IV FƏSİL RİYAZİYYAT TƏLİMİNDƏ TƏTBİQ OLUNAN DİDAKTİK
PRİNSİPLƏR VƏ METODLAR
§ I Riyaziyyat təlimində tətbiq olunan əsas didaktik prinsiplər Məktəb təcrübəsi əsasında pedaqogika elmi didaktikanın əsas qanunauy-
ğunluqlarından doğan elə məsələləri işləyib hazırlamışdır ki, onlar ayrı-ayrı
fənlərin, o cümlədən riyaziyyatın effektiv təliminə böyük təkan verir. Bu cür
məsələlər sistemi mahiyyətcə istənilən fənnin təlimini təmin edən vahid tələb-
lər çoxluğu olub, didaktik prinsiplər adlanır.
Didaktik prinsiplər təlim prosesinin təşkilinə, onun məzmununa, forma
və metodlarına verilən mühüm tələblər kimi nəzərdə tutulur.
Məşhur didaktlar - D.A.Danilov, İ.Y.Lerner və M.N.Skatkin öz əsərlə-
rində göstərirlər ki, təlimin prinsipləri didaktikanın kateqoriyaları olub, tər-
biyə və təhsil məqsədlərinə uyğun olaraq, təlimin qanun və qanunauyğunluq-
larından istifadə üsullarını xarakterizə edir.
Riyaziyyatdan metodik ədəbiyyatda aşağıdakı didaktik prinsiplər irəli
sürülür:
Riyaziyyat təlimində elmilik və müyəssərlik prinsipi.
Riyaziyyat təlimində tərbiyə prinsipi.
Riyaziyyat təlimində əyanilik prinsipi.
Riyaziyyat təlimində şüurluluq və fəallıq prinsipi.
Riyaziyyat təlimində biliklərin möhkəmliyi prinsipi.
Riyaziyyat təlimində sistematiklik və ardıcıllıq prinsipi.
Riyaziyyat təlimində fərdi yanaşma prinsipi.
Riyaziyyat təlimində elmilik prinsipinin mahiyyəti ondan ibarətdir ki,
tədrisin məzmunu və metodları müasir riyaziyyat elminin səviyyəsinə və tələb-
lərinə uyğun olsun.
Tədris prosesində mühakimənin, şərhin hər bir addımı elmin tələblərinə
cavab verməlidir. Məsələn, əməl qanunlarını müəyyən ədədlər çoxluğundan
başqa ədədlər çoxluğuna mexaniki şəkildə keçirmək olmaz. Bu prinsip şagird-
lərdə idrak prosesi və onun qanunauyğunluqları haqqında təsəvvürlərin for-
malaşmasını tələb edir.
Müyəssərlik prinsipində şagirdlərin yaş və bilik səviyyələri nəzərə alınır.
Deməli, elmilik və müyəssərlik prinsipləri riyaziyyat və pedaqogika elmlərinə
xələl gətirmədən qarşılıqlı şəkildə «güzəştə» getməlidir.
57
Müyəssərlik prinsipini həyata keçirmək üçün aşağıdakı tələblərə əməl
olunmalıdır:
sadədən mürəkkəbə;
asandan çətinə;
məlumdan məchula.
Təlim prosesində tərbiyə dedikdə, planlı və məqsədyönlü şəkildə şagird-
lərdə düzgün dünyagörüşü yaratmaq, təbiət və cəmiyyət hadisələrindən düz-
gün baş çıxarmaq nəzərdə tutulur.
Riyaziyyat təlimi prosesində tərbiyə etmək - bu fənnə şagirdlərdə maraq
formalaşdırmaq, yeni biliklər qazanmağa, onları möhkəm və əsaslı surətdə
mənimsəməyə cəhd göstərmək deməkdir.
Riyaziyyat tədrisində tarixi elementlərdən istifadə edilməsi şagirdlərdə
müsbət əxlaqi keyfiyyətlərin tərbiyə olunmasına kömək edir.
Əyaniliyi - təlimin prinsipi kimi ilk dəfə nəzəri cəhətdən əsaslandıran məş-
hur çex pedaqoqu Y.A.Komenski olmuşdur. Böyük rus pedaqoqu
K.D.Uşinski qeyd etmişdir ki, əyanilik uşaqların psixoloji xüsusiyyətlərinə
cavab verir, çünki onlar formalarla, səslərlə, rənglərlə, hiss etməklə, əşyaya
toxunmaqla düşünə bilirlər.
Əyanilik prinsipi şagirdin öyrənəcəyi materialın təsəvvüretmə, dərketmə
və ümumiləşdirmə prosesinin mahiyyətindən doğur. «Təiimin müxtəlif mərhə-
lələrində əyanilik müxtəlif funksiyaları yerinə yetirir. Şagird əşyanın xarici
xassələrini öyrənərkən, əşyanı və ya onun şəklini nəzərdən keçirməklə, bilava-
sitə bilik qazana bilər. Əgər əşyanın xassələri arasındakı əlaqə və münasibətlə-
rin öyrənilməsi və elmi anlayışların formalaşdırılması didaktik məqsəd kimi
qarşıya qoyulmuşdursa, onda əyani vasitələr bu əlaqələrin dərk edilməsi üçün
bünövrə olub, anlayışları konkretləşdirir və illüstrasiya edir».[44; 73]
Şüurluluq, fəallıq və müstəqillik prinsipinin mahiyyəti-öyrənilən hadisə və
qanunauyğunluqların məqsədyönlü dərk edilməsi, yaradıcı surətdə işlənməsi
və tətbiq edilməsindən ibarətdir. Bu prinsipi həyata keçirmək üçün aşağıdakı
şərtlərə əməl olunmalıdır:
şagirdin idrak fəaliyyətinin təlim prosesi məzmununa uyğun olması;
təlim prosesində şagirdin təfəkkür fəallığının təmin edilməsi;
təlim prosesinin şagird tərəfindən dərk olunması;
yeni materialın dərk olunmasında şagirdlərin əqli fəaliyyət metodlarına
yiyələnmələri.
Didaktikada şüurluluq dedikdə - tədris materialının dərindən dərk edil-
məsi, qazanılmış biliklərin praktikada yeni şəraitdə tətbiq edilməsi, biliklərin
inama çevrilməsi, fəaliyyət üçün əsas tutulması kimi başa düşülür.
58
Fəallıq dedikdə - təlim prosesində öyrənməyə, əqli gərginliyə can atmaq
və iradəlilik göstərmək kimi keyfiyyətlər nəzərdə tutulur. Buna çox vaxt
təfəkkür fəallığı da deyilir.
Şagirdin təfəkkür müstəqilliyi isə öyrənmə prosesində şüurluluğun yüksək
formasıdır (öyrənmə təlimin tərkib hissəsidir).
Biliklərin möhkəmliyi prinsipi - həm məktəbin qarşısında duran vəzifələr-
lə və həm də təlim prosesinin qanunauyğunluqları ilə şərtlənir.
Didaktikada biliklərin möhkəmliyi şərtləri aşağıdakı kimi ifadə olunur:
şüurlu mənimsəmə məqsədilə biliklərin qazanılmasında fəallıq göstəril-
məsi;
təlimin elmiliyi;
tədris materialını yadda saxlamaq üçün təlimdə müvafiq şəraitin
yaradılması.
Riyaziyyat təlimində sistematiklik və ardıcıllıq prinsipi fənnin tədris xüsusiy-
yəti, məntiqi strukturu və şagirdin təfəkkür və praktik fəaliyyəti ilə şərtlənir.
Bu prinsip riyaziyyatdan tədris proqramı və dərsliklərin tərtib edilməsində
müəllimin və şagirdin iş sisteminin müəyyən edilməsində mühüm rol oynayır.
Riyaziyyat təlimində sistematiklik dedikdə - müəyyən ardıcıllığın
gözlənilməsi, riyazi anlayışların tədricən mənimsənilməsi nəzərdə tutulur.
Sistematiklik prinsipi müəllimi şagirdlərə biliklərin sistemli şəkildə verilməsinə
istiqamətləndirir.
Riyaziyyat təlimində ardıcıllıq prinsipi o deməkdir ki, təlim onun
qaydaları əsasında həyata keçirilir:
sadədən mürəkkəbə;
asandan çətinə;
məlumdan məchula;
təsəvvürdən anlayışa;
biliklərdən bacarıqlara və bacarıqlardan vərdişlərə.
Tədris materialının sistematik şərh edilməsi o deməkdir ki, yeni materia-
lın öyrənilməsində əvvəlki biliklərə istinad edilir, əsas anlayış və ümumi ıdeva
aşkar edilir, şagirdlərdə hadisə və faktları təhJıletmə, sisteməsalma və ümumi-
ləşdirmə kimi bacarıqlar formalaşdırılır.
Riyaziyyat təlimində hər bir şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alın-
ması Öyrənmənin keyfiyyətini artırır.
Üzərində müxtəsər dayandığımız təlim prinsipləri riyaziyyat tədrisi
prosesində mövzunun məqsədi, xüsusiyyəti və digər faktlardan asılı olaraq,
məqsədyönlü şəkildə tətbiq olunur.