Şagirdlərin müstəqil işləri Şagirdlərin riyaziyyatdan müstəqil işləməyə öyrədilməsi təsadüfi metodik
priyom deyil, təlim işinin əsas elementi olmalıdır. Məktəbin həyatla daha çox
əlaqələndirilməsi şagirdlərdə müstəqilliyi və təşəbbüskarlığı artırmağı tələb
edir. Məktəb şagirdlərə bilik verərkən, biliklərin bır qismini onlar müstəqil
əldə etməlidirlər. Çünki tədris materialının möhkəm, şüurlu surətdə mənimsə-
nilməsi şagirdlərin təşəbbüskarlığına və müstəqilliyinə əsaslanır.
Müstəqil işi icra edən şagird ondan mənəvi qida alır, kənardan kömək
olmadan qarşıya qoyulmuş məsələnin həll edilməsinə həvəsi artır. Müstəqil
işin icrasında əvvəl müəllim müəyyən izahat verməlidir. Müstəqil işin nəticəsi
göstərir ki, şagirdlər materialı nə dərəcədə mənimsəmiş və ev tapşırığını necə
icra edəcəklər. Evə verilən tapşırıq sinif işinə oxşar olmalıdır.
Müstəqil işlər dərsin hansı mərhələlərində verilir?
dərsin əvvəlində: ev tapşırığının yazılı şəkildə yoxlanması.
şagirdlərin yeni materialın mənimsənilməsinə hazırlanması.
dərsin sonunda: materialın şagirdlər tərəfindən nə dərəcədə mənimsənil-
diyinin yoxlanılması.
Müstəqil iş şifahi şəkildə də verilə bilər. Müəllimin suallarına şagirdlər
cavab verirlər.
Müstəqil işlər təkcə biliyin möhkəmləndirilməsi, dərinləşdirilməsi və tək-
rar xarakterini daşımır, həm də çətin olmayan nəzəri materialın öyrədilməsin-
də də tətbiq olunur.
Məktəb təcrübəsində müstəqil işin aşağıdakı növləri tətbiq olunur:
sinif üzrə müstəqil iş;
qruplar üzrə müstəqil iş;
fərdi müstəqil iş.
Müstəqil işlər məzmununa görə aşağıdakı məqsədlər üçün verilə bilər:
yeni materialın möhkəmləndirilməsi,
müəllimin rəhbərliyi ilə həll olunmuş məsələ və misalların həlli,
müəllimin suallarına cavab vermək,
şagirdlər tərəfindən məsələ və misalların tərtib edilməsi.
74
Riyaziyyat ləlimi prosesində müstəqil işlər üçün kartoçkalardan geniş
istifadə olunur. Fərdi müstəqil işlərin icrasında hər bir şagirdin bacarığı və
məntiqi surətdə mühakimə aparmaq qabiliyyəti aşkar olunur.