Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə46/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   42   43   44   45   46   47   48   49   ...   59
riyaziyyat 11

Klaster (şaxələndirmə)
Müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun
mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə
tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla
əlaqəli sözlərə xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir
yazmaq və onları əlaqələndirmək tövsiyə olunur. Sonra alınan klaster
müzakirə edilir və ümumiləşdirmə aparılır.
Anlayışın çıxarılması
Bu üsul oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq
yaradır. Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb
olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və giz-
lədilmiş anlayışın xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya
yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı
tapırlar. Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə
olaraq yeni xüsusiyyətlər sadalayır. Şagirdlər öz fərziyyələrini dedikdən sonra
müəllim bu tapmacanın tapılıb-tapılmamasını hamıya çatdırır və
kartoçkalarda yazılan sözləri açıqlayır.


78




Söz assosiasiyaları
Bu üsuldan istifadə edərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz
birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fi-
kirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır. Mövzu ilə
bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlar-
dan anlayış və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın
öyrənilməsinə başlanılır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.
Müzakirə
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin
qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolu-
nu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə
dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin
məntiqi və tənqidi təfəkkürünü, şifahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları
xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf et-
dirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim
müzakirəni tənzimləyir. Bu zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı
suallar vermək məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa
cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə,
həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə
üçün?” kimi suallardan istifadə olunur.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin