Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə18/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
Mirz-yeva-Aid-

Cədvəl 1.5




Səs-küyün növü

Tezlik (hs)

Sirkələnmə səs-küyü

30 - 5000

Döngələrdə yaranan səs-

küy


50 - 250

Yerüstü səs-küy və

titrəyişlər



4 – 80

Strukturun yaratdığı səs-

küy


30 – 200

Relslərdə yaranan səs-

küy


1000 - 5000

Digər mənbədən gələn

səs-küy


5000 - 10000

Mənbələrdə yaranan səs-küy aşağıdakı amillərdən asılıdır:




    • Dəmir yol xətlərinin çəkilməsindən

    • əyrinin radiusundan

    • qatarın sürətindən

    • qatarın tərkibində olan nəqliyyat vasitələrinin sayından

    • reysin növündən

    • əyləcin növündən və hazırlandığı materialdan

    • yağlamanın olmamasından


Sirkələnmə səs-küyü- dəmir yollarında ən vacib səs-küy mənbəyi təkərlərin və reyslərin kontaktından yaranan səs-küydür. Təkər və reyslərin dinamik xüsusiyyətlərindən asılı olaraq yaranan titrəyişlər səs-küyə səbəb olur. Yayılan səs dalğasının uzunluğu 5-500 mm aralığındadır. Bu titrəyişlər səs radiasiyası yaradır, daha sonra təkər və yol konstruktorlarına ötürülür. Sirkələnmə səs-küyü öz təbiətinə görə geniş zolaqlılıdır və geniş diapazona malikdir. Qatarın sürəti artıqca yüksək tezlikli komponentlərin nisbi əhəmiyyəti də artır. Sirkələnmə səs-küyü aşağıdakı sxem üzrə meydana gəlir.[11]


Şəkil 1.8 sirkələnmə səs-küyün yaranma sxemi.
Səs-küyün təkərlərdən yoxsa digər hissələrdən yaranma səbəbini müəyyənləşdirmək çox çətindir. Bu çətinliklərə baxmayaraq müəyyən edilmişdir ki, səs-küyün ən yüksək səviyyəsinin səbəbi təkərlərin qeyri-bərabər olmasıdır. Təkərlərin qeyri-bərabər olması səbəbindən yaranan dalğa uzunluğu 5- 500 mm diapazonunda dəyişir. Dalğa uzunluğunu λ (m) ilə, sürəti v (m/s) ilə işarə etsək, tezliyi ( hs) aşağıdakı düsturla hesablaya bilərik:

f=λ/v (10)


Burada:
f-tezlik, hs
λ-dalğa uzunluğu, m v- sürət, m/saat

Təkərlərdən yaranan səs-küy – Müxtəlif sürətdən asılı olaraq təkərlərin daxili və xarici relslərdə fırlanması zamanı yüksək tezlikli səs-küy meydana gəlir. Belə səs-küy səviyyəsinin yaranmasına təsir edən ən başlıca amillər; əyrinin radiusu,təkərin modeli, yolun profili və sürətdir. Bu zaman yaranan səs-küyün tezlik səviyyəsi 1400-1600 hs aralığına dəyişir. Hətta, bu səs səviyyəsi 3000-4000 hs tezliyə qədər yüksələ bilir. Yüksək tezliyə malik olan belə səslər insan üçün xoşagəlməzdir. Yüklə dolu olan vaqonlarda bu tip səslər daha çox meydana gəlir, buna səbəb təkərlə reysin kontakt səthinin artmasıdır. Bu səs-küyü azaltmaq üçün yağlama üsülundan istifadə edilir.

Körpü səs-küyü – bu səs-küy qatar körpüdən keçən zaman yaranır. Səsin gücü körpünün hazırlandığı materialdan asılı olaraq arta bilər. Əsasəndə polad materialdan hazırlanan körpülərdə səsin səviyyəsi 10 – 20 db aralığında yüksələ bilir. Bundan əlavə, körpüdə yaranan səs-küyün ən yüksək səviyyəsi tezliyin aşağı qiymətlərində baş verir.

Aerodinamik səs-küy- qatar yüksək sürətlə hərəkət edən zaman yaranır. Bu zaman səsin səviyyəsi 60-80 db aralığında dəyişir. Qatarın sürəti 100 km/saat olduqda səsin səviyyəsi 60 db, sürət 500 km/saat olduqda isə səsin səviyyəsi 110 dB təşkil edir.

Qatarların hərəkəti zamanı nəinki səs-küy, eləcədə titrəyişlər yaranır. Titrəyişlər daha çox yüklə dolu vaqonların hərəkəti zamanı və sürətdən asılı olaraq yaranır. Nəqliyyat -yol sisteminin elementləri müxtəlif təbii tezliklərə malikdir. Əgər təkərlər tərəfindən ötürülən yüklənmələrin tezliyi bu tezliklərdən birinə uyğun gəlirsə, bu zaman güclü titrəyişlər meydana gəlir. Konstruksiyadan gələn titrəyiş və səs-küy adətən 0-100 hs tezlik aralığında, nəqliyyat-yolun səs-küyü isə 30-2000 Hs tezlikli diapozonunda baş verir. Titrəyiçlərin və səs-küyün yaranma səbəblərindən biri relslərdə baş verən aşınmalardır. Aşınmış və aşınmamış relslərdə yaranan səs-küy səviyyələri arasındakı fərq 5 dB ilə 15 dB arasındadır. Nəqliyyat sistemlərində rahat səyahət üçün səs-küyün yuxarı səviyyəsi 65 dB, daşıma zonası 65-75 dB, diskomfort zonası isə 75-120 dB hesab edilir.

Dəmiryol nəqliyyatı sistemində yaranan səs-küy səviyyəsi aşağıdakı 1.5 cədvəldə göstərilmişdir.


Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin