Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Cədvəl 1.2 Dünyanın bir sıra ölkələrində ixracın təmərküzləşməsi (2012-ci il)



Yüklə 145,74 Kb.
səhifə10/19
tarix02.01.2022
ölçüsü145,74 Kb.
#1962
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Cədvəl 1.2

Dünyanın bir sıra ölkələrində ixracın təmərküzləşməsi (2012-ci il)

Ölkələr

İxrac olunan əmtəələrin sayı1

İxracın təmərküzləşməsi əmsalı

Dünya təsərrüfatı

224

0,157

İnkişaf etmiş ölkələr

231

0,115

O cümlədən







ABŞ

235

0,084

Almaniya

236

0,105

Norveç

215

0,426

Cənubi-şərqi Avropa və MDB ölkələri

210

0,269

O cümlədən




-

Rusiya

225

0,377

Azərbaycan1

67

0.5

İnkişaf etməkdə olan ölkələr

199

0,234

O cümlədən







Çin

233

0,085

Səudiyyə Ərəbistan

206

0,851

Beliz

14

0,609

Ən çox xarici borcu olan kasıb ölkələr

76

0,416

Ən kasıb ölkələr

69

0,526

Burada Ke, Kİ - müvafiq olaraq ixrac və idxal kvotası, E - məcmuu ixracın həcmi, İ - məcmuu idxalın həcmi, P(Y) - müvafiq olaraq ümumi daxili məhsul və ya ümumi milli məhsuldur.

İxrac kvotası anlayışı ölkənin sənayesinin (sahəsinin) xarici bazara yönəlməsinin dərəcəsini müəyyənləşdirir. İstehsalda ixrac kvotasının artması beynəlxalq ticarət iqtisadi əlaqələrin intensivləşməsini, beynəlxalq təsərrüfat əlaqələrində milli iqtisadiyyatın müvafiq sahələrində rəqabət qabiliyyətliliyinin yüksəlməsini, kooperasiya və ixtisaslaşmanın dərinləşməsini göstərir.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatında (İƏİT) i əmtəəsinin j ölkəsinə ixracının müqayisəli üstünlük əmsalının aşağıdakı düsturla hesablanması qəbul olunmuşdur.



X-ixrac, im-hazır məhsullardır. Düstur j - ölkəsindən i - əmtəəsinin ixracının xüsusi çəkisinin İƏİT ölkələrinin əmtəə ixracının ümumi həcmində ölkənin ixrac etdiyi hazır məhsulun İƏİT ölkələrindən ixrac olunan hazır məhsulda xüsusi çəkisinin müqayisə olunması ilə çıxarılmışdır. Əgər nəzərdə tutulan əmtəənin xüsusi çəkisi, İƏİT-nm həmin əmtəədən etdiyi ixracın həcmində bu ölkənin ixrac etdiyi hazır məhsulun payı İƏİT ölkələrinin ixrac etdiyi hazır məhsulun həcmindəkinə nisbətən böyükdürsə, onda bu ölkə müqayisəli üstünlüyə malik olur. Anoloji üsulla idxal kvotasının da hesablanması həyata keçirilir.

Ölkənin xarici iqtisadi əlaqələrdə iştirak dərəcəsini müəyyənləşdirmək üçün xarici ticarət kvotası göstəricisindən də istifadə olunur. Xarici ticarət kvotası - ölkənin xarici ticarət dövriyyəsinin onun ÜDM-na olan nisbətini xarakterizə edən göstəricidir. Riyazi şəkildə bu göstərici aşağıdakı düsturla hesablanır:



Xtk=(Xtd/P)100

Harda ki, XTD-ölkənin ticarət dövriyyəsinin illik həcmi; Xtk- xarici ticarət kvotası; P-ölkənin ÜDM-nin dəyər həcmidir.

Ölkənin BƏB-də iştirakını müəyyənləşdirən milli və beynəlxalq amillər 3 saylı cədvəldə verilmişdir.
Cədvəl 1.3

Ölkənin BƏB-də iştirakını müəyyənləşdirən milli və beynəlxalq amillər

BƏB-ə təsir edən milli amillər

a) Ayrı-ayrı ölkələrin təbii coğrafi fərqləri

  • təbii iqlim şəraiti;

  • təbii ehtiyyatlar;

  • ərazinin ölçüsü;

  • əhalisinin sayı;

ölkənin iqtisadi - coğrafi vəziyyəti və s.

b) Ayrı-ayrı ölkələrin sosial - iqtisadi xüsusiyyətləri

  • dünya iqtisadiyyatında ölkənin vəziyyəti;

  • tarixi inkişafının xüsusiyyətləri;

  • İstehsal və xarici-iqtisadi əlaqələrin xüsusiyyətləri;

  • keçdiyi ictimai quruluşlar;

- elmi-texniki inkişafın və iqtisadiyyatın nail olunmuşsəviyyəsi;

  • təsərrüfat tipinin növləri (sənayecə inkişaf etmiş, sənayesi inkişaf etməkdə olan, xammal ixrac edən, natural təsərrüfat);

  • xarici iqtisadi əlaqələr sahəsində qanunvericilik bazası;

  • iqtisadiyyatın təmayülü, (bazar iqtisadiyyatı, keçid iqtisadiyyatı, planlı təsərrüfat);

  • xarici investisiyaların qorunmasına təminat;

miqrasiya məsələləri və s.

BƏB-in beynəlxalq amilləri

  • dünyada ETT-nin səviyyəsi; ETT-nin səviyyəsi nə qədər yüksək olarsa məhsul o qədər elm tutumlu və rəqabətə davamlı, eləcə də ölkədə ixtisaslaşma səviyyəsi yüksək olar;

  • dünya bazarında əmtəə və xidmətlərə olan tələbat;

  • beynəlxalq hesablar sistemi;

  • ekoloji problemlər;

  • qloballaşma;

  • beynəlxalq ixtisaslaşma və kooperasiya səviyyəsi;

  • beynəlxalq rəqabət qabiliyyətliliyi;

- informasiya kommunikasiya texnologiyaları.




Yüklə 145,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin