Cədvəl 1.4
Səsin gücü (db )
|
Mənfi təsirləri
|
30
|
Gecə yuxu pozğunluğu başlayır.
|
30 - 65
|
Əsəbilik, zehni yorğunluq, diqqət
pozğunluğu olur.
|
65 - 90
|
Tənəffüs hərəkətləri, ürək döyüntüsü
artır,baş ağrısı, baş gicəllənməsi, qəfil baş verən reflekslər hərəkətlər
|
90 - 120
|
Dvamlı olaraq narahatlıq hisslərinin və
fizioloji simptonlar artır.
|
120 - 140
|
İç qulaq ciddi zərər görür və
müvazinət pozğunluğu yaranır.
|
140 - 180
|
Mərkəzi sinir sisteminə təsir edərək
ciddi nevroloji problemlər meydana gəlir.
|
180 <
|
Təbil pərdəsinin deşilməsi
|
Səs – küy çirklənməsinin insanlara mənfi təsiri səsin gücündən və səsin müddətindən asılı olaraq dəyişir. Məsələn : insanlar 85 db gücündəki səs – küyə 8 saat müddətində dözə bilər, amma səsin gücü 94 db gücünə qalxarsa dözümlülük müddəti 1 saata enir.
Səs-küy çirklənməsi görmə orqanınada mənfi təsir göstərir. 15 dəqiqə müddətində insan 95 db səs gücünə məruz qaldıqda rəng seçimində pozğunluqlar yaranır. Belə ki, yaşıl rəngi ağ rəng kimi görür.
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, hamiləlik zamanı güclü səs-küyə məruz qalmaq bir sıra mənfi halların yaranmasına gətirib çıxarır. Uşaqlarda əqli geriliyə, inkişafın ləng getməsinə və ölü doğum hallarının artmasına səbəb olur. Təssüflər olsun ki, ana bətnində belə körpələr fiziki çirklənmənin səbəb olduğu mənfi təsirlərindən qoruna bilmirlər. Bu əsasən hava limanlarına yaxın ərazilərdə yaşayan və güclü səs-küyə məruz qalan hamilələrdə müşahidə edilir. Güclü səs-küylü ərazidə dünyaya gələn uşaqların çəkiləri, daha sakit ərazidə dünyaya gələn usaqlara nisbətən az olması müşahidə edilir. Bundan başqa, yüksək tezlikli səs-küy reproduktiv orqanlarda anatomik dəyişikliklərə də səbəb olur.
Antropogen səs-küy mənbələri uzunömürlü ağaclara və bitkilərə də mənfi təsir göstərir. Hətta səs-küy mənbələri azaldıqda belə onun təsiri 10 il müddətində davam edir. Bir çox ağac və bitkilərin tozlanması və toxumlarının yayılması quşlar və digər heyvanlar vasitəsi ilə olur. Lakin, antropogen səs-küy heyvanların davranışlarına mənfi təsir göstərir. Onlar səs-küylü ərazidən daha sakit ərazilərə üz tuturlar. Nəticədə, heyvanlar vasitəsi ilə bitkilərin tozlanması və toxumlarının yayılması baş vermir. Bu da ətraf mühit və insanlar üçün vacib olan növlərin sayının azalmasına səbəb olur və ekosistemdə bitki landşaftının məhvinə gətirib çıxarır. Beləliklə,biomüxtəlifliyin məhv olmasına səbəb olan ən güclü fiziki çirklənmələrdən biri səs-küy çirklənməsidir. Bitkilərin boy artımı cücərməsi, və ümumi inkişafı ləngiyir.
Yüksək tezlikli səs-küy heyvanlara belə mənfi təsir göstərir. Səs çirklənməsi heyvanat aləmində qorxuya, yaşadıqları yerləri tərk etməyə və davranış dəyişikliklərinə səbəb olur.
Yarasalar və bayquşlar şikar tapmaqda çətinlik çəkir, arılar, köçəri quşlar və torpaqda yaşayan həşaratlar yollarını azaraq yaşayış mühitini itirir, arı sürfələri məhv olur,qurbağalar özlərinə cüt tapmaqda çətinlik çəkir, ev quşlarının yumurtlaması aşağı səviyyəyə enir.
Antropogen səs-küyün su canlılarına təsiri belə qaçılmazdır. Okeanların Mühafizə Cəmiyyəti (OMC) bildirir ki, “görmə qabiliyyəti insan üçün mühüm əhəmiyyət kəsb etdiyi kimi, səs də sualtı canlılar üçün eyni əhəmiyyətə malikdir”.
Demək olar ki, fiziki amil kimi səs hər bir canlının cütləşməsinə, ünsiyyətinə və ov tapmasına təsir edir. Səs-küy çirklənməsi sualtı canlıların məhvinə belə səbəb olur. 1960-cı illərin ortalarından etibarən okeanlarda kommersiya gəmilərinin hərəkəti iki dəfə artıb ki, bu da fon səs-küy intensivliyinin 16 dəfə artmasına səbəb olub. Nəticədə, dəniz heyvanlarının çoxalmasına, miqrasiyasına, ünsiyyətinə, hətta yaşamasına belə təhlükə yaradır. Okeanlarda neft və qaz kəşfiyyatı, gəmiçilik, seysmik tədqiqatlar, hərbi hidrolokator və digər antropogen mənbələrdən intensiv şəkildə yaranan səs flora və faunanın məhvinə gətirib çıxarır. Balina və delfin sürülərinin sahilə doğru intihar etmələri səs-küy çirklənməsinin nəticəsidir. Gəmi mühərriklərindən yaranan səs-küy intensiv şəkildə olduğundan balıqlar qida tapmaqda çətinlik çəkir. Bəzən səs dalğaları üzündən istiqamətlərini belə dəyişirlər.
Heyvanlar üçün səs-küy çirklənməsinin zərərli təsirlərindən biri də eşitmənin zəifləməsi və ürək döyüntülərinin artmasıdır. Yüksək intensivlikli səs heyvanlarda qorxu hissi yaradır ki, bu da onların yaşayış yerlərini tərk etməyə məcbur edir. Hətta, səs-küy çirklənməsi bəzi quşların səsində dəyişikliklərə belə səbəb olmuşdur.
Bundan başqa araşdırmalar əsasında müəyyən edilmişdir ki, qarğalar səs- küysüz mühitdə şam ağaclarının tökülən toxumlarını qida ehtiyyatı şəklində torpağın altında saxlayır, lakin səs-küylü ərazidən qarğalar uzaqlaşır. Beləliklə, səs-küylü ərazidə torpağa tökülən toxumlar digər canlılar üçün qida mənbəyi olur. Səs-küysüz ərazidə isə torpaq altında qalan toxumlar əlverişli şəraitdə cücərməyə başlayır. Nəticədə, yeni şam ağacı fidanları əmələ gəlir.
Dostları ilə paylaş: |