Planlaşdirma tədbirləri- nəqliyyat səs-küyünün azaldılması istiqamətində görülən tədbirlərdən biri də planlaşdırma tədbirləridir. Bu tədbirlər əsasında səs- küyün təbii ekosistemlərə necə mənfi təsir göstərə biləcəyini müəyyən etmək mümkündür. Xüsusilə, ekoloji həssas bölgələr qoruma altına alınmalıdır. Magistral xətlər çəkilən zaman geoinformasiya sistemləri əsasında həyata keçirilməlidir. Hava limanı, dəmir yolu və sənaye obyektləri planlaşdırılan ərazilərdə səs-küy səviyyəsini azaltmaq üçün yaşıl zolaqlara geniş yer verilməlidir. Səs-küy mənbəyinin təsir göstərdiyi sahə bir-birinə çox yaxındırsa, səs-küy səviyyəsi beton büzməli plitə və ya şəffaf akril plastik materiallardan hazırlanan divarlarla azaldıla bilər. Lakin, bu sistem çox baha başa gəldiyindən, şəhərlərdə nəqliyyatın daha sıx olan ərazilərində istifadə edilir.