69
Nəticə və təkliflər ........................................................................................
|
72
|
İstifadə edilmiş ədəbiyyat siyahısı ..............................................................
|
73
|
G İ R İ Ş
Hər bir dövlətin iqtisadi vəziyyəti onun elmi-texniki inkişafı ilə bağlıdır. Elmi-texniki tərəqqinin əsas məqsədi ən az maddi, əmək və maliyyə resurslarının sərfi ilə yüksək keyfiyyətli məhsulun istehsalını sürətləndirməkdən ibarətdir. Aydındır ki, iqtisadiyyatın və elmi-texniki inkişafın məqsədləri bir-biri ilə üst-üstə düşür, yəni burada əsas məqsəd cəmiyyətin bütün üzvlərinin tələbatını ödəməkdir. İnsanların artan tələbatı ilk növbədə onların yaşayış tərzinin daim dəyişməsi ilə əlaqədardır. Burada elm, texnika və maddi nemətlər istehsalı texnologiyası mühüm rol oynayır.
İstehsal müəssisələrinin stabil işləməsinin, buraxılan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinin əsasını bu məhsulların keyfiyyəti təşkil edir. Bununla yanaşı, buraxılan məhsulun keyfiyyətinin təmin edilməsi ancaq istehsalatın təşkilinin yüksək səviyyəsində, personalın müvafiq peşə hazırlıı səviyyəsində, yəni həm onun xüsusi (ixtisas) biliyi səviyyəsində, həm də keyfiyyətin təmin edilməsi metodları və vasitələri sahəsindəki yüksək biliyi səviyyəsində mümkündür.
Keyfiyyət problemi çoxşaxəli və daimi problemdir. Bu problemin çoxşaxəliliyi və mürəkkəbliyi onunla əlaqədardır ki, burada sosial-iqtisadi, mühəndis-texnoloji (texniki), ekoloji, beynəlxalq, siyasi və digər aspektlər vardır. Kifayət qədər keyfiyyətli məhsulun yaradılması və istehsalı, həmçinin elmi-texniki tərəqqi insanlarda daha yüksək keyfiyyət göstəricilərinə malik olan məhsullara yeni və müxtəlif tələbatlar doğurur. Tələbatlar adətən onların ödənilməsi imkanlarını qabaqlayır. Bu, keyfiyyət probleminin həmişəlik olduğunu göstərir. Deməli, məhsulun keyfiyyəti məsələləri ilə həmişə və ciddi məşğul olmaq lazımdır. Keyfiyyətin yüksəldilməsi məsələlərinin praktiki həlli üçün mütəxəssislər tələb olunan biliyi, bacarığı və vərdişi ali məktəblərdə, kolleclərdə və digər təhsil müəssisələrində alırlar. Bu sahədə xüsusi rol iqtisadçı-menecerlərə və mühəndislərə məxsusdur, çünki onlar müəssisələrə rəhbərlik etmək, texniki məmulatları yaratmaq, istehsal etmək və həmin məmulatların səmərəli istismarını təşkil etmək məsələləri ilə məşğul olmalıdırlar.
Sənayenin inkişafının müasir mərhələsinin əsas xüsusiyyəti müasir texnoloji qurğuların və avadanlıqların, göstərilən xidmətlərin və yerinə yetirilən işlərin mürəkkəbliyinin artması, vahid avtomatlaşdırılmış komplekslərdə birləşən mürəkkəb maşın və avadanlıqlar sistemlərinin yaradılması ilə xarakterizə edilir. Texniki tərəqqi məmulatların nomenklaturasının arasıkəsilmədən genişlənməsi və onların yüksək keyfiyyətinə artan tələbatı ödəmək məsələlərini ortaya çıxarır. Bu isə öz növbəsində xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilən avadanlıqların, maddə və materialların nomenklaturasının artmasına gətirib çıxarır.
Sənayenin bir çox sahələrinin məhsulları konstruktiv cəhətdən mürrəkkəb və çoxhissəlidir. Müasir maşınlar yüzlərlə detallardan ibarətdir. Maşın və mexanizmlərin ayrı-ayrı detallara və qovşaqlara bölünməsinin mümkünlüyü onların kütləvi istehsalı üzrə ixtisaslaşdırılmış müəssisələrin təşkili üçün şərait yaradır. Bu isə texnoloji proseslərin mexanikləşdirilməsinə və avtomatlaşdırılmasına real imkan verir. Bunun nəticəsində istehsal prosesində əlaqələr çətinləşir. Belə ki, məhsulun istehsalında müxtəlif nazirliklərin və idarələrin tabeçiliyində olan yüzlərlə müəssisələr iştirak edir. Belə bir şəraitdə keyfiyyət problemini ancaq elmi əsaslarla həll etmək olar. Elmi əsasları keyfiyyət üzrə tələblərin əsaslandırılması, bu tələblərin təmin edilməsi, onlara riayət edilməsinə nəzarət metodları haqqında bilik təşkil edir.
Dostları ilə paylaş: |