Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə42/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   38   39   40   41   42   43   44   45   ...   59
riyaziyyat 11

Laborator metodu

Laborator-praktik məşğələlər kəmiyyətlərlə (uzunluq, sahə, kütlə, vaxt və


s.), onların xassələri və ölçülməsi üsulları ilə tanış edilməsində daha çox tətbiq
olunur. Belə məşğələlərin məzmununa aşağıdakılar daxil ola bilər:
1. Şagirdlər verilmiş kəmiyyətin xüsusi qiymətlərini müşahidə edirlər,
2. Onları müxtəlif üsullarla müqayisə edir və fərqləndirirlər.

  1. Verilmiş kəmiyyətin ölçülməsi üçün standart ölçü vahidinin olması zə-
    rurətinə gəlib çıxırlar.

  2. Həmin ölçü vahidləri ilə bilavasitə tanış olurlar,

5. Müvafiq ölçmələr aparırlar.
Laborator-praktik məşğələlər aşağıdakı mərhələlərdən ibarət ola bilər:
.....

  1. əvvəlcə müəllim kəmiyyətin ölçülməsi üsullarını göstərir.

  2. şagirdlər ölçmə prosesini müşahidə edirlər.

c) şagirdlər müxtəlif alət və cihazlardan istifadə edərək ölsmələri icra
edirlər.
Şagirdlər uzunluq ölçüləri ilə tanış olub, parçalan xətkeş, pərgar, ölçü
lenti, ruletka ilə ölçərkən müəllimin göstərişlərinə əməl edirlər.
Laborator - praktik işlər formasına görə iki şəkildə keçirilə bilər:
a) frontal şəkildə: bu zaman bütün şagirdlər eyni bir işi icra edirlər.
Məsələn, parçaların çəkilməsi və ölçülməsi, dairənin kəsilməsi və bərabər
hissələrə bölünməsi və s.


72




b) fərdi-qrup şəklində: bu zaman şagirdlər ayrı-ayrı qruplara bölünür və
hər qrup müəyyən bir ölçmə işini icra edir. Məsələn, yer üzərində ölçmə işi
zamanı şagirdlərin bır qrupu düz xəttin paylanmasını, digər qrupu düz buca-
ğın və düzbucaqlının qurulmasını və s. icra edirlər.
Laborator-praktik məşğələlərin əhəmiyyəti ondan ibarətdir ki, şagirdlər
ölçmə işləri və ölçü vahidləri ilə bilavasitə tanış olur, faydalı və zəruri olan
praktik vərdişlər qazanırlar.



Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin