§ 2. Riyaziyyat təlimində tətbiq olunan metodlar Ümumi təlim nəzəriyyəsində (didaktikada) və riyaziyyat tədrisi metodika-
sında (konkret təlim nəzəriyyəsi) təlim metodları əsas yer tutur. Müasir orta
və ali məktəblərin çoxcəhətli təlim-tərbiyə məsələlərini həll etmək üçün təlimin
metodiki sisteminin hazırlanmasına və ondan istifadə edilməsinə kompleks şə-
kildə sistemli yanaşmaq lazımdır. Metodiki sistem dedikdə, təlimin məq-
sədləri, məzmunu, metodları, vasitələri və təşkili formaları nəzərdə tutulur.
Riyaziyyat təliminin effektliyini artırmaq üçün təlim metodları mühüm
rol oynayır.
Riyazi anlayışların formalaşdırılması prosesində və onlardın praktik və
tədris fəaliyyətində istifadə olunarkən meydana çıxan riyazi məsələlərin həll
edilməsi prosesində müxtəlif təlim metodları tətbiq olunur.
Təlim metodları problemi qısa şəkildə «necə öyrətməli?» sualına cavab
verməlidir.
Bunun üçün,
aydın olmalıdır ki. bu və ya digər mövzu nə üçün öyrədilir və şagirdlər
hansı bilik, bacarıq və vərdişləri qazanacaqlar;
müəllim öyrədilən materialın strukturu, məzmunu və onun müvafiq
dərslikdəki şərhini yaxşı bilməlidir;
müəllim təlim obyektini, yəni öyrənənlərin təfəkkür fəaliyyəti
səviyyəsini bilməli, onların bilik, bacarıq və vərdişləri ilə tanış olmalıdır.
«Təlim metodları - şagirdlərə biliklərin verilməsi üsuludur, bilik, bacarıq
və vərdişlərə, idrak metodlarına yiyələnmək və həmçinin şəxsiyyətin formalaş-
masına xidmət edən təfəkkür və praktik fəaliyyətlərinin təşkil edilməsi
üsuludur» 133; 207]
Hər bir təlim metoduna:
müəllimin öyrətmə fəaliyyəti.
müəllim və öyrənənin fəaliyyətləri arasındakı əlaqə daxil olmalıdır.
Riyaziyyat tədrisi metodikasının predmeti - riyaziyyat təlimində didak-
tikanın ümumi və xüsusi metodlarının konkret reallaşdırılması imkanlarını
tətbiq etməkdən ibarətdir. Deməli, təlim metodlarına tədris metodları və
öyrətmə daxildir. Təlim prosesində tədriseimə və öyrətmə həyata keçirilir.
Riyaziyyat təlimində tətbiq olunan metodların təsnifi həmişə metodistlə-
rin diqqət mərkəzində olmuşdur. Təlim metodlarının ümumi konsepsiyasını
60
həyata keçirmək üçün müəllim və şagirdin (tələbənin) fəaliyyətləri arasındakı
fərqləri nəzərə almaq lazımdır.
Tədrisetmə metodları (müəllimin fəaliyyəti): buraya informasiya me-
todları və tədris prosesində öyrənənin yaradıcı fəaliyyətinin idarəetmə
metodları daxildir.
Öyrənmə metodları (öyrənənin fəaliyyəti): buraya tədris materialını
dərketmə metodları, öyrənmənin reproduktiv və produktiv metodları
daxildir.
Öyrənmə metodları təlim prosesinin məqsədini təşkil etməklə, tədris
materialının öyrənilməsi sistemini təmin edir.
Metodik ədəbiyyatda öyrənmə metodları şərti olaraq iki qrupa bölünür:
[36; 37]
Riyaziyyatı öyrənmənin elmi metodları və riyazi fəaliyyətin idrak
metodları; buraya daxildir:
təfəkkür əməliyyatları: müşahidə və təcrübə, müqayisə, analiz, sintez və s.
elmi-tədqiqat metodları: induktiv, deduktiv, traduktiv və intuitiv dərketmə.
Riyaziyyatı öyrənmək üçün tədris metodları (evristik metod, modellər
üzərində təlim, proqramlaşdırılmış təlim metodu və s.).
Tədris metodlarına öyrədici söhbət, şagirdlərin (tələbələrin) müstəqil
işinin idarə edilməsi, tədris-metodik ədəbiyyatdan istifadəetmə işinə rəhbərlik
və s. daxildir.
Hazırda riyaziyyat təlimi metodlarının inkişafetdirici funksiyasına xüsusi
diqqət verilir və onun istiqaməti aşağıdakı kimi müəyyən olunur:
şagirdin yaradıcı tədris fəaliyyətinin formalaşdırılması;
izahedici metodların rolunun müəyyən qədər azaldılması;
təlimin vasitə və formalarının müasirləşdirilməsi ilə əlaqədar təlimin
metodlarının təkmilləşdirilməsi;
şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması;
riyaziyyatdan yeni ideya və anlayışların verilməsi ilə əlaqədar müvafiq
metodların seçilməsi;
təlim metodlarının tərbiyəedici xarakterinin həyata keçirilməsi.
Riyaziyyatın tədrisi metodları kimi riyaziyyatı öyrənmənin elmi metodları
da təlim prosesində müvəffəqiyyətlə tətbiq olunur.