Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


Riyaziyyat tədrisində evristik metod



Yüklə 175,75 Kb.
səhifə39/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   35   36   37   38   39   40   41   42   ...   59
riyaziyyat 11

Riyaziyyat tədrisində evristik metod
Başqa elmlərlə müqayisədə evristika olduqca gəncdir. O, fəlsəfə, kiber-
netika. psixologiya və pedaqogika elmləri qovşağında yaranmışdır. Odur ki.
evristikanın predmetinin sahələri haqqındakı mübahisələr hələ davam edir.
Evristika kəşflərin, əvvəllər məlum olmayan həqiqətlərin aşkar edilməsi
yollarını öyrənir, məsələlərin hazır biliklər əsasında deyil, mühakimə, düşüncə,
səriştəlilik əsasında həll edilməsi yollarını öyrənir.
«Evristik fəaliyyət insan təfəkkürü forması olub, yeni fəaliyyət sistemi ya-
radır və ya insanı əhatə edən və elmin öyrənməyə məşğul olduğu obyektlərin
əvvəllər məlum olmayan qanunauyğunluqlarını aşkar edir». [44; 43]
Riyaziyyat tədrisi metodikasında «evristik metod» və onun məşhur for-
ması «evristik söhbət» tətbiq olunur. Təlimdə evristik metod dedikdə tədris
materialının müəllim tərəfindən şərhi və onunla bağlı şagirdin yaradıcı axtarı-
şı, fəal tədris fəaliyyəti nəzərdə tutulur.
«Evıistik metod elə təlim metoduna deyilir ki, müəllim öyrənilməsi nəzər-
də tutulan məlumatı hazır şəkildə şagirdlərə vermədən, onları müstəqil surət-
də müvafiq təklif və qaydaları yenidən kəşf etməyə istiqamətləndirin). [2; 65]
Təlim prosesində evristik metod müəllimin şərhi ilə şagirdin yaradıcı
axtarış fəaliyyətlərinin əlaqələndirilməsinə imkan yaradır. Şagirdlər qarşısın-
da müəyyən problem qoyulur və ardıcıl surətdə verilən tapşırıqlar və ya sual-
lar əsasında onlar bu və ya digər riyazi faktı müstəqil surətdə aşkar edirlər.
Xüsusi təlim metodları
Bir sıra metodik vasitələr fəal təlim metodunu xüsusi təlim metodlarına
aid edirlər.
Bu metodlar şagirdin riyazi təfəkkürlərinin formalaşmasına və inkişafına
böyük təsir göstərir.


Xarakterik olan xüsusi təlim metodlarını nəzərdən keçirək:

  1. Öyrəniləcək real obyektlərin riyazi modellərin qurulması metodu və
    riyazi aparatın köməyilə meydana çıxan bütün məsələlərin həll edilməsi.

Riyazi model dedikdə, hər hansı riyazi nəzəriyyə dilində (cəbri tənliklər,
bərabərsizliklər sistemi vasitəsilə və s.) ifadə olunan hadisələr sinfinin təqribi
təsviri başa düşülür. Əgər qeyri riyazi oblastda hər hansı məsələni riyazi
metodlarla həll etmək lazımdırsa, onda əvvəlcə bu məsələni riyazi məsələyə
çevirmək üçün dil və vasitə axtarmaq lazımdır. Yəni məsələnin modeli
qurulur.


69




Riyaziyyat təlimi prosesi də müəyyən mənada yuxanda təsvir olunan
tədqiqat prosesinə oxşayır. Odur ki, riyaziyyat təlimində real situasiyanı və
meydana çıxan məsələləri nəzərdən keçirmək, onların riyazi təsviri üçün
müxtəlif vasitələr axtarmaq, yəni riyazi modellərini qurmaq lazımdır.
Riyaziyyat təlimində «model metodu» fənlərarası əlaqələrin həyata
keçirilməsini də təmin edir.

  1. Riyaziyyat təlimində tətbiq olunan metodlardan biri də aksiomatik
    metoddur. Təkliflərin doğruluğunu müəyyən etmək üçün bu metoddan da
    istifadə edilir. Lakin təlimin fəallığı prinsipinə əsasən riyaziyyat təlimində
    aksiomlaşdırma bir metod kimi tətbiq olunur. Məsələn, müxtəlif ədədi
    çoxluqlarda hesab əməlləri xassələrinin ümumiliyinin müəyyən edilməsi,
    qalıqlı bölmədə müəyyən bölənə nəzərən mənfi olmyan tam ədədlər
    çoxluğunun cüt-cüt kəsişməyən alt çoxluqlara ayrılması və s.

Bu metod şagirdlərin biliklərinin sistemə salınmasında «nədən nə alınır?»
ifadəsinin aşkar edilməsində, təkliflərin doğruluğunun müəyyən edilməsində,
məlum biliklər əsasında yeni biliklərin aşkar edilməsində istifadə olunur.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin