FƏSİL 3. Müasir dövrdə maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri
3.1 Maliyyə sistemində bazar münasibətlərinin dərinləşdirilməsi üzrə islahatların istiqamətləri
Maliyyə sisteminin meydana gəlməsi və yenidən inkişaf etməsi üzrə kompleks şəkildə həyata keçirilən tədbirlər sistemi vasitəsilə aparılan islahatlar kapital yığımına həmçinin iqtisadiyyatın real sektoruna investisiya qoyuluşları üçün əlverişli şərait yarada bilər. İqtisadiyyatda baş verən təkrar istehsal prosesinin fasiləsiz hərəkətini təmin etməkdən ötrü bütöv həcmli investisiyalaşdırmanın həyata keçirilməsi düzgün şəkildə olmalı və bu optimal bölüşdürməni təmin edən investisiya siyasəti işlənib hazırlanmalıdır. Bunun əsas göstəricilərindən biri olan iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunması üzrə kompleks tədbirlərin həyata keçirilməsi təşkil olunmalıdır..
Maliyyə sisteminin indiki və gələcək inkişafı həmişə özünün təsirini sənayedə, kənd təsərrüfatında habelə tikintidə və xalq təsərrüfatının müxtəlif sahələrində o cümlədən texnologiyaların təkmilləşdirilməsi və onların artım templərinin yüksəlməsinin stimullaşdırılması proseslərində özünü biruzə verir. Maliyyə, və maliyyə sistemi digər bir baxımdan cəmiyyətin əsas məhsuldar qüvvəsi sayılan işçilərin formalaşdırılmasında və onların ixtisaslarının artırılmasında da aparıcı rol oynayır.. Bu proses öz əksini kadrların hazırlanması proseslərinin baş verməsi zamanı və onların fəaliyyət mexanizimlərinin maliyyələşdirilməsinin təmin edilməsi həmçinin sosial, tibbi və pensiya təminatının atırılmasında öz əksini tapır. Bir sıra bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, maliyyənin qurulmasının və onun inkişafının əsas tendensiyalarını bir-birindən ayırmaq olar yəni buna imkanın olduğunu vurğulayır. Qeyd edək ki, keçid şəraitində maliyyə və maliyyə münasibətlərinin inkişafının ümumi istiqamətlərinə başlıca olaraq maliyyədən istifadəyə klassik yanaşmanın formalaşdırılması həmçinin əhali qruplarının maraqlarının qorunması kimi sosial müdafiəsi daxildir.
Müşahidələr göstərir ki, ayrı-ayrı təsərrüfat subyektlərinin, iqtisadi sahələrin maliyyə sistemləri, ümumi oxşarlıqlarla yanaşı, müəyyən fərqliliklərə də malikdir. Konkret olaraq və maliyyə sisteminin təsiri bir sıra sahələrdə məsələn sənayedə, kənd təsərrüfatında o cümlədən tikintidə və iqtisadiyyatın digər sahələrində texnologiyaların təkmilləşdirilməsi və artım templərinin sürətlənməsi, bu istiqamətdə stimullaşdırıcı addımların atılması kimi proseslərində özünü göstərir. Maliyyə, həmçinin, cəmiyyətin əsas məhsuldar qüvvəsi olan işçilərin (kadrların) formalaşdırılmasında və ixtisaslarının artırılmasında da fəal iştirak edir. Bu iştirak, öz əksini kadrların hazırlanması proseslərinin təkmilləşdirilməsi və onların fəaliyyətlərinin maliyyələşdirilməsinin təmin edilməsi, sosial, tibbi və pensiya təminatının artırılması və s. kimi məsələlərdə tapır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, maliyyənin qurulmasının və inkişafının əsas tendensiyaları biri-birindən fərqlənir. Konkret olaraq isə, maliyyə münasibətlərinin inkişafının ümumi istiqamətlərinə, ilk növbədə maliyyədən istifadəyə klassik yanaşmanın formalaşdırılması, əhali qruplarının maraqlarının qorunması kimi sosial müdafiə tədbirləri aiddir. Maliyyə sisteminin inkişafının digər istiqamətlərinə yeni büdcə sisteminin yaradılmasında əks olunan maliyyə mərkəzləşdirilməsini aid etmək olar.
Maliyyə münasibətlərinin təsiri ilə daha bir inkişaf tendensiyası isə öz əksini iqtisadiyyatın dövlət və özəl bölmələrinin inkişafı nəticəsində müəssisə maliyyəsinin formalaşdırılması prosesində göstərir. Müasir dövrdə respublikamızın ictimai həyatında baş verən yüksək səviyyədəki inkişaf və yenidənqurma prosesləri sosial dəyişikliklərdə maliyyə sisteminin rolunu daha da yüksəltmişdir. Belə ki, maliyyə sistemində uğurların təmin edilmədiyi bir halda bütün digər radikal islahatların uğurlu nəticə verməsi qeyri-mümkündür. Bu həm də ondan irəli gəlir ki, istənilən sahədə uğur əldə etməyin başlıca şərtlərindən biri, lazımi maliyyə təminatının olmasıdır. Ona görə də bu təminata dəstək verən normal və təkmil, uğurla fəaliyyət göstərən maliyyə sistemi olmadan, proqnoz-laşdırılan nəticələrin əldə olunması çox çətindir. Eyni zamanda, sosial-iqtisadi uğurların əldə edilməsində maliyyə sistemi nə qədər mühüm rol oynayırsa, bu sistemin səmərəli şəkildə tənzimlənməsi də o qədər əhəmiyyətə malikdir. Bu da təbiidir, ona görə ki, hər bir sahədə və ya sistemdə səmərəli tənzimləmə, uğurlu nəticənin əsas təminatçılarından biridir. Bu baxımdan da, maliyyə tənzimlənməsi də maliyyə sisteminin mühüm tərkib hissəsi kimi, bu sistemin uğurlu nəticələr əldə etməsinin zəruri şərtlərindən biridir Araşdırmalar göstərir ki, maliyyə tənzimlənməsi mexanizmləri arasında əsas yer vergilərə və büdcəyə məxsusdur. Vergilər vasitəsilə rentabelliyin səviyyəsi və müəssisələrin sərəncamında qalan pul yığımlarının həcmi tənzimlənir. Belə ki, qanunda nəzərdə tutulduğu kimi, müəssisələrin pul yığımlarının bir hissəsi, dövlət tərəfindən büdcəyə cəlb edilərək, bu vəsaitləri istehsalın səmərəliliyinin yüksəldilməsi hesabına mənfəətin yeni artım ehtiyatlarını axtarmağa sərf edir. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq müəssisələrin gəlirlərinin tutulmasının bu metodu geniş yayılmışdır. Eyni zamanda, vergi mexanizmindən istifadə etməklə müəssisələrin vergiyə cəlb edilməsinin yüksək səviyyəsi onların maliyyə imkanlarını məhdudlaşdırır. Vergi növlərinin və onların hesablanması şərtlərinin tez-tez dəyişdirilməsi isə vergi ödəyicilərində inamsızlıq yaratmağa, vergi güzəştlərinin təsirinin zəifləməsinə və investisiya cəlbediciliyinə mənfi təsirlərə səbəb ola bilər. Bu baxımdan da, özəl təsərrüfat subyektlərinin inkişafına əsaslanan müasir bazar münasibətləri şəraitində vergi tənzimləmələrinə, həm də stimullaşdırıcı bir amil kimi yanaşmaq lazımdır. Yəni, vergilər yalnız təsərrüfat subyektlərinin əldə etdiyi mənfəətin bir hissəsini dövlət büdcəsinə cəlb etməklə kifayətlənməməli, həm də milli iqtisadiyyatın daha çox inkişafa ehtiyacı olan sahələrinin tərəqqisini stimullaşdırmalıdır. Nəzərə alsaq ki, bazar münasibətləri şəraitində dövlətin iqtisadi proseslərə müdaxiləsi, yalnız qeyd edilən tənzimləyici funksiyalarla reallaşır, onda dövlət də bu funksiyalarından həm tənzimləyici, həm də stimullaşdırıcı məqsədlərlə istifadə etməlidir. Bu həm də, ondan irəli gəlir ki, bazar iqtisadiyyatının səmərəli fəaliyyətinin, əsas şərti olan müəssisələr arasında rəqabət problemi maliyyə mexanizmlərindən geniş istifadə etməklə təmin edilə bilər. Kiçik müəssisələrin güzəştli şərtlərlə vergiyə cəlb edilməsi də, öz növbəsində istehsalın inhisarsızlaşmasına və sağlam rəqabətin inkişafına şərait yarada bilər. Ümumilikdə, dövlətin maliyyə strategiyası dövlətin və müəssisələrin səmərəli maliyyə münasibətlərinin formalaşdırılmasının zəruriliyi nöqteyi-nəzərindən çıxış etməlidir. Dövlətin büdcə öhdəliklərinin yerinə yetirilməsi prinsiplərinin reallaşdırılması üçün lazımi şəraitin yaradılması zəruridir. İnflyasiyanın azaldılması sxemindən tədricən müxtəlif mülkiyyətli təşkilatlarda kapital yığımına şəraitin yaradılmasına keçilməlidir.
Maliyyə sistemində investisiyaların cəlb edilməsi siyasəti, eyni zamanda kapitalın yenidən bölüşdürülməsi kanallarının, həmçinin investisiya resurslarının hərəkəti üzərində nəzarət sisteminin yaradılmasını təmin etməlidir ki, bu da rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı ilə məşğul olacaq sahələrin investisiyalaşdırılması, dövlət investisiya proqramlarının maliyyələşdirilməsi, kapital qoyuluşu üçün əlverişli investisiya mühitinin yaradılması kimi istiqamətləri əhatə edir. Adətən, investisiyaların cəlb edilməsi siyasətinin obyekti kimi daxili və xarici kapital çıxış edir. Bu sahədə müsbət nəticələrin əldə edilməsi və makro səviyyədə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün uyğun infrastruktur təminatının yaradılması məqsədə müvafiqdir. Kapitalın investisiya fəaliyyətinə cəlb edilməsi üçün investisiya institutları sistemi - özündə bazar özünü tənzimləməsini və dövlət tənzimləməsini birləşdirən idxal-ixrac bankları formalaşdırılmalıdır. Bu bankların formalaşdırılması konsepsiyası onun tərəfindən strateji əhəmiyyətli mühüm obyektlərin uzunmüddətli investisiyalaşdırılması üzrə ixtisaslaşmasına, bu obyektlərin beynəlxalq maliyyə təşkilatlarının digər iri beynəlxalq bankların maliyyə resursları hesabına kreditləşdirilməsinə əsaslanmalıdır.
Maliyyə sisteminin təkmilləşdirilməsi büdcə və büdcə sisteminin yenidən baxılmasına və qurulmasına böyük ehtiyacın olduğunu göstərir. Bunun üçün bir sıra tədbirlər görülür. Bu tədbirlər aşağıdakı istiqamətlərdə aparılır:
dövlət borcunun maliyyələşdirilməsi mexanizminin yenidən qurulması;
büdcə vəsaitlərindən istifadə həmçinin onun düzgün şəkildə istifadəsinin səmərəliliyinin yüksəldilməsinə yeni yanaşma metodlarının müəyyən olunması ;
büdcə sisteminin bütün həlqələri arasında habelə büdcələrarası münasibətlərdə yeni mexanizmin tətbiq edilməsi və istifadə edilməsi;
büdcə prosesinin təşkili zamanı ardıcıl olaraq səmərəli dəyişikliklərin həyata keçirilməsi.
Hər bir ölkənin maliyyə strategiyası dövlətin özünün və onun müəssisələrin səmərəli şəkildə maliyyə münasibətlərinin formalaşdırılmasının zəruriliyi nöqteyi-baxımından çıxış etməlidir. Həmçinin də hər bir ölkə şəxsi büdcə öhdəliklərini yerinə yetirmə prinsipini reallaşdırmalı və bunun üçün lazımi şəraiti yaratmalıdır. Bu zaman İnflyasiyanın azaldılması sxemindən tədricən zamanla müxtəlif mülkiyyətli təşkilatlarda, idarə və müəssisələrdə kapital yığımına şəraitin yaradılmasına keçilməlidir. Bu məqsədlə dövlət özünün zəruri kredit resurslarını formalaşdırmalı, dövlət bölməsi və dövlət kapitalına münasibətdə şəxsi iqtisadi təhlükəsizlik prinsipinə əsaslanmalıdır.
Həm daxili həm də xarici dövlət borclarının ödənilməsi nəticəsində yarana biləcək büdcə kəsiri zamanı bu büdcə kəsirinin maliyyələşdirilməsi mexanizmində və siyasətində aşağıdakı istiqamətlərin müəyyən olunması məqsədə uyğun hesab olunur.
maliyyə axınlarının məqsədli şəkildə istiqamətlərinin mühüm, strateji cəhətdən vacib dövlət proqramlarının maliyyələşdirilməsi;
Yarana biləcək büdcə kəsirinin maliyyələşdirilməsi üçün mərkəzləşdirilmiş vəsaitlərin cəlb olunması mexanizminin dəyişdirilməsi;
büdcənin birbaşa daxili kreditləşdirilməsi hesabına dövlət borcunun idarə olunması xərclərinin minimuma çatdırılması;
dövlət əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsi;
büdcə-kredit və məqsədli kredit axınlarının güclənməsi məqsədiylə sisteminin işlənib hazırlanması;
vergiyə cəlb edilmə üzərində nəzarətin gücləndirilməsi;
iqtisadiyyatın real sektoru üçün vergi yükünün minimuma çatdırılması ;
vergi hesabatlarının və vergi qanunvericiliyinin standartlara uyğunlaşdırılması;
qeyri-rezidentlərin vergiyə cəlb olunma sisteminin beynəlxalq vergiyənormalarına cəlb olunma prinsiplərinə uyğunlaşdırılması;
Büdcə vəsaitlərindən səmərəli istifadənin və səmərəliliyin yüksəldilməsi ölkə tərəfindən qəbul edilən həm sosial həm də iqtisadi proqramlar üzrə ayrı-ayrı parametrlər baxımından deyil, bütövlükdə müəyyən nəticələrə nail olmaq üçün real gəlirlərin planlaşdırılmasında habelə büdcənin xərclər hissəsinin əsaslandırılmasında yeni yanaşmaların tətbiq edilməsini tələb edir. Bütün bunlarla yanaşı əhalinin sosial müdafiəsinin təminatı baxımından dövlətin apardığı ardıcıl siyasət nəticəsində böyük işlər görülmüşdür və bu işlər davam etdirilir. Lakin bəzi hallarda büdcə vəsaitlərinin məhdudluğu üzündən büdcə siyasəti konsepsiyasına sosial yardımın diferensasiyası prinsipinin əlavə edilməsini də tələb edir.
Müstəqillik əldə etdikdən sonra ölkədə formalaşan yeni bazar münasibətləri şəraitində maliyyə sisteminin konkret sosial-iqtisadi problemlərin həllinə yönəldilməsi hökumətin qarşısında duran mühüm vəzifələrdən birinə çevrildi. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə siyasi və iqtisadi sabitliyin bərqərar olduğu 90-cı illərin ortalarından başlayaraq dövlət proqramlarından istifadə olunmağa başlandı.
Hazırda, Azərbaycan Respublikasında formalaşmış büdcə siyasəti dövlətin iqtisadi-sosial inkişaf konsepsiyası, “2008-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasında yoxsulluğun minimum həddə çatdırılması və davamlı olaraq inkişaf Dövlət Proqramı (YADİDP)”, habelə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişaf Dövlət Proqramı” və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını təmin edən digər məqsədli dövlət proqramlarının həyata keçirilməsinə xidmət edir.
Dövlət proqramlarından istifadə edilməsi istiqamətində nail olunmuş inkişafla yanaşı bir sıra çatışmazlıqlar da qalmaqdadır. Bunların aradan qaldırılması istiqamətində mühüm dövlət sənədi kimi “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 31 may 2005-ci il tarixli fərmanı qeyd etmək zəruridir. Fərmanda büdcə siyasəti ilə bağlı vacib müddəalar öz əksini tapmışdır. Bu, ölkənin iqtisadi və sosial inkişaf gös-təriciləri ilə dövlət büdcəsi arasında sıx əlaqəni təmin etmək məqsədi ilə büdcənin məqsədli proqramlar əsasında tərtibinə nail ol-maq üçün zəruri tədbirlərin görülməsi, büdcənin icrası prosesində bu proqramlarda müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət, həmçinin büdcənin icrası barədə hesabata həmin proqramların icrası barədə hesabatlarla birgə baxılmasıdır.
Yuxarıda sadalanan tədbirlərin reallaşdırılması, dövlət büdcəsi xərclərinin əsaslandırılmasının nəzəri və metodoloji aspektlərinin təkmilləşdirilməsi, digər tərəfdən məqsədli proqramların orta müddətli büdcə planlaşdırılması ilə əlaqələndirilməsi və proqramlar çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsinin zəruriliyi əsaslandırılmışdır.
Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə təmin edən dövlət büdcəsi gəlirlərinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, iqtisadi inkişafın təsir gücü dövlətin dövlətçilik siyasətindən başlayaraq, idarəçilik siyasəti və maliyyə siyasəti də daxil olmaqla tətbiq olunma mexanizmindən xeyli asılıdır. Belə ki, bu istiqamətdə maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici tətbiqi mühüm əhəmiyyət kəsb edir. İslahatların gedişi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması bunlarla əlaqədar problemlərin tədqiqinə, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin həyata keçirilməsinə, onun təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə yeni nəzəri - metodoloji yanaşma tələb edir
Dövlət büdcəsinin müxtəlif proqramlar əsasında formalaşdırılması iqtisadi tarixinin müxtəlif mərhələlərində tədqiqat obyekti olmuşdur. Bu istiqamətdə aparılan tədqiqat işlərinin praktiki əhəmiyyə-tini azaltmadan qeyd etmək lazımdır ki, dövlət büdcəsindən ma-liyyələşdirilən məqsədli sosial-iqtisadi inkişaf proqramlarının for-malaşdırılması problemi ayrıca tədqiqat predmeti olmamışdır.
Qeyd olunanlar tədqiqat mövzusunun seçilməsini, onun məqsəd və vəzifələrinin müəyyənləşdirilməsini şərtləndirmişdir.
Azərbaycan Respublikasında dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında formalaşdırılmasının nəzəri-metodoloji bazasının araşdırılması, mövcud vəziyyətin qiymətləndirilməsi əsasında onun təkmilləşdirilməsinə dair konkret təklif və tövsiyyələrin hazırlanması mühüm məsələlərdən biridir.
İqtisadi nəzəriyyə milli gəlirin bir hissəsinin vergilər şəklində büdcəyə alınması və bununla da resursların bölgüsünü və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə təkrarən bölüşdürülməsini nəzərdə tutur. Büdcə xərcləri vasitəsilə də dövlət iqtisadi proseslərə təsir edir ki, bu da büdcənin daha çox kəmiyyət amili kimi rolunu göstərir. Lakin, büdcə xərcləri eyni zamanda, bir keyfiyyət elementi rolunu oynayır ki, bu daha çox özünü iki məqamda göstərir. Birinci hal – büdcə xərcləri sonda iqtisadi inkişafı və onun da son nəticəsi olaraq əhalinin maddi rifah halının yaxşılaşdırılmasını şərtləndirir. İkinci hal – büdcə xərcləri ölkənin sosial-iqtisadi hədəfləri ilə uzlaşdırılır ki, bu da resursların hər il rasional bölüşdürülməsini şərtləndirir.
Bir sıra ölkələrdə dövlət xərclərinin səmərəliliyini qiymətləndirmək məqsədilə dövlət büdcəsinin məqsədli proqramlar əsasında formalaşdırılmasının əhəmiyyətliliyi müəyyənləşdirilmişdir. Səmərəliliklə bağlı göstəricilər sisteminin qurulmasında kəmiyyət və keyfiyyət indikatorlarından istifadə olunması məqsədilə, nəzəriyyədə sınaqdan çıxmış indekslərin təhlili, məcmu materialların təhlili və s. metodların tətbiqi məqsədəuyğun hesab edilir. Bu göstəricilərə nəzəriyyədə xüsusilə tədqiq edilən iqtisadi gəlirlilik norması, investisiyaların özünüödəmə müddəti, sosial səmərə, iqtisadi səmərə və s. indikatorların aid olduğu müəyyənləşdirilmişdir.
Büdcə xərclərinin sosial yönümlülüyü ilə yanaşı investisiya yönümlülüyünün və sahibkarlıq sektorunun inkişafının təmin edilməsi, yoxsulluğun azaldılması üçün iqtisadi imkanların yaradılması istiqamətində işlərin aparılması nəticəsində dövlət büdcəsinin xərclərinin 2003-cü ildən hazırkı dövrə qədər əhəmiyyətli şəkildə artdığı müəyyən еdilmişdir.
Büdcə və vergi siyasətinin əsas istiqamətlərindən biri kimi investisiya qoyuluşunun strukturunu daim təkmilləşdirməklə sahibkarlığın regionlar üzrə inkişaf etdirilməsi, həmin vəsaitdən səmərəli istifadəyə nəzarətin gücləndirilməsi tədbirləri müəyyənləşdirilmişdir.
Son illərdə dövlət büdcəsindən yönəldilən investisiya xərcləri istehsal və infrastruktur, sosial, institusional yönümlü layihələrin, həmçinin ərazilərin bərpası, yenidən qurulması və fövqəladə halların aradan qaldırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir.
Büdcə xərclərinin artımının davamı olaraq büdcənin proqramlar əsasında tərtibi və icrası prosesi də sürətlənmişdir.
Son illərdə dövlət büdcəsinin konkret proqramlar əsasında hazırlanmasına baxmayaraq qeyd edilən sənədlərin təsnifatı mövcud olmadığı üçün tədqiqat çərçivəsində dövlət proqramlarının təsnifatı verilmiş və bu əsasda təhlillər aparılmışdır ki, həmin sənədləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Birinci qrupa, əhəmiyyətlilik baxımından konsepsiya, strategiya və milli fəaliyyət planlarını, ikinci qrupa proqramları, üçüncü qrupa isə proqramlara yaxın olan lakin dövlət proqramı statusuna malik olmayan tədbirlər planları aid edilir. Ölkədə qəbul edilən proqramların iki əsas qrupa: kompleks və məqsədli proqramlara bölünməsi qeyd edilir.
Ölkənin sosial-iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş proqramlar bir qayda olaraq, ərazinin, regionun və ümumən, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər planının işlənib hazırlanmasını nəzərdə tutur. Bura Yoxsullu-ğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı (YADİDP) və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (RSİİDP) aid edilir. İkinci qrupa aid edilən məqsədli proqramlar konkret istiqaməti əhatə edir və ya konkret problemin həllinə yönəldilir.
Müəyyən edilmişdir ki, kompleks proqramlarda həyata keçiriləcək tədbirlər illər üzrə lazımi şəkildə müəyyənləşdirilmədiyindən onun dövlət büdcəsi ilə birbaşa əlaqəsi çox səthi görünür. Kompleks proqramlaristisna olmaqla onların böyük əksəriyyətinin nəticələri haqqında yekun hesabatlar tərtib edilmir. Bu da təbii ki, proqramlar çərçivəsində dövlət büdcəsindən yönəldilən vəsaitlərin səmərəliliyini qiymətləndirməyə imkan vermir.
Bir qism proqramlar üzrə dövlət büdcəsi tərəfindən yönəldilən vəsaitlərin həcminin göstərilməməsi, son dövrlərdə proqramların strukturunun təkmilləşdirilməsinə baxma-yaraq qeyd olunan tədbirlərin icra mexanizmi ilə bağlı informasiyanın olmaması aşkar edilmiş, ümumiyyətlə, dövlət büdcəsi vasitəsilə maliyyələşməsi nəzərdə tutulan istənilən proqramın hazırlanmasında vahid bir metoddan istifadə edilməməsi, bu əsasda dövlət büdcəsinin məqsədli proqramlar əsasında icrasını təmin etməklə həmin vəsaitlərin daimi monitorinqi və büdcə xərclərinin məqsədli, ünvanlı, səmərəli istifadəsini qiymətləndirməyə imkan verən nəticəyə hədəflənmiş büdcə metodundan istifadəsinin zəruriliyi qeyd edilir.
Dövlət büdcəsinin məqsədli proqramlar əsasında tərtibinin əsas xüsusiyyətlərindən biri kimi müəyyən edilən orta müddətli büdcə planlaşdırılması üçün tətbiq edilən Orta Müddətli Xərclər Sxeminin (OMXS) müəyyənləşdirilməsi yoxsulluğun azaldılması və iqtisadi inkişafda mühüm rol oynayır. OMXS-in təhlili yalnız YADİDP çərçıvəsində baxılan sənəd olduğu üçün onun gələcəkdə reallaşdırılması da şübhə doğurur. Belə ki, YADİDP konkret dövrü əhatə edən proqramdır. Buradan belə nəticəyə gəlmək olar ki, həmin dövr bitdikdən sonra artıq OMXS-ə ehtiyac qalmayacaqdır. Bu isə onun ayrıca sənəd kimi qəbul edilməsinin zəruriliyini göstərir. Yeni OMXS-də təşkilati və sektorial xərc limitləri-nin müəyyənləşdirilməsi, həmçinin bu sənədin borc siyasəti və makroiqtisadi proqnozlarla bağlı olması daha məqsəduyğun olardı.
Ölkə qanunvericiliyində təsbit edilmiş bir sıra norma və normativlərin tədqiqat çərçivəsində təhlili dövlət büdcəsi xərclərinin səmərəli-liyinin real olaraq qiymətləndirilməsi imkanlarının aşağıdakı səbəblərdən mümkün olmadığını göstərir:
səmərəliliyin qiymətləndirilməsi məqsədilə bir sıra sahələr üzrə göstəricilərin olmaması;
dövlət büdcəsi xərclərinin ayrı-ayrı istiqamətlər üzrə böl-güsünün müxtəlif sənədlərdə olan köhnə norma və normativlər və ya göstəricilər əsasında hazırlanması;
təhsil və səhiyyə sahələrini əhatə edən bu qaydaların çoxluğu.
Beləliklə, aparılan təhlillər göstərir ki, mütərəqqi iqtisadi normalara və maliyyə xərcləri normativlərinə, habelə yeni büdcə təsnifatına əsaslanan büdcə planlaşdırılmasının dəqiq və şəffaf mexanizminin hazırlanması dövlət büdcəsinin iqtisadi artımın stimullaşdırılması və ölkə iqtisadiyyatının inkişafının daha mühüm alətinə çevrilməsinə imkan yaratmış olar.
Hazırda sosial-iqtisadi inkişaf strategiyasını ölkədə artıq orta müddətli dövrü əhatə edən iqtisadi-sosial inkişaf konsepsiyası əvəz edir. Paralel olaraq ölkədə “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının hazırlanması ilə bağlı işlər başlanmışdır. Nəzəri cəhətdən əsaslandırılmış planlaşdırma isə dövlətin iqtisadi siyasətilə bağlı prioritetlərini müəyyənləşdirəcəkdir. Yuxarıda qeyd olunan məqamlar nəzərə alınmaqla məqsədli proqramlar əsasında dövlət büdcəsinin icrası zamanı “maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar üzrə icrasının təmin edilməsi”, “büdcə təşkilatlarının səmərəliliyini qiymətləndirmək üçün göstəricilər sisteminin qurulması” kimi prinsiplərin əsas götürülməsi daha məqsəduyğun olardı.
Dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında icrası modelinin Sxem 11-də təqdim edildiyi kimi olması və bu məqsədlə, görüləcək işlərin aşağıdakı mərhələləri əhatə etməsi məqsədəuyğundur.
Qeyd edilir ki, xərclərin məqsədli proqramlarla əlaqələndiril-məsi istiqamətində işlərin təkmilləşdirilməsinin beş mərhələdə aparılması zəruridir.
Birinci mərhələdə,məqsədi dövlət büdcəsi xərclərinin ölkənin sosial-iqtisadi planlarında müəyyən edilən hədəfləri ilə uzlaşdırılması, həmçinin büdcə xərclərinin səmərəliliyinin artırılmasına yönəldilmiş konsepsiya hazırlanr. İkinci mərhələməqsədli proqramlarla orta müddətli büdcə proqnozlarının əlaqələndirilməsini şərtləndir
Sxem 10.Dövlət büdcəsinin məqsədli proqramlar əsasında formalaşdırılması
Üçüncü mərhələnin nəticələrinin ümumiləşdirilməsi və daha çox sayda strukturların bu konsepsiyaya keçməsi, dördüncü mərhələdə“Büdcə sistemi haqqında” qanunun daha təkmil “Büdcə Məcəlləsi” ilə əvəz edilməsi, nəhayət, beşinci mərhələdəbütün dövlət strukturlarının bu konsepsiyadan istifadəyə keçməsinə ehtiyac duyulur.
Makroiqtisadi əsaslar adlanan mərhələdə OMXS-in hazırlanması proseslərinin əsasını qarşıdakı 4 il üçün ölkədə fiskal çərçivəni müəyyən edən proqramın təşkil etməsi, büdcə sahəsində islahatların həyata keçirilməsi adlanan mərhələdə ortamüddətli dövrdə büdcə vəsaitlərinin səmərəli idarə edilməsi ilə bağlı təhlillərin aparılması, büdcə təşkilatları üçün müəyyənləşdirilən xərclər planı mərhələsində isə ölkənin konkret sahələri üzrə siyasətinin prioritetlərini əks etdirən məsələlərin öz əksini tapması göstərilmişdir. Həmçinin, səmərəliliyin qiymətləndirilməsi metodikasının sadə göstəricilərdən istifadə səviyyəsi, kəmiyyət və keyfiyyət göstəriciləri, proses və təşəbbüslərin qiymətləndirilməsi, qiymətləndirmənin prioritet sahələrinin müəyyənləşdirilməsi kimi parametrlərlə xarakterizə olunmasının hesab edilir.
Dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında formalaşdırılması isti-qamətində əldə edilən bəzi nəticə və təkliflər aşağıdakı kimi ümumiləşdirilmişdir:
Büdcə resursları ilə sosial-iqtisadi hədəflər arasında əlaqənin qurulması istiqamətində işlərin davamlılığının təmin edilməsi;
Büdcənin ölkə iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və bu istiqamətdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə “Büdcə sistemi haqqında Qanun”un “Büdcə Məcəlləsi” ilə əvəz edilməsi;
Azərbaycan Respublikasında dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında formalaşması prosesinin çevikliyini artırmaq və orta müddətli büdcə planlaşdırılması ilə bağlı işlərin təkmilləşdirilməsi üçün büdcə xərclərinin OMXS ilə əlaqələndirilməsi;
OMXS-in tərtibi zamanı qəbul edilmiş “Neft və qaz gəlir-lərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsipləri əsas götürülməklə, bunun makroiqtisadi çərçivə ilə uzlaşdırılması;
Proqram çərçivəsində xərclənən vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə göstəricilər sisteminin əsasını təşkil edən meyarların müəyyənləşdirilməsi.
Dostları ilə paylaş: |