Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə17/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
Mirz-yeva-Aid-

ekoloji problemlər
Yerüstü nəqliyyatlar arasında ən ucuz nəqliyyat növü dəmiryol nəqliyyatıdır. Xüsusilədə böyük həcmdə yüklərin daşınması üçün çox əlverişlidir. Avtomobil və hava nəqliyyatına nisbətən ekoloji cəhətdən təmiz nəqliyyat növü hesab edilir. Beləliklə, digər nəqliyyat növlərinə nəzərən dəmiryol nəqliyyatının ətraf mühitə təsiri daha azdır və bir sıra üstünlüklərə malikdir:

  • enerji resurslarından istifadənin yüksək səmərəliliyi;







  • zərərli maddələrin emissiyalarının həcmi azdır

Bu dəmiryol nəqliyyatının müsbət cəhətlərindən birdir. Lakin, dəmiryol nəqliyyatının ətraf mühitə mənfi təsiri də qaçılmazdır. Dəmiryol stansiyalarının şəhər mərkəzlərinə yaxın ərazilərdə yerləşməsi, ətraf mühitə və canlılara mənfi təsir göstərir. Bu mənfi təsirlərdən biri də səs-küy amilidir. Dəmiryol nəqliyyatının hərəkəti zamanı yaranan səs-küy mənbələrini aşağıdakı kimi 2 təsnifata ayırmaq olar:



    • Nəqliyyat vasitələrinin və avadanlıqlarının qarşılıqlı təsiri zamanı yaranan səs-küy

    • Nəqliyyat vasitələri ilə yol arasındakı qarşılıqlı əlaqədən yaranan səs-küy

Nəqliyyat vasitələrinin və avadanlıqlarının qarşılıqlı təsiri zamanı yaranan səs-küy mənbələrinə: vaqonlar, lokomotivlər və lokomotiv xəbərdarlıq siqnallarına dair cihazlar aiddir. Nəqliyyat vasitələri ilə yol arasındakı qarşılıqlı əlaqədən yaranan səs-küyün yaranmasına səbəb təkərlə reys arasındakı qaşılıqlı təsirdir.[9]

Yolun quruluşundan asılı olaraq təkər və reys arasındakı qarşılıqlı təsirindən yaranan səs-küylər gücünə görə fərqləndirilir. Dəmiryol xəttinin düz olan hissəsində təkərlə reys arasındakı qarşılıqlı təsirdən yaranan səs-küyləri aşağıdakı səviyyələrə ayırırlar:


Qatarın hərəkət sürətindən asılı olaraq səs-küy səviyyəsi artır. Məsələn: qatar 40 km/saat-dan aşağı sürətlə hərəkət edən zaman yaranan səs-küy qravitasiya qüvvələrinin təsirindən baş verir. Sürət 40-250 km/saat aralığında olanda yaranan səs sirkələnmə səsi, sürət 250 km/saat-dan yüksək olduğu zaman mənbədən gələn səs aerodinamik səs adalanır. Qatar 40-250 km/saat sürətlə hərəkət edən zaman səsin gücünün ən yüksək səviyyəsi yaranır. Sürətdən asılı olaraq meydana gələn səs-küy səviyyəsi aşağıdakı qrafikdə göstərilmişdir.



Dəmiryol nəqliyyatının səbəb olduğu səs-küy mənbələrini aşağıdakı kateqoriyaya ayrılır:






  • təkərlərdən yaranan səs-küy




  • döngələrdə yaranan səs-küy




  • aerodinamik səs-küy




  • körpü səs-küyü







  • daxili səs-küy və titrəyişlər



Tezlik spektrı əsasında dəmiryol nəqliyyatının səs-küy mənbələri aşağıdakı kimi təsnifatlaşdırılır.[10]



Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin