Sosial tədbirlər –bu üsul ilə səsin qarşısının alınması hüquqi qaydalar, qanunlar və ekoloji təhsil əsasında həyata keçirilir.
Məsələn, Almaniyada “Təyyarə Səs-küyünə Qarşı Qorunma Hüququ” qəbul edilmişdir. Bu hüquqa əsasən təyyarənin ucuş və eniş zamanı insanların dincəlmə və yuxu vaxtına əsasən planlaşdırılır. Səs-küyə səbəb olan tikintidə işin
başlama və bitmə saatları ətrafdakı insanalara mane olmayacaq şəkildə aparılmalıdır. Yük maşınlarının şəhər içindən keçmə zamanlarıda hüquqi qaydalara əsasən nizamlanmalıdır. 1972-ci ilin oktyabr ayında səs-küylə mübarizə haqqında qanun qəbul edilmişdir. Bu qanun İctimai Hüquq ( İH) 92574 adlanır. Bu qanuna əsasən, Ətraf Mühitin Çirklənməsi Agentliyi səs-küyün əhalinin sağlamlığına və rifahına təsir edən həddlərini müəyyənləşdirməli və səs-küy səviyyəsinin azaldılması üzrə tədbirlər işləyib hazırlamalıdır. Agentlik tərəfindən hazırlanan “Səviyyələrin İdendifikasiyası” adlı ilk sənəd 1974-cu ilin mart ayında nəşr edildi. Bu sənədin hazırlanmasında əsas məqsəd əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərən səs-küy səviyyələrinin baş verməsinin qarşısını almaq üçün səhiyyə və sosial təminat haqqında proqramlar bazasını təşkil etməkdir.
Sosial üsulların içərisində təhsil xüsusi yer tutur.Əhali arasında maarifləndirmə məktəb yaşlarında başlanılmalıdır. Bununla yanaşı əhalinin məlumatlandırılmasinda Kütləvi İnformasiya Vasitələrinin (KİV) rolu da böyükdür. Ümumi olaraq dəyərləndirmə aparsaq effektiv nəticə əldə etmək üçün bu üsulların birlikdə həyata keçirilməsi daha məqsədə uyğundur.
Səs-küy səviyyəsinin azaldılması üçün yuxarıda göstərilən bu tədbirlər bəzi hallarda istənilən dərəcədə azaltmağa imkan vermir. Əsasəndə, maşınqayırmada, metallurgiyada və yüksək təzyiqli səslə işləyən kompressor qurğularında tələb olunan normada səs-küy səviyyəsini azaltmaq mümkün olmur. Bunun üçün fərdi mühafizə tədbirlərindən istifadə edilir. Fərdi mühafizə tədbirləri zamanı aşağıdakı vasitələrdən istifadə edilir:
qulağa qoyulan içliklər
qulaqcıqlar
şlemlər
kostyumlar
Qulağa qoyulan içliklər - xüsusi tamponlar olub, ultranazik liflərdən hazırlanıb. Bəzi tamponlara parafin və ya mum hopdurulur, bəziləri isə rezin və
ebonitdən hazırlanır. Qulağa qoyulub barmaqla sıxılan yeni növ içliklərdə hazirlanir ki, səs-küydən daha etibarlı mühafizə edir.
Qulaqcıqlar - əsas xarakteristikaları onların ağırlığıdır. Lakin,qulaqcığın ağır olması ondan istifadəni çətinləşdirir. Ilk növbədə qulaqcığın effektivliyi onun hansı səviyyədə qulağa sıxılmasından asılıdır və həmin hissə xüsusi maddə ilə hopdurulur. Qulaqcığın ağır olması və qulağa kip oturması müəyyən problemlər yaradır.
120 db –dən çox səs-küy səviyyəsində olan hallarda yuxarıdakı mühafizə tədbirləri kifayət etmir və bu insana çox pis təsir edir. Ona görə də bu hallarda şlemlərdən və kostyumlardan istifadə edilir. Qulaq qoruyucuların səsi azlatma dərəcəsi aşağıdakı cədvəldə verilmişdir:
Dostları ilə paylaş: |