Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


FƏSİL III. Antropogen ekoloji səs-küyü azaltmaq üçün görülən



Yüklə 417,49 Kb.
səhifə21/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
Mirz-yeva-Aid-

FƏSİL III. Antropogen ekoloji səs-küyü azaltmaq üçün görülən


tədbirlər

    1. Nəqliyyatın yaratdığı ekoloji problemlərin həlli istiqamətləri

Antropogen ekoloji səs-küy səviyyəsini azaltmaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:



  • Yüksək səs-küylü mənbələri və texnologiyaları aşağı səsə malik olan avadanlıqlarla əvəz etmək;

  • Səs-küy mənbələrində səs istiqamətlərini dəyişmək;

  • Səs-küy mənbəyindən səsdən müdafiə olunmuş mənbəyə qədər məsafədən səsin aşağı salınması;

  • Nəqliyyat vasitələrində kompleks səsdən müdafiə vasitələrindən istifadə edilməsi;

  • Tikinti arxitektor - planlaşdırma vasitələrindən düzgün istifadə olunması;

  • Təşkilatı tədbirlər;

  • Səs qəbuledicilərinin keyfiyyətinin artırılması;

  • Yeni akustik texnologiyalardan istifadə edilməsi.

Güclü səs mənbəyinin zəif səs mənbəyi ilə əvəz edilməsi heç də səs-küydən səmərəli müdafiə üsulu deyil. Buna, dizel mühərrikinin elektrik mühərriki ilə əvəz olunmasını misal göstərə bilərik. Bu zaman səs-küy səviyyəsi 15 db - ə qədər azalır. Yol örtüyünün asfaltla örtülməsi zamanı 3 – 4 dB, dəmiryolu relslərində dalğavarı nahamarlıqları düzləşdirməklə səs – küy səviyyəsini 8 – 10 dB aşağı salmaq olar. Lakin, mənbədə səsin istiqamətinin dəyişdirilməsi bir sıra çətinliklər yaradır, çünki ətraf mühitdə səs qeyri bərabər paylanır.

Məsafədən səsin aşağı salınmasının 2 yolu var.


  1. Məsafənin uzadılması yolu ilə;




  1. Səsin yayıldığı istiqamətdə maneələrin qoyulması

Məsafənin iki dəfə artırılması səsin təqribən 6 dB aşağı salınmasına şərait yaradır. Bu üsul, məsafəyə görə səs mənbəyi ilə yaşayış zonası arasındakı sanitar- mühafizə zonası yaradılmasıdır. Bu zonaların yaradılması səsin 15 – 20 dB aşağı salınmasına imkan yaradır.

Ətraf mühitdə antropogen səs-küyə səbəb olan nəqliyyat mənbələrinə avtomobil, aviasiya, gəmi, tramvay, troleybus və s. aiddir. Səs-küy işin və ya hərəkətin həyata keçirilməsi zamanı yaranır. Belə səslərin aşağı salınması üçün kompleks tədbirlər həyata keçirilir. Antropogen mənbələrdə yaranan səs-küy mexaniki, aerodinamiki, elektromaqnit, zərbli, hidrodinamiki səslərə ayrılır. Bu mənbələrin yaratdığı səs-küydən müdafiə olunmaq üçün üç prinsipdən istifadə edilir: səsin əks edilməsi, səsin udulması, kombinə edilmiş.

Səsizolyasiyası - səs dalğalarını müəyyən səthdən əks olunmasıdır.
Səsuducu – xüsusi səsuducu materiallarla örtülmüş səthlər tərəfindən səs- küyün udulmasıdır.

Vibroizolyasiya – hansıkı səslərin xüsusi vibroizolyator vasitəsilə titrəyişlərin aşağı salınmasıdır ( rezin, metal, yay )

Səsboğucu – bunun əsas iş prinsipi səsin əks olunması, udulması və yaxud kombinə edilməsidir.

Səs-küy səviyyəsinin azaldılmaslnda ən effektiv üsul bunlardan kompleks şəkildə istifadə edilməsidir. Bu zaman səs-küy səviyyəsi 20 – 25 dB arasında aşağı salmağa imkan verir.

Xüsusilə şəhər yerlərində, başlıca olaraq insanlara eləcə də heyvanlara mənfi təsir göstərən səs-küyə qarşı görüləcək tədbirləri aşağıdakı qruplara bölmək olar:


  • Texniki;

  • Bioloji;

  • Planlaşdırma;

  • Təhsil və hüquqi tədbirlər (sosial tədbirlər).



Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin