Cədvəl 1.3
Məkanlar
|
Səs-küy gücünün normaları
|
Gecə(db)
Saat (22:00 -06:00)
|
Gündüz(db)
Saat (06:00 -22:00)
|
Xəstəxanalar
|
30
|
40
|
Parklar
|
30
|
45
|
Yaşayış yerləri
|
35
|
50
|
Yaşayış yerləri +sənaye
müəssisələri
|
45
|
60
|
Sənaye müəssisələri
|
50
|
65
|
– ci mərhələ: səsin gücü 60-89 db aralığında dəyişir. İnsanların səs- küydən narahat olması 80 db – dən başladığı üçün, sənaye iş yerlərində səsin gücü 85db və daha çox olur. Bu da insanların eşitmə orqanına mənfi təsir edir. Ona görə də qoruyucu qulaqcıqlardan istifadə edilməlidir.
–cü mərhələ: səsin gücü 90 -120 db aralığındadır. Səs – küyün bu gücü insanalara daha çox təsir göstərir. Hətta 130 db ağrı başlanğıcı olaraq qəbul edilmişdir.
– cü mərhələ: səsin gücü 130 db – dən çoxdur. İnsan səs – küyün bu gücünə dözə bilmir, eşitmə orqanında bir sıra problemlər yaranır.
Səs-küy səviyyəsinin gücündən asılı olaraq onu fiziki və narahatedici kateqoriyalarada ayırmaq olar. Birinci kateqoriyaya aid edilən səslərə insan uzunmüddət məruz qaldıqda eşitmə itkisi yaranır. Bundan başqa yuxu pozğunluğuda yaradır ki, bu da insanın yuxudan aldığı rahatçılığın azalmasına gətirib çıxarır. Ikinci kateqoriyaya aid edilən səslərə insan intensiv surətdə məruz qaldıqda danışıq zamanı yaranan səslərin və digər səs siqnallarının qəbul edilməsinə mənfi təsir göstərir. Bu zaman insanın əhval-ruhiyyəsi aşağı olur, rahatçılığı pozulur. Göstərilən bu hallar nəticəsində insanın ətraf mühitdən aldığı həzzlər aşağı düşür. Bu da insanın həyat keyfiyyətinə mənfi təsir edir.
Səs insanın həyat şəraitində mühüm rol oynayan fiziki amillərdən biridir. Son dövrlərdə antropogen mənbələrin sayının artması səs-küyün artmasınada səbəb olmuşdur. Səs-küy insan orqanizminə təsir göstərərək mənfi hisslər yaradan topofob amillərdən biri hesab edilir. Topofob sözü yunan sözü olub, “topos”-yer, “fobos”-qorxu deməkdir.Bu amilin insan orqanizminə təsiri daha çox İnkişaf Etmiş Ölkələrin şəhərlərində özünü göstərir. Hal hazırda həkimlər “səs-küy xəstəliyi” terminini irəli sürüblər. Güclü səsin insan orqanizminə, xüsusilə də eşitmə orqanına və sinir sisteminə göstərdiyi təsir səs-küy xəstəliyi adlanır. Bu xəstəliyin üç mərhələsi var:
Dostları ilə paylaş: |