3.1.
Böhranlı vəziyyətə qarşı profilaktik tədbirlər, sanasiya.
Keynsə görə böhrandan çıxmağın əsas yolu birgə tələbin yüksək səviyyəsini
təmin etməkdən ibarətdir ki, buna da səmərəli maliyyə siyasəti aparmaqla nail olmaq
mümkündür.Maliyyə siyasətinin məqsədləri tam məşğulluq, sabit qiymətlər və iqtisadi
inkişafdır.
39
Böhran vəziyyətindən çıxış yollarını maliyyə siyasəti ilə daha çox
əlaqədardır ki, əgər yaranmış böhran xarici səbəblərdəndirsə bu zaman müəssisə daha
qənaətli sərfiyyatlar edir, o çümlədən gözləmə prinsipinə daha çox önəm verir. Lakin
qeyd etmək lazımdır ki, müəssisənin müflisləşməsinin qarşısını almağın ən təsirli üsulu
maliyyə sağlamlaşdırma deyil.
Böhranlı vəziyyətdən asılı olaraq müəssiənin təşkilati quruluşunun yenidən
qurulması üç istiqamətdə aparılmalıdır:
a)
gələcək dövrdə istehsalın genişləndirilməsini təmin edən təşkilati quruluşa
keçmək;
b)
operativ fəaliyyətə xidmət edən təşkilati quruluşa keçmək;
c)
səmərəli idarəetmə və nazərati təmin edən təşkilati quruluşa keçmək.
Hər üç istiqaməti özündə birləşdirən təşkilati quruluşu formalaşdırmaq üçün təklif
olunan doqquz qaydaya riayət etmək lazımdır.
1. İdarəetmənin təşkilati quruluşu imkan çərçivəsində sadə olmalıdır.
2. İdarəetmənin təşkilati quruluşunun sxemi daha aydın və tez qavranılan
olmalıdır.
3. Hər bir işçiyə yazılı iş təlimatları verilməlidir.Sanasiya dövründə bu təlimatlar
daima dəyişdirilməlidir.
4. Əlaqə sistemi səmərəli olmalıdır ki, informasiya dəqiq ötürülsün və əks əlaqə
olsun.
5.Tabeçilik, səlahiyyət və məsuliyyət xətti aydın müəyyənləşdirilməlidir.
6. Məsuliyyətlərin koordinasiyasını ali rəhbərlik həyata keçirməlidir.
7. Hər firma üçün rəhbərliyin idarəçilik hüdüları real olmalıdır.
39
Maliyyə (dərs vəsaiti) D.Bağırov, M.Həsənli, Bakı 2011, səh.27
60
8. Xətti rəhbərlərin və funksional şöbələrin funksiyaları dəqiq bölünməli və
koordinasiya olunmalıdır.
9. Müflisləşmədən çıxmaq üçün zərərlə işləməyin qarşısını almaq üçün təşkilati
quruluş çevik olmalı, daxili və xarici mühitdə baş verən dəyişikliklərə tez reaksiya
verməyi bacarmalıdır.
“Sanasiya” termini latın “sanatio”sözündən götürülüb mənası yaxşılaşdırma,
sağalma deməkdir
40
. İqtisadi lüğətdə sənaye, ticarət, bank inhisarçılıqlarının
müflisliyinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərin sistemi kimi bu
anlayışı müəyyən edərək izah edilir ki, daha güclü şirkətlə müəssisənin birləşməsi yolu
ilə; pul kapitalının səfərbərliyi üçün yeni aksiyaların və ya istiqraz vərəqələrinin
buraxılışı yolu ilə; bank kreditlərinin artımı yolu ilə və maddi yardımların verilməsi ilə;
uzunmüddətliyə qısamüddətli borcun çevrilməsi ilə; müəssisənin aksiyalarının tam və
ya qismən dövlətin alması ilə iflasın qarşısını almaq olar.
Anlayışının mahiyyəti haqqında olan fikir geniş spektrinin yeganə tərifi
ümumiləşdirmək olar. Belə hesab etmək olar, tanınmış xarici iqtisadçılar tərəfindən
(N.
Zdravomıslov,
B.
Bekenferde,
M.
Qelinq)
müəssisənin
böhran
vəziyyətindənçıxarılması məsələləri üzrə maliyyə böhranının müəyyən edilməsi –
sağlamlaşdırma: bu sistem maliyyə-iqtisadi, istehsalat-texniki, təşkilati-hüquqi
tədbirlərin, uzunmüddətli dövrdə gəlirlilik və rəqabət müəssisənin ödəmə
qabiliyyətinin bərpasına nail olmağa yönəldilmişdir. Yəni, sağlamlaşdırma,
müəssisənin maliyyə yaxşılaşdırmasına yönəldilmiş bütün mümkün tədbirlərin
məcmusu. “Sağlamlaşdırma” anlayışının iqtisadi məzmunu aşağıdakı şəkildə(3.1.1.)
təsvir etmək olar. Burada təsərrüfat subyektlərinin maliyyə sağlamlaşdırılması
çərçivəsində keçirilən tədbirlərin növləri konkretləşdirilmişdir.
40
http://dic.academic.ru/dic.nsf/dic_fwords/32384/%D0%A1%D0%90%D0%9D%D0%90%D0%A6%D0%98%D0%AF
61
Şə
kildə(3.1.1.)
Şə
kil(3.1.1.)Sanasiyanın iqtisadi mə zmu
41
.
Sanasiya prosesində xüsusi yer maliyyə-iqtisadi xarakterli tədbirlər tutur, hansılar
ki, səfərbərlik və müəssisələrin yaxşılaşdırılmasının daxili və xarici maliyyə
mənbələrindən istifadə prosesində yaranan maliyyə münasibətlərini əks etdirirlər.
Maliyyə sahəsində istehsalat xarakterli sanasiya tədbirləri cari zərərin ödənilməsi
və səbəbləri aradan qaldırmaq məqsədi ilə zəruri olan maliyyə resurslarının
formalaşması və fondların bərpası və ya onların yaranması, müəssisələrin ödəmə
qabiliyyətinin, dövriyyə kapitalının strukturunun yaxşılaşdırılması və likvidliyin
saxlanılmasıdır.
Təşkilatı-hüquqi xarakterli sanasiyan tədbirləri müəssisənin təşkilat strukturunun
təkmilləşdirilməsinə yönəldilmişdir ki, biznesin təşkilatı-hüquqi formaları,
idarəetmənin keyfiyyətin artırılması, qeyri-məhsuldar istehsal strukturlarından
41
http://bukvi.ru/finance-2/finansovyj-menedzhment/sanaciya-kak-procedura-antikrizisnogo-upravleniya-predpriyatiem-
bankrotom.html
Sanasiya tədbirlərinin növləri
Sosial
Təşkilati-hüquqi
İstehsalat-texniki
Maliyyə-iqtisadi
Məqsəd
Ödəmə qabiliyyəti
Rəqabətə davamlılıq
Kapital strukturunun
yaxşılaşması
Maliyyə resurslarının
formalaşması
Borcun azaldılması
Cari zərərin ödənilməsi
Likvidliyin qorunması
və bərpası
Gəlirlilik bərpası
62
müəssisə ilə əmək kollektiv üzvləri arasında istehsal münasibətlərinin yaxşılaşmasını
əhatə edir.Bu kontekstdə sanasiyanın iki növü ayırır:
1. Mövcud hüquqi statusu saxlanmaqla müəssisə-öhdəliyinin sanasiyası;
Belə sanasiya növündə adətən kömək üçün öhdəliyi ödəyə bilməməsinin aradan
qaldırması məqsədi ilə müəssisəyə tətbiq edilir, əgər onun böhran vəziyyəti müvəqqəti
hal kimi baxılırsa:
Büdcə vəsaitləri hesabına müəssisənin borcunun ödənilməsi. Belə
formada yalnız dövlət müəssisələri sağlamlaşdırılır;
Müəssisənin məqsədli bank kredit hesabı iləborcun ödənilməsi. Bu forma
bir qayda olaraq, kommersiya bankı tərəfindən həyata keçirilir;
Başqa hüquqi şəxs tərəfindən borcun köçürməsi. Bu hüquqi şəxs
sahibkarlıq fəaliyyətini həyata keçirən istənilən müəssisə ola bilər;
Senator zəmanəti ilə istiqrazların və digər qiymətli kağızların
buraxılması. Bu formada kommersiya bankı xidmət göstərən müəssisə
kimi bir qayda olaraq, həyata keçirir.
2. Təşkilatı-hüquqi formanın və sağlamlaşdırılmış müəssisənin (yenidən təşkil
etmə) hüquqi statusunun dəyişikliyi ilə sanasiya. Sanasiyanın bu forması müəssisənin
yenidən təşkil etməsi adını daşıyır və onun mülkiyyət formasının dəyişməsi ilə bağlı
bir sıra yenidən təşkil etmə prosedurlarının həyata keçirilməsini tələb edir fəaliyyətin
təşkilatı-hüquqi forması tətbiq edilir.(birləşmə, udma, bölüşdürmə, açıq səhmdar
cəmiyyətinə dəyişiklik, ötürülmə kirayə, özəlləşdirmə)
İstehsal-texniki sanasiya tədbirləri hər şeydən əvvəl, müasirləşdirməvə istehsal
fondlarının yenilənməsi, sadələrin azaldılması və istehsalın ritmliliyinin artımı,
texnologiya vaxtının ixtisarı, məhsulun keyfiyyətin yaxşılaşmasıyla və maya dəyərinin
azalması, buraxılan məhsulun çeşidinin təkmilləşdirilməsi, axtarış və istehsal sahəsində
sanasiya ehtiyatların səfərbərliyi bağlıdır.
Müəssisənin sağlamlaşdırması, bir qayda olaraq, əlavə heyətin ixtisarı ilə
bağlıdır, çünki böyük əhəmiyyətə malikdir sosial xarakterli tədbirlərin azaldılmasına
səbəb olur.Xüsusilə bu nəhəngmüəssisələrin maliyyə yaxşılaşdırmasına aiddir.
63
Sanasiya prosedurası ardıcıl və vaxtında olaraq həyata keçirilməlidir.
Sağlamlaşdırma dövründə hər addım qabacaqcadan hesablanmalı, səhvə yol
verilməməlidir. Müəssisənin sağlamlaşdırması mərhələləri aşağıdakı sxem(1)
formasında kimi göstərmək olar:
Sxem 1.
Sxem 1. Müə ssisə tə rə fində n təşə bbüs edilə n sağ lamlaş dırma prosesinin
idarə etmə si üzrə ə sas mə rhə lə lə ri.
Təcrübədə müəssisənin sağlamlaşdırması anlayışı ilə“yenidən strukturlaşdırma”
anlayışıkifayət qədər sıxdır, belə demək olar ki, eyniləşir.Təsərrüfatçıq subyektinin
Müəssisənin sağlamlaşdırılması üzrə idarəetmə
mərhələləri
Məqsədəuyğunluğun təyini və sağlamlaşdırma
keçirilməsinin imkanları
Sağlamlaşdırma konsepsiyasının əsaslandırılması
Sağlamlaşdırmanın həyata keçirilməsinin
istiqamətinin təyini
Sağlamlaşdırmanın formasının seçimi
Sanatorun seçimi
Biznes planın hazırlığı
Sağlamlaşdırma effektivliyinin hesablaması
Sağlamlaşdırmanın biznes planının tədbirlərinin
reallaşdırmasının monitorinqi
64
yenidən strukturlaşdırması – bu onun strukturunun dəyişikliyinə yönəldilmiş idarəetmə
sistemləri, mülkiyyət formaları, təşkilatı-hüquqi formalar(gəlirliliyi, rəqabətə
davamlılığı və istehsalın effektivliyini bərpa etməyə bacarıqlarına istiqamətlənmiş
addımlar) təşkilatı-iqtisadi tədbirlər kimi başa düşülür.
Sanasiya-borclunu ləğv edilməsinin qarşısını almaq məqsədilə onun
mülkiyyətçisi (mülkiyyətçiləri) kreditorlar,əmək kollektivləri və başqa şəxslər
tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə borclunun yenidən təşkil
edilməsidir.
42
Antiböhranlı idarəetmə sistemimüəssisənin maliyyə sağlamlaşdırılması
və müflisləşməsi qarşısını almaq məqsədi ilə imzalanan maliyyə mexanizminin
səmərəli istifadədə olan funksional blok menecment sahəsi kimi xarakterizə oluna
bilər. Sanasiya funksional menecment sahəsində idarəetmə dövrünün ayrı-ayrı
mərhələləri kimi baxmaq olar, həm də müəssisənin sağlamlaşdırılması prosesində belə
dövrlər ayrı-ayrı strateji və ya taktik məqsədlərin nailiyyəti vaxtı təkrarlanması
daimidir. Funksional menecment sahəsində sanasiya prosedurasına aşağıdakı aiddir:
məqsədlərin quruluşu;
vəziyyətin formalaşması və məsələnin tədqiqatı (əsas problem – maliyyə
böhranı);
alternativlərin axtarışı, proqnozlaşdırma və onların reallaşdırmasının
qiymətləndirilməsi;
qərarın qəbul olunması;
reallaşdırma (konkret sanasiya tədbirlərin keçirilməsi);
nəzarət;
kənarlaşmaların təhlili.
Strateji və taktiki hədəflərin müəyyənləşdirilməsi əsas tapşırıq olduğu bu
məqsədlərə nail olmaq üçün idarəetmə prosesinin istiqamətləndirilməsi sahəsində və
effektiv nəzarət sisteminin yaradılması sahəsində fəaliyyətdə olan idarəetmə
təşkilatının mühüm tərkib hissələrindən biridir.Bu halda informasiya təminatı
42
Menecment. K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov, Bakı 2006,səh 867
65
sisteminin yaradılması plan, analitik və nəzarət xidmətləri idarəetmənin əsas tərkib
hissələrini
təşkil
edir.Amma
qeyd
etmək
lazımdır
ki,
müəssisənin
sağlamlaşdırılmasının idarəetməsinin təşkilində vahid reseptlər mövcud deyildir.
Böhran vəziyyətin müəssisənin yenidən qurulması zamanı tədiyyə qabiliyyətinin
bərpa etmək üçün sağlamlaşdırma müsabiqəsində qalib gəlmiş hüquqi və ya fiziki şəxs
tərəfindən maliyyə yardımı göstərilir. Sağlamlaşdırma müsabiqəsində borclu müəssisə
hər-hansı bir səhmdar və ya kreditor, habelə hüquqi və fiziki şəxslər iştirak edə bilər.
Hansı hüquqi və ya fiziki şəxsin borclu müəssisənin sağlamlaşdırüması tədbirlərin
özündə birləşdirən biznes planı (sanasiya layihəsi) məhkəmə tərəfindən qənaətbəxş
hesab olunursa, o da sanasiyanı həyata keçirir. Bunun üçün o, öz şəxsi nümayəndəsini
təyin edir. Qanuna görə sanasiyanın müddəti 24 aydan çox ola bilməz
43
.
Sanasiya üzrə hazırlıq tədbirlərinə aşağıdakıları aid etmək olar:
Fəaliyyət sahəsi üzrə təhlükəsizliyin təmin olunması. Kifayət qədər
təhlükəsizliyinin təmin edilməsi sahəsində texnoloji vasitələrinin hazırlığınyoxlanması
və əvvəlcədən təlimatlandırılmış işçi qüvvəsi ilə mərkəzləşdirilmiş qaydada fəaliyyəti
təşkil etmək.
Müəssisədə
fəaliyyət
prosesində
yaranmış
maneələrin
aradan
qaldırılması.İdarəetmənin tənmizlənməsinə mane olan və ya problemli idarəetmə
həlqəsinin təyini, lazımsız məsrəflərdən kənarlaşma .
Ekspert məsləhət qruplarından istifadə etmək. Proqnozlaşdırma prosesində
analitik təhlillərə üstünlük verərək tövsiyyələrdən müsbət nəticələr əldə etməyə imkan
verir.Məsləhətçilər aşağıdakı məsələlərin həll olunmasına kömək edə bilərlər:
gələcək problemlərin uğurla həll olunması üçün təkmilləşdirmə;
müəssisənin ümumi vəziyyətinin öyrənilməsi;
müəssisənin səmərəli inkişafı problemlərinin üzə çıxarılması;
problemlərin həll olunması istiqamətlərinin axtarılamsı.
43
Menecment. K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov, Bakı 2006. Səh 890
66
3.2.
Antiböhranlı marketinq strategiyasının formalaş ması
Marketinq geniş mənada — bu təşkilati sisteminhazırlamasını daxil edən inkişaf
etmiş bazar iqtisadiyyatında təşkilatın istehsal-satış fəaliyyətini idarə etmələri onların
maddi-texniki təminatının təşkilini və konkret istehlakçılara qədər onların çatdırmasını
reallaşdırılan
mallara
qiymətlərin
formalaşması,
malların
satışlarının
stimullaşdırılması, bazarla işi, rəqiblərin və satış kanallarının öyrənilməsi əhatə
edir.Bazar münasibətləri şəraitində təşkilatın həyat fəaliyyətinin təmin olunmasında
böhranlı vəziyyətdə mümkün hücumun qarşısının alınmasında marketinqin rolu
danılmazdır.
Böhran mərhələsində müəssisə «biçim» strategiyası və ya ləğvetmə strategiyası,
qiymətlərin aşağı salınması strategiyası, marketinq fəaliyyətinin effektliliyinin
artırılması strategiyası tətbiq edir, satışın həvəsləndirilməsinin və reklam fəaliyyətinin
maliyyələşdirilməsini ya tamamilə dayandırır, ya da ona ayrılan maliyyə vəsaitlərinin
həcmini хeyli iхtisar edir, məhsulun bazardan çıхarılmasına və yaхud onun
təkmilləşdirilməsinə dair qərar qəbul edir
44
.
Ona görə də marketinq vəzifələrindən biri bu şəraitdə təşkilat münasibətlərinin
imkanlarını razılaşdırılması üzrə təşkilatı ilə istehlakçılar arasında sorğular xidmət
təşkil etməkdir.Bunun nəticəsi müştərilər üçün xidmətlərdə, onların ehtiyaclarını
ödəyən məhsul həcminin artırılması hesabına təşkili və alınması, istehlakçıların
tələbatını daha yaxşı ödəmək və onun normal səmərəli fəaliyyəti üçün lazım
gəlir.Çünki belə münasibətlərin pozulması tez-tez təşkilatın maliyyə-təsərrüfat
fəaliyyətində neqativ hadisələrin yaranmasına səbəb ola bilər.
Böhran vəziyyətlərində marketinqin hədəfi — onun tərəfindən istehsal edilən
məhsul satışının həcminin artımından təşkilatın lazımlı pul vasitələrinin alınması
şərtlərinin təminatıdır.Bu məqsədlərə uyğun olaraq marketinq növbəti məsələləri həll
edir:
44
Marketinqin əsasları, A.T.Məmmədov, Bakı 2007, səh 69
67
• Bazar vəziyyətinin analizi, rəqiblərin fəaliyyətləri, onların güclü və zəif
tərəfləri;
• Maddi-texniki resurslarının almasının təşkilini, daha kiçik xərclərlə məhsul
istehsalı üçün lazım olanların tapılması;
• Məhsul satışının təşkilinə, təşkilatın bu zaman məhsul satış rentabelliyinin
artırılması və satış həcminin artırılması vəzifəsinin həlli;
• Yeni alıcıların cəlb edilməsi, ehtiyacların öyrənilməsi, istehlakçılar üçün
digər növ xidmətlərin (istehsal edilən məhsulların yaxın) araşdırılması;
• İstehlakçılardan daxil olman iddialara baxılması, icraatına istehlakçıların
məhsul və xidmətlərin təşkili ilə əks əlaqəsini öyrənilməsi.
Marketinqin idarə edilməsi dedikdə məhsul və хidmətlərə tələbin yaradılması və
təkrar istehsalının intensivləşdirilməsi, mənfəətin artırılması üzrə tədbirlərin
planlaşdırılmasının, təşkilinin, əlaqələndirilməsinin, ona nəzarətin, auditin və stimul-
laşdırılmasının həyata keçirilməsilə əlaqədar olan idarəetmə fəaliyyəti başa düşülür.
Marketinqin idarə edilməsi, birincisi, marketinq fəaliyyətinin təhlilini və
planlaşdırılmasını, planların realizasiyasını və ona nəzarətin həyata keçirilməsini və
ikincisi, bütün növ bazarları əhatə edir.
Antiböhranlı idarəetmə sistemində marketinqin idarə edilməsinin əsas vəzifəsi
mübadilədə iştirak edən bütün tərəflərin, subyektlərin tələbatının ödənilməsinə, heç
olmasa onların rəğbətini qazanmağa nail olmaqdır.
Marketinqin idarə edilməsi prosesi: 1) müəssisənin bazar imkanlarının təhlilini; 2)
məqsəd bazarlarının seçilməsini; 3) marketinq kompleksinin, yəni marketinq - miksin
hazırlanmasını və 4) marketinq tədbirlərinin həyata keçirilməsini əhatə edir.
Marketinqin idarə edilməsinin aşağıdakı fəaliyyət istiqamətləri vardır:
1. Təhlil. Bura:
a) marketinqin informasiya sisteminin konsepsiyasının və elementlərinin,
marketinq kəşfiyyatının təşkili vəziyyətinin, marketinq qərarlarının himayə edilməsinin
və marketinq tədqiqatları sisteminin təhlili;
68
b) marketinqin müəssisədən kənar mühitinin - mikromühit və makromühit
amillərinin təhlili;
c) son istehlakçılar bazarının və istehlakçıların davranışının - istehlakçı davranışı
modelinin, istehlakçı davranışına və məhsul alınmasına dair qərarların qəbul
edilməsinə təsir edən amillərin təhlili;
ç) işgüzar və institusional bazarların və istehlakçı müəssisələrin davranışının -
istehsal-teхniki təyinatlı məhsullar bazarının və dövlət orqanları bazarının tədqiqi;
d) rəqiblərin təhlili - rəqiblərin aşkar edilməsi, onların strategiyasının və
məqsədinin, sayının və imkanlarının, habelə zəif və güclü cəhətlərinin müəyyənləşdi-
rilməsi və qiymətləndirilməsi və s. aiddir.
2. Məqsəd bazarlarının seçilməsi.Burada a) bazar tələbatının ölçülməsi və
proqnozlaşdırılması və b) bazar seqmentlərinin aşkar edilməsi, məqsəd bazarlarının
seçilməsi və onun əsaslandırılması həyata keçirilir.
3. Marketinq strategiyasının hazırlanması.Burada aşağıdakı tədbirlər həyata
keçirilir:
a) marketinq təkliflərinin differensiallaşdırılması və proqnozlaşdırılması
strategiyasının əsaslandırılması;
b) məhsulgöndərənlərin qiymətləndirilməsi və onların seçilməsi, potensial rəqabət
üstünlüklərinin aşkar edilməsi, müəssisənin mövqeyinin müəyyənləşdirilməsi üzrə
kommunikasiya tədbirlərinin seçilməsi;
c) bazar lideri, innovatorlar, bazar ardıcılları və bazar «sığınacağında» fəaliyyət
göstərən müəssisələr üçün marketinq strategiyasının hazırlanması;
ç) qlobal bazarlar üçün strategiyanın hazırlanması, qlobal marketinq mühitinin
qiymətləndirilməsi, хarici bazarlara çıхış, marketinq proqramları və marketinq
хidmətinin təşkilatı strukturu haqqında qərarların qəbul edilməsi,
d) qiymət strategiyasının və proqramlarının hazırlanması, qiymətin
müəyyənləşdirilməsi və bazara uyğunlaşdırılması, qiymətin dəyişməsinə reaksiyaya
dair qərarların qəbulu;
69
4. Yeni məhsul və хidmətlərin hazırlanması, yoхlanılması və bazara çıхarılması.
Marketinqin idarə edilməsinin bu istiqamətinə:
a)
yeni
məhsulun yaradılması ideyalarının generasiyası, onların
qiymətləndirilməsi və məhsul çeşidinin təzələnməsi konsepsiyasının yoхlanılması;
b) məhsulun hazırlanması, onun bazar testləşdirilməsinin təşkili və onun
istehlakçı tərəfindən etiraf edilməsi prosesinin öyrənilməsi;
c) məhsulun həyat dövranın idarə edilməsi,
ç) məhsul çeşidi siyasətinin hazırlanması və idarə edilməsi;
d) servis хidmətinin təşkili və idarə edilməsi və s. aiddir.
5) Bölüşdürmə kanallarının seçilməsi və idarə edilməsi. Bu fəaliyyət istiqamətinə
aşağıdakı əməliyyatlar aiddir:
a) bölüşdürmə kanallarının seçilməsinə dair qərarların qəbulu;
b) bölüşdürmə kanallarının idarə edilməsinə dair qərarların qəbulu;
c) marketinq kanallarının dinamikasının inkişafı;
ç) bölüşdürmə kanalları sistemində qarşılıqlı fəaliyyət prosesinin tədqiqi;
d) topdan və pərakəndə ticarətin idarə edilməsi, ticarət heyətinin təşkili.
6. Kommunikasiya proseslərinin idarə edilməsi. Burada aşağıdakı işlər həyata
keçirilir:
a) kommunikasiya və məhsulların fiziki bölüşdürülməsi (malyeridilişi)
strategiyasının hazırlanması, effektli kommunikasiya sisteminin yaradılması;
b) tərəf müqabillərlə, istehlakçılarla və rəqiblərlə qarşılıqlı fəaliyyətin effektli
sisteminin hazırlanması;
c) multimedia üzrə optimal qərarların hazırlanması (reklamın məqsədinin təsdiq
edilməsi, onun büdcəsinə dair qərarların qəbulu, reklam vasitələrinin seçilməsi və s.);
ç) birbaşa marketinq proqramlarının və pablik releyşnzin - ictimaiyyətlə əlaqənin
hazırlanması.
7) Marketinq proqramlarının və qərarlarının təşkili, həyata keçirilməsi,
qiymə tlə ndirilmə si və ona nə zarə t edilmə si.
Bura:
a) kompaniyanın təşkili;
70
b) marketinqin təşkili;
c) qəbul edilmiş marketinq qərarlarının effektliliyinin qiymətləndirilməsi;
ç) marketinq fəaliyyətinə nəzarət və bu fəaliyyətin auditi.
Yuхarıda izah edilənlərdən belə nəticəyə gələ bilərik ki, antiböhranlı idarəetmə
sistemində marketinqin idarə edilməsi müəssisənin marketinq fəaliyyəti sahəsində
çalışan bütün işçilərə və bölmələrə uzunmüddətli və qısamüddətli idarəetmə tədbirləri
kompleksini formalaşdırmağa imkan verir. Bu tədbirlər kompleksi marketinq
fəaliyyətinin məqsədinə nail olmasını və bunun sayəsində isə müəssisənin
fəaliyyətinin planlaşdırılan nəticələrinə nail olunmasını təmin edir.
Dostları ilə paylaş: |