Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədinin əsasında
müəssisələrin debitor və kreditor xərclərinin formalaşma mənbələrinin müəyyən
olunması, eyni zamanda da həmin debitor və kreditor xərclərinin düzgün idarə
edilərək müəssisələrin davamlı inkişafının təmin olunması dayanır. Tədqiqat işinin
məqsədinə çatmaq üçün qarşıya bir sıra vəzifələr qoyulmuşdur. Həmin vəzifələrə
aiddir:
Müəssisələrdə xərclərin meydana gəlməsinin əsas xarakterik
xüsusiyyətləri təhlil etmək;
Müəssisədə yaranan debitor və kreditor borclarının əhatəli təhlili və
bu borcların azaldılması yollarını araşdırmaq;
Azərbaycanda xərclərin idarə edilməsinin xarakterik xüsusiyyətləri
təhlil etmək;
Debitor və kreditor xərcləri üzrə hesablaşmaların təkmilləşdirilməsi
istiqamətləri təhlil etmək;
Müəssisələrdə xərclərin idarə edilməsi sahəsində beynəlxalq
təcrübənin öyrənilərək yerli müəssisələrə tətbiq edilməsi imkanlarını
araşdırmaq.
Dostları ilə paylaş: |