Azərbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#45197
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
shukurov rauf

Mütləq məqsəd

 - göstəricinin qiyməti (“göstəricinin məqsəd tutulan qiyməti”) ilə 

ifadə edilir.  

Məsələn, 

P=0,1 

(P 


göstəricisinin 

qiyməti 


0,1-ə 

bərabərdir); 

P=[0; 

100] 


(P 

göstəricisinin 

qiyməti 

[0;100] 


parçasında 

dəyişir); 

P= 300 (P göstəricisinin qiyməti 300-dən kiçik ola bilməz). 

 

Nisbi  məqsəd

  -  göstəricinin  qiymətini  bilavasitə  özündə  əks  etdirmir,  ancaq 

nəzərdə  tutur.  Nail  olunması  müəyyən  vaxtla  məhdudlaşan  nisbi  məqsəd 

aşağıdakılarla ifadə oluna bilər: 

  Nisbi növ göstəricinin qiyməti ilə; 



  Mütləq artımla; 

  Nisbi artımla; 



  Rəqəmlərlə ifadə olunmamış artımla. 

  Müddət  üzrə məqsədləri  -  qısamüddətli  və  uzunmüddətli  məqsədlərə  ayırmaq 

olar. Qısamüddətli məqsədlərə nail olunma müddəti rəhbərlik tərəfindən KMS-nin 

təhlil  dövrünü  aşmır.  Nail  olunma  müddəti  rəhbərlik  tərəfindən  KMS-nin  təhlil 

dövrünü aşan məqsədləri uzunmüddətli məqsədlər adlandırmaq olar.  

       ISO 9001-2008 standartı baxımından qısamüddətli məqsədlər -  “nail olunan” 

məqsədlər,  uzunmüddətli  məqsədlər  isə  “can  atılan”  məqsədlərdir.  Prinsipcə, 

mütləq  və  nisbi  məqsədlər  də  müddətli  məqsədlərdir,  çünki  məqsədlərə  nail 

olunma müddəti göstərilmədikdə onların icrasına nəzarət etmək mümkün deyil. 

        Qısamüddətli məqsədlər çox vaxt bir il üçün müəyyənləşdirilir. Bu, rəhbərlik 

tərəfindən KMS-nin təhlil müddəti ilə bağlıdır. Uzunmüddətli məqsədlər bir neçə il 

üçün  müəyyənləşdirilir.  Ancaq  bu  zaman  məqsədlərə  nail  olunma  istiqamətində 

irəliləyiş 

barədə 

hər 


il 

qərar 


vermək 

üçün 


müvafiq 

meyarlar 

müəyyənləşdirilməlidir.  Uzunmüddətli  məqsəd  qısamüddətli  məqsədlərin 

məcmusu  olduqda  uzunmüddətli  məqsədin  faizi  şəklində  nisbi  məqsəd  kimi  yeni 

qısamüddətli məqsəd növü yaranır. 



61 

 

Keyfiyyət göstəriciləri subyektiv olaraq yüksək müəyyən edilərsə, bu halda 



onlardan  istifadə  çətinlik  törədir.  Ona  görə  də  birinci  qrup  məqsədlərin 

qoyuluşunda kəmiyyət göstəricilərindən istifadə olunur. 

İ

kinci qrup məqsədlər nöqtəvi xassələr üçün müəyyən edilir. Bu o deməkdir 



ki, proses (və ya KMS) bu xassəyə ya malikdir ya da yox (rərəmsal şəkildə 1 və ya 

0).  Baxılan  halda  yalnız  başlanılmasına  nəzarət  oluna  bilən  hər  hansı  hadisəni 

məqsəd hesab etmək olar. Məsələn, “KMS-nin 2008-ci ildə sertifikatlaşdırılması” 

ikinci  qrup  məqsəddir,  çünki  sertifikatlaşdırılmanın  aparılması  faktını 

sertifikatlaşdırma üzrə orqan tərəfindən verilmiş sertifikatla təsdiq etmək olar. 

Yalnız birinci qrup üçün məqsədlərə nail olunma dərəcəsi barədə danışmaq 

olar. İkinci qrup üçün məqsədlərə nail olunma dərəcəsini hesablamaq olar, ancaq 

bu subyektiv, qərar qəbul edən konkret şəxsin fikrindən tam asılı olacaq. 

Keyfiyyət  sahəsində  düzgün  formalaşdırılmamış  (ölçülə  bilməyən) 

məqsədlərin  bəzi  nümunələri  təhlil  edilmişdir.  Keyfiyyət  sahəsində  məqsədlər 

müxtəlif  səbəblərdən  düzgün  formalaşdırılmaya  bilər,  lakin  onların  içərisində 

ə

sasən iki səbəbə xüsusi diqqət yetirmək lazımdır: 



  ISO 9001-2008 standartının tələblərini düzgün başa düşülməməsi; 

  Keyfiyyət  üzrə  məqsəd  göstəricisinin  düzgün  seçilməməsi  (nail  olunmasına 



nəzarət etmək mümkün olmayan məqsədlər qoymaq). 

Keyfiyyət  sahəsində  düzgün  formalaşdırılmamış  (ölçülə  bilməyən)  

məqsədləri (cədvəl 2) iki qismə bölmək olar: 

  Konkret olmayan məqsədlər; 



  Qeyri-korrekt formalaşdırılmış məqsədlər. 



Konkret  olmayan  məqsədlər

  dedikdə  məqsədin  aid  olduğu  obyekti  (KMS, 

istehsal  həcmi,  məhsulun  keyfiyyəti,  istehsalın  stabilliyi  və  s).  xarakterizə  edən 

göstəricilərin  müəyyənləşdirilməməsi  və  ya  bununla  əlaqədar  həyata  keçirilməsi 

vacib  olan  işlərin  görülməməsi  başa  düşülür.  Qeyri-korrekt  məqsədlər  -  birinci 

qrupda  göstəricinin  mütləq  qiyməti  məlum  olmayan  məqsədlər  və  nailolma 

müddəti 

göstərilməmiş 

birinci 

və 


ikinci 

qrup 


məqsədlərdir.  

Keyfiyyət  idarəetməsinin  inkişafına  baxdığımız  zaman  istehsal  formalarının 




62 

 

dəyişməsi ilə bağlı keyfiyyət idarəetmə prinsiplərinin də dəyişdiyi görülməkdədir. 



Bir  neçə  nəfərin  işlədiyi  sex  tipli  istehsalatdan  sistemli  istehsalata  keçilməsi, 

dəyişikliyə  məruz  qalan  keyfiyyət  idarəetmə  prinsipləri,  müştərinin  ön  plana 

çıxdığı,  məhsul  çeşidinin  çoxaldığı,  rəqabətin  artdığı  günümüzdə  daha  geniş  və 

sistemli hala gəlmişdir.  

Getdikcə  artan  rəqabət  şərtlərində,  şirkətlər  istər  Ümumi  Keyfiyyət 

İ

darəetməsini  tədbiq  etsin,  istərsə  də  ISO  9000  Standartlarından  hər  hansı  birinə 



sahib  olsun,  müvəffəqiyyət  qazana  bilmələri  üçün  keyfiyyət  idarəetməsini  tədbiq 

edərkən  əhəmiyyət  vermələri  vacib  olan  əsas  prinsiplər  vardır.  Keyfiyyət 

İ

darəetməsinin əsasını meydana gətirən bu prinsipləri, hər bir şirkət mənsub olduğu 



sektora, böyüklüyünə, imkanlarına, bazarın vəziyyətinə və buna bənzər faktorlara 

görə  müəssisəsinə  uyğunlaşdıraraq,  özünə  ən  münasib  keyfiyyət  idarəetmə 

sistemini qurmalıdır. Başqa sözlə, bu əsas prinsiplər, bir şirkət daxilində keyfiyyət 

idarəetməsinin qurulmasına işıq tutacaq, yol göstərəcək faktorlardır. 

Keyfiyyət idarəetməsini şərtləndirən əsas prinsiplər aşağıdakılardır: 

  Müştəriyönlülük; 



  Liderlik; 

  Müəssisə daxilində hər kəsin iştirakı; 



  Proses yanaşması; 

  İdarəetməyə sistemli yanaşma; 



  Daimi Yaxşılaşdırma; 

  Faktlara əsaslanan qərar qəbul edilməsi; 



  Tədarükçülərlə qarşılıqlı faydalı münasibətlər. 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin