Cəd.2.1.
2013-2014-cü illərdə kredit qoyuluşu
İllər
|
ÜDM
|
O cümlədən kənd təsərrüfatında yaradılmış əlavə dəyər
|
Ölkə iqtisadiyyatına kredit qoyuluşu
|
o cümlədən, kənd təsərrüfatına kredit qoyuluşu
|
Məbləğ
|
Əvvəlki ilə nisbətən nominal artım, %-lə
|
Məbləğ
|
Əvvəlki ilə nisbətən nominal artım, %-lə
|
Məbləğ
|
Əvvəlki ilə nisbətən nominal artım, %-lə
|
Məbləğ
|
Xüsusi çəki, %-lə
|
2013
|
58182,0
|
6,3
|
3122,2
|
11,0
|
15422,9
|
25,9
|
733,3
|
4,8
|
2014
|
58977,8
|
1,4
|
3111,0
|
-0,4
|
18542,6
|
20,2
|
847,3
|
4,6
|
Kənd təsərrüfatında istehsalın özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla, milli iqtisadiyyatın digər sahələrinə nisbətən bu sahəyə kredit qoyuluşu daha üstün olmalıdır.
Kənd təsərrüfatının fəeqləndirici xüsusiyyəti, riskli olması bu məsələyə ənənəvi deyil, fərqli yanaşmanı tələb edir. Sektorlararası təhlillər göstərir ki, hazırda kənd təsərrüfatı maddi-texniki bazasının zəifliyinə görə, tikinti, nəqliyyat və rabitə sektorlarından xeyli geri qalır. Bu vəziyyətdən çıxış yolu kimi fermerlərin, kənd təsərrüfatı müəssisələrinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün yerli xüsusiyyətlərin nəzərə alınması şərtilə kənd təsərrüfatı kreditləri üzrə təminat fondunun yaradılması məqsədəuyğundur.
2010-2014-cü illər ərzində kənd təsərrüfatı məhsullarının sığortası üzrə yığılmış sığorta haqlarının həmin dövrlər üzrə daxil olmuş ümumi sığorta haqlarındakı xüsusi çəkisi ən yaxşı halda 0,6 % təşkil etmişdir. Son 5-6 il ərzində kənd təsərrrüfatında yaradılmış əlavə dəyər ÜDM-in 5-6%-ni təşkil etmişdir [1].
Yaranmış vəziyyətin başlıca səbəbi kimi kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin aşağı səviyyədə olması, mühasibat uçotunun aparılmaması və bu sahədə maarifləndirmə işinə səthi yanaşılmadır.
Kənd təsərrüfatına verilən dolayı subsidiyalardan biri də vergi tətilləridir. Ölkəmizdə bu sahədə tətbiq edilən vergi tətilləri başlanğıcda müəyyən dövr ərzində kənd təsərrüfatının inkişafına stimul vermişdir. Lakin son dövrlər onlaratətbiq edilən vergi güzəştləri onlarda arxayınçılıq yaratmaqla uçot işinin aparılmasına məsuliyyətlərini azaltmışdır. Hesab edirik ki, kənd təsərrüfatına tətbiq edilən vergi güzəştləri artıq kənd təsərrüfatının inkişafı üçün öz töhfəsini vermişdir. Hər il bu məqsədə dövlət büdcəsindən yayındırılan təxminən 200 milyon manatın onlara güzəştli kredit vermək yolu ilə çatdırılması məqsədə uyğun olardı.
Son illərdə əsas kapitala yönəldilmiş ümumi (17618,6 mln.manat) investisiyanın 11659,2 mln.manatı (66,2%) qeyri-neft bölməsinə, 5959,4 mln. manatı (33,8%) isə neft bölməsinə yönəldilmişdir. [1].
Bu dövrdə əsas kapitala yönəldilmiş vəsaitin 73,8%-ni daxili investisiyalar, 26,2%-ni isə xarici investisiyalar təşkil etmişdir. Həmçinin əsas kapitala yönəldilmiş xarici investisiyalarda kənd təsərrüfatına yönəldilən investisiyaların həcmi (12341,2 min manat) 0,3% olmuşdur. İnvestisiyalar nəticədə əmək məhsuldarlığının yüksəldilməsinə, məhsul istehsalının artırılmasına və onların keyfiyyətinin yüksəldilməsinə öz müsbət təsirini göstərməlidir. Lakin kənd təsərrüfatının təbii iqlim şəraitindən asılılığı, az gəlirliyi, bitkiçilik və heyvandarlıqda məhsuldarlığın aşağı olması, eləcə də, istehsal və sosial infrastrukturun yetərincə inkişaf etməməsi son nəticədə daxili və xarici investorların bu sahəyə vəsait qoymaq istəyini azaldır. Bütün bunlarla bərabər ÜDM-da elmin payı da əvəzolunmazdır. Amma elm xərclərinin istər büdcədə, istərsə də ÜDM-də payı çox azdır.
Elm xərcləri büdcənin sosial (təhsil) xərclərinə deyil, ümumdövlət xidmətləri xərclərinə daxildir. İllər üzrə elm xərcləri büdcədə əhəmiyyətli deyil, nisbi artımla müşahidə olunmuşdur. Elm xərcləri yalnız elmi-tədqiqat institutları üçün ayrılan xərclər deyil. Bu xərclərin içərisində İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bu kimi digər komitə, agentlik və nazirliklərin nəzdində fəaliyyət göstərən təşkilatlara da vəsaitlər nəzərdə tutulur. Məsələn, təkcə 2012-ci ildə büdcənin elm xərclərinin 126,2 milyon manatının 62,1 %-i (75,575 mln. manat) Milli Elmlər Akademiyasına ayrılmışdı. Bu isə ümumi büdcə xərclərinin hətta 1%-i belə deyildir. Müqayisə üçün bir sıra ölkələrin ümumi daxili məhsulunda elmin payını göstərək: İsraildə ÜDM-də ayrılan vəsaitin payı 5%, Yaponiyada 3,5%, Amerikada 3%, İsveçrədə 3,8%, Finlandiyada 3,2%, Almaniyada 2,2%, Fransada 2,6%, Danimarkada 2,3%, İspaniya, Portuqaliya və İsveçdə isə bu rəqəm 1%-dir. Ümumilikdə isə ÜDM-də pay baxımından yox, məbləğ baxımından daha çox ABŞ elmə vəsait xərcləyir.
İndi isə başqa təhlil aparaq. Bilirik ki, dünyada elm xərclərinin payı 2%-dən azdırsa, bu artım həmin ölkədə üçün SOS siqnalı deməkdir. Amma bizdə elm xərclərinin ÜDM-də payı 0,3%-dir, yəni təxminən beynəlxalq normadan 7 dəfə azdır. Ona görə büdcədən elmə ayrılan xərclərin azı 2 ilə 5 dəfə artırmaq lazımdır. Çünki bu artımların olmamaması elmi marağın azalmasına gətirib çıxaracaq. Ona görə elmə olan zəif axını bərpa etmək üçün ciddi islahatlara başlamaq lazımdır. Bu islahatlar özündə həm institusional, həm fiskal aspektləri əhatə etməlidir. Biz eyni zamanda beynəlxalq arenada elmi müstəvidə rəqabətədavamlı elita formalaşdırmaq istəyiriksə, o zaman bunları mütləq olaraq yubanmadan etməliyik. Çünki xarici ölkələrdə hərtərəfli inkişafın kökündə elə məhz elmi nailiyyətlərin durduğunu bilirik.
Dünya bankının tədqiqatlarına görə, İKT sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı ölkə iqtisadiyyatının keyfiyyət xarakteristikalarından biridir. Bu göstərici 5-10% həddində olduqda həmin ölkə “səmərəli iqtisadiyyat” kateqoriyasına aid edilir. Son dövrlərdə aparılmış tədqiqatlar inkişaf etmiş ölkələrdə informasiya sektorunun həcminin sürətlə artdığını göstərir
İnkişaf etmiş ölkələrdə İKT-nin iqtisadi faktor kimi rolunun artması iqtisadiyyatdakı struktur dəyişiklikləri ilə bağlıdır. Bu dəyişikliklər iqtisadiyyatın sənaye sektorunda məşğul olanların payının azalması, informasiyanın yaranması, emalı və istehlakı ilə bağlı sektorlarda işləyənlərin payının artması ilə xarakterikdir. İKT-nin iqtisadiyyatın digər sahələrində yayılması onların xarakterini dəyişir. Bu isə məhsuldarlığın yüksəlməsində, o cümlədən ÜDM-in artımında özünü göstərir. İKT-yə investisiya qoyuluşu iqtisadi artımın ABŞ, Danimarka, Belçika və Almaniya kimi ölkələrdə 30%-dən yüksək olmasına səbəb olmuşdur.
ÜDM-in 2002-ci ildə artım sürəti 2,2%, 2013-cü ildə isə 5,8% olmuşdur. ÜDM-in strukturunda son istehlak xərclərinin xüsusi çəkisi 52,2%, dövlət idarələrinin istehlakının xüsusi çəkisi 10,3%, ixracın xüsusi çəkisi 48,4%, idxalın xüsusi çəkisi 26,3% olmuşdur. 2009-cu ildən başlayaraq sonrakı illər ərzində ÜDM dinamik olaraq artım inkişaf tempinə malikdir: 2009-cu il 35.601 mlrd.man., 2010-cu il 42.465 mlrd.man., 2011-ci ildə 52.082 mlrd.man., 2012-ci ildə 54.744 mlrd.man., 2013-cü ildə isə 58.182 mlrd.man. olmuşdur [1].
2014-cü ildə 2013-cü ilə nisbətən neftdən başqa digər sahələrin inkişaf dinamikası 7.0% artımla nəticələnmişdir. Belə ki, 2014-cü ildə rabitə sahəsində 12.6%, nəqliyyat sahəsində 5.1%, tikinti sahəsində 9.6%, kənd təsərrüfatında 5,8%, ticarət sahəsində isə 8.9% artım olmuşdur . 2014-cü ildə ölkə iqtisadiyyatında istehsal edilmiş ÜDM-in həcmi əvvəlki ilə nisbətən 2,5 faizdən çox artaraq 60 milyarda yaxın olmuşdur. Son illərdə neft və qeyri-neft sektorunda artım tempini aşağıdakı qrafik əks etdirir (şək.1.)
Dostları ilə paylaş: |