2.3. Hava nəqliyyatının yaratdığı səs-küyün ətraf mühitdə yaratdığı
ekoloji problemlər
Ətraf mühitə mənfi təsir edən mənbələrdən biri də müasir mülki aviasiya sistemləridir. Sənaye sahələri kimi ətraf mühitə böyük təsiri olan mülki aviasiyanın yaratdığı səs küy, vibrasiya ilə hava limanları ətrafında və bölgədə əhəmiyyətli təsiri olan obyektlərdəndir. Hava nəqliyyatının sürətli inkişafı , onun ətraf mühitə mənfi təsirini də artırmışdır. [5]
Ətraf mühitə mənfi təsir göstərən əsas mənbələrdən biri də təyyarələrdir. Təyyarələrin ətraf mühitə göstərdiyi mənfi təsir amillərinə aşağıdakılar daxildir: səs-küy, çirkləndirici maddələrin atılması, elektromaqnit şüalanma və səs şoku. Aviasiyada səs-küy çox kəskin olur və uçuş təhlükəsizliyi problemindən sonra hava hərəkətinin idarə olunması problemləri arasında ikinci yeri tutur.
Hava nəqliyatının yaratdığı səs-küy onun ayrı-ayrı hissələrinin yaratdığı səs çirklənməsidir. Təyyarə səs-küyü bir neçə mənbədən yaranır. Hər bir mənbə müəyyən bir spektral və enerji xarakteristikası ilə səs-küy yaradır. Səs-küy əsasən 3 mənbədən gəlir:
Gurultu yaradan turbulent axınlar və ya aerodinamik səs-küy;
Mühərrik işləyən zaman yaranan və mexaniki səs-küy;3
. Təyyarənin digər sistemlərindən gələn səs-küy.
Aerodinamik səs-küy - hava məkanında təyyarə ətrafında havadan yaranır. Təyyarə uçuşa qalxmağa hazırlanarkən mühərrik səs-küyü, seyr halında və eniş edərkən, hava məkanı ətrafındakı hava axını səbəbiylə aerodinamik səs-küy üstünlük təşkil edir. Xüsusilə yüksək səsli aerodinamik səs-küy reaktiv təyyarələrdə və aşağı hündürlükdən uçan hərbi təyyarələrdə olur.
Mexaniki səs-küy və mühərrik gurultusu - Mühərrik gurultusu onun növündən asılıdır və demək olar ki, bütün elementlərində(ventilyator, kompressor, yanma kamerası, turbin) istehsal olunur. Buna görə motorun akustik sahəsi fərdi səs-küyün akustik sahələrinə nisbətən üstünlük təşkil edir. Təyyarə mühərrikinin işləməsindən yaranan səs-küy mənbələri xarici və daxili bölünür. Müasir aviasiyada bir neçə növə sahib olan qaz turbinli mühərriklər istifadə olunur. Ən çox istifadə olanlardan biri - cüt dövrəli turbinli mühərriklər. Qaz turbin mühərrikinin daxili səs-küyünün əsas mənbəyi kompressor, yanma kamerası, turbin, ventilyator və qaz axınıdır. İkiqat dövrəli turbinli mühərriki olan
təyyarələr üçün səs-küy, ikiqat dövrə dərəcəsindən asılıdır və nə qədər yüksəkdirsə, səs-küy də bir o qədər azdır.
Təyyarənin digər sistemlərindən gələn səs-küy-kommersiya reaktiv təyyarələrin köməkçi güc qurğularindan ayrilan səslərdir.
Hava nəqliyyatinin səs-küyü bir çox səbəblərdən asılıdır:
Uçuş və eniş zolaqlarının istiqamətlərindən;
Təyyarə uçuşunun gün və il ərzində intensivliyindən;
Təyyarələrin növlərindən;
İlin mövsümlərindən.
Beləliklə, mühərrik növündən, yüksəklikdən və uçuş rejimindən asılı olaraq təyyarə salonunda pilota təsir edən səs-küy səviyyəsi 90-109 dB aralığında, vertolyot kabinlərində 100-118 dB aralığında dəyişir. Mühərrikin işləməsi ilə yanaşı, salonda əlavə səs-küy mənbəyi uçuş boyunca davamlı radio rabitə üçün nəzərdə tutulmuş hava ötürücü radio qulaqlıqlardır. Təyyarə heyətinin üzvlərinin bədəninə yol verilən səs səviyyəsinin sistematik uzunmüddətli təsiri, pilotlarda sensorineural (peşəkar) eşitmə itkisinin inkişafına səbəb olur.
Vertolyotların səs-küy əmələ gətirmə prosesləri daha mürəkkəbdir. Əsas xüsusiyyət, bir-birinə yaxın olan iki vintin olması, digəri rotorun və sürüşmənin qarşılıqlı təsiri əlavə səs-küy yaradır. Vertolyot və pərvaneli təyyarələrinin spektral xüsusiyyətləri eynidır. Pərvanelərin qarşılıqlı təsirinin mürəkkəb təbiəti və həmçinin pərvanəin və sürüşmə cihazının qarşılıqlı təsirinə görə müxtəlif növ helikopterlərin səs-küyü əhəmiyyətli dərəcədə dəyişir, lakin xarakterik bir xüsusiyyət çox sayda helikopterin aşağı tezlikli səs-küy spektri və bu səs-küyün uzun məsafələrə yayılmasıdır. Bundan əlavə, vertolyotların mexaniki mənşəli səs- küy mənbələri də var (dişli və ötürücü).
Müasir bir təyyarənin kabinəsindəki səs-küy çox sayda mənbəyə bağlıdır. Əsas olanlar elektrik stansiyası, turbulent sərhəd qatı və təyyarənin ətrafındakı
axınla əlaqəli digər mənbələr, daxili mənbələrdir. Uçuş zamanı təyyarə daxilindəki səs-küy əsas və əlavə güc qurğuları hesabına meydana gəlir. Salonda səs-küy səviyyəsi mühərrikin növü və onların yerləşməsindən asılı olaraq dəyişə bilir.
Təyyarənin uçuşa hazırlanması çox mərhələli və vaxt aparan bir prosesdir. Hava limanında ilk uçuş üçün müasir təyyarələrin hazırlanması bir neçə saat çəkir. İlk anda səs-küy səviyyəsi çox olur, sonrakı zamanda azalmağa başlayır.
Bütün ekosistemlər təyyarələrin səs-küyündən təsirlənir: insanlar, heyvanlar və bitki orqanizmləri.
Səs-küyün insan orqanizminə təsiri onun xüsusiyyətlərinin cəmindən asılıdır: intensivlikdən, tezlikdən, müddət və vaxt spesifikliyindən. Bununla birlikdə səs-küy patologiyasının inkişafında əsas rol şiddətə aiddir. Səs nə qədər yüksək olsa, dözülməz dəyişikliklərin riski bir o qədər yüksək olur. Buna görə səs- küyün təhlükə səviyyəsi dB ( desibel ) ilə ifadə olunan intensivliyi ilə qiymətləndirilir. Bu vəziyyətdə səs-küyə məruz qalma müddəti əhəmiyyətli dərəcədə önəmlidir: təsir nə qədər uzun olsa, göstərdiyi dəyişikliklər daha sürətli olur.
20-30 dB səs-küy səviyyəsi insanlar üçün zərərsizdir, bu təbii səs-küy fonudur. İstehsalda səs-küy intensivliyinin icazə verilən səviyyəsi 80 dB-dir. Artıq 130 dB səs bir insanın ağrı hiss etməsinə səbəb olur və 140 dB –dən çox olduqda dözülməz olur. 180 dB də səs-küy səviyyəsi insanlar üçün ölümcüldür.
Səs-küyə öyrəşmək olmur. Bütün orqanizm səs-küyə məruz qalır. Nisbətən aşağı, lakin daimi səs-küy səviyyəsi olsa belə, insanlarda narahatlıq, əsəbilik, baş ağrılarına səbəb ola bilər. Xüsusən qəfil səs-küy (uçuş və eniş, səsli təyyarə yollarının əraziləri) insanın psixoloji rahatlığını pozan təhlükəli fiziki çirklənmədir. Səs-küyün təsirindən sinir sisteminin zəifləmiş hüceyrələri orqanizmin müxtəlif sistemlərinin işini kifayət qədər koordinasiya edə bilmirlər,bu da onlarin fəaliyyətinin pozulmasina səbəb olur. Hava limanlarinda təyyarələrin enib-qalxmasi zamani davamli olaraq səs-küy yarandiği üçün onun yaxinliğinda
məskunlaşan insanlarin sağlamliğina mənfi təsir edir,ömrünü qisaldir. .Daimi olaraq səs-küylü ərazidə yaşayan əhali,daha sakit ərazidə yaşayan əhaliyə nisbətən insult və infaktdan ölmə ehtimali 10-20%-dən yuxarı olur.
Səs-küyün orqanizmə spesifik və qeyri-spesifik təsiri var. Səs-küy əsasən eşitmə orqanlarına təsir edir, nəticədə davamlı eşitmə itkisi ilə özünü göstərən xəstəliyin meydana gəlməsinə səbəb olur. Bir qayda olaraq, eşitmə itkisinin inkişafı istehsal şəraitində olduğu kimi uzun müddətli və müntəzəm olaraq səs- küyə məruz qalma ilə əlaqələndirilir. Güclü səs-küy əsəb sisteminin,arterial təzyiqin,böyük yarim kürələrin işini tənzimləyən mərkəzi sistemlərin normal fəaliyyətinə mənfi təsir edir.Nəticədə daxili skresiyya və maddələr mübadiləsinin,qan-dövraninin pozulmasi bir çox xəstəliklərin sayinin artmasina səbəb olur.Eləcədə eşitmə zəifliyinə,yuxusuzluq,xroniki yorğunluq,nevroz və aterosklerozun,diqqət zəifləməsi,iştah pozlunluğu,stress,ruhi xəstəliklərin,ürək- damar xəstəliklərin inkişafina zəmin yaradir.
Hava limanları və hava yolları ətrafında səs-küyün çirklənməsi, ərazilər daxil olmaqla milyonlarla kvadrat kilometr ərazini əhatə edir. Hava limanlarının şəhərlərə yaxın ərazilərdə olmasını nəzərə alaraq aviasiya səs-küyünün sosial problemi ortaya çıxır ki, bu da yuxu və istirahətə mane olur və sağlamlığa mənfi təsir göstərir. Aviasiya səs-küyü güclü qıcıqlandırıcı təsir göstərir. İnsanların gündüzdən daha çox gecə eyni səs-küy intensivliyinə daha kəskin reaksiya verdiyi aşkar edilib.
Hazırda şəhər əhalisinin təxminən 2-3% -i təyyarələrin səs-küyünün təsirinə məruz qalır və bu təsir müəyyən edilmiş normadan dəfələrlə çoxdur. Bir qayda olaraq, yerli hava limanları yaşayış məntəqələrinə yaxın yerləşirlər. Yaşayış məntəqələrində səs-küyün intensivliyi gündüz 80 dB, gecə 78 dB, maksimum səviyyəsi 92 - 108 dB-ə çatır. Müəyyən edilmişdir ki, 10 ildən artıq müddətdə bu cür ərazilərdə yaşayan insanlarda xəstəliklərin dərəcələri artır.
Səs-küy çirklənməsi ekosistemlərdə təbii tarazlığın pozulmasına səbəb olur. Səs-küyün təsiri altında heyvan orqanizminin sinir və ürək-damar sistemlərində pozğunluqlar, eşitmə pozğunluqları baş verir. İnsanlardan fərqli olaraq, bir çox heyvanlar daha çox inkişaf etmiş eşitmə orqanlarına sahibdir və buna görə də səs intensivliyinin aşağı səviyyələrində onlara mənfi təsir göstərir.
Səs-küy məkan yönümlü, rabitə və qida axtarışında olan heyvanlarda pozuntuya səbəb ola bilər. Səs-küyün təsiri bəzi vəhşi heyvanların tanış olduqları yaşayış yerlərini tərk edərək başqa ərazilərə, bəzən həyat üçün az əlverişli yerlərə keçməsinə səbəb olur. Yüksək intensivlikli səs-küyün təsiri altında kraliça ( ana ) arısının ölümünə və quş yuvalarında yumurta qabığının çatlamasına səbəb olur. Səs-küylü ərazilərdə quşların oxuması dəyişir, yarasalar uçarkən istiqamətlərini müəyyən etməkdə və şikarlarını tutmaqda, qurbağalar tərəfdaşlarını tapmaqda çətinlik çəkir. Eyni zamanda, heyvanlar aləminin bəzi nümayəndələrinin əksinə olduğu aşkar edilmişdir, yırtıcılardan qorxaraq səs-küylü yerlərə keçirlər. Kənd təsərrüfatı heyvanları üçün səs-küy məhdudiyyətləri 65-70 db səviyyəsində müəyyən edilib. Səs-küyün daha yüksək intensivliyində inəklərdə südün azalaraq kəsilməsinə, heyvanların bədən çəkisinin azalmasına və toyuqlarda yumurtalamanın azalması müşahidə edilir.
Hava limanlarında aviasiya səs-küyü daim meşənin təbii fonuna təsir göstərir. Yad səslər, xüsusilə heyvanların təhlükə hissini tanımasına təsir edərək vəhşi təbiətin tanış və təbii səsləri kölgədə qoyur. Bu proseslər nəticəsində təbiətdə yaranmış təbii ekosistemlərin pozulması baş verir.
Səs-küy çirkliliyinin bitkilərə təsiri o qədər də açıq deyil və heyvan orqanizmlərinin müəyyən növlərinin iştirakı ilə dolayı şəkildə özünü büruzə verir. Hava limaninda təyyarələrin enib-qalxmasi zamanı davamlı olaraq yaranan səs- küy həmcinin onun yaxınlığında olan bitkilərin inkişafına çox pis təsir edir . Onların cücərməsi,böyüməsi ləng olur hətta bəzi bitki növlərinin yox olmasına səbəb olur. Beləliklə antropogen fiziki çirklənmənin yaratdığı səs-küy
biomüxtəlifliyin məhvinə səbəb olan ən güclü çirklənmələrdən biridir.
Antropogen səs-küyün ətraf mühitə təsiri ilə bağlı məşhur Amerika ekoloqu Frensis Klinton belə bir fikir söyləmişdir; səs-küyün müəyyən bir heyvan növünə deyil, bütün ekosistemin stress keçirdiyini başa düşməliyik, gələcəkdə bütün ekosistemdə ciddi dəyişikliklərə səbəb ola bilər, hətta növlərin məhvinə kimi gətirib çıxara bilər. Bu proseslərin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir.
Həyata keçirilən bir sıra tədbirlər, yayılma yolu boyunca aviasiya səs- küyünün intensivliyini azaldır, lakin qarşıya qoyulan məsələni köklü şəkildə həll etməyə imkan vermir. Aviasiya səs-küyünə qarşı mübarizənin ən effektiv üsulu aviasiya səs-küyünün formalaşdığı mənbələrdə texnoloji və konstruktiv tədbirlərin intensivliyinin azalmasıdır. Bununla belə, mühərrikin səs-küyünün azaldılması üçün bütün müasir üsullar və təyyarənin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb olur, bu da öz növbəsində yüksək iqtisadi xərclərin artmasına sgətirib çıxarır.
Aparılan tədqiqatlara əsasən yeni hava gəmiləri üçün səs-küy normalarının sərtləşdirilməsinin gözlənilən nəticəsi 2030-cu ilə kimi beynəlxalq uçuşlar yerinə yetirən hava gəmilərinin əsas kateqoriyalarının yeni tələblərə cavab verməsinə nail olunacaqdır. Bu, ətraf mühitin səs-küy çirklənməsi sahəsinin azalmasına və nəticədə aviasiya səs-küyünün zərərli təsirinə məruz qalan insanların sayının azalmasına səbəb olacaq.
Dostları ilə paylaş: |