər bir səhmdar vergilər ödəmədən öz
kapitalını artırır və o, (SC) daha çox əmlakın mülkiyyətçisinə çevrilir.
Ə
gər SC-nin emissiya siyasətinin ideologiyası xüsusi vəsaitlərin
maksimum sürətlə genişləndirilməsinə yönəldilmişdirsə, onda səhmlərin
ödənilməsinin əsas üsulu əmlak deyil, pul vəsaitləri olmalıdır, çünki o, pula
nisbətən daha az likvidliyə malikdir. Həm də nəzərə almaq lazımdır ki,
ödəniş müddətləri maksimum qısa olmalıdır.
Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödə-
nişlər ödənildikdən sonra yaranır və cəmiyyətin nizamnaməsi ilə müəyyən
Бизнесин тяшкили вя идаря едилмяси
444
edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin
maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarların ümumi
yığıncağının qərarı ilə qəbul edilir.
Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq
dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər
ödəyə bilər. Dividendlərin ödənilməsi barədə öhdəliklər onların ödənilməsi
haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.
Qanunvericiliyə görə adi səhm üzrə dividend səhmdar cəmiyyətinin
xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər
şə
klində bölüşdürülmüş hissəsidir. İmtiyazlı səhm üzrə dividend səhmdar
cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı
səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi
şə
klində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün
səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.
Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin
məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şura-
sının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırıldıqda cəmiy-
yətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.
Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividiendlərin hesablanmasını (bölüş-
dürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesab-
lanmasından (bölüşdürülməsindən) sonra həyata keçirilir. Dividendlərin
hesablanmasında (bölüşdürülməsində) ilk növbəlilik hüququnu verən im-
tiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən
ə
vvəl bölüşdürülür.
Onu da qeyd etmək lazımdır ki, dividendlər hesablanarkən səhmlərin
hər bir növü və nominal üzrə hər səhminə düşən məbləğ eyni olmalıdır.
Ə
gər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə
kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində
az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz.
Səhmdar cəmiyyətin dividend siyasəti səhmdarların dividend alması
sahəsində əmlak iddialarının ödənilməsinə rəğmən cəmiyyətin mövqeyini
ə
ks etdirən fəaliyyət proqramıdır, cəmiyyətin maraqları və səhmdarların
ə
mlak maraqları arasında müəyyən balansın işlənib hazırlanmasıdır. SC-nin
dividend siyasətinə həm də direktorlar şurasının, idarə heyətinin (direk-
torun) dividendlərin ödənilməsi, səhmdar kapitalın strukturu (adi və imti-
yazlı səhmlərin nisbəti), emissiya siyasəti, törəmə bazarda səhmin döv-
riyyəsi və onların bazar dəyəri üzərində nəzarət üzrə mövqeyi daxildir.
Dividend siyasətinin və kapitalın strukturunun seçilməsi şirkətin ən
mühüm maliyyə qərarları sayılır. Dividend siyasəti sərmayə qoyuluşunun və
kreditləşdirmənin həcmi verildiyi hallar üçün müəyyən edilir. Dividend
siyasəti dedikdə, dividendin ölçüsünün, dividend ödəmələrinin (xalis
mənfəət və ya yeni səhmlərin buraxılışı və onların yeni səhmdarlara satışı)
Бизнесин тяшкили вя идаря едилмяси
445
maliyyələşmə mənbələrinin, habelə dividendlərin ödəmə formalarının (pul
və ya səhmlərlə) seçilməsi başa düşülməlidir.
Dividend modellərini iki qrupa ayırmaq olar: dividend siyasətinin
özünün modelləşdirilməsi (o, hansı amillərdən asılıdır) və dividend siyasə-
tinin şirkətin dəyərinə təsirinin modelləşdirilməsi. Birinci kateqoriyaya
Lintner modeli, ikinciyə isə Qordrn, Miller-Modilyani və Miller Roka mo-
delləri aiddir.
C.Lintnerə görə korporasiyada məqsədli dividend səviyyəsi mövcud-
dur. Onun fikrincə, bu aşağıdakı amillərdən asılıdır:
- cari mənfəət;
- sahənin perspektivləri və gözlənilən mənfəət;
- investisiya proqramı və onun üçün vəsaitlərə tələbat;
- dövriyyə kapitalına tələbat;
- şirkətin səhmdarları üçün səhmin qiymətinin stabillik kəmiyyətinin
menecerlər tərəfindən subyektiv qiymətləndirilməsi (müvafiq olaraq stabil-
liyə görə səhmin qiymətinə bazar əlavəsi);
- şirkətin maliyyə gücü, kapital bazarlarına daxil olmağın müm-
künlüyü;
- borc vəsaitlərinin və yeni səhm buraxılışının istifadəsi üzrə şirkətin
siyasəti.
Səhmin gəlirliliyi investorlar tərəfindən alınan dividendlərdən və alqı-
satqı qiymətləri arasındakı məzənnə fərqindən yaranır. Əgər dividendlər
güclü olaraq tərəddüd edirlərsə, onda məcmu gəlirliliyin dəyişməz qalması
üçün məzənnə fərqi də dəyişməlidir. Beləliklə, dividendlər azaldılarkən
investorlar səhmlərin alış qiymətinin aşağı salınması hesabına məzənnə gəli-
rinin artırılmasını tələb edəcəklər. Bu isə cari kotirovkaların aşağı düş-
məsinə gətirib çıxaracaqdır.
Dividendlərin artırılması halında isə əksinə. Nəticədə dəyişkən divi-
dendlərlə səhmin qiyməti dəyişməz dividendlərlə səhmin qiymətinə nisbətən
daha çox tərəddüd edəcəkdir. Riski sevməyən investorlar qiymətləri daha az
tərəddüd edən səhmlərə üstünlük verir və onlara görə daha yüksək qiymət
ödəməyə hazırdırlar.
Azərbaycanda səhmdar cəmiyyətlərin dividend siyasətinin qurul-
masının ən geniş yayılmış üsulu «qalıq prinsipi» sayılır. Bu prinsip üzrə
ödəmə cəmiyyətin sosial və investisiya proqramlarının maliyyələşdirilməsi
təmin edildikdən sonra həyata keçirilir.
Qiymətli kağızlar bazarı inkişaf etmiş qərb ölkələrində dividend kimi
illik mənfəətin daimi faizinin bölgüsü prinsipindən, inflyasiya ilə əlaqədar
adi səhmlərin üzərinə sabit və ya bir qədər artan gəlirin hesablanması
metodundan istifadə olunur.
Azərbaycanın səhmdar cəmiyyətləri dividend siyasətinə çox az diqqət
verirlər. Onların fəaliyyətində belə bir sadə qaydaya riayət etmək əsas
Бизнесин тяшкили вя идаря едилмяси
446
götürülür: minimum dividend ödəmək və ya onları ümumiyyətlə heç
ödəməmək.
Normal şəraitlərdə dividendlərin aşağı salınması şirkətlərin bazar
mövqelərini sarsıdır, səhmdarlarda, kreditor və investorlarda onun nüfuzunu
gözdən salır. Xarici şirkətlərin çoxu mütləq kəmiyyətcə sabit dividendlər
ödəməyə çalışırlar ki, bunlarda da mənfəət tərəddüdləri əks olunmur. Bir
sıra şirkətlər bir səhmə görə sabit, təsbit olunmuş mənfəət faizi ödəyirlər.
Belə ki, Amerika şirkətlərindən biri aşağıdakı dividend siyasətini yeridir.
«Dollar şirkət üçün, dollar səhmdarlar üçün». Digər səhmdar şirkətlər isə
rüblük aşağı səviyyəli dividend ödəməyə üstünlük verir və ilin sonunda əldə
olunan mənfəətin real səviyyəsindən dividendə əlavələr edirlər.
Qərb şirkətləri üçün rüblük dividendin ödənişi ən çox yayılmış bir
təcrübədir. Beləliklə, xarici şirkətlərin dividend siyasəti sabit və yüksək
dividend ödənişlərinə yönəldilmiş və son nəticədə səhmlərin bazar dəyərlə-
rinin yüksəldilməsinə istiqamətlənmişdir. Yalnız belə bir siyasət Azərbay-
can şirkətlərinə səhmdarların inamının qazanılmasına səbəb ola bilər və
beynəlxalq fond bazarlarına müdaxilə etməyə imkan verər.
Бизнесин тяшкили вя идаря едилмяси
447
XXX FƏ Sİ L. XÜSUSİ İ QTISADİ ZONALARIN
YARADILMASI VƏ İ DARƏ EDİ LMƏ Sİ
30.1. Xüsusi iqtisadi zonaların yaradılmasının zə ruriliyi
Məlumdur ki, XX əsrin ikinci yarısından başlayaraq dünyada Xüsusi
İ
qtisadi Zonaların (XİZ) inkişafı geniş vüsət almağa başlamışdır. Bu bazar
iqtisadiyyatının intensiv inkişaf istiqamətlərindən biri kimi özünü büruzə
vermişdir. XİZ xarici kapitalın cəlb edilməsinə əlverişli zəmin yaradır və
dünya bazarları ilə çox sıx əlaqədə fəaliyyət göstərir.
İ
qtisadi inkişaf səviyyəsindən asılı olmayaraq xarici dövlətlər XİZ-in
yaradılmasına və sürətlə inkişaf etdirilməsinə xüsusi diqqət yetirirlər. Hər
bir dövlət bu və ya digər zonanın milli iqtisadiyyatda rolunu və başqa
amillərini nəzərə alaraq müəyyən məhdud ərazini xüsusi iqtisadi zona elan
edir. Eyni zamanda, bu ərazidə iqtisadi fəaliyyət göstərmək istəyən xarici və
milli sahibkarlar üçün müxtəlif güzəştlər müəyyən olunur. Məqsəd bu
ə
razidə yeni müəssisələr tikdirməyə, köhnələrini isə ən müasir texnika və
texnologiya əsasında yenidən qurmağa sövq etməkdir. Belə stimul xarici ka-
pitalın Xüsusi İqtisadi Zonaya axınına səbəb olur. Bu, elmi-texniki tərəqqini
və bunun əsasında əmək məhsuldarlığını yüksəltməyə təkan verir.
Xüsusi İqtisadi Zonalar – öz mahiyyətinə görə xarici iqtisadi əlaqə-
lərin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir. Belə təsər-
rüfat kompleksləri qarşısında qoyulan məqsədlərə çatmaq üçün ilk növbədə
zonadakı iqtisadi ehtiyatları aşkara çıxarıb səfərbər etmək, qısa müddət
ə
rzində zəruri istehsal və sosial infrastruktur yaratmaq, zonaya kapital,
yüksək ixtisaslı işçi qüvvəsi və mütərəqqi texnologiyaların gətirilməsinə
ə
lverişli mühit yaratmaq çox vacibdir.
Zonanın qarşısında qoyulmuş vəzifələrin onun daxili imkanlarına –
təbii, iqtisadi, demoqrafik, texniki və intellektual potensialına müvafiqliyi,
yaradılacaq XİZ-lərin gələcək effektliyinin təmin olunmasının ilkin şərt-
ləridir.
Xüsusi İqtisadi Zonalar bir qayda olaraq, əlverişli nəqliyyat – coğrafi
mövqeyə malik olan regionlarda, ərazilərdə təşkil edilir. Onlar xarici
kapitalın və texnologiyanın ölkəyə cəlb olunmasında mühüm rol oynayır.
Bu baxımdan, Azərbaycan Respublikasında Xüsusi İqtisadi Zonaların yara-
dılması və buraya xarici kapitalın cəlb edilməsi çox əlverişlidir. Azərbaycan
zəngin xammala, əmək ehtiyatına malikdir. Lakin ölkədə müharibə şəraiti
bu prosesin inkişafına əngəl törədən amillərdəndir. Müstəqil inkişaf yoluna
qədəm qoymuş gənc milli dövlətlərdə xammalın və iş qüvvəsinin öz
ölkələrinə nisbətən ucuz olması Xüsusi İqtisadi Zonalarda kapital qoyan
dövlət və firmalara yüksək mənfəət götürməyə imkan verir.
Бизнесин тяшкили вя идаря едилмяси
448
Xarici dövlətlər və firmalar Xüsusi İqtisadi Zonalarda kapital qoyaraq
həmin ölkənin təbii və əmək resurslarından istifadə etməklə, çoxlu gəlir
götürsələr də, Xüsusi İqtisadi Zonalar təşkil olunan ölkələr özləri də bundan
fayda götürürlər.
Xüsusi iqtisadi zonaların yaradılması təkcə həmin ölkənin deyil, bütün
dünya iqtisadiyyatının inkişafına müsbət təsir göstərir. Buna görə də Xüsusi
İ
qtisadi Zonaların yaradılmasını bazar iqtisadi sistemi ilə inkişaf edən
demokratik dövlətlər hərtərəfli müdafiə edirlər.
Dünya alimlərindən Y.M.Kopilov, L.O.Svensson, Ç.M.Abbasov,
Ə
.Q.Əlirzayev, R.T.Həsənov, Ə.Məmmədov, Ə.X.Nuriyev., Z.Ə.Səməd-
zadə və başqalarının əsərlərində iqtisadi zonaların mahiyyəti, fəaliyyət prin-
sipləri və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, Xüsusi İqtisadi Zonaların nəzəri əsasları və
onların yaradılmasının zəruriliyi ingilis alimləri P.Hall və S.Nouv, Amerika
alimi C.Butter tərəfindən verilmişdir. Onların fikrincə, əgər iqtisadi tənəz-
zülün qarşısını dövlət ala bilmirsə, onda iqtisadiyyatın idarəetmə vasitələri
artıq öz təsirini itirmişdir. Buna görə də sahibkarlar üçün əlverişli şəraitin
yaradılması, vergi güzəştlərinin verilməsi zəruridir.
V.İqnatov və V.Butova görə XİZ – məhdudlaşdırılmış ərazidir, burada
yerli və xarici biznesmenlər üçün güzəşti iqtisadi şərait vardır ki, bu da
xarici ticarət, ümumiqtisadi, sosial, elmi-texniki və elmi-texnoloji işlərin
yerinə yetirilməsinə imkan verir. Bundan əlavə, sərbəst zonaların Beynəl-
xalq İnkişaf Assosiasiyası (MAPSEZ) müəyyənləşdirmişdir ki, xüsusi zo-
nalar iqtisadi-təsərrüfat qurumudur və maliyyə-təsərrüfat fəaliyyəti üçün
açıqdır. XİZ-in yaranmasının tarixi zəruriliyi əsasən aşağıdakı amillərlə
şə
rtlənir:
- Ticarət dövriyyəsinin genişləndirilməsi, ticarət tərəfdaşlarının
maraqlarının təmin edilməsi;
- Sərhəd və gömrük maneələrinin aradan qaldırılması, bürokratik
nəzarət və dövlət orqanlarının müdaxilələrinin məhdudlaşdırılması;
- İnvestisiya qoyuluşunun stimullaşdırılması, kapitalın rentabellik
səviyyəsinin yüksəldilməsi;
- Prioritet sahə kimi ixrac yönümlü istehsalın stimullaşdırılması və
xarici ticarət tərəfdaşlarının maraqlarının qorunması;
- İstehlak bazarında daha çox tələbat olan malların istehsalının
artırılması;
- Məşğulluğun artırılması, yeni iş yerlərinin açılması, ixtisaslı
kadrların hazırlanması.
Xüsusi ticarət və sahibkarlıq kimi fəaliyyət növlərini əhatə edən Xü-
susi İqtisadi Zona anlayışı iqtisadi fəaliyyətin dərin seqmentləşməsi aspek-
tində tarixi zərurətdən yaranmışdır. Dünya təcrübəsi göstərir ki, Xüsusi
İ
qtisadi Zona konkret olaraq müəyyən problemlərin həllinə xidmət edir.
Бизнесин тяшкили вя идаря едилмяси
449
Odur ki, son vaxtlar yaradılan XİZ-lər ayrı-ayrılıqda yerinə yetirdikləri
funksiyaları deyil, onların müxtəlif cəhətlərini özündə birləşdirir, yəni daha
kompleks xüsusiyyət daşıyır. Məhz bunu nəzərə alaraq XİZ-in yaradılması
zamanı əsas diqqəti qarşıya qoyulan və ona çatmaq üçün fəaliyyət isti-
qamətlərinin düzgün seçilməsinə vermək lazımdır.
Xüsusi İqtisadi Zonaların yaradılmasını şərtləndirən məqsədlər aşağı-
dakılar ola bilər:
- iqtisadi zonada, eləcə də onun hüdudlarından kənarda iş qüvvəsinin
tam məşğulluğunu təmin etmək;
- ölkəyə xarici investisiyanı cəlb etmək;
- xarici bazarlara çıxarıla biləcək məhsul istehsal etmək;
- zonanın xammal, material və əmək resurslarından, iş qüvvəsindən,
mövcud istehsal potensialından daha səmərəli istifadə etmək;
- ofşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq;
- yeni texnika və texnologiyanı, həmçinin qabaqcıl idarəetmə üsul-
larını zonaya gətirmək.
Dünya təcrübəsinə görə XİZ yalnız istehlak mallarının müəyyən əra-
ziyə rüsumsuz idxalını deyil, əsasən ölkənin müəyyən ərazisində iqtisa-
diyyatı qısa müddətdə inkişaf etdirə bilən istehsal sahələrinin yaradılmasına
kömək edəcək idxalı özündə birləşdirmişdir.
XİZ-in yaradılması və fəaliyyəti sahəsində xarici ölkələrin təcrübə-
sinin öyrənilməsi və ümumiləşdirilməsi kontekstində Azərbaycan Respub-
likasında da müvafiq zonaların yaradılması zəruriliyini əsaslandırmaq olar.
Bu əsaslandırma aşağıdakı mülahizələri əhatə edir:
- XİZ-in təşkili inzibati nöqteyi-nəzərdən zəhmətli iş olduğundan on-
ların istismarı ilə xüsusi olaraq hökumət tərəfindən yaradılmış inzibati
strukturlar, yaxud dövlət şirkətləri məşğul olmalıdırlar;
- inkişaf etməkdə olan ölkələrin ixrac istehsal zonalarının yaradılması
təcrübəsi, həmin ölkələrin inkişafında mühüm rol oynayır və bu meyil
respublikamız üçün də məqbul sayılır;
- XİZ-in müvəffəqiyyəti dövlətin dəstəyindən və ən yüksək səviyyəli
idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir;
- ölkənin daxili bazarını yüksək keyfiyyətli mallar, ilk növbədə idxalı
ə
vəz edən mallarla zənginləşdirməkdə Xüsusi İqtisadi Zonaların yaradılması
müvəffəq nəticələr verəcəkdir.
Xüsusi İqtisadi Zonaların yaradılmasının zəruriliyini şərtləndirən amil-
lər sırasında onun hüdudlarından kənarda işçi qüvvəsinin tam məşğulluğunu
təmin etmək funksiyası da dayanır. Məşğulluq problemi bazar iqtisadiy-
yatında önəm daşıyır. C.M.Keyns qeyd edirdi ki, yaşadığımız iqtisadi
cəmiyyətin daha qabarıq qüsuru tam məşğulluğun təmin edilməsi, həmçinin
sərvətlərin və gəlirlərin kortəbii, əsassız və ədalətsiz bölgüsü ilə xarakterik
Бизнесин тяшкили вя идаря едилмяси
450
olan bacarıqsızlığındandır. Çox onilliklər keçməsinə baxmayaraq, bu reallıq
müəyyən mülayimləşməyə məruz qalsa da, hələlik tam həllini tapmamışdır.
XİZ yaradılmasının zəruriliyini şərtləndirən digər amil investisiyalarla
bağlıdır. Təsərrüfat həyatının mühüm qaynaq elementi olan investisiya
sabaha atılan addım kimi, istehsalın yüksəlişi və genişlənməsinə yönələn
şə
raitin təşkilində öz əksini tapır. Onun mahiyyətini əsas kapitalın yeniləş-
məsi və təkrar istehsalı təşkil edir.
Ekoloji mühitini sağlamlaşdırmaq, xarici bazarlara çıxarıla biləcək
məhsul istehsallarını mənimsəmək, müvafiq ərazinin xammalından, ma-
terialından, işçi qüvvəsindən, mövcud istehsal potensiallarından daha dol-
ğ
un istifadə etmək XİZ konsepsiyasının mühüm atributlarıdır. Elmi nailiy-
yətlərin əsas daşıyıcıları kimi də məhz XİZ-i təmsil edən firmalar çıxış
edirlər.
Apardığımız nəzəri və empirik araşdırmalar bir daha yəqinlik verir ki,
XİZ-in yaradılmasında iqtisadi zonada, eləcə də onun hüdudlarından kə-
narda işçi qüvvəsinin tam məşğulluğunun təmin edilməsi, ölkəyə xarici
investisiyanın cəlb edilməsi, xarici bazarlara çıxarıla biləcək məhsul istehsa-
lının mənimsənilməsi çox mühüm əhəmiyyət kəsb edir və başlıca fəaliyyət
istiqamətini müəyyənləşdirir. XİZ-in yaradılmasında biznes fəaliyyəti öndə
gedir. Bu fəaliyyətdə isə müvafiq zonanın xammalından, materialından, işçi
qüvvəsindən, mövcud istehsal potensiallarından daha dolğun istifadə etmək
prinsipial xarakter daşıyır. Ofşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq,
xarici mütərəqqi texnika və texnologiyalardan səmərəli istifadə etmək və
eyni zamanda, qabaqcıl idarəetmə üsullarını əks etdirmək XİZ-in yara-
dılmasında biznes fəaliyyətinin məğzini təşkil edir.
Məlum olduğu kimi dünya iqtisadiyyatında iqtisadi proseslərin trans-
formasiya və qloballaşma elementləri ilbəil artmaqdadır.
Ölkələrarası inteqrasiya proseslərində, həmçinin geri qalmış iqtisadi
sahələrin və ərazilərin sürətli inkişafının təmin edilməsində dünya təc-
rübəsində özünü doğrultmuş yeni iqtisadi instrument kimi Xüsusi İqtisadi
Zonaların rolu diqqətəlayiqdir.
XİZ – iqtisadi inkişafa doğru əsaslı islahatlar aparan ölkələrin milli
iqtisadiyyatlarında «açıq qapı» siyasətinin güzgüsü rolunu oynamaqla ya-
naşı, həmin ölkənin dünya təsərrüfat sisteminə keçidinin sürətləndirilməsi,
inteqrasiya proseslərində tərəqqinin əldə edilməsi, beynəlxalq əməkdaşlıqda
layiqli və maraqları üst-üstə düşən tərəfdaşların seçilməsi, ölkələrarası ti-
carət-iqtisadi əlaqələrin gücləndirilməsi, xarici ticarət dövriyyəsinin artırıl-
ması və bu məqsədlə ixrac-istehsal potensialının üzə çıxarılaraq, rəqabət-
qabiliyyətli malların ixracının gerçəkləşdirilməsi kimi zəruri tədbirlərdə çox
mühüm rol oynayır.
Бизнесин тяшкили вя идаря едилмяси
451
Dostları ilə paylaş: |