Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Avtomobil nəqliyyatının yaratdığı səs-küyün ətraf mühitdə yaratdığı ekoloji problemlər



Yüklə 417,49 Kb.
səhifə16/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Mirz-yeva-Aid-

2.1. Avtomobil nəqliyyatının yaratdığı səs-küyün ətraf mühitdə yaratdığı ekoloji problemlər


Nəqliyyat müasir cəmiyyətimizin ən vacib maddi-texniki baza elementlərindən biridir. Onun vasitəsi ilə sərnişinlərin və yüklərin daşınması həyata keçirilir. İndiki dövrdə yer səthinin bütün üst hissəsi sıx nəqliyyat şəbəkəsi ilə əhatə olunmuşdur. Beynəlxalq avtomobil parkında 800mln maşın var. Bunun

83-85 % minik, 15-17 % yük maşınları və avtobuslardır. Cəmiyyət inkişaf etdikcə nəqliyyat sistemidə dəyişir və inkişaf edir. Nəqliyyat vasitələrinin cəmiyyətimizə verdiyi üstünlükləri ilə yanaşı mənfi cəhətləri də var. Ətraf mühitə xüsusən də troposfer qatına, litosferə, hidrosferə mənfi təsir göstərir. Avtomobil nəqliyyatı ətraf mühitdə təkcə kimyəvi çirklənməyə deyil, eləcə də fiziki çirklənmə olan səs – küy və vibrasiya çirklənməsi yaradan mənbələrdən biridir.[2]

İri şəhərlərdə əsas səs-küy mənbəyini avtomobil nəqliyyatı yaradır. Ən böyük səs-küy səviyyəsi 2...3 min və daha çox nəqliyyat vahidlərinin orta hərəkət intensivliyi olan şəhərlərin magistral küçələrində qeyd olunur. Bu zaman səs- küy səviyyəsi 90-95 dB-ə qədər qalxır. Bu da normadan dəfələrlə çoxdur. Avtomobillərin sayının və əhalinin sayının artması səs-küy səviyyəsinin hər il 0.5 dB artdığı müşahidə edilir.

Avtomobilin səs – küyü mürəkkəb mənbənin səs-küyüdür, hansı ki, bu səs- küy avtomobilin ayrı-ayrı komponentlərinin və aqreqatlarının səs səviyyələrindən formalaşır. Avtomobil hərəkət edərkən, onun komponentləri və aqreqatları məkanda müxtəlif amplituda və rəqs tezliyinə malik dalğalar yaradır. Bu rəqs dalğalarının dəyişən kəmiyyət və qüvvələri avtomobilin konstruksiyasında elastik elementlərə istiqamətlənən, mühərrikin, transmissiyanın, avtomobilin hərəkət hissəsinin və köməkçi aqreqatların elastik sistemlərində rəqs proseslərinin yaranması ətraf mühitə titrəyiş enerjisinin atılması ilə müşayiət olunur ki, bu da səs-küyün yaranmasına gətirib çıxarır.

Avtomobildəki əsas səs-küy mənbələri; mühərrik, sürət qutusu, ventilyator, işlənmiş qazların atılması zamanı yaranan səs-küy və şinlərdir.

Təkərlərin yolun səthi ilə təması zamanı səs-küyü yaranır ki, bu da yolun səthinin ideal səviyyədə olmamasından irəli gəlir. Hərəkət sürətinin hər ikiqat artması ilə onun səviyyəsini 9 dBA artırır. Yay şinləri olan minik avtomobili hamar örtüklü yolda 50 km/saat sürətlə hərəkət edən zaman təkərlərin fırlanması zamanı yaranan səs-küy, digər hissələrdən gələn səs-küydən üstün olur. Qış şinləri yay şinlərinə nisbətən ( 3 dB ) daha çox səs-küylü olur.

Mühərrikin səs-küyü kəskin başlanğıc və istiləşmə zamanı (10 dBA qədər), həm də qəfil əyləcdən istifadə zamanı artır.

Avtomobildə güclü səs-küy mənbəyi işlənmiş qazların atılması zamanı yaranır. Bunun əsas səbəbi çıxış klapanları vasitəsilə, sonra isə yüksək daxili enerjiyə və yüksək sürətə malik olan kollektor və boru kəməri vasitəsilə işləyən qazların axınıdır. Bu vəziyyətdə səs-küy səviyyəsi 125-dan 130 db-ə çatır. Səsboğucular işlənmiş qazların səs-küyünü azaltmaq üçün istifadə olunur. Onlara qarşı irəli sürülən tələblər ziddiyyətlidir. Bir tərəfdən, 25-35 dB – dən az olmayan i səs-küy səviyyəsini azaltmaq lazımdır, bu əsas tələbdir, digər tərəfdən, səsboğucu ilə mühərrik nominal gücünün itirilməsi 1,5% - dən çox olmamalıdır. Bundan başqa, konstruksiyanın minimal maddi intensivliyini, texnolojiliyini, etibarlılığını və asan istismarını təmin etmək lazımdır.

Səs-küy səviyyəsinə təsir edən əsas amillər aşağıdakılardır:


  • Nəqliyyat axınını intensivliyi

  • Nəqliyyat vasitəsinin növü

  • Nəqliyyat axınının sürəti

  • Mühərrikin növü

  • Yol örtüyünün növü , keyfiyyəti

  • Yaşıl zonanın olması və s.

Nəqliyyat axınını intensivliyi- ən yüksək səviyyəsi böyük şəhərlərin magistral küçələrində qeydə alınır. Küçə səs-küyünün səviyyəsi nəqliyyat axınının intensivliyi, sürəti və xarakteri (tərkibi) ilə müəyyən edilir. Belə ki, 40 km / saat sürətində bir avtomobil təxminən 82-88 dBA (yüksək səviyyəli avtomobillər - 65- 70 dBA) intensivliyi ilə səs-küy yaradır. Ən yüksək səs dizel mühərriki olan yük maşınlarıdır (90-95dBA). Hansı ki, hərəkətin intensivliyi 2000 - 3000 avtomobil/saat təşkil edir. Aparılan tədqiqatlara əsasən avtomobil nəqliyyatının səbəb olduğu səs –küy, ümumi səs-küyün 60 - 70 %-ni təşkil edir. Bu da əhalinin 60 % - də müxtəlif ağrılı reaksiyalara səbəb olur.

Nəqliyyat vasitəsinin növü – minik nəqliyyatı ilə müqayisədə yük nəqliyyatı daha çox səs-küy yaradır. Buna görədə, nəqliyyat axınında yük daşınma hissəsinin artması ilə ümumi səs-küyün 10 dB-ə qədər artmasına səbəb olur.

Nəqliyyat axının sürəti – sürət iki dəfə artdıqca səs-küy 6-7 dB yuxarı qalxır.

Mühərrikin növündən asılı olaraq səs-küy səviyyəsinin artma sırası belədir: elektrik mühərriki, karbürator mühərriki, dizel, buxar , qazturbin mühərriki.

Yol örtüyünün növü , keyfiyyəti - ən az səs-küyü asfalt örtüyü, sonra daş, daha sonra çınqıl yaradır. Bundan başqa yol örtüyündə olan nahamarlıqlar, çuxurlar, çuxurlarda yığılmış su yataqları səs-küyün yaranmasına səbəb olur. Quru asfalt örtüklər daha az səs-küy yaradır. Yaş örtüklər quru örtüklərə nisbətən 10 dB- ə qədər səs-küy yaradır.

Ərazinin planlaşdırma qərarları - küçələrin uzununa profilli və tıxaclı olması, çoxsəviyyəli yol qovşaqlarının və svetaforların olması mühərriklərin təbiətinə və buna görə yaranan səs-küyə təsir göstərir. Binaların hündürlüyü və sıxlığı səs-küyün magistral yollardan yayılan məsafəsini müəyyənləşdirir.

Yaşıl zonanın olması– magistral yollarda hər iki tərəfdən ağacların əkilməsi sanitar- mühafizə zonaları təmin edir. Bu meşə zolaqları səsin yaxın ərazilərə yayılmasının qarşısını alır. Zolağın enliliyi 20 m olduqda 8-10 dB səs-küyün azalmasına şərait yaradır. Meşə zolaqlarında boşluqların olması isə səs- küyün yayılmasına səbəb olur.[3]

Insan bütün həyatı boyu avtomobil nəqliyyatının səs-küylü təsirinə məruz qalır, bu təsir vibrasiya və başqa təsirlərin altında daha da güclənir.

O, orqanizmə stress-faktor kimi təsir göstərir, eşitmə analizatorunun dəyişməsinə səbəb olur, eşitmə həddini 10-25 db artırır, həmçinin eşitmə sistemi müxtəlif səviyyədə çoxsaylı sinir mərkəzləri ilə sıx əlaqəli olduğundan mərkəzi sinir sistemində dərin dəyişikliklərə səbəb olur. Səs-küy xüsusilə 70 dB-dən çox

olduqda danışmağı çətinləşdirir. Bu gün həkimlər artıq yeni bir səs-küy xəstəliyinin ortaya çıxmasından danışırlar. Səs-küy qan təzyiqini artırır, ürək ritminin pozulmasına səbəb olur .

Güclü səs-küyün səbəb olduğu zərər səsin spektrində baş verən dəyişikliklərdən və onların xarakterindən asılıdır. Səs-küy səbəbindən eşitmə itkisi təhlükəsinin yaranması, şəxsin fərdi xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Davamlı güclü səs-küyün təsiri yalnız eşitmə sisteminə mənfi təsir göstərərək bir sıra zərərli nəticələrə səbəb ola bilər – qulaqlarda küyə, başgicəllənmə, baş ağrısı, yorğunluq və s.

Böyük şəhərlərdə səs-küy insanın ömrünü azaldır. Avstriya tədqiqatçılarının apardığı tədqiqatlara görə, insan ömrünün azalması 8-12 il aralığında dəyişir. Həddindən artıq səs-küy sinirin ölməsinə, psixi depressiyaya, vegetativ nevroza, endokrin və ürək-damar sisteminin pozğunluğuna səbəb ola bilir. Səs-küy insanların işləməsinə və istirahət etməsinə mane olur, əmək məhsuldarlığını azaldır. Böyük yaş qrupuna aid olan insanlar səs-küyün təsirinə daha həssasdırlar. Belə ki, 27 yaşa qədər insanların 46% – i , 28-37 yaş arası 57%, 38-57 yaşında – 62%, 58 yaşında isə-72% səs – küyə reaksiya verir.[6-7]

Məlum olduğu kimi, narahatedici səs-küyün təsiri fiziki işi görən insanlara nisbətən daha çox zehni əməklə məşğul olan insanlara (müvafiq olaraq 60% və 55%) təsir göstərir. Zehni əməklə məşğul olan insanlar daha tez-tez şikayətlənir, bu sinir sistemində böyük bir yorğunluq ilə əlaqələndirilir.

Bundan başqa səs-küy əsasən yuxu pozğunluğuna da səbəb olur. Xüsusilə axşam və gecə saatlarında, yenicə yuxuya getmiş bir insana fasiləsiz, birdən-birə yaranan səs-küylər son dərəcə əlverişsiz təsir göstərir. 50 db səviyyəsində səs- küyün təsiri altında yuxuya gedən insan bir saat müdəttində və ya daha çox məruz qalarsa bu zaman yuxu səthi olur, oyandıqdan sonra insanlar yorğunluq, baş ağrısı və tez-tez ürək döyüntüsü hiss edirlər.

Şəhər səs-küyü insan tərəfindən qəbul edilir, hər şeydən əvvəl, subyektivdir.

Əlverişsiz hərəkətin ilk göstəriciləri qıcıqlanma, narahatlıq şikayətləridir.
Yüksək səs-küy səviyyəsində yaşayan əhali arasında ümumi xəstələnmələrin artdığı müşahidə edilir, bu zaman xəstələnmə səviyyəsi bu və ya digər səs-küylü yük şəraitində yaşamaq müddəti ilə korrelyasiya edilir.


2.2 . Dəmiryol nəqliyyatının yaratdığı səs-küyün ətraf mühitdə yaratdığı



Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin