Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə19/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
Mirz-yeva-Aid-

Cədvəl 1.5





Səs-küy mənbəyi Lokomotivdə

Səs səviyyəsi dB 88-98



Yük qatarlarında

80-94

Sərnişin qatarlarında

80-90

Qatarın içində

65-75

Dəmiryol nəqliyyatının ətraf mühitdə yaratdığı mənfi ekoloji problemlər aşağıdakılardır:






  • hidrogeoloji şərtlərin pozulması;




  • toz çirklənməsi;




  • torpağın münbit qatının məhv edilməsi;




  • ərazilərin zibillənməsi;




  • səs-küy çirklənməsi və s.

Bu ekoloji problemlər içərisində ən vacibi səs-küy çirklənməsidir.Səs- küy səviyyəsi çox olmasa da (50-60 db səviyyəsində) insanın sinir sistemində əhəmiyyətli gərginlik yaradır və ona psixoloji təsir göstərir. Bu xüsusilə əqli fəaliyyətlə məşğul olan insanlarda tez-tez müşahidə olunur. Səs insanlara müxtəlif cür təsir edir. Bunun səbəbi- yaş, sağlamlıq vəziyyəti, insanın fiziki və ruhi vəziyyəti və digər amillərdən asılı ola bilər. Səs-küyün xoşagəlməz təsiri ona fərdi münasibətdən də asılıdır. Belə ki, insanın özü tərəfindən ayrılan səs- küy onu narahat etmir, kiçik kənar səs-küy isə güclü qıcıqlandırıcı effektə səbəb ola bilər. Səs-küy insanların eşitmə sisteminə, sağlamlığına mənfi təsir göstərərək bir sıra fizioloji, psixoloji balansın pozulmasına, iş şəraitinin aşağı düşməsinə və ətraf mühitin təbii səs fonunun pozulmasına səbəb olan ən vacib fiziki çirklənmə hesab edilir.

Sinir sisteminin gərginləşməsi bir sira xəstəliklərin yaranmasına səbəb olur. Beləliklə, mədə-bağırsaq, dəri, ürək, nevroz, hipertonik və s. xəstəliklərin yaranmasına təkan verir. Zəruri sakitliyin olmaması (xüsusilə gecə vaxtı) vaxtından əvvəl yorğunluğa gətirib çıxarır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, gecə vaxtı 30-40 dB-də səs-küy ciddi narahatedici amil ola bilər. 70

dB və daha yüksək səviyyələrin artması ilə, səs-küy bir insana müəyyən bir fizioloji təsir göstərə bilər, bədənin görünən dəyişikliklərinə gətirib çıxarır. Səs- küy xəstəliyi-eşitmə orqanının, mərkəzi sinir və ürək-damar sistemlərinin və eləcədə orqanizmin ümumi xəstəliyidir, intensiv səs-küyün uzun müddətli təsiri ilə inkişaf edir. Gündüz, axşam və gecə vaxtlarında qəbul edilən normativ səs- küy səviyyəsi aşağıdakı kimidir:



  • Lgündüz 63 dBA < 65 dBA,

  • Laxşam 58 dBA < 60 dBA,

  • Lgecə 51 dBA<55 dBA

Səs-küyün insan sağlamlığına təsirini aşağıdakı şəkildə göstərə bilərik:


  • Ünsiyyət problemi və eşitmə itkisi;







  • Ürək ritmlərinin artması , aritmiya, yüksək təzyiq;



Dəmiryol nəqliyyatının yaratdığı səs-küy səviyyəsini aşağı salmaq üçün bir sıra tədbirlər həyata keçirilir, bu da əsasən 300 km/s-ə qədər sürət diapazonunda əsas mənbədə yaranan səs-küydən qorunmağa yönəlmişdir. Belə tədbirlər kompleksi AST-texnologiya (aşağı səviyyəli texnologiya) adlandırılmışdır. Bura aşağıdakılar daxildir:



  • təkərlərin səthinin hamarlığını uzun müddət saxlamağa imkan verən və bununla da səs-küyün azalmasına səbəb olan disk əyləclərindən istifadə etmək;

  • disklər üzərində yastıqcıqlardan istifadə etmək;




  • səsqoruyucu ekranlardan istifadə etmək;




  • iki xətt arasında səsuducu xüsusiyyətə malik olan maneələrdən istifadə etmək;

  • periodik olaraq təkər və reyslərdə yoxlamalar aparılmalı;







  • reyslər müntəzəm olaraq yoxlanılmalı və cilalanmalı;




  • təkərlə reys səthində yağlama üsulu həyata keçirilməli və s.

Dəmiryol nəqliyyatının səs-küy səviyyəsinin aşağı salınmasında ekranlardan istifadə etmək əlverişli deyil. Səs-küy səviyyəsini 20 dB aşağı salınması üçün tunellərdən istfadə edilir.

Hərəkət tərkibinin səs-küyünün azaldılmasının başqa bir yolu yaşıl bitkilərin istifadə edilməsidir.Ağaclar və kollar yayılan səs dalğalarının enerjisini səpələyir və udur. Bu ən effektiv üsullardan biridir, nəticə etibari ilə yaşıllıq zolağı vasitəsilə yayılan səs-küy səviyyəsi yaşıllıq olmayan sahə ilə müqayisədə azalmış olur. Əhəmiyyətli effektiv nəticə əldə etmək üçün yaşıllıq zolaqları uzun olmalı və dib yerləri qalın kollarla doldurulmalıdır. Bunun üçün iynəyarpaqlı ağacların əkilməsi daha məqsədə uyğundur.

Təxminən 60 m enində yaşıllıq zolağının köməyi ilə qatarın hərəkəti zamanı meydana gələn səs-küy səviyyəsini 12 dB-ə qədər azaldılmasını təmin etmək mümkündür.





Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin